MİLLƏT
MÜƏLLİMİNƏ TARİXİN QİYMƏTİ
O özü, buna qətiyyən
şübhə yox ki, bütün zamanlar üçün Azərbaycanın
ən böyük müəllimlərindən biri olaraq
qalacaq. O, məktəbin sinif otaqlarına, universitet
auditoriyalarına daxil olaraq dərs deyən, mühazirələr
oxuyan müəllim deyildi.
Onun dərs otağı tarix səhnəsiydi.
O, müstəsna bir tarix müəllimi
kimi Tarixi yarada-yarada həmvətənlərinə bu tarixi
yaşamağın, bu tarix içərisində ləyaqətlə
irəliləməyin dərslərini verirdi.
O, ən
böyük müəllimlərdən olduğundan
ömrü boyu müəllimin qədrini bildi, həyatı
boyunca həmişə dərs aldığı müəllimlərini
əziz tutdu.
Ona bilavasitə dərs demiş müəllimlər
vardı.
Orta məktəbdə,
ali məktəbdə dərs
aldığı müəllimlərin hamısını
sayğıyla xatırlayırdı.
Lakin bilavasitə dərs almadığı müəllimləri
lap çox idi və onların da hər birini daim minnətdar
duyğularla anırdı.
Oxumağı, öyrənməyi həmişə sevdi. Onunçün
bilik mənbəyinə çevrilmiş hər kitabı, hər
əsəri, hər şəxsiyyəti isə istəkli
müəllimləri cərgəsindən hesab etdi,
özünü onların hər birinə borclu saydı, məqamı
düşdükcə bu borcundan çıxmağa can
atdı.
"Müəllim" deyə qəbul etdiyi, zəkasına,
yenilməz şəxsiyyətinə məhəbbət bəslədiyi
zirvələrdən biri Hüseyn Cavid idi.
Böyük azərbaycanlı Heydər Əliyev bir
neçə minillik Vətən ədəbiyyatı tarixinə
kamilcə vaqif idi, söz sərvətimizi yaratmış
şair və yazıçıların əksərinin
ömür və sənət yolunu bir ədəbiyyatşünasdan
daha dəqiq qiymətləndirmək səriştəsinə
malik idi.
Bu, mübaliğəli bir yanaşmanın təsiri ilə,
hissə qapılaraq gəlinən qənaət deyil.
Heydər Əliyevin istənilən ədəbi abidə
və istənilən qüdrətli ədəbi simaya verdiyi
qiymətin, ifadə etdiyi qənaətin təkrarsızlığı,
peşəkar ədəbiyyatşünas sözündən
daha sərrast olması onun miqyaslı düşüncəsi
ilə bağlıdır.
Geniş bilik və dərin təfəkkür sahibi Heydər
Əliyev hər ədəbi şəxsiyyət və ədəbi
incini yalnız bir fərd olaraq görmür, bütöv Azərbaycan
tarixinin işıqlı zərrəsi olaraq çox ucalardan
seyr etməyi bacarırdı.
Nadir cəmiyyətşünas olaraq Heydər Əliyevin
məhz hər kəsə müyəssər olmayan qabiliyyəti
- istənilən hadisəni hadisələrin axarında, istənilən
şəxsiyyəti şəxsiyyətlərin qatarında
seyr edərək müqayisələrdə qiymətləndirə
bilmək gücü onun çıxardığı nəticələri
adilikdən aralayırdı.
Cavid onun oxuduğu, öyrəndiyi, müəllim
saydığı klassiklərin əvvəlincisi idi.
Tarixi sıra
baxımından yox, bəslədiyi rəğbətlər
nöqteyi-nəzərindən!
Müsahibələrindən birində, "sevimli
şairiniz" sualını cavablandırarkən özü
bunu etiraf etmişdi.
Parlaq ədəbi şəxsiyyətlərimizin əksərinin
həyatını da, yaradıcılığını da
yaxşı bilmiş, onların təxminən hər biri
haqqında mötəbər fikrini bildirmiş Heydər Əliyevin
o qədər ulduz arasında Cavidi seçməsi, onu ən
üstün sayması təsadüf deyildi.
Caviddə qədimliklə müasirlik qovuşurdu.
Cavid özü də bir cəmiyyətşünas,
insanşünas idi ki, Heydər Əliyev onu çox mənada
qəlib, ülgü kimi qavrayırdı.
