GƏDƏBƏY: 2009-cu ildə
qazanılmış uğurlar gələcək nailiyyətlərin
möhkəm bünövrəsidir
– Gədəbəydə
heç kim deyə bilməz ki, maaşını,
pensiyasını vaxtlı-vaxtında ala bilmir...
Rayon icra hakimiyyətinin
başçısı Kamran Rzazadənin dediyi bu sözləri
zalda əyləşənlərin hamısı təsdiqlədi.
Hər həftənin
cümə axşamı günləri keçirilən ənənəvi
müşavirədə biz də iştirak etdik və bir daha əmin
olduq ki, rayonda adamların sosial problemlərinin həlli daim
ön plandadır.
Kənd icra nümayəndələrinin, bir sıra müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən bu müşavirədə təkcə elektrik enerjisi və təbii qaz pullarının yığımı ilə əlaqədar söhbətlər aparılmır, həm də rayonun digər mühüm məsələlərinin həlli istiqamətində işlər təhlil olunur, vəzifələr konkretləşdirilir.
Yuxarıda qeyd etdiyimiz sözləri rayon rəhbəri müşavirə iştirakçılarına təsadüfən ünvanlamır. Gədəbəy kimi ucqar bir dağ rayonunda 8 bankomat var. Hətta sərhəd bölgəsi olan Şınıx, Saratovka kimi kəndlərdə də bankomatlar fəaliyyət göstərir. Həmişə də nə qədər desən pul kütləsi var. Yəni heç kim deyə bilməz ki, pul ala bilmədiyim üçün enerji haqqını ödəməmişəm. Ümumiyyətlə, bu işdə bir sistem yaradıldığından rayon enerji haqlarının toplanmasına görə respublikada ön sıralarda gedir.
Rayonda bir-birindən yaraşıqlı yeni poçt binaları da inşa olunur. Son 30 ildə mərkəzi rayon poçtamptı istisna olmaqla, bir dənə də olsun, poçt binası tikilməmişdi və əksər kənd poçt şöbələri uyğunlaşdırılmış və yararsız binalarda yerləşirdi. Keçən il dövlət proqramı əsasında rayonun 4 kəndində – Slavyanka, Kiçik Qaramurad, Novosaratovka və Rüstəm Əliyev kəndlərində ümumi dəyəri 176 min 400 manat olan yeni poçt binaları tikilmişdir.
... Artıq 2009-cu il, hətta 2010-cu ilin ilk ayı arxada qalıb. Gədəbəy ötən ili necə yola saldı, yeni ili nə ilə qarşıladı? Qarşıda hansı işlər var? Problemlər, çətinliklər necə aradan qaldırılır? Bu suallarla ucqar dağ rayonuna üz tutduq. Gördüklərimiz, eşitdiklərimiz, bildiklərimizlə oxucuları da tanış edirik.
Pul var, abadlıq, gün-güzəran
niyə olmasın?
Əvvəla
qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı” respublikamızın digər
regionlarında olduğu kimi, Gədəbəy rayonunda da
uğurla həyata keçirilir. Onu demək kifayətdir
ki, Dövlət Proqramında 2009-2013-cü illər Gədəbəy
rayonunda 16 tədbirin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. Bu istiqamətdə işlər
ardıcıl olaraq icra olunur.
Yola salınan
2009-cu ildə Dövlət Proqramına əsasən Gədəbəy
şəhərinin küçə və səkilərində
418 min manatlıq təmir və abadlıq işləri
aparılmışdır. Heydər Əliyev
prospekti, 20 Yanvar, Paşayev, Dilarə Əliyeva, Vahid Rüstəmov
və Qoşqar Əhmədli küçələri
asfalt-beton və çınqıl örtüyü ilə təmir
olunmuşdur. Paşayev və Rəsulzadə
küçələrində yeni müasir
işıqlandırma sistemi quraşdırılmışdır.
Son 6 ildə Gədəbəy rayonunda 7862 yeni iş yerləri açılmışdır ki, bunun da 662-si 2009-cu ilin payına düşür. Yeni açılmış bu iş yerlərinin 2040-ı daimi iş yerləridir.
