Musiqili Komediya Teatrı – 100

 

Yaşar NuriƏr arvadkomediyasında

 

Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının xalq artisti, şöhrətli gülüş ustası Yaşar Nuri Dövlət Musiqili Komediya Teatrının bir tamaşada iştirak etmək üçün dəvətini cavabsız qoymayıb. Yenicə məşqlərinə başlanan Üzeyir Hacıbəylinin “Ər və arvad” komediyasında ona Kərbəlayi Qubad rolu həvalə olunub. Teatrın baş rejissoru Yusif Əkbərovun quruluşunda hazırlanan bu operettada tamaşaçıların çox sevdikləri xalq artistləri Afaq Bəşirqızı, İlham Əhmədov, Arif Quliyev, Fatma Mahmudova, əməkdar artistlər Elçin Həmidov, Əkbər Əlizadə, aktyorlardan Ülviyyə Əliyeva, Ema Məlikova da çıxış edəcəklər. Teatrın 100 illik yubileyi münasibətiilə səhnəyə qoyulan bu əsərə şöhrətli artistlərin cəlb olunması heç də təsadüfi deyil.

 

– 1910-cu il may ayının 24-də bu əsərlə Musiqili Komediya Teatrının əsası qoyulub, – deyə teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi Əliqismət Lalayev bizimlə söhbətində bildirdi. – İlk tamaşada Mirzağa Əliyev, Hüseyinqulu Sarabski, Əhməd Ağdamski kimi böyük sənətkarlar çıxış ediblər. Dirijor pultu arxasında dahi Üzeyir bəy özü dayanıb.

SonralarƏr arvadkomediyası 1911-ci ildə, 1913-cü, daha sonralar isə 1939-cu ildə tamaşaçılarla görüşə gəlib. 1942-ci ildə isə görkəmli rejissor, xalq artisti Şəmsi Bədəlbəylinin quruluşunda bu əsər Musiqili Komediya Teatrında maraqlı səhnə həyatı yaşayıb.

Bu, tarixdir istədik ki, 100 ildən sonra da aktuallığını itirməyən bu əsər çağdaş teatrımızın tanınmış simaları tərəfindən yenidən həyata vəsiqə alsın. Üstündən 100 il keçəndən sonra da teatr tariximizəƏr arvadsevilən sənətkarlarımızın adı ilə düşsün.

Mən çox böyük məmnunluqla bu əsərdə oynamağa razılıq verdim, – deyə xalq artisti Yaşar Nuri bildirdi. – Son vaxtlar Musiqili Komediya Teatrında oynanılan uğurlu tamaşalar sübut edir ki, teatr bir əsrlik yubileyinə ciddi hazırlaşır. Teatrın tarixi isə bu əsərlə başlayır. Deməli, 100 ildən sonra bu əsəri yenidən səhnəyə gətirmək sevindirici bir hadisədir. Şadam ki, bu tarixi sənət dostlarım Afaq Bəşirqızı, İlham Namiq Kamal, Arif Quliyev kimi sənətkarlarla birlikdə yazacağıq. Ümumiyyətlə, Musiqili Komediya Teatrı mənə çox doğma olan bir kollektivdir. Atam bu teatrın sevilən aktyorlarından olub. Hər dəfə bu teatra gələndə elə bilirəm ki, öz doğma evimə gəlirəm. Çünki burada mənə doğma olan çoxlu xatirələrim var. Kərbəlayi Qubad roluna dəvət olunmağım ürəyimdəndir. Mən eyni zamanda son vaxtlar ölkənin tanınmış bəstəkar, dirijor, rejissor aktyorlarının, rəssamların teatrda hazırlanan tamaşalara cəlb olunmasını alqışlayıram. Çünki, bizim ümumilikdə bir teatrımız varAzərbaycan teatrı biz böyük sevgi ilə bu teatra xidmət edirik.

Əsərin musiqi redaktoru, əməkdar incəsənət xadimi Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru bəstəkar Sərdar Fərəcovdur. Sərdar Fərəcovun fikrincə uzun fasilədən sonra, bir əsrlik yubileyində yenidən tamaşaçılarla görüşə gələnƏr arvadteatrın yubileyinə əsil bayram hədiyyəsi olacaq.

Tamaşanın quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, bədii tərtibatçısı əməkdar rəssam Eldar Qurbanov, quruluşçu xormeyster Vaqif Məstanov, quruluşçu baletmeysterlər isə Zakir Ağayev Yelena Ağayevadır.

 

 

Günel QƏMBƏROVA

 

Xalq qəzeti.- 2010.- 5 fevral.- S. 7.