Ötən ilin uğurları
Qazmaçılar neft və qaz
hasilatına töhfə verirlər
Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin
əsasını qoyduğu yeni neft strategiyasının
uğurlarını yaşayır. Ölkəmizin
dünyanın enerji təhlükəsizliyinin təminatındakı
rolunun getdikcə artması malik olduğu təbii resurslardan səmərli
istifadəsinin nəticəsidir. Ümummilli lider Heydər Əliyev
siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev
hazırda neft strategiyasını daha yeni çalarlarla
inkşaf etdirir. Neft strategiyasının Azərbaycanın
iqtsadi və siyasi mövqeyinin möhkəmlənməsində
rolunu daim yüksək qiymətləndirən dövlət
başçısı dəfələrlə bəyan
etmişdir ki, bu gün ölkəmizin iştrakı olmadan
bölgədə hansısa bir iqtsadi və siyasi layihənin həyata
keçirilməsi mümkün deyil. Bu da, heç şübhəsiz,
Azərbaycanın artan nüfuzunun, söz sahibi
olmasının təzahürüdür.
Məlum olduğu kimi,
ölkə Prezidenti İlham Əliyev Dövlət Neft
Şirkətinin dünya səviyyəli, modern bir quruma
çevrilməsini tövsiyə etmişdir. Ötən
müddətdə şirkətdə neft strategiyasının
çevikliyi, iqtisadi səmərəliyi, strukturların
konkret işgüzar formada olması üçün bir
sıra əhəmiyyətli dəyişikliklər
aparılmışdır. Bu da hər bir strukturun
qarşısında konkret fəaliyyət proqramı,
mühüm vəzifələr qoyur.
... Kompleks Qazma
İşləri Tresti “Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar
2003-cü il tarixli fərmanına əlavələr edilməsinə
uyğun olaraq dövlət başçısı İlham Əliyevin
7 mart 2007-ci il tarixli fərmanı və ARDNŞ prezidentinin 12
mart 2007-ci il tarixli əmri ilə yaradılmışdır. Trest
“Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan “Bayıl
Limanı” Dəniz Kəşfiyyat Qazma İdarəsi, “Neft
Daşları” Dəniz Qazma İşləri İdarəsi,
Abşeron Qazma İşləri İdarəsi, Qobustan Kəşfiyyat
Qazma İdarəsi, “Qum adası” Dəniz Qazma İşləri
İdarəsi, Tamponaj İdarəsi və
İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsi
hüquqi şəxs statusuna malik olmayan təşkilatların
bazasında təşkil olunmuşdur. Bundan dərhal sonra
trestin inkişaf proqramı hazırlanaraq təsdiq
edilmişdir.
Trestin kollektivi, əvvəlki
illərdə olduğu kimi, 2009-cu ili də uğurla başa
vurmuşdur. Belə ki, ötən il qazmaçılar planda nəzərdə
tutulan 147397 metr əvəzinə 147848 metr qazma işi
aparmışlar. Bu da nəzərdə tutulduğundan 451 metr
çox və ya illik plan tapşırığının
100,3 faiz yerinə yetirilməsi deməkdir. Qazmaçılar
il ərzində mədənçilərə 71 quyu təhvil
vermişlər.
“Ümid” strukturunda yerləşən
1 nömrəli platformadan (platforma 6 quyunun qazılması
üçün nəzərdə tutulub) ABŞ və
Çin Xalq Respublikasından alınmış müasir
texniki-texnoloji tələblərə cavab verən, “top drive”
mexanizmi ilə təchiz olunmuş, dünya
qazmaçılarının son nailiyyətlərindən
sayılan müasir ZC 70/4500DZ qazma qurğusu ilə 2009-cu il
sentyabr ayının 12-də dərinliyi 6500 metr olan 8 nömrəli
axtarış quyusunun qazılmasına
başlanılmışdır. Xatırladaq ki, bu layihə qaz
proqramının vacib buraxılış obyektlərindəndir.
Adı çəkilən platforma milli sektorda Azərbaycan
neftçilərinin öz gücü ilə
quraşdırdığı ilk unikal qurğudur. İlk kəşfiyyat
quyusunda “Azəri Mİ” Drillinq Fluids LTD şirkəti ilə
birlikdə 3500 metrədək intervalda su əsaslı, 3500
metrdən layihə dərinliyinə qədər isə neft əsaslı
məhluldan istifadə edilməklə qazma işi
aparılacaqdır. Platformada quraşdırılmış
ötürmə qurğusu ilə lazımi məlumatlar
ARDNŞ- in və trestin informasiya mərkəzinə verilir. Bura
təkcə texnoloji proseslərin dünya standartlarına
uyğunluğu, yeni texnologiyaların tətbiqi ilə deyil,
işçilərin yaşayış şəraitinin ən
yüksək səviyyədə təşkil olunması ilə
də diqqəti cəlb edir. Belə ki, otaqlarda müasir rabitə,
televiziya, kompyuter, kondisioner sistemi, idman zalı fəaliyyət
göstərir. Dəniz suyunu şirinləşdirən
qurğu da işçi heyətin sərəncamına
verilmişdir. Quyu artıq 3300 metr dərinliyədək
qazılmış və bu iş getdikcə sürətləndirilir.