Digər tərəfdən, Cavid şəxsiyyətinin
bütövlüyü, sarsılmazlığı da başqa
bir qiymətli örnək idi.
Tarix sınaqlarında, zaman fırtınalarında
neçələrinin necə əyilmiş olduğunu
başqalarından daha yaxşı bilən Heydər Əliyev
Cavidin heç bir zəmanə qasırğası
qarşısında məğrurluğunu itirmədiyindən
də hər kəsdən daha əvvəl xəbərdar idi.
Heydərbaba
dağına
"Salam!"
dedi oğullar,
Bu
xalqın o dağdan da
Yüksək olan dağı var.
Sevə-sevə
bu millət
Sənə
"Ata" söylədi,
"Səndən
uca zirvə yox,
Heydər baba!" söylədi.
Aylar, illər
ötsə də,
Zirvələrdə
qalarsan,
Sənə
salam deyəcək
Daim can Azərbaycan.
İldırımlar
şaxanda
Sən dövlətin yanında.
Sellər,
sular axanda,
Sən millətin yanında.
Sən bu
yurdun uğrunda
Yanan,
sönməz bir çıraq,
İstiqlalı
qoruyan
Yenilməyən bir dayaq.
Salam, ey
böyük öndər,
Adın, yolun əbədi.
Salam, ey
ulu Heydər,
Millətin səninlədi.
Şəxsiyyətdə bu keyfiyyətə xüsusi dəyər
verdiyindən Cavidə eşqi bir qədər də
artırdı.
Cavid
onunçün bir təkrarsız şair, müdrik filosof olmaqdan
savayı müəllim, dost, məsləhətçi,
könül sirdaşı idi.
Elə bu səbəbdən Cavid haqqındakı ən
böyük əsəri yaratmaq səadəti də Heydər Əliyevə
müyəssər oldu.
Cavid barəsində lap çoxlu elmi və bədii əsərlər
yazılıb.
Cavidin sayı bilinməyəcək qədər
çoxlu rəsmləri çəkilib, abidələri
yapılıb.
Əsərlərinə musiqilər bəstələnib,
özünə nəğmələr həsr edilib.
Heydər
Əliyev nə yazıçı idi, nə tədqiqatçı
alim, nə heykəltəraş, nə bəstəkar, nə rəssam...
Amma ən nəhəng Cavid Əsərini, ən möhtəşəm
Cavid Abidəsini doğurmaq səadəti onun bəxtinə
düşdü.
Başqa sənətkarların ayrı-ayrılıqda
Cavidlə bağlı vücuda gətirdikləri hər bir sənət
əsərindən daha yaxşısını yaratmaq, yaxud ona
bənzərini ortaya qoymaq mümkündür.
Cavidlə bağlı belə əsərlər indiyədək
yaranıb, bundan sonra da yaradılacaq.
Lakin Heydər Əliyevin doğurduğu Cavid Əsərini
nə ona qədər yaradan olmuşdu, nə də bundan belə
xəlq edən olacaq.
Hüseyn Cavid 1937-ci ilin qurbanlarından idi.
Müasirlərinin "əfəndi" deyərək
seçdiyi, sağkən klassikcə qiymətləndirdiyi və
sovet siyasi repressiyaları bir sel kimi coşmağa
başladığı 1930-cu illərdən daha öncə
sıxışdırılmağa, təqib edilməyə
başlanmış Cavid peyğəmbər xislətli və
siqlətli yaradıcı idi.
O
yalnız olanları yazmırdı, olacaqları da irəlicədən
qələmə alırdı, millətin yolunun necə olmalı
olduğunu da qabaqcadan müəyyənləşdirərək
şeirləşdirirdi, çağdaşlarına və xələflərinə
ərməğan edirdi.
Özü demiş, "əsrinin öksüzü"
- zamanın yetimi olan belə dahilərsə dünyanın hər
yerində, bütün tarix ərzində məşəqqətlərə,
zərbələrə, acılara mübtəla qılınıb.
Heydər Əliyev uzun illər sovet təhlükəsizlik
xidməti şəbəkəsində işlədiyindən həmin
laübalı təşkilatın arxivlərinin kənar
gözlərə tam qapalı olduğu vaxtlardan işin
içərisindəki bir şəxs kimi Cavidin hansı
müsibətlərdən keçdiyini adi insanlardan, əlbəttə
ki, daha dürüst və təfərrüatlı bilirdi.
