Ədəbi-bədii fikir tariximizin yorulmaz tədqiqatçısı
İctimai fikir tariximizin keşməkeşli, ziddiyyətlərlə
dolu zəngin siyasi, eyni zamanda ədəbi mübarizələrlə
müşahidə olunan mürəkkəb dönəmlərində
mədəniyyətimizin, eləcə də ümumdünya ədəbi
– mədəni proseslərinin təşəkkülündə
və inkişafında misilsiz xidmətləri olan
ziyalıların fəaliyyəti tədqiqatçılarımızın,
alimlərimizin həmişə diqqət mərkəzində
olmuşdur.
Keçmişlərdə
ədiblərimizin əzab - əziyyətlərə
düçar olmalarına baxmayaraq, onlar mübarizə ruhunu
sındırmamış, mənəviyyatımızın
humanist ideyalarla, bəşəri duyğularla zənginləşdirilməsi,
yeniləşdirilməsi yolundan əl çəkməmişlər.
Elə buna görə də qlobal xarakterli tarixin zəngin mənəvi
mədəniyyətini inkişaf edib,
formalaşdırılması məsələsinin öyrənilməsi
ədəbiyyatşünaslığımızın
qarşısında duran mühüm məsələlərindən
birinə çevrilmişdir. Bu mənada keçmişimizin ədəbi
- bədii fikir tariximizin həqiqətlərini
araşdırıb üzə çıxaran , ona qiymət
verən tədqiqatçı alimlərimizdən biri Şamil
Qiyas oğlu Vəliyevdir.
Şamil müəllim tənqidin tarixi və nəzəri xüsusiyyətləri ilə məşğul olan azsaylı alimlərimizdəndir. O, milli mətbuatın və siyasi fikrin az öyrənilən səhifələrinə ardıcıl maraq göstərən zəhmətkeş, vətəndaş bir tədqiqatçıdır. Şamil Vəliyev filologiya elmləri doktoru , professor, BDU -nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiridir. Bu yaxınlarda mətbuatımızın inkişafında məhsuldar əməyinə görə ona Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əməkdar jurnalist fəxri adı verilmişdir.
Şamil müəllimin əlli yaşı tamam olur. Ömrünün bahar
çağını yaşayan
tədqiqatçı alim
yorulmadan işləyir,
mətbuatda, televiziya verilişlərində günümüzün
tələbləri səviyyəsində
ardıcıl çıxışlar
edir, jurnalistika sahəsində , eləcə də ictimai fikir tariximizin bir sıra məqamlarda
dumana bürünmüş
səhifələrinə aydınlıq
gətirməkdədir. Şamil müəllim
indiyəqədərki ömrünün
yarısından çoxunu
XX əsr Azərbaycan
ədəbi tənqidində
poeziya problemlərinə
və füyuzatçıların
mənəvi dünyamızda
oynadıqları böyük
roluna həsr etmişdir. O, bu gün də füyuzatçıların ədəbi
irslərinin varisi kimi tanınır. Təsadüfi deyil ki, yaxın dostları bəzən ona yarızarafat , yarıciddi “Şamil Füyuzat” deyir.
