Ölkə mətbuatının təmsilçiləri Prezident

 İlham Əliyevi "Jurnalistlərin dostu" elan etdilər

 

"RUH" Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuda 93 kütləvi informasiya vasitəsi iştirak etmişdir

 

Mən sizinlə - jurnalistlərlə dost olmaq istəyirəm. Amma, dostluq ikitərəfli şeydir. Gərək iki tərəf dost olmaq istəsin. İndi belə bir hadisə baş verib, belə gətirib ki, biz, iki tərəf dost olmaq istəmişik. Amma gəlin danışaq ki, bu, daha pozulmasın, biz dost olaq, axıra qədər dost olaq. Mən dost olmaq istəyirəm.

Ulu öndər Heydər Əliyevin 2002-ci il martın 22-də "RUH" Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi "Jurnalistlərin dostu" mükafatını qəbul edərkən söylədiyi nitqdən

 

1997-ci ildə təsis edilən sonuncu dəfə - 2002-ci ilin Novruz bayramında ümummilli liderimiz Heydər Əliyevə təqdim edilən "Jurnalistlərin dostu" mükafatı səkkiz ildən sonra ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə təqdim olunur. Bu mükafatın Heydər Əliyevə təqdim olunması mərasimində təsisçi təşkilatın sədri Əflatun Amaşov bildirmişdi ki, qalibi təyin etmək üçün (sorğu 2001-ci ilin nəticələri üzrə aparılmışdı) 62 respondent - kütləvi informasiya vasitələrinin jurnalist təşkilatlarının rəhbərləri, eləcə ekspertlər arasında keçirilən sorğunun nəticələri əsas götürülmüşdü. Məqsəd ölkədə söz mətbuat azadlığını dəstəkləmək, azad müstəqil mətbuatın möhkəmlənməsinə yardımçı olmaq, medianın 4-cü hakimiyyət kimi formalaşmasında dövlət məmurlarının siyasi xadimlərin dəstəyini qazanmaq, bir sözlə, Azərbaycanda demokratik proseslərin inkişafına təkan verməkdən ibarət idi.

"RUH" Jurnalistləri Müdafiə Komitəsi adı çəkilən mükafatı təsis edərkən məhz həmin məqsədlərin reallaşdırılması arzusunda idi. Azərbaycan dövləti, xüsusən, Prezident Heydər Əliyev jurnalistlərin həmin istəklərinin reallaşdırılması üçün lazım olan bütün addımları atır, istənilən layihəni dəstəkləyirdi. Əslində Heydər Əliyev bütün ictimai-siyasi fəaliyyəti dövründə daim kütləvi informasiya vasitələrinin qayğıkeşi himayədarı kimi çıxış etmişdir. Ancaq adı çəkilən mükafat bilavasitə 2001-ci ilin yekunlarına görə verildiyindən biz ulu öndərin məhz həmin il mətbuata uzatdığı dost əli barədə söz açmaq istərdik. 2001-ci ildə "Kütləvi informasiya vasitələri haqqında Qanuna" edilən əlavələr dəyişikliklər nəticəsində kütləvi informasiya vasitələrinin hüquqi bazası tamamilə yeniləşmiş, demokratik prinsiplərə tam cavab verən qanun qəbul olunmuşdu. Mükafatın təqdim olunmasında çıxış edən Əflatun Amaşov böyük qətiyyətlə söyləyirdi ki, Azərbaycanla eyni zamanda müstəqillik əldə etmiş ölkələrin heç birində belə demokratik mütərəqqi qanun yoxdur. Qeyd edək ki, həmin günlər "Televiziya radionun fəaliyyəti haqqında" qanun layihəsi üzərində gedirdi.

2001-ci ildə kütləvi informasiya vasitələrindən tutulan mənfəət vergilərinin 3 il müddətinə dövlətin hesabına ödənilməsi barədə qərar qəbul edilmişdi. Qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları dondurulmuş, ölkəyə gətirilən qəzet kağızı üzərindən əlavə dəyər vergisi götürülmüşdü. Eyni zamanda kütləvi informasiya vasitələrinə kreditlərin verilməsi məsələsi məhz ilk dəfə 2001-ci ildə gündəliyə gətirilmişdi. Yəni ulu öndərin on illəri əhatə edən siyasi fəaliyyətinin təkcə bir ilinin yekunları onun "Jurnalistlərin dostu" mükafatına layiq görülməsini təmin etmişdi.