1937-ci il
iyunun 3-də keçirilən Azərbaycan Kommunist
(bolşeviklər) Partiyasının nəhs -
onüçüncü qurultayında dövlət tərəfindən
rəsmən "xalq düşməni" elan edilən, təxirə
salmadan elə həmin gecə dərhal həbsə alınan,
adı səhnələrdən, imzası qəzetlərdən,
əsərləri dərsliklərdən və kitabxanalardan
yığışdırılan, tarixdən silinməsi
üçün bütün qəddar tədbirlər
görülən Cavid ta 1956-cı ilə qədər sırf
yasaq adların "qara siyahı"sında qaldı.
Hətta həmin bəraətlər fəsli, siyasi iqlimdə
yumşalmalar başlanandan sonra da Cavidə münasibətdəki
soyuqluğa son qoyulmadı.
Digər bəraət almışlardan fərqli olaraq,
Cavidin bir çox əsərləri əvvəlki kimi
qadağan kitablar zümrəsində qaldı, sovet əyyamlarının
ən qart ittihamlarından sayılan "pantürkist"
damğası Cavidin üstündən götürülmədi.
Cavidin tam bəraəti, xalqa itkisiz, bütün
yaradıcılığı ilə bütöv
qayıdışı məhz Heydər Əliyevin sayəsində
mümkün oldu.
1980-ci illərin əvvəlləri idi, sovet dövləti
hələ yerində idi, Cavidin o günəcən yasaqlıqda
qalmış bir çox əsərləri rejimin siyasəti
baxımından zərərli mahiyyətini saxlayırdı və
bu şairə tam bəraət vermək, əslində, rəsmi
ideologiya baxımından düzgün deyildi.
Heydər Əliyev həmin rəsmi ideologiyanın
öndə gedən təmsilçilərindən biriydi.
Bu statusa malik ola-ola Cavidi düşmənlikdən birdəfəlik
çıxarmaq, onun təbliğ edilən ideoloji xəttə
bir çox məqamlarda yad olan əsərlərinə də
vətəndaşlıq hüququ bağışlamaq
vaxtına görə ağlasığmaz şücaət,
yalnız vətəndaş hünəri deyil, siyasi qəhrəmanlıq
idi.
Heç kəsin bacarmayacağı bu əməli
gerçəkləşdirmək Heydər Əliyevə qismət
oldu.
Hüseyn
Cavid 1882-ci il oktyabrın 24-də
Naxçıvanda doğulmuş, 1941-ci il dekabın 5-də
Sibirdə gözlərini əbədilik yummuşdu.
Əslində o, 1934-cü ilin 4 iyun gecəsində həyatdan,
mühitdən, ədəbi aləmdən və əzizlərindən
təcrid ediləndən sonra bitmişdi.
Çünki 1939-cu ilin yayınadək Bakı həbsxanalarında
saxlandıqdan sonra sürgün edilsə, uzaq buzlu
ünvanlarda hələ bir müddət sağ qalsa da, buna
dirilik demək olmaz.
Cavidin qələmi
1937-nin iyununda susan gündən onun ədəbi
varlığı da bitmişdi.
Şairin
100 yaşını ali ədəbi bayram və
sözün yüksək anlamında qayıdış mərasimi
kimi düşünən Heydər Əliyev Azərbaycan
Respublikasının rəhbəri kimi sərəncam
imzalayır.
Qəbul olunmuş qaydalara müvafiq olaraq keçirilməsi
nəzərdə tutulan tədbirlərlə bağlı layihə
hazırlanaraq onun masası üstünə qoyulur.
O
dövrdə Azərbaycan KP MK-da ideologiya üzrə kaitb
işləmiş və bu məsələlərə bilavasitə
cavabdeh olan Həsən Həsənov xatırlayır ki, Heydər
Əliyev həmin layihəni narazılıqla
qarşıladı, özü qələm götürərək
bu yuvarlaq ildönümünü qeyri-adi bayrama çevirəcək
maddələri bircə-bircə mətnə əlavə etdi.
Bu sırada ən təsəvvürəsığmaz təşəbbüs
isə Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilməsi
idi.
Sovet tarixində hələ belə hadisə
olmamışdı.
Hələ heç bir repressiya qurbanı şimal cəhənnəmindən
qurtularaq Vətəninə dönməmişdi.