2003-cü ildə rayonda orta aylıq əmək haqqı 48,8 manat olduğu halda, bu rəqəm 4,5 dəfə artaraq 220 manat olmuşdur. Əvvəlki illərlə müqayisə etsək 2003-cü ildə rayon büdcəsi 3 milyon 549 min 399 manat təşkil edirdisə, bu rəqəm 2009-cu ildə 22 milyon 152 min 103 manata çatmışdır.
Sahibkarlıq xeyli inkişaf edib. Rayonda sahibkarlıq fəaliyyəti ilə 1648 nəfər məşğul olur ki, onlardan da 1378 nəfəri fiziki şəxs, 252-i hüquqi şəxs, 18-i isə fermerlərdir. İş adamları ilə Rayon İcra Hakimiyyətində görüşlər təşkil olunmuş, onları maraqlandıran məsələlər və problemlər ətrafında geniş müzakirələr aparılmışdır. Onların normal fəaliyyəti üçün şərait yaradılmışdır.
Sahibkarlığın inkişaf etdirilməsi
üçün 2009-cu ildə əhaliyə istehlak
mallarının alınması üçün müvafiq
olaraq 9 nəfər fiziki şəxsə 20 min manat, 20 nəfər
fiziki şəxsə 20 min ABŞ dolları istehlak krediti, 4 nəfərə
13 min 800 ABŞ dolları və 1 hüquqi şəxsə 3
min ABŞ dolları həcmində kreditlər
verilmişdir. Bundan başqa əhalinin gündəlik tələbat
mallarına olan ehtiyacını ödəmək
üçün 345 fiziki şəxsə 194 min 700 manat kredit
verilmişdir. İl ərzində
cəmi 214 min 700 manat və 36 min 700 ABŞ dolları kredit
verilmişdir.
Bundan əlavə
lQoşabulaq” kredit ittifaqı MMc tərəfindən 2009-cu ildə
11 nəfərə 39 min 600 manat məbləğində
qısamüddətli kredit verilmişdir.
2003-cü ildə rayonda
ümumi daxili məhsul 69 milyon 169 min 200 manat olduğu halda,
2009-cu ildə bu rəqəm 3 dəfə artaraq 213 milyon 457
min manat təşkil etmişdir. 2003-cü ildə
adambaşına düşən ÜDM-in həcmi 773 manat 70 qəpik
təşkil edirdi. 2009-cu ildə bu rəqəm
2278 manata çatmışdır.
209 min ton kartof
Gədəbəyin
zəngin təbii sərvətləri ilə yanaşı,
iqtisadiyyatının əsasını kənd təsərrüfatı
təşkil edir. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı
məhsullarının istehsalçılarına dövlət
dəstəyi haqqınlda” 23 yanvar 2007-ci il
tarixli Sərəncamı kənd təsərrüfatı ilə
məşğul olan bütün istehsalçıları daha
da ruhlandırmışdır. Respublika rəhbərliyinin
qayğısı ilə həyata keçirilən bu tədbirin
nəticəsidir ki, 2009-cu ildə rayonda 3389
istehsalçıya 26 min 682,76 hektar əkin sahəsinin becərilməsində
istifadə etdikləri yanacaq və mühərrik
yağlarına görə dövlət büdcəsindən
106 min 510,4 manat yardım verilmişdir.
589 buğda
istehsalçısına 18 min 953 manat əlavə yardım
verilməsi üçün sənədlər Respublika
Komissiyasına təqdim olunmuşdur.
Rayon “Aqroservis” xidməti tərəfindən
istehsalçılara 50 faiz güzəştlə 41487 kq azot,
18370 kq super fosfat gübrələri
satılmışdır.2009-cu ildə Dövlət
Proqramına 2009-2013-cü illər əsasən Gədəbəy
“Aqroservis” filialı tərəfindən rayona ümumi dəyəri
143 min 518 manatlıq kənd təsərrüfatı
texnikası gətirilmişdir.
Rayonda kənd
təsərrüfatı məhsullarının istehsalı
2003-cü illə müqayisədə nəzərəçarpacaq
dərəcədə artmışdır. Kartof
istehsalı 2009-cu ildə 209 min ton olmuşdur, bu da 2003-cü
illə müqayisədə, 57 min 500 ton çoxdur. Rayon üzrə adambaşına 2 ton 230 kq kartof məhsulu
düşür.