Şamil müəllim füyuzatçıların
Şərq tarixinə,
ictimai - fəlsəfi
fikir meyillərinə,
dünya siyasətinə,
klassik və çağdaş ədəbiyyatımıza
dair araşdırmalarının
incəliklərini geniş
tədqiq etmişdir. O, xalqımızın
ədəbi - bədii
düşüncə təkamülünün
klassik normalarla inkişafı tarixində
XX əsrin əvvəllərinin
bir sıra keyfiyyət göstəricilərilə
fərqləndiyini və
intibah səciyyəsi
daşımasını izah
edərək füyuzatçıların
oynadıqları mühüm
rolu geniş açıqlamışdır. Milli hiss, duyğu və düşüncənin,
xalq istiqlalının,
vətən azadlığının,
yeni vətəndaş
- üsyankar qəhrəman
tipinin inqilabi - demokratik ideyaların ədəbiyyatımızda müxtəlif
planda təsvir və təhlilini zəmanəmiz üçün
gərəkli və dəyərli bir xidmət kimi vurğulayan Şamil Vəliyev Füyuzat ədəbi məktəbinin
bu sahədə atdığı uğurlu
addımları ədəbi
- tarixi fakt , hadisə və
problemlərə istinadən
göstərir. Mərhum
akademik Kamal Talıbzadənin təbirincə
desək, “ ... müasir
ictimai - siyasi və mədəni - mənəvi ehtiyaclarımızın
ödənilməsi prinsiplərindən
çıxış edən
Ş.Vəliyev özünəqədərki
tədqiqatçıların işinə və şəxsiyyətinə həssaslıqla
yanaşır, ədəbiyyatşünaslığımızın
elmi təcrübəsindən
faydalanaraq füyuzat ədəbi məktəbilə
bağlı bir sıra fakt, hadisə və problemləri təhlil hədəfinə çevirir,
arxiv sənədləri,
mətbuat materialları
və dövrün çoxsaylı bədii ədəbiyyat nümunələrinə
istinad edir. Şamil Vəliyev müasir elmi - nəzəri fikir nailiyyətlərinə
arxalanaraq Füyuzatçılar
tərəfindən romantik
sənət axtarışları,
ümumtürk mədəniyyəti
quruculuğu, milli istiqlal məfkurəsinin yürüdülməsi, müstəqil
demokratik dövlət
uğrunda mübarizə
məsələlərinə aydınlıq gətirir.”
Şamil Vəliyev milli fikir tariximizin dünəni və bu günü ilə bağlı bir sıra məsələlərə
də aydınlıq gətirmişdir. O, milli qan və gen
yaddaşı ilə bağlı fəaliyyət
enerjisini arayan füyuzatçıların onu
tarixən donub qalmış, daşlaşmış
həqiqət kimi deyil müasirlərinin yaşadığı həyatverici,
yaradıcı stimul kimi təhlil edir, ondan qidalanmağı,
onu qorumağı vacib sayır. Tədqiqatçı - alim
“Füyuzat ” jurnalında
milli ədəbi - nəzəri fikrin əsas inkişaf xüsusiyyətlərini göstərməklə
yanaşı, həm də tənqid tariximizin konkret mərhələsini, onun elmi - nəzəri bazasını müəyyənləşdirmək
və elmi - tənqidi fikir ənənələrini davam
etdirmək baxımından
maraq doğurduğu haqqında sərrast mülahizələr söyləmişdir.
Şamil Vəliyev
Füyuzatçıların romantizmin bədii özünəməxsusluğunun aydınlaşmasında, romantiklərin
ideya və obrazlar aləminin daha da kamilləşməsində
oynadıqları rolu şərh edərək romantik poeziyada bədii təsvir vasitələrinin əhəmiyyətinə
diqqətlə yanaşmalarını
qeyd etməklə yanaşı, şeirin sosial funksiya daşımasına xüsusi
əhəmiyyət verdiklərini,
onların ideal həqiqət
axtarıcılıqlarını bədii yaradıcılığın
əsas qayəsi sandıqlarını və
romantiklərin poetik axtarışlarının “azadlıq,
bərabərlik, qardaşlıq”
dünyası uğrunda
mübarizə ideyası
ilə vəhdətdə
inkişaf etdirdiklərini
elmi şəkildə
diqqətə çatdırmışdır.
Tədqiqatçı füyuzatçıların
təkcə Azərbaycan
romantiklərinin deyil,
eləcə də klassik Şərq şairlərinin yaradıcılığında
qabarıq şəkildə
özünü göstərən
xəyal, ülvilik, yüksəklik, yazıqlıq,
müqəddəslik, ayrılıq,
qəm, kədər, mərhəmət, məhəbbət,
vəfa, vüsal, təbiət gözəlliklərinin
doğurduğu saf duyğular, dini - mifoloji aləmin fantastika və sehri , azad cəmiyyət
barədə fəlsəfi
- utopik düşüncələr,
illuziyalar kimi faktlara yaradıcı münasibət bildirdiklərini,
onu yüksək qiymətləndirdiklərinə öz müsbət fikrini bildirmişdir.