Heydər
Əliyev Kremldəki nüfuzundan, SSRİ-nin ən ali səviyyəsində
sözükeçərliyi və təsir imkanlarından
istifadə edərək bu icazəni ala bildi, 59 yaşında
Sibir buzlaqlarına tapşırılmış Cavidi 100
yaşının tamamında Azərbaycana qaytardı,
ustadın tabutu başında fəxri qarovulda özü
dayandı.
Həsən Həsənov həmin unudulmaz günlərlə
bağlı bir maraqlı əhvalatı da xatırlayır.
Yubiley tədbirlərinin
gerçəkləşməyə, mətbuat səhifələrində
ardıcıl yazıların dərc edilməyə
başladığı günlərdən birində Heydər
Əliyev onu kabinetinə çağırır: "Gevorkov gəlmişdi.
Şikayətlənir ki, niyə Cavidi
internasionalist elan edirsiniz. Yubileyini
keçirirsiniz-keçirin, sözümüz yox, amma o, beynəlmiləlçi
olmayıb. O, qatı millətçi idi axı.
***
Hər qəmin
sonu var,
Vaxt itkini sağaldar.
Bəs nədəndir
həsrətin
bitməz,
artar.
Gəldin
sən
Nur kimi.
Oldun sən
Elinlə hər an.
Getdin sən
Nur kimi.
Qalarsan
Bizimlə hər an.
Əbədi
nəğmətək
səslənəcəksən.
Əziz
yerin göründükcə
sən
dönəcəksən.
Əbədi
nəğmətək
səslənəcəksən,
Doğma
yerin ürəklərdir,
sən
gələcəksən.
Açdığın
yol qalar
Xalqa səndən yadigar.
Qəlblərdə
məhəbbətin
Daim yaşar.
Gəldin
sən
Nur kimi.
Oldun sən
Elinlə hər an.
Getdin sən
Nur kimi.
Qalarsan
Bizimlə hər an.
***
Sənin
adın nə əziz,
yurdun hər
yerindəsən.
Sən
xalqın ürəyində
sevgitək dərindəsən,
Vətənin
hər övladı
sənin
doğma balandır,
Yenilməz
dövlətimiz
səndən bizə qalandır.
Tufanlardan
çıxardın
sevimli
millətini,
Sən
qorudun ən şirin
azadlıq nemətini.
Yurdumuz
yaşadıqca
bizimlə olacaqsan,
Bayrağım
ucaldıqca
vətənlə qalacaqsan.
Ağ
günlərin yeliylə
qabaranda
yelkənlər
Fərəhi
bölüşməyə
tələsər yenə Heydər.
Yurdun
başı üstündə
dolaşanda buludlar,
Ən
sadiq arxa kimi
öndər yenə qayıdar.
Sən
xoşbəxt sabahları
yaradan
ulu memar,
Böyük
yol, sükançı da
səndən bizə yadigar.
Bu yol Heydər
yoludur,
bu yol
hünər yoludur,
Bu yol
İlham yoludur,
bu yol
inam doludur.
Bu yol Heydər
yoludur,
Bu yol
İlham yoludur,
Bu yol millət yoludur.
Bu mənim yanıma gəlib belə deyirsə, yəqin,
Moskvaya da yazılar təşkil edəcəklər. Ona görə
də Cavid əsərlərində ən müxtəlif
xalqların övladı olan obrazları, şairin
bütün xalqlara humanist münasibətini təsdiq edən
nümunələri seçin, onun həqiqətən beynəlmiləlçi
olduğunu göstərən yazılar hazırlayın, qəzetlərdə
dərc etdirin".
Həmin yüksək vəzifəli "ayıq"
kommunist erməni, guya, hələ o vaxt içərimizdə
olan ermənilərin üzübərilərindən idi,
hesabla əl ermənisi idi. Dağlıq Qarabağ Muxtar Vilayətinə
rəhbərlik edirdi, Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin Büro üzvü idi, Heydər Əliyevin də
hansı iradə, səlahiyyət, güc sahibi olduğunu
gözəl dərk edirdi və söz yox, ondan möhkəm də
çəkinirdi.
Lakin
bütün bunlara baxmayaraq, belə etirazı dilinə gətirməyə
cürət etmişdisə...
Deməli, ona verilən fitva beləymiş.