Bakı arxipelaqında kəşf
olunmuş yataqlar içərisində zənginliyi və gələcək
axtarış-kəşfiyyat işlərinin perspektivliyi
baxımından mühüm əhəmiyyət kəsb edən
“Bulla-dəniz” sahəsindəki 82 nömrəli dərin
stasionar özülündən layihə dərinliyi 6400 metr
olan 89 nömrəli axtarış quyusunda ötən ilin
noyabr ayından qazma işlərinə
başlanılmışdır. Bu quyu da artıq 2800 metr dərinliyədək
qazılmış və hazırda qazma işləri uğurla
davam etdirilir. Ötən il Bakı arxipelaqının daha bir
perspektivli sahəsi sayılan “8 Mart” yatağındakı 730
nömrəli dərin stasionar özülündən layihə
dərinliyi 5800 metr olan 731 nömrəli quyunun qazılması
üçün hazırlıq işləri uğurla
tamamlanmış və 2010-cu ilin yanvarın 8-də burada qazma
işlərinə start verilmişdir. Artıq quyu 1255 metr dərinliyə
qədər qazılmışdır. Bu quyuda da işlər
uğurla davam etdirilir.
Qazmaçıların
təkliflərini nəzərə alaraq, ARDNŞ-in prezidenti
Rövnəq Abdullayevin 14.08.09 il tarixli sərəncamı ilə
Kompleks Qazma İşləri Trestinin tərkibində “Sahil”
Qazma İşləri İdarəsi
yaradılmışdır. Bu da, heç şübhəsiz,
trestin istehsalat fəaliyyətinin səmərəliliyinin
artmasına, qazma sahəsində çevik, vahid idarəetmə
mexanizminə və yüksək nailiyyətlərin əldə
edilməsinə səbəb olacaqdır.
İl ərzində qazmaçılar yüksək hasilatlı quyuları mədənçilərə təhvil vermişlər. Belə ki, 2009-cu ildə “Günəşli” yatağındakı 14 nömrəli dərin dəniz stasionar özülündən qazılmış 76 nömrəli quyu gün ərzində 50 ton neft, 250 min kubmetr qaz, 19 nömrəli özüldən qazılmış 90 nömrəli quyu gün ərzində 40 ton neft, 300 min kubmetr qaz, ilə, “Neft Daşları” yatağındakı 1887 nömrəli meydançadan qazılmış 2282, 2285, 2283, 2284, 1878 nömrəli quyular gün ərzində müvafiq olaraq 90, 97, 67, 52 , 32 ton neft, həmin meydançadan qazılmış 1887 nömrəli quyu isə 35 ton neft və 25 min kubmetr qaz ilə istismara verilmişdir. Bundan əlavə, ötən il “Palçıq pilpiləsi” yatağındakı 1146 nömrəli meydançadan qazılmış 1328, 1324, 1325 nömrəli quyular gün ərzində müvafiq olaraq 14,11, 18 ton neft, “Qum dəniz” sahəsindəki 478 nömrəli quyu gün ərzində 80 ton neft, 25 min kubmetr qaz, 471 nömrəli quyu gün ərzində 35 ton neft, 50 min kubmetr qaz, 477 nömrəli quyu gün ərzində 12 ton neft, 10 min kubmetr qaz, “Cəfərli” sahəsindəki 36 nömrəli quyu isə gün ərzində 40 ton neft hasilatı ilə uğurla istismar olunur.
Kompleks Qazma İşləri Tresti “Ümid”, “Bulla-dəniz”, “Pirallahı”, “Bəyimdağ-Təkçay” və digər yataqlarda yeni texnika və texnologiyaların tətbiqi ilə qazma işlərini bərpa etmişdir. İl ərzində trestin kollektivi əsaslı təmir işləri ilə də məşğul olmuşdur. Belə ki, “Cəfərli” sahəsindəki 30 nömrəli, “Buzovna” yatağındakı 1330 nömrəli, “Ələt” sahəsindəki 62 nömrəli quyularda mürəkkəbləşmələr və qəzalar ləğv edilərək müvəffəqiyyətlə qazılmış və mədənçilərə təhvil verilmişdir.
Ölkəmizin qazla təminatının yaxşılaşdırılması məqsədilə qaz hasilatının artırılması üçün ARDNŞ-in tədbirlər proqramına əsasən, “Qobustan” Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarında müvafiq olaraq 34 və 23 quyuda təmir-bərpa işləri aparılaraq təhvil verilmişdir. Bu quyuların bəzilərindən hətta qaz da alınmışdır.
Ötən il Kompleks Qazma İşləri Trestinin nəzdində fəaliyyət göstərən idarələrin idarəetmə strukturunun və istehsalatda çalışan işçilərin sosial vəziyyətlərinin günün tələbləri səviyyəsində qurulması istiqamətində də xeyli iş görülmüşdür. Qazmaçıların sosial problemlərinin həlli, maddi rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər buna əyani sübutdur.
