Böhtan və iftira ilə haqqın,
ədalətin
üzərinə kölgə
salmaq olmaz
Son günlər Azərbaycan və Türkiyə mətbuatında
Turqut Ər adlı bir "yazar"ın - keçmiş
"diplomatın" "kitabı"
barədə yazılar
dərc olunur. Bəri başdan deyək ki, Turqut Ərin yazdıqları cəfəngiyyatdır.
Görəsən, bu cəfəngiyyat niyə indi çap olunub? Niyə vaxt, zaman bu
gün seçilib? Yazılanları Turqut Ər yazıb, yoxsa, kimlərinsə təhriki olub. Bütün bunlar kimlərin maraqlarına uyğundur, kimlərə sərf edir?
Bu gün dünyada
və regionumuzda gedən prossesləri gözlərimiz önünə
gətirən yazılanların
və deyilənlərin
heç də təsadüf olmadığını
görərik. Yəqin
ki, Turqut Ərin özü də təsadüfən seçilməyib. Görən,
başqasını seçmək
olardımı? Turqut ərlər Azərbaycanda
və Türkiyədə
çoxdurmu? Təbii
ki, yox! Çünki çoxları
Turqut Ər olmaq istəməz və olmaz da.
Bu "kitabı" yazdıranlar öncə Türkiyə ilə Ermənistan arasındakı
sərhədin açılmasını
tələb etdilər.
Hətta Türkiyə
hökumətinə təzyiqlər
də göstərməyə
çalışdılar. Ancaq
hər iki ölkədə yaşayan
türklərin təpkisi
imkan vermədi sərhəd açıla.
Bunun ardınca Mehmet Ali Birandın
"Hürriyyət" qəzetindəki
Azərbaycan haqqında
yazısı gəldi.
Hətta o, Ermənistana səfər etdi, erməni gənclərlə görüşdü.
Görüşdə ermənilərdən
kimi Birandı türk, kimi azəri adlandırdılar.
Birandın da təpəri və qeyrəti çatmadı ki, desin neçə
illərdir siz azəri adlandırdığınız
insanların torpağını
türk torpağı
deyə işğal etmisiniz, onları türk deyə qətlə yetirmisiniz.
Yenə də Azərbaycanda və Türkiyədə yaşayan
türklərin hissləri
ilə oynanıldı.
Bu dəfə də alınmadı. Amma maraqlı tərəflər bu oyundan əl çəkmək istəmədilər.
Onların əsas məqsədi Azərbaycan
və Türkiyə dövlətlərini üz-üzə
qoymaqdı.
Bu gün Azərbaycan
müstəqildir, güclüdür,
getdikcə inkişaf edir. Turqut Ərə
və onu dəstəkləyənlərə bu sərf etmir.
Edə də bilməz, çünki onlar türkün güclənməsini istəmirlər.
Turqut Ərin yazdıqları ən yaxın tarixdir. Turqut Ər və havadarları unudurlar ki, həmin
tarixdə yaşayanların
çoxu hələ də sağdır. Onlar yazılanlara, deyilənlərə yox, gördüklərinə və
yaşadıqlarına inanırlar.
Çünki hər bir hadisə ona xas olan
konteksin işığında
məna kəsb edir. Bəzən insanların şəxsi, siyasi maraqları, milli mənsubiyyəti, dünyagörüşü və
biliyinin səviyyəsi
baş verən hadisəni düzgün, olduğu kimi dərk etməyə, çatdırmağa imkan
vermir, o, təhrif olunur. Necə ki, Turqut
Ər məsələyə
başqa dövlət
maraqlarından, qrup maraqlarından və şəxsi maraqlardan baxaraq hadisələri təhrif edib.
Maraqlıdır, Turqut Ər on beş
il öncə baş verən hadisələri indi niyə yazıb? Əgər onun yazdıqları həqiqətdirsə,
niyə vaxtında, zamanında söyləmədi,
yazmadı? Məgər
"yazar"a, "siyasətçi"yə
baş verənləri,
gördüklərini, bildiklərini
yazmaq üçün
bu qədər zamanmı lazım idi? Əlbəttə, yox.
Uydurma, böhtan, şər yazmaq üçün bu qədər vaxt gözləyib Turqut Ər. Belələrinə
fürsətçilər deyərlər.