Heydər Əliyevin ehtimalı tamam doğru idi. Çünki
bu, birinci hal deyildi. Milli ruhun, milli
özlüyün respublikadakı təntənəsinə xidmət
edən istənilən addımdan sonra Kremlə Bakıdan ermənilər
qalaq-qalaq məktublar yollayır, işə pəl vurmağa səy
edirdilər. Eynən bu cür Nəriman Nərimanovun
heykəli qoyulanda qanımıza susamış idbarlar
Moskvanı məktub atəşinə tutmuşdular ki, Əliyev
Azərbaycan paytaxtının ən hündür yerində
Sergey Mironoviç Kirovunkundan da iri abidəni bir millətçiyə
ucaldır.
Təsəvvür edin, Heydər Əliyev kimi qüdrətli,
nüfuzlu, SSRİ-nin birinci şəxsinin nəzərində
xüsusi inam və rəğbətə malik şəxsiyyət
də belə qart maneələri dəf edə-edə irəliləmək
zorunda idi.
Bu müqaviməti göstərənlər Heydər Əliyevin
Sovet İttifaqı daxilindəki təsir imkanlarından xəbərdar
olsalar da, maneçiliklər törətməkçün
inadlarından əl çəkmirdilər.
Ona
görə də bu olmuşların fonunda Heydər Əliyevin
Azərbaycan üçün, millət üçün,
konkret olaraq Cavid üçün etmiş olduqlarının
hansı çətinliklər bahasına başa gəldiyi, həmin
tarixi şərtlər içərisində necə vətəndaş
igidliyi olması bütün əzəmətiylə indi daha
aydın dərk edilir.
Heydər Əliyev Cavidi Azərbaycana qaytardı.
Bu sözün bütün mənalarında.
Və sonra onun özünün siyasi karyerası ayrı
məcrada davam etdi. Bakıdan Moskvaya aparıldı, burada
başladığı bir çox başqa nəcib işləri
davam etdirmək digərlərinin öhdəsinə
düşdü.
Ancaq Heydər Əliyevin açmış olduğu
yollarla irəliləməyi də əlində geniş səlahiyyətlər
olanlar bacarmadı.
Yalnız ona görə yox ki, onlar Heydər Əliyevdəki
qabiliyyətə, təpərə sahib deyildilər.
Ən mühümü bu idi ki, onlar Heydər Əliyev
kimi anlaya, qiymət verə və sevə bilmirdilər.
Cavidin 100
illiyi ilə bağlı sənəddə Bakıda şairin ev muzeyinin açılması məsələsi
də vardı. Bəlkə də bu, həmin sənədin
canını təşkil edən əsas maddə idi.
Çünki Cavidin son yadigarı - qızı Turan xanım
sağ idi və çox arzulayırdı ki, irtica
dövrünün caynağından qurtararaq
saxladığı sənədlər, atası ilə
bağlı qoruyub hifz edə bildiyi əşyalar, yazılar
ondan sonra it-bata düşməsin, bu yadigarların
hamısını bir sabit ünvanda qovuşduraraq dünyadan
arxayın getsin.
Heydər Əliyev Moskvaya getdi, muzey məsələsi həll
edilməmiş qaldı.
Usanmadan qəzetlərə yazdıq,
çıxışlar etdik, respublikaya bir-birinin ardınca rəhbərlik
edənlərin hər birinə məktublar göndərdik.
Nəticəsiz qaldı.
Bu ümdə istəyin də çin olması
üçün Heydər Əliyev təzədən
qayıtmalıymış.
Qayıtdı,
XX əsrin sonlarında Vaxtın hökmüylə yenidən
müstəqillik əldə etmiş və bu istiqlalı
Vaxtın kinayəsi ilə, XX yüzilin əvvəllərində
olduğu kimi, iki yaşına çatmadan yenidən itirmək
təhlükəsi ilə üzləşmiş ölkəyə
nicatçı oldu, yurdda çox işləri yerbəyer etdi
və növbə Cavidə çatdı.
Yox, əslində, Cavid ilk növbədə xatirində
idi.
Çünki Moskvadan Vətənə qayıdanda, təqiblərdən
qurtularaq Naxçıvana sığınanda ilk ziyarət
etdiyi yer Cavidin məzarı olmuşdu.
Münasib girəvə yaranan kimi Cavidin muzeyini də
yaratdı, Naxçıvanda şahanə məqbərəsini
də dikəltdi, yubileylərini də keçirdi, şairin
bundan sonrakı bitməz ömrünü təmin edəcək
bütün başqa zəruri niyyətləri də gerçəkləşdirdi.
