Azərbaycan Mətbuat Şurasının məramı
aşkarlıq və obyektivlikdir
Azərbaycan Mətbuat Şurası 6-cı ildir ki,
ölkə jurnalistləri və ictimaiyyəti
üçün il ərzində gördüyü işlərə
dair hesabat verir. Şuranın struktur sahələri üzrə
həyata keçirilən tədbirlər, icra edilən
işlər barədə yığcam məlumatı ölkə
jurnalistlərinin və oxucuların nəzərinə
çatdırırıq.
2009-cu ildə Azərbaycan
Mətbuat Şurasının başlıca fəaliyyət
istiqamətləri aşağıdakılardan ibarət olub:
komissiyaların fəaliyyəti, Mətbuat Şurasına daxil
olan şikayət və müraciətlərin
araşdırılması, qərar və rəylərin qəbulu;
“Reket jurnalistika”ya qarşı mübarizə; tədbirlər
və təşəbbüslər, digər məsələlər.
İl ərzində
şuraya ümumilikdə 489 müraciət daxil olub. Bunun 247-si ilin birinci yarısına
aiddir. Müraciətlərdən 167-si dövlət idarə, müəssisə
və təşkilatlarından,
45-i ictimai qurumlardan,
11-i siyasi partiyalardan,
29-u yerli özünüidarəetmə
orqanlarından, 61-i özəl
müəssisələrdən, 176-sı ayrı-ayrı vətəndaşlardan
daxil olub.
Şura Katibliyi 489 şikayətlə
bağlı cavabdeh və şikayətçi
tərəfləri şuraya
dəvət edib. Bu mərhələdə 236 məsələ
yerindəcə həllini
tapıb, tərəflər
arasında anlaşma əldə olunub. Digər 222 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən
məsələlər və
onlarla bağlı toplanmış materiallar baxılmaq üçün
şuranın müvafiq
komissiyalarına təqdim
edilib.
Ötən ilin ilk yarısında şuraya daxil olan şikayətlərin
222-si komissiyalarda araşdırılıb. Bunlardan 147-si şikayətlər üzrə
komissiyada, 57-si “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasında,
8-i mətbuatla dövlət
qurumları arasında
problemlərin həlli
daimi komissiyasında,
10-u sosial komissiyada araşdırılıb. Şikayətlər üzrə komissiyada baxılan 147 məsələdən
116-sı bu komissiya səviyyəsində həllini
tapıb. Bu şikayətlər üzrə
yalnız rəylərin
çıxarılması ilə
kifayətlənib. Digər 31 məsələ
barədə çıxarılan
rəylər qərar
qəbulu üçün
Şuranın İdarə
Heyətinə təqdim
edilib.
“Reket jurnalistika”ya qarşı mübarizə
komissiyasında 57 şikayət
araşdırılıb. Həmin şikayətlərə
rəy verilərək
yekun qərarın qəbulu üçün
Şuranın İdarə
Heyətinə təqdim
olunub. Mətbuatla dövlət qurumları
arasında problemlərin
həlli daimi komissiyasında 8 şikayət
araşdırılıb. Onlardan
6-sı həllini tapıb.
2-si ilə bağlı
əlavə materiallara
ehtiyac duyulduğundan araşdırmalar davam edir. Şuranın İdarə Heyətində
müzakirə edilən
şikayətlərin sayı
isə 31-dir. Şikayətlər
üzrə komissiyanın
və “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasının
rəyləri əsasında
müvafiq olaraq 27 və 4 qərar qəbul olunub.
İl ərzində Şuranın
İdarə Heyətinin
12, şikayətlər üzrə
komissiyanın 19, “Reket
jurnalistika”ya qarşı
mübarizə komissiyasının
8, mətbuatla dövlət
qurumları arasında
problemlərin həlli
daimi komissiyasının
3 iclası keçirilib. Bundan başqa,
müxtəlif məsələlərlə
bağlı şuranın
sosial komissiyasının
5, hüquq və iqtisadiyyat komissiyasının
3 iclası keçirilib.