2009-cu ildə 21865,2 sentner taxıl istehsal olunmuşldur. Bu da əvvəlki illə müqayisədə 4021
sentner çoxdur. Ötən il 5266
ton ət istehsal edilmişdir ki, bu da 2003-cü illə
müqayisədə 2634 ton çoxdur. Eləcə
də digər kənd təsərrüfatı məhsulları
istehsalı da dinamik şəkildə artmışdır.
İri malın baş
sayı 2003-cü ildə 44 min 827 olduğu halda, 2009-cu ildə
bu rəqəm 84 min 25 baş qoyun və keçilərin
sayı 2003-cü ildə 206 min 824 olduğu halda, 2009-cu ildə
352 min 56 baş olmuşdur
Rayonda istehsal
olunan yüksək keyfiyyətli kənd təsərrüfatı
məhsulları Bakı şəhərində keçirilən
kənd təsərrüfatı məhsullarının
satışı yarmarkalarına vaxtaşırı olaraq
göndərilir. 2009-cu ildə bu yarmarkalara 891 ton kartof, 167 ton kök, 291
ton kələm, 30 ton pendir, 11 ton bal, 20 ton armud, 22 ton alma, 125
ton çuğundur məhsulu göndərilmişdir.
İnkişaf göz qabağındadır, amma problemlər
də var
Son illər Gədəbəydə
təhsilin, səhiyyənin, mədəniyyətin madd-texniki
bazası xeyli möhkəməndirilmişdir. Hazırda rayonun 86 ümumtəhsil
məktəblərində 12615 nəfər şagirdin təlim-tərbiyəsi
ilə 2070 nəfər müəllim məşğul olur. Ötən tədris ilində məktəbin 11-ci
sinfini 1068 nəfər şagird bitirmiş, onlardan 551 nəfəri
attestat almışdır. 398 nəfər ali
məktəblərə qəbul olunmaq üçün sənəd
vermiş və 120 nəfəri ali məktəblərə qəbul
olunmuşdur. 600-dən artıq bal
toplayanların sayı 2 nəfər olmuşdur.
Məktəblərin
maddi-texniki bazası 20-25 il əvvəlki
dövrlə müqayisə olunmayacaq dərəcədə
möhkəmlənmişdir. Belə ki, 2003-cü ilə qədər
rayon məktəblərində 1 ədəd də kompyuter
olmadığı halda, hazırda 328 ədəd kompyuter var və
bu da 38 şagirdə 1 kompyuter deməkdir. Bu illərdə məktəblərə
3497 ədəd parta, 326 ədəd lövhə, 592 ədəd
stol, 1389 stul, 395 ədəd rəf
verilmiş və bütün məktəblilər pulsuz dərsliklərlə
təmin edilmişdir.
Son 6 ildə rayonda 26 yeni məktəb
binası tikilib istifadəyə verilmiş, 44 məktəb
binası əsaslı təmir edilmiş, 60-dan artıq əlavə
sinif otaqları tiklərək istifadəyə verilmişdir. Təkcə
2009-cu ildə Dövlət Proqramı əsasında 200
şagird yerlik Dəyəqarabulaq, 220 şagird yerlik Xarxar kənd
orta, 180 şagird yerlik Arısu kənd əsas məktəbi
tikilib istifadəyə verilmiş, Çalburun kənd orta, 2
saylı şəhər orta, Ərtəpə və Mormor kənd
əsas məktəbləri əsaslı təmin
edilmişdir.
Yeri gəlmişkən qeyd
edək ki, 20-25 il əvvəl rayonun 86
ümumtəhsil məktəbinin yalnız 4-ü birtipli layihə
əsasında tikilmiş məktəblər idi. Qalan məktəblər isə
uyğunlaşdırılmış və qəza vəziyyətində
olan binalarda yerləşirdi.
Rayon icra
hakimiyyəti tərəfindən təhsilə qayğı daim
diqqət mərkəzində saxlanmışdır. Belə ki,
2005-ci ildən başlayaraq bu günədək hər ay
olimpiada qaliblərinə 10 manat təqaüd verilir. İstedadlı müəllimlərin əməyi
qiymətləndirilərək mükafatlandırılır.