Dahilərə yaraşan qiyməti verə bilmək dahilərin
alınına yazılmış keyfiyyətdir.
***
Cavidi qeyri-adi, müstəsna edən cəhətlərdən
biri də onun gələcəyi görə bilmək, onillər
sonra ölkəsinin və dünyanın həyatında, eləcə
də öz taleyində baş verəcəkləri irəlicədən
bilmək qabiliyyətidir.
Bunun sıra-sıra təsdiqi Cavidin yadigar şeirlərinin
arasındadır. Oxuduqca bunları möcüzə hesab etmək
fikrinə düşürsən. Amma bunlar
həqiqətlərdir və dahi şairlərin niyə
peyğəmbər də adlandırılmasının əyani
sübutudur.
Cavid öz kəşməkəşli taleyi müqabilində
sabahlar içərisində ona dayaq duracaq Heydər Əliyev
kimi bir dövlət öndərini görmüşdü.
"Heydər Əliyev kimi" yazdım və öz
yazdığıma tərəddüd etdim. Niyə onun
kimi?
Məhz onu görmüşdü.
Çünki...
Cavidin hələ
1920-ci illərdə qələmə aldığı bu sətirlərə
dalın və heyrətlənin:
Tutduğun
yol böyük... Sən el rəhbərisən,
Bütün səslərdən üstündür sənin
səsin.
Bağır,
hayqır, can ver issız bucaqlara,
Bilgi nuru yağdır sönmüş ocaqlara.
Zəif
biliklərdən çəlik qollar yarat!
Hər
uyumuş beyinə bir qığılcım at!
Çalış
bütün boşluqlar əzminlə dolsun,
Hər bataqlıq çiçəkli bir cənnət
olsun.
Heydər
Əliyev dahi mənəvi ustadının bu vəsiyyətinə
yüzdə-yüz əməl etdi!
Və ulu öndər özü vaxtın
ucalığından seyr edərkən keçmiş içərisində
qalsa da, gələcəyinki olan Cavidi belə
görürdü. Belə gördüyü üçün də onun ən
uzaq sabahlarda da milləti ilə birgə olmasından
ötrü bütün bacardıqlarını etdi: "Həyat
nə qədər maddi cəhətdən ağır olsa da, mənəviyyat
insanı yaşatmağa, mübarizəyə və bu çətinliklərin
öhdəsindən gəlməyə yardım edir. Bu mənəviyyat mənbəyi də bizim mədəniyyətimizdədir,
bizim tariximizdədir. Bizim ali köklərimizdədir,
bizim ədəbiyyatımızdadır, bizim mənəviyyatımızda,
mədəniyyət xəzinəmizdədir. Bu xəzinəni
bizə bəxş edənlərdən biri və demək olar
ki, ən görkəmlisi də Hüseyn Caviddir. Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin, bütün türk
dünyasının ən görkəmli bir simasıdır, təkrarolunmaz
bir şəxsiyyətdir, bir şairdir və
yazıçıdır. Onun yaratdığı
əsərlər böyük çətinliklərdən
keçərək indi artıq hamımız
üçün dərslik olubdur və dərslik
olmalıdır.
Mən Hüseyn Cavidin yaradıcılığına,
onun ədəbi irsinə qiymət vermək fikrində deyiləm. Çünki
bunu alimlər, yazıçılar ediblər. Ancaq mən bir siyasət adamı kimi öz fikrimi deyə
bilərəm ki, bəli, bizim üçün Hüseyn
Cavidin yaratdığı əsərlər daim mədəniyyət,
mənəviyyat, əxlaq mənbəyidir. Onun qədər bu barədə XX əsrdə dərin
mənalı, yüksək fəlsəfəyə uyğun əsərlər
yaradan olmayıb. Və bu əsərlər
indi bizim üçün daha da lazımdır. Çünki Azərbaycanın indi müstəqil
dövlət kimi, azad bir millət kimi yaşaması, Azərbaycan
xalqının inkişaf etməsi üçün biz həmişə
Hüseyn Cavidin əsərlərini oxumalıyıq, onun
yazdıqlarından bəhrələnməliyik. Orada biz bugünkü həyatımızda baş verən
bütün problemlərin cavabını tapa bilərik. Hüseyn Cavid bəşəri bir
yazıçıdır. Onun
yazdıqları bəşəri xarakter daşıyır.