Tədqiqatçı alim milli romantizmin
nəzəri - estetik prinsiplərinə sənətkarlıq
tələbləri ilə
yanaşan füyuzatçıların
Azərbaycan ədəbiyyatında
xəlqi dəyərlərin
yeni keyfiyyətdə ifadəsinə çalışmalarının,
türkçülük hissiyatının
və şurunun geniş meydan tapmasında oynadıqları
tarixi rolu da xüsusi vurğulayır.
Şamil Vəliyev
ədəbi - tarixi keçmişlə müasir
həyat arasında irs - varislik
əlaqələrinə diqqətlə
yanaşan bir alimdir.
O, deyir: “ Biz özümüzdən
öncə gedənlərdən,
klassiklər, sənət
adamlari və şəxsiyyətlərdən nə öyrəndik, necə öyrəndik, nə qədər öyrəndik? Bunu sadalamaq çətindir.
Bunu bacardıqmı? Çətin sualdir. Ancaq özümüzdən sonra
gələnlərə təmiz
bir ad, imza, gərəkli iş, xeyir əməl, xoş xatirə, faydali əsər və unudulmayacaq şəxsiyyət nümunəsi
verməyə hər birimiz borcluyuq. Bunu mütləq etməliyik.
Biz özümüzü qiymətləndirməyi və
arxamizca gələnlərə
həyati sevdirməyi,
onlara fəxarət hissini miras qoymağı
bacarmalıyıq. Bacara bilsək
bir ömür xoşbəxtliyi nəsibimizdir
və bəsimizdir.
Çünki bu möhtəşəm
xalq tarixinə qovuşmağa aparan yolun tale payıdır.
Bu yol hər
birimizin yoludur. Əlbəttə, yollar çox,
eniş - yoxuş çox, döngələr
çox, aşırımlar
çoxdur. Amma hər birimiz həyatın əzab və iztirablarına dözməli, sabahkı nəslə ümid və inam dolu
duyğular çələngini
çatdırmalı, mütləq
o yolu getməliyik ...
Ey bizdən sonra gələnlər, bizim nə çəkdiyimizi düşünüb görsəniz
ki, necə yaşamışıq, sizin
üçün nələrə
dözmüşük qətiyyən
nə kədərlənin,
nə də qəhər hissi keçirin. Biz sizdən
ötrü canımıza
gələn ağrılari
məmnuniyyətlə qəbul
eləmişik və bundan qürur duymuşuq. Əgər siz xoşbəxt
olsanız, bizim də ruhumuz şad olacaq. Arzumuz odur ki, ən
gözəl günlər
sizin olsun. Bizə bu yetər ... Araşdırmada doğma Azərbaycanımızın klassik
ədəbi - mənəvi
irsinin müəyyən
səhifələrini işıqlandırmağa
çalışdım, milli
fikir mücahidlərinin
zəka nurundan bəhrələnərək varislik
haqqına tapındım.
Bizdən sonra gələnlərin
də ömür yoluna işıq, nur səpilməsi arzusundayam. “ O, bu gün də
elmi - ictimai fikrin və ümumxalq mədəni - ənənəvi ehtiyaclarının
ödənilməsi yolunda
fədakarlıqla yazıb
- yaradan bir alimdir. O, səriştəli
tədqiqatçı, ədəbiyyatşünas
- tənqidçi olmaqla
yanaşı, gözəl
şair, publisistdir. Onun poeziyasındakı səmimi
hisslər asanlıqla
qəlblərə yol
tapır, insanı gələcəyə - xoş
günlərdə yaşamağa
ruhlandırır. Onun
poeziyasındakı məhəbbət
təmiz
, etibarlıdır.
Ömrünün bahar çağını yaşayan
tədqiqatçı alim,
şair
, respublikanın əməkdar
jurnalisti Şamil Vəliyevə uzun ömür, sağlam həyat yolu və bu yolda
isə ona müvəffəqiyyətlər arzulayıram.
Akif BAYRAM,
respublikanın əməkdar müəllimi,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.- 2010.- 10 fevral.- S. 7.