Turqut Ər də "kitabı" yazmamışdan öncə
hadisələrə şəxsi
və sifarişli mövqe mövcud olub. Ona görə
də o, hadisələrə düzgün
qiymət verə bilməz. Yazdıqlarına
görə o, baş verən hadisələrin iştirakçısıdır.
Baş verən hadisələri isə hər kəs eyni dərk etmir, anlamır, eyni şərh və təhlil etmir. Hər kəs öz biliyinə, dünyagörüşünə,
şəxsi, qrup və siyasi maraqlarına uyğun olaraq hadisələri təhlil edir, şərh və yozum verir. Turqut
Ər də baş vermiş hadisələri şərh
və təhlil etməyib, yozum verib. Xalqımız arasında belə bir deyim var,
yozmaq. Yəni olanı olduğu kimi demək yox, başqa səmtə yozmaq. Bir də görüsən
ki, biri yuxu görür gedir yuxu yozanın
yanına ki, mənim yuxumu yoz, yuxu yozan
da dünyagörüşünə,
şəxsi maraqlarına
və yuxu görənin halına uyğun olaraq yuxunu yozur. Yəni
yuxu yozmağın qayda-qanunu yoxdur, amma şərhin və təhlilin qayda-qanunu var. Qayda-qanun, şərh və təhlil isə Turqut Ərlik deyil.
Azərbaycanı sevməyənlər
də onbeş ildən sonra yuxu görüblər, yuxularını isə Turqut Ərə yozdurublar. Turqut Ərin bu hərəkəti
günahı olan uşağın döyülərkən
aman diləyib, bir daha səhv
eləməyəcəyinə and içməsinə bənzəyir.
Turqut Ərin yazdıqları iki qardaşa atılan tək, amma sonuncu olmayan güllədir. Qardaşlar,
gəlin yenə də bir olaq,
bir olmaq milyonlar olmaq deməkdir. Düşmən
bizə bir olmağı, bir yerdə olmağı bağışlamır.
Düşmən də, dost da heç
vaxt dəyişmir. Düşmənimiz də,
dostumuz da içimizdədir. Gəlin
içimizdəki dostla
düşməni ayırd
edək. İçimizdəki
düşməni tapaq,
içimizdəki düşməni
məhv edək. Düşmənin içimizə
qoyduğu düşməni.
Onda hamı türkün arxasınca gedəcək!
Hər kəsin hərəkətini, danışığını,
fəaliyyətini, məqsədini
onun qəbul etdiyi dəyərlər müəyyənləşdirir. Bizim dəyərlərimiz
Vətən, millət,
dövlət, öndərlərimiz
Heydər Əliyev və Mustafa Kamal Atatürkdür. Kimlər bu dəyərlərə qarşı
çıxsa, qarşısında
bizləri görəcək,
bizimlə üz - üzə gələcək,
bizimlə üz - üzə gələnlər
isə həmişə
məğlub olub.
Türkiyənin ürəyi
Azərbaycanda döyünür!
Azərbaycanın nəbzi
Türkiyədə vurur!
Bizim əlimiz ürəyimizdədir qardaşlar,
siz də əlinizi nəbzinizə qoyun, öz ürəyinizin səsini eşidəcəksiniz!
Baş verənləri olduğu kimi yazmaq lazımdır. Onda kimin kim olduğu
bilinəcək. Kimin kim olduğu
müəyyənləşəcək və artıq müəyyənləşib. Artıq hər
kəs bu məmləkətdə adı
ilə çağırılır,
hakimiyyətdə və
müxalifətdə olmağından
asılı olmayaraq.
Heydər Əliyev həmişə
milyonların arzularını,
istəklərini, məqsədlərini
qəlbində, əməllərində
daşıdı. O, bütün fəaliyyəti boyu millətinə bağlılığını,
yoluna inamını, Vətəninə sevgisini
ifadə etdi və sonda ümummilli
liderə çevrildi.
O, qədim türk yurdu olan Azərbaycanı
bəlalardan xilas etdi. Ona görə də
antitürk ruhlu insanlar ulu öndər
Heydər Əliyevi sevmir. Turqut Ərlər də...
Rza RZAYEV,
Naxçıvanın Bakıdakı Daimi
Nümayəndəliyinin məsləhətçisi
Xalq qəzeti.-2010.-26 dekabr.-S.4.