Təhsildə problemlər də
az deyil. Məktəblərdə
ayrı-ayrı ixtisaslar üzrə müəllim kadrlarına
ehtiyac var. Eyni zamanda elə məktəblər də var ki,orada çalışanların demək olar
ki, əksəriyyətinin yaşı 70-dən
yuxarıdır. Məsələn,
Söyüdlü kənd orta məktəbini buna misal gətirmək
olar. Qeyd edək ki, keçən il
Söyüdlü kəndindən bir nəfər də olsun
ali məktəbə qəbul olunmamışdır.
Hazırda
rayonun ümumtəhsil məktəblərində 61 nəfər
müxtəlif ixtisasdan olan vakant müəllim yeri var. Ən
çox coğrafiya, xarici dil, riyaziyyat-informatika, kimya-biologiya
müəllimlərinə ehtiyac duyulur. Problemin həllinin bir yolu da
ondan ibarətdir ki, rayonun sərhəd bölgəsində
yerləşməsini və dağlıq ərazidə
olmasını nəzərə alaraq buradan ali
məktəblərə təhsil almağa göndərilən
gənclərə müəyyən imtiyazlar tətbiq edilə
bilər və ya onların güzəştli qaydalarla təhsil
almasına şərait yaradılar.
Səhiyyə
də son illər çox inkişaf edib. Hazırda Gədəbəydə
əhaliyə tibbi xidmət göstərən 100
çarpayılıq Akademik Z.Əliyeva adına Gədəbəy
Mərkəzi Xəstəxanası, 35 çarpayılıq
uşaq xəstəxanası, 9 kənd sahə xəstəxanası,
9 həkim ambulatoriyası, 49 feldşer-mama məntəqəsi
və GEM mövcuddur. Əhalinin
sağlamlığının keşiyində 455 nəfər
tibb işçisi fəaliyyət göstərir ki, onlardan da
90 nəfəri ali təhsilli həkim,
365-i isə orta tibb işçiləridir. Göründüyü
kimi, əhalinin hər 1000 nəfərinə 9 nəfər həkim
düşür.
Son 6 ildə rayonda tibb müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində xeyli işlər
görülmüşdür.2003-cü ildən indiyədək
4 xəstəxana, 1 diaqnostika mərkəzi, 1 həkim
ambulatoriyası, mərkəzi rayon xəstəxanası
üçün morq və mətbəx, 1 feldşer-mama məntəqəsi
tikilib istifadəyə verilmişdir. 5 kənd
sahə xəstəxanası, 2 feldşer-mama məntəqəsi,
3 həkim ambulatoriyası əsaslı təmir edilərək
müasir avadanlıqlarla təchiz edilmişdir.
2009-cu ildə
mərkəzi rayon xəstəxanasında, Slavyanka, Rəsullu
kənd sahə xəstəxanasında, Söyüdlü kənd
həkim ambulatoriyasında, 109500 manat dəyərində əsaslı
təmir işləri aparılmışdır.
Lakin, təhsil
sahəsində olduğu kimi, rayonun tibb müəssisələrində
də ixtisaslı kadrlara ciddi ehtiyac duyulur. Rayonda
mövcud ixtisaslar üzrə 25 nəfər həkimə zəruri
ehtiyac var.
Rayonun mədəniyyət
müəssisələri də ilbəil inkişaf edir. Hazırda Gədəbəydə
109 kitabxana, 28 mədəniyyət evi, 22 klub, 4 musiqi məktəbi,
1 Tarix – diyarşünaslıq muzeyi fəaliyyət göstərir.
Mədəniyyət
müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi
sahəsində mühüm işlər
görülmüşdür. Son 6 ildə rayonda 7 mədəniyyət
evi, 6 kitabxana, 1 klub, 1 muzey əsaslı təmir olunmuşdur.