Neftçilərin mənzilə olan ehtiyaclarını ödəmək məqsədilə 2009-cu ildə “Qobustan” KQİİ-də və Qobustan İXTİ-də çalışan işçilər üçün Salyan şəhərində inşa edilmiş 32 mənzilli dörd mərtəbəli yaşayış binası istifadəyə verilmişdir. Uzun illər mənzil növbəsində dayanmış “Neft Daşları” Dəniz Qazma İşləri İdarəsinin 29 nəfər işçisi isə bilavasitə ARDNŞ prezidentinin xüsusi tapşırığı ilə Qaraçuxur və Əmircan qəsəbələrində inşa edilmiş evlərdən yeni mənzillər almışlar. Ötən dövr ərzində Abşeron Qazma İşləri İdarəsinin Siyəzən qazma sexində yeni inzibati və yeməkxana binaları tikilərək neftçilərin istifadəsinə verilmişdir. Tamponaj İdarəsində vaxt metodu ilə işləyən, öz daimi yaşayış yerinə gedib-gəlmək imkanı olmayan işçilərin iş vaxtından sonra istirahətlərini təşkil etmək məqsədilə idarə ərazisində 14 otaqdan ibarət 36 yerlik 5 vaqon və 1 vaqon- yeməkxana yerləşdirilmişdir.
“Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsinin mexaniki istismar və alətlər meydançası sexlərində soyunub-geyinmə otaqları tikilmiş, özüllərdəki soyunub-geyinmə otaqları, eləcə də “Neft Daşları” DQİİ-də 80 nəfərlik yeməkxana cari təmir edilərək istifadəyə verilmişdir. Bundan əlavə, Abşeron Qİİ-də bütün sexlərdə fəhlələrin soyunub-geyinmə otaqları təmir olunmuş, İXTİ-də və “Qum adası” DQİİ-də soyunub-geyinmə otaqları və duşxanalar təmir edilmişdir.
ARDNŞ-in və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqları Komitəsinin 03.04.2006-cı il tarixli birgə əmr qərarına müvafiq olaraq daxili imkanlar hesabına dənizdə vaxt metodu ilə işləyən işçilər isti yeməklə təmin olunur, digər sahələrdə çalışan neftçilərə isə gündəlik yemək əvəzinə vəsait verilir. Trestin tabeliyində fəaliyyət göstərən 5156 nəfər neftçi yemək pulu və isti yeməklə təmin olunurlar. Bütövlükdə isə “ARDNŞ-in işçilərinə maddi yardım verilməsi haqqında əsasnamə”nin qaydalarına uyğun olaraq işçilərə 646,6 min manat məbləğində maddi yardım göstərilmişdir.
İşçilərin sosial şəraitini yaxşılaşdırmaq məqsədilə idarələrə kondisioner, soyuducu, dondurucu, su aparatı, televizor, paltaryuyan maşın, qaz və radiator peçləri, stol, stul, kreslo, şkaf, ofis mebeli, elektrik peçi, çarpayı, yataq dəsti, döşək, yun odeyal, balış, kompyuter, kompyuter dəsti, skaner, printer, surətçıxaran və digər məişət avadanlıqları verilmişdir ki, bu da işçilərin rifah halının yüksəldilməsinə xidmət edir. 20 sentyabr Neftçilər Günü münasibəti ilə Kompleks Qazma İşləri Trestinin tabeliyində fəaliyyət göstərən qabaqcıl neftçilərin əməyi yüksək qiymətləndirilərək 4 nəfər Azərbaycan Respublikasının tərəqqi medalı, 10 nəfər isə ARDNŞ-in fəxri fərmanı və 500 manat məbləğində mükafatlandırılmışlar.
Kompleks Qazma İşləri Trestində çalışan işçilərin və onların ailə üzvlərinin istirahətinin səmərəli təşkili məqsədilə Nabran istirahət zonasında yerləşən “Geofizik”, “Nabran”, Türkiyə Respublikasının “Antalya” bölgəsinə 31 nəfər güzəştli qiymətlərlə istirahətə göndərilmişdir. O cümlədən sanatoriyalardan Bilgəh, “Abşeron”, “Günəşli”, Şıx, Naftalan, Qalaaltı müalicə ocaqlarına 99 nəfərə yollayış verilmişdir.
Məlumat üçün bildiririk ki, regionların inkişafı Dövlət Proqramına uyğun olaraq ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin tapşırığı ilə Kompleks Qazma İşləri Tresti tərəfindən respublikanın müxtəlif regionlarında əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Şəmkir rayonunda 4, Füzuli rayonunun Horadiz qəsəbəsində 3, Lerik rayonunda 1, Ağsu rayonunda 1, Goranboy rayonunda isə 2 artezan quyusu qazılaraq istifadəyə verilmişdir. Regionların sosial inkişaf proqramına uyğun olaraq 2010-cu ildə Kompleks Qazma İşləri Trestinin tabeliyində fəaliyyət göstərən idarələrin işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Bütün bunlar isə, heç şübhəsiz, qazmaçıların rifah halının yaxşılaşdırılmasına və yeni-yeni nailiyyətlərin əldə olunmasına imkan yaradacaq...
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 9 fevral.- S. 5.