O, bir Azərbaycan çərçivəsinə, yaxud
İslam-türk çərçivəsinə yerləşən
deyil, dünyəvidir. O, dünya ədəbiyyatını zənginləşdiribdir.
Fəqət bizim
çatışmazlığımız ondan ibarətdir ki,
onu lazımi qədər dünya ictimaiyyətinə, dünya
mədəniyyətinə çatdıra bilməmişik.
Hüseyn Cavidin əsərlərini alimlər təhlil
edə bilərlər. Şübhəsiz ki, nə qədər təhlil
etsələr, o qədər də dərinliyə gedəcəklər.
Bəlkə də, böyük dərya kimi
heç onun hamısını əhatə edə bilməyəcəklər.
Ancaq bununla yanaşı, bizim
hamımızın borcu, xüsusən müəllimlərin,
məktəblilərin, gənc nəsli tərbiyə edənlərin
borcu ondan ibarətdir ki, Hüseyn Cavidin əsərlərini
hamıya çatdırsınlar, xüsusən bizim gənclərə.
Məktəblərdə Hüseyn Cavidin əsərləri
xüsusi yer tutmalıdır. Yenə də
deyirəm, çünki onun hər bir əsərində bir
dünya var".
***
...Heydər
Əliyevi Cavidə bağlayan bir başqa amil də vardı.
Cavidin ilk əsas müəllimi böyük
qardaşı Şeyx Məhəmməd olmuşdu.
Şeyx Məhəmməd Heydər Əliyevə də
dərs demişdi.
1996-cı ildə Cavid məqbərəsinin
açılışı münasibətilə
Naxçıvana getmişdik. Unudulmaz öndər bu
epizodları mənə o səfər əsnasında
nağıl etdi. Söylədi ki, Şeyx Məhəmməd
Rasizadə ona 1930-cu illərdə Azərbaycan dili, ədəbiyyat
dərsləri deyib, çox savadlı, həm də ifrat dərəcədə
tələbkar, ciddi müəllim imiş: "Sonra tale elə
gətirdi ki, işimin xüsusiyyətinə uyğun olaraq,
illərlə deyil, onillərlə rusca yazıb-pozmağa məcbur
qaldım, rusca danışdım, Azərbaycandan kənarlarda
işlədim, hətta, bəzən hiss etdim ki, rusca
düşünürəm. Amma Şeyx Məhəmmədin
verdiyi dərslər beynimizə necə həkk olunmuşdusa,
ana dilimizi, onun qayda-qanunlarını bir an
belə unutmadım".
***
Bu əhvalatı da mənə unudulmaz Heydər Əliyev
danışıb.
Həmin uzaq 1930-cu illərin əvvəllərində səhər
dərsə gedəndə yola düşmüş bir kitab
görür.
O
çağlar nəşr olunmuş kitab, qəzet-jurnal
qıtlığıymış. İllah da
Naxçıvanda.
Əvvəli
və sonu olmayan bu yarıcırıq kitabı maraqla vərəqləyən
uşaq birdən arxadan
Elə onun kimi məktəbə gedən istəkli
müəllimi Şeyx Məhəmmədin səsini.
Şeyx Məhəmməd də bu kitabı alıb
baxır.
Hansısa yazıçının ruscadan tərcümə
edilmiş hekayəsiymiş.
Və təcrübəli
müəllim dərhal sevimli şagirdinə
tapşırıq verir: "
Məktəbli Heydər Əliyev ertəsi gün həmin
inşanı yazır, əvvəli və sonu olmayan hekayəni
məntiqi sapa düzərək tamamlayır, bütövləşdirir
və "əla" qiymət alır.
Millətinin və dövlətinin taleyində də
natamamları tamamlamaq, yarımçığı
bütövləşdirmək, məntiqdən qırağa
çıxanları bir sağlam yola düzmək onun həyat
meyarı oldu.
Bu Millət
və Dövlət İnşasından da qiyməti "ƏLA"dır!
O biri
"əla"nı şagird Heydər Əliyevə
qırmızı qələmiylə əziz müəllimi,
Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd
yazmışdı.
Bu biri
"əla"nı Millət Müəllimi
Heydər Əliyevə Tarix özü yazdı!
RAFAEL HÜSEYNOV,
Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.- 2010.- 11 dekabr.- S.
2-3.