2009-cu ildə şikayətlər
üzrə komissiyanın,
“Reket jurnalistika”ya qarşı mübarizə
komissiyasının təqdimatları
əsasında Mətbuat
Şurasının İdarə
Heyəti tərəfindən
28 qərar qəbul edib. Şikayətlər üzrə komissiyada
74 rəy, “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasında
4 ümumi rəy çıxarılaraq MŞ İdarə
Heyətinə təqdim
olunub.
Şura tərəfindən
“reket jurnalistika”ya qarşı mübarizə
ili elan
olunan 2009-cu ildə qurum bununla bağlı
mübarizəni aşağıdakı
iki istiqamətdə aparıb.
1.“Reket nəşr”lərin
elan olunması və adlarının ictimaiyyətə çatdırılması.
Azərbaycan Mətbuat Şurasının
İdarə Heyəti
şuranın şikayətlər
üzrə komissiyasının
və “Reket” jurnalistika"ya qarşı
mübarizə komissiyasının
təqdimatı əsasında
2009-cu ildə dörd
dəfə “reket” nəşrlərin adlarını
açıqlayıb. Fevralda 36, apreldə 19, iyunda 8, oktyabrda 5, dekabrda isə 8 KİV-in adı “reket nəşr” elan olunub. Şuranın İdarə Heyətinin müvafiq qərarı ilə mətbuatın “qara siyahı”sı tərtib olunub və həmin siyahıya MŞ-nin əvvəlki illərdə
çıxardığı qərarlara əsasən “reket” elan olunan
16 kütləvi informasiya
vasitəsinin də adı daxil edilib.
Mətbuatın “qara siyahı”sı tanınmış, ictimai fikrə təsir göstərən kütləvi
informasiya vasitələrində
dərc edilib. Şura
ictimaiyyətin məsələni
diqqətdə saxlaması
üçün “reket”
nəşrlərin siyahısını
xüsusi tərtibatda
5000 nüsxədə çap
etdirib, sənədin paytaxtda və ölkənin müxtəlif
regionlarında fəaliyyət
göstərən idarə,
müəssisə və
təşkilatlara çatdırılmasını
həyata keçirib.
2.“Reket nəşr”lərə
qarşı ictimai qınağın fəallaşdırılması
məqsədilə ölkədə
fəaliyyət göstərən
yayım firmalarına
və mətbəələrə
məktublar göndərib.
Həmin məktublarda
bildirilib ki, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin 24 aprel 2009-cu il tarixli iclasında
Şuranın Katibliyinin
və müvafiq komissiyalarının təqdimatı
əsasında 71 kütləvi
informasiya vasitəsinin,
digər 2 iclasda isə 13-nün adının
“reket” nəşr elan olunması və onların adlarının ”qara siyahı”ya salınaraq ictimaiyyətə açıqlanması
barədə müvafiq
qərar çıxarılıb.
Bu qərarın qəbulu
zamanı həmin
KİV-lərin “Azərbaycan
Jurnalistlərinin Peşə
Davranışı Qaydaları”na məhəl qoymamaları, etik prinsiplər və peşə əxlaqı ilə bir araya
sığmayan hərəkətlərə
yol vermələri, barələrindəki qərar
və rəylərdən,
tövsiyə və iradlardan nəticə çıxarmamaları əsas
götürülüb. Həmçinin mətbuatın “qara siyahısı” da onlara göndərilərək
KİV-lə əməkdaşlıq
qurularkən bu faktların nəzərə
alınması tövsiyə
edilib.
MŞ ötən yarım ildə “reket jurnalistika”ya qarşı mübarizə çərçivəsində
həmçinin əlaqədar
dövlət qurumlarına
qanunvericilikdə nəzərdə
tutulmuş qaydada fəaliyyət göstərməyən
KİV-lərlə bağlı
da müraciətlər
ünvanlayıb.
Mətbuat Şurası 2009-cu ildə
“Görkəmli jurnalistlərin
anımı” silsiləsindən
tədbirlərə başlayıb. Bu məqsədlə şurada
Məmməd Nazimoğlu,
Sona Bağırova və Nəriman Zeynalovun xatirə mərasimləri təşkil
olunub. Tədbirlərdə jurnalistlərin həyat
və yaradıcılıq
yoluna nəzər salınıb, onların irsinin öyrənilməsi
istiqamətində görüləcək
işlər müəyyənləşdirilib.