Ancaq ulu öndər mükafatı qəbul edərkən bir qədər əvvəlləri yada salmağı vacib saymışdı: "Mən təxminən 5-6 il bundan əvvəlki dövrü xatırlayıram. Senzura var idi. Elə bizim dövrümüzdə. İndi mən dost olmuşam, mənim dövrümdə. Amma senzura məndən qabaq da var idi... qəzetləri yoxlayırdılar. Hansı məqalə senzorun xoşuna gəlmirdisə, onu çıxarırdı. Qəzetlər sonra mübarizəyə başladılar, etiraz əlaməti olaraq səhifələri ağ-ağ buraxdılar. Bunlar hamısı bizim xatirimizdədir. Ancaq biz senzuranı ləğv etdik, Konstitusiya ilə təsbit edilmiş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata geniş imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, çox azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır... Heç vaxt Azərbaycanda söz bu qədər azad olmayıbdır".

2001-ci ilin yekunlarına görə ölkənin aparıcı kütləvi informasiya vasitələrini təmsil edən 62 respondent prezident Heydər Əliyevi "Jurnalistlərin dostu" elan etmişdi. 2010-cu ilin yekunlarına görə isə artıq həmin respondentlərin sayı 93 nəfərdir. Bu isə ölkənin sosial-iqtisadi inkişafının göstəricisi olaraq aparıcı kütləvi informasiya vasitələrinin sayının artması ilə bağlıdır. Dekabrın 1-dən 20-nə qədər respondentlərə verilmiş "2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?" - sualını cavablandıranların 81 faizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adını çəkmişdir. İkinci üçüncü yerləri tutan vəzifəli şəxslər müvafiq olaraq respondentlərin 6 5 faizinin səsini qazanmışlar.

Ekspertlərin fikrincə Prezident İlham Əliyevin bu mükafatın laureatı seçilməsinin səbəbləri onlarladır. Ancaq üç-dörd məqam xüsusilə vurğulanmalıdır. Birinci, Prezident İlham Əliyev mətbuata dövlət qayğısının Heydər Əliyev nümunəsini böyük prinsipiallıq ardıcıllıqla davam etdirir. Bu tendensiya 2010-cu ildə ən ali səviyyədə davam etdirilmişdir. İkinci, İlham Əliyev son 7 ildə "söz mətbuat azadlığının Azərbaycan nümunəsi" - adlı mükəmməl bir təcrübəyə imza atmışdır. Azərbaycan mətbuatının 130 135 illik yubileyləri məhz onun sərəncamları ilə yüksək səviyyədə qeyd edilmişdir. Üçüncü, vaxtilə kimlərinsə ləğv etdiyi "Əməkdar jurnalist" fəxri adı məhz Prezident İlham Əliyevin sərəncamı ilə bərpa edilmişdir. Təkcə mətbuatın yubileylərində deyil, eləcə müxtəlif əlamətdar günlər münasibətilə fəxri adlar verilən, orden medallarla təltif edilən jurnalistlərin sayı artıq yüzlərlədir. Dördüncü, jurnalistlərin sosial müdafiəsini yaxşılaşdırmaq fəaliyyətlərini stimullaşdırmaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu adlı xüsusi qurum yaradılmışdır ki, həmin fondun dəstəyini ölkədə az qala bütün jurnalistlər görmüşlər. Beşinci, son 20 ildə nəinki Azərbaycanda, hətta, bütün postsovet məkanında heç bir siyasətçinin həyata keçirə bilmədiyi tədbirləri möhtərəm prezidentimiz reallaşdırmışdır. Prezident İlham Əliyev Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün xüsusi sərəncam imzalamış, bu məqsədlə dövlət büdcəsindən kifayət qədər vəsait ayırmışdır. Həmin qərar artıq icra edilməkdədir. Qeyd edilən məqamların əksəriyyəti son ilin nailiyyətləri olduğuna görə rəyi soruşulan həmkarlarımızın böyük əksəriyyəti - 81 faizi Prezident İlham Əliyevi "Jurnalistlərin dostu" adlandırmışdır. Bu, sadəcə fakt deyil, həm bizim həmkarlarımızın nümayiş etdirdikləri qədirşünaslıq nümunəsidir, haqqı, ədaləti söyləməyi bacaran insanların ehtirama layiq qərarıdır. Yəni, ulu öndərin 2001-ci ildə söylədiyi tövsiyəsi - hər iki tərəfin dost olmaq istəyi günün reallığıdır.

 

İttifaq MİRZƏBƏYLİ,

 

Xalq qəzeti.-2010.-25 dekabr.-S.6.