Təkcə 2009-cu ildə Dövlət Proqramı əsasında
Slavyanka, Nərimankənd kənd mədəniyyət evləri
əsaslı, rayon mədəniyyət evi, Əliismayıllı,
Samanlıq, Böyük Qaramurad kənd mədəniyyət
evləri, şəhər incəsənət məktəbi,
Slavyanka, Zəhmətkənd uşaq musiqi məktəbləri,
Slavyanka kənd kitabxanası cari təmir olunmuşdur. 2009-cu ildə mədəniyyət müəssisələrinin
əsaslı və cari təmiri üçün 124 min 906
manat vəsait xərclənmişdir. Təkcə,
2009-cu ildə xüsusi evlərdə yerləşən 55
kitabxana ictimai binalara köçürülmüşdür.
Azərbaycan
milli- mənəvi dəyərlərinin qorunması xalq
yaradıcılığı nümunələrinin, tarixi abidələrin
mühafizəsi, təbliği, bədii özfəaliyyətin
inkişaf etdirilməsi, əhalinin asudə vaxtının səmərəli
keçirilməsi kimi aktual məsələlər rayon mədəniyyət
və turizm sahəsində çalışan işçilərin
başlıca vəzifəsinə çevrilmişdir.
2009-cu ildə gədəbəylilərin
yadında qalan tarixi hadisələrindən biri də ölkə
Prezidenti İlham Əliyevin Gədəbəyə may
ayının 26-da olan ikinci səfəridir. Ölkə rəhbəri
həmin səfəri zamanı Azərbaycan Beynəlxalq Mədən
Əməliyyat Şirkətinin Gədəbəy Qızıl
Mis emalı zavodunun açılışında və
“Aşıq musiqi məktəbi”nin təməlqoyma
mərasimində iştirak etmişdir. Qeyd edək
ki, respublikada ilk “Aşıq musiqi məktəbi” məhz Gədəbəydə
tikilir.
Artıq Gədəbəy
qızılıından Azərbaycan qızılı
“Ayrım brend”i altında dünya bazarına
çıxarılmışdır.
Gədəbəy
şəhərində və Novosaratovka kəndlərində
son 6 ildə ulu öndər Heydər Əliyevin adını
daşıyan iki möhtəşəm park
salınmışdır.
“Azərbaycan gəncliyi”
Dövlət Proqramı (2005-2009-cu illər) və “Bədən
tərbiyəsi və idmanın inkişafı üzrə
Dövlət Proqramı (2004-2008-ci illər) ilə
bağlı son beş ildə xeyli iş
görülmüşdür. Gədəbəydə
idman kompleksi, stadion əsaslı təmir olunaraq və
müasir avadanlıqlarla təchiz edilərək gənclərin
istifadəsinə verilmişdir. Novosaratovka
kəndində 20 x 40 metr süni örtüklü, müasir
tipli mini futbol meydançası inşa olunaraq gənclərin
istifadəsinə verilmişdir.
Gənclərin
asudə vaxtlarının səmərəli keçirilməsi
üçün Gədəbəy şəhərində və
Novosaratovka kəndlərində diskotekalar təşkil
olunmuşdur.
Gədəbəy
rayonu sərhədyanı rayondur, daim mənfur ermənilərlə
üzbəüz olan rayon gənclərinin düşmənə
nifrət və milli vətənpərvərlik ruhunda tərbiyə
olunması mühüm əhəmiyyət kəsb edir. Ona görə
də, mütəlif tədbirlər, ədəbi-bədii gecələr,
veteranlarla görüşlər keçirmək ənənə
şəklini almışdır.
Şikayətlər nədən yaranır?
Gədəbəydə
ötən il rayon icra hakimiyyəti
başçısı tərəfindən 61 səyyar qəbul
keçirilmişdir. Bu qəbullarda 12115 nəfər
iştirak etmiş, vətəndaşlar tərəfindən
366 təklif irəli sürülmüşdür. Təqdirəlayiq haldır ki, 2007-ci ildən
başlayaraq rayon icra hakimiyyətinin təşəbbüsü
ilə hüquq-mühafizə orqanlarının rəhbərləri
də ayrı-ayrı kəndlərdə adamların hüquqi
biliklərinin artırılması məqsədilə
görüşlər keçirməyə
başlamışlar.
Keçən il
rayon icra hakimiyyəti başçısı aparatına 1399 ədəd
təklif, ərizə və şikayət daxil olmuşdur.
