Media və Dağlıq Qarabağ
mövzusu
Avrasiya Beynəlxalq Mətbuat Fondunun Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun himayəsi ilə Tərtərdə keçirdiyi
konfransda "Media və Dağlıq Qarabağ" mövzusu ətrafında geniş diskussiya aparıldı, ictimaiyyətin marağına
və narahatlığına
səbəb olan bir sıra
məsələlərə cavab axtarıldı.
Toplantını giriş sözü
ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi
İsayev 23 ildən bəri xalqımızın
ən ağrılı
bəlasına çevrilmiş
Dağlıq Qarabağ
münaqişəsi və
müharibəsinin tərtərlilər
üçün də
faciəsiz ötürmədiyi,
ciddi sınaq və hünər nümunələri
ilə tarixə çevrildiyini söylədi.
O qeyd etdi ki, münaqişənin ən qaynar nöqtələrindən birində
yerləşən Tərtər
rayonu hərbi əməliyyatlar zamanı
bir qarış da torpaq itirməmiş,
əksinə, Ağdərə
istiqamətində strateji
mövqeyini bir az da gücləndirmişdir.
Atəşkəs dövründə bu bölgədə düşmənin təxribat
və hücumlarının
qarşısı qətiyyətlə
alınmış, milli
ordumuzla yerli əhalinin bir-birinə arxa-dayaq olması Tərtərdə dinc həyata, geniş quruculuq işlərinə,
ciddi sosial-iqtisadi uğurlarla təminat yaratmışdır. Dağlıq
Qarabağ münaqişəsinin
canlı salnaməsini
yaradan, bu yöndə ictimai rəyi formalaşdıran,
xalqı daim məlumatlandıran ölkə
mediasının fəaliyyəti,
çıxışları bu gün tərtərlilərin
də diqqət mərkəzindədir. Bu taleyüklü mövzu ilə bağlı irili-xırdalı bütün
yazılar, çıxışlar
adamlarda fikir və düşüncə
aydınlığı yaradır,
onları problemin həlli yolunda ümummilli mübarizədə
ayıq-sayıq və
mübariz olmağa səfərbər edir.
Avrasiya Beynəlxalq Mətbuat Fondunun rəhbəri Ümid Rəhimoğlu Dağlıq Qarabağ və media mövzusu
ilə bağlı bir sıra məqamlara
aydınlıq gətirdi,
münaqişənin ilk
günlərindən jurnalistlərin
söz və hərbi döyüş meydanında öndə getdiklərini, siyasi-diplomatik
dairələrdə
dövlətimizin apardığı ardıcıl, qətiyyətli
mübarizəyə ümumxalq
dəstəyi qazandırdığını
vurğuladı. Natiq bu həssas və taleyüklü mövzunun mediada işıqlandırılmasında yol verilmiş naşılıqlara, nöqsanlara
da toxunaraq bildirdi ki, Qarabağ
həqiqətlərini dünya
ictimaiyyətinə kifayət
qədər dolğun çatdırmaq,
işğal olunmuş
torpaqlarımızı geri
qaytarmaq, xalqımızın
və milli ordumuzun vətənpərvərlik
ruhunu yüksəltmək
üçün kütləvi
informasiya vasitələri
hazırda çox təsirli mənəvi-siyasi
bir gücə çevrilmişdir.
Ü.Rəhimoğlu daha sonra bildirdi ki, dövlətimizin və Prezident İlham Əliyevin KİV-ə göstərdiyi
diqqət və qayğı jurnalistlərin
ümummilli mövzuları
daha geniş işıqlandırması üçün
əlavə imkanlar yaratmışdır. Dövlət başçısının bu
günlərdə media
qurumları tərəfindən
jurnalistlərin dostu elan edilməsi Qarabağ münaqişəsinin
ədalətli həlli
yolunda Prezident İlham Əliyevin yeritdiyi uğurlu daxili və xarici siyasətə də verilən yüksək qiymət kimi səslənir.
Konfransda çıxış edən
Bakı Dövlət Universitetinin professoru, İctimai Teleradio Yayımları Şurasının
sədri Cahangir Məmmədli, müstəqil
hüquq eksperti Aydın Kərimli, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, "Ağdam" qəzetinin baş redaktoru Baxşeyiş Abbasoğlu, "Kür"
qəzetinin baş redaktoru Əminə Yusifqızı, "Yeni Tərtər" qəzetinin
baş redaktoru Tofiq Yusifli və
digər media təmsilçiləri Qarabağ
mövzusunun yüksək
professionallıqla, xalqımızın
arzu və istəklərinə, dövlətimizin
köklü maraqlarına
uyğun işıqlandırılması üçün rəy və təkliflərini söylədilər.
Bildirildi ki, Qarabağ münaqişəsinin
istər sülh, istərsə də hərbi yolla həllinin indiki həlledici mərhələsində
jurnalistlər bütün
təcrübə və
bacarıqlarını, qeyrət
və səylərini
ikiqat artırmalıdırlar.
Tərtər
rayonu ictimaiyyəti nümayəndələri adından
çıxış edənlər
Qarabağ mövzusunu
daim gündəmdə
saxlayan jurnalistlərin
işini dəyərləndirməklə
yanaşı, cəbhə
bölgələri və
milli ordu həyatının daha geniş işıqlandırılması
ilə bağlı arzu və mülahizələrini də
söylədilər. Konfrans
belə bir məramla sona yetdi: Qarabağın azad edilməsi uğrunda mübarizədə
söz çox güclü mənəvi silahdır və o, həmişə düşməni hədəfə
almalıdır.
Tahir AYDINOĞLU,
Xalq qəzeti.-2010.-26 dekabr.-S.5.