Hesabat dövrü ərzində
şura medianın müxtəlif problemlərinə
dair 12 “dəyirmi masa” keçirib. Ölkəmizdə səfərdə olan beynəlxalq media qurumlarının
təmsilçiləri, ekspert
və mütəxəssislərlə
ümumilikdə 8 görüş
keçirilib. MŞ 2009-cu ildə 9 bəyanat qəbuı edib ki, həmin sənədlərdə istər
xarici ölkələrin
media orqanlarında Azərbaycanla
bağlı yer alan yaradıcılıq
nümunələrinə və
yerli əhəmiyyətli
bir sıra hadisə və proseslərə münasibət
ifadə olunub.
Azərbaycan Mətbuat Şurasının
Azərbaycan Respublikası
Prezidenti Yanında Kütləvi İnformasiya
Vasitələrinə Dövlət
Dəstəyi Fondunun formalaşdırılması istiqamətindəki
fəaliyyəti hələ
2008-ci ilin əvvəlindən
başlayıb. Məsələ öncə şuranın
hazırladığı Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Konsepsiyası
layihəsində əksini
tapıb. Həmin
sənəd ölkə
Prezidentinin 31 iyul
2008-ci il tarixli sərəncamı ilə təsdiqlənib. Dövlət başçısının
3 aprel 2009-cu il
tarixli fərmanı ilə Azərbaycan Mətbuat Şurasına Azərbaycan Respublikası
Prezidenti Yanında Kütləvi İnformasiya
Vasitələrinə Dövlət
Dəstəyi Fondunun formalaşdırılması ilə
bağlı təkliflərini
hazırlamaq tövsiyə
olunub. Fondun 3 aprel 2009-cu il tarixdə Prezident fərmanı ilə təsdiqlənmiş Nizamnaməsinə
əsasən MŞ yeni
qurumun Müşahidə
Şurasına 9 nəfəri
KİV-lərdən, 9 nəfəri
jurnalist təşkilatlarından
olmaqla 18 namizədin siyahısını müəyyənləşdirərək
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasına
təqdim edib. Ölkə Prezidentinin 22
may 2009-cu il tarixli sərəncamı ilə həmin siyahıda yer alan 18 nəfərdən
3-ü KİV-lərdən, 3-ü jurnalist təşkilatlarından
olmaqla 6 nəfəri fondun Müşahidə Şurasına üzv təsdiqlənib.
Şura il ərzində həbsdə olan jurnalistlərin azadlığa
çıxmaları istiqamətində
müxtəlif səviyyəli
görüşlər keçirib.
Bununla yanaşı, MŞ İdarə
Heyətinin üzvləri
həbsxanalarda olaraq məhbus jurnalistlərin saxlanma şəraiti ilə yaxından tanış olublar. Həmçinin onların azadlığa
çıxmaları üçün
əlaqədar dövlət
qurumlarına müraciətlər
ünvanlanıb.
Mətbuat Şurası ölkədə
diffamasiya ilə bağlı qanunun qəbuluna dəstək göstərmək məqsədilə
ötən ilin oktyabrında Avropa Şurasının Azərbaycandakı
Nümayəndəliyi ilə
birgə geniş konfrans təşkil edib. Tədbirdə diffamasiyanın Azərbaycan
cəmiyyətinə, xüsusən
də jurnalistlərin
fəaliyyətinə təsirinə
dair fikir mübadilələri aparılıb.
Azərbaycan Mətbuat Şurası öz nizamnaməsinə və ötən 6 ildə topladığı
təcrübəyə əsasən,
fəaliyyətini uğurlu
davam etdirir, demokratik cəmiyyətdə
medianın rolunun artmasına köməyini
ildən-ilə artırır. AMŞ-nin məramı KİV-lə bağlı cəmiyyətdə aşkarlıq
və obyektivliyi təmin etməkdir.
Əflatun AMAŞOV,
Azərbaycan Mətbuat Şurasının
sədri
Xalq qəzeti.- 2010.- 5 fevral.- S. 5.