Daxil olmuş ərizələrdən 690 ədədi Azərbaycan
Respublikası Prezildentinin Administrasiyasından, 61 ədədi
Azərbaycan Respublikası Milli Məclisindən, 22 ədədi,
Azərbaycan Respublikası Nazirlər Kabinetindən, 177 ədədi
respublikanın digər mərkəzi orqanlarından, 449 ədədi
isə RİH başçısının ünvanına
daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasından, Nazirlər Kabinetindən, Milli Məclisdən
və digər yuxarı orqanlardan daxil olmuş ərizələr
nəzarət qaydasında icra edilmişdir. Görülən
işlərin nəticəsidir ki, ötən illə
müqayisədə ərizə və şikayətlərin
sayı 420 ədəd azalmışdır.
Qeyd edək ki, daxil olan ərizə
və şikayətlərin əksəriyyəti təbii fəlakət,
maddi yardım, torpaq məsələləri, ünvanlı
sosial yardım tələbi, mənzil məsələsi, məişət
mübahisələri, iş tələbi və s. barədə
olmuşdur.Daxil olan müraciətlərin hər birinə
vaxtında konkret cavab verilmişdir. Bu məsələ
RİH Başçısı yanında Şurada 4 dəfə
müzakirə edir.lmişdir.
RİH
başçısının şəhər və kənd
icra nümayəndəliklərində ictimaiyyət nümayəndələrinin
iştirakı ilə keçirilən hesabatlar da öz
müsbət təsirini göstərməkdədir. 2009-cu ilin
yekunları ilə bağlı rayonun 1 şəhər və
46 kənd icra nümayəndəliklərində hesabat
yığıncaqları keçirilmişdir. Qeyd edək ki, bu hesabatlar tənqid və
özünütənqid şəraitində başa
çatdırılmışdır. (Bu
barədə qəzetimizdə ayrıca yazı ilə
çıxış edəcəyik-H.Q).
Həmin
yığıncaqlarda 6844 nəfərə yaxın adam iştirak etmişdir. Hesabat
yığıncaqlarında rayonun sosial-iqtisadi, təhsil, səhiyyə
və mədəniyyət sahələrnin işi ilə əlaqədar
vətəndaşlar tərəfindən 244 təklif irəli
sürülmüşdür. Bu təkliflərlərin
öyrənilməsi ilə bağlı işçi qrupu
yaradılmış, təkliflər bir daha nəzərdən
keçirilmiş və
qruplaşdırılmışdır.
İrəli sürülən
təkliflərdən 44-ü elektrik enerjisi, 38-i qaz çəkilişi,
6-si mərkəzləşmiş su xətlərinin çəkilişi,
33-ü yolların əsaslı təmiri, 9-u körpülərin
salınması və əsaslı təmiri, 23-ü məktəb
və uşaq bağçalarının tikintisi və əsaslı
təmiri, 35-i mədəniyyət evləri, klublar və kənd
kitabxanalarının tikintisi və əsaslı təmiri, 18-i
tibb məntəqələrinin tikintisi, 14-ü kəndlərdə
elektron tipli ATS-lərin quraşdırılması, 5-i torpaq
islahatı zamanı yol verilmiş nöqsanların aradan
qaldırılması, 1-i müəllim, həkim və mədəniyyət
işçiləri çatışmazlığının
aradan qaldırılması və digərləri poçt
binalarının tikintisi, kənd icra nümayəndəliklərində
inzibati binaların tikintisi ilə bağlı olmuşdur. İşçi qrupu vətəndaşlar tərəfindən
qaldırılan bu məsələlərin həlli ilə
bağlı təkliflərin araşdırılması məqsədi
ilə tədbirlər planı hazırlamışdır.
Rayonda
ictimai-siyasi, sosial-iqtisadi sahələrdə əldə
edilmiş nailiyyətlər bir daha onu göstərir ki, gədəbəylilər
bundan sonra da ölkə rəhbərinin onlara göstərdiyi
diqqət və qayğının müqabilində əllərindən
gələni edəcək, növbəti illəri də beləcə
uğurla yola salacaqlar.
HAMLET QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 7 fevral.- S. 6.