Azərbaycanın enerji təhlükəsizliyinə mənfi təsir göstərən çətinliklərin aradan qaldırılması təxirəsalınmaz məsələdir

 

Son illər ölkə elektroenergetikasının inkişafı sahəsində mühüm işlər görülmüş, müstəqil enerji infrastrukturu formalaşdırılmış, xaricdən enerji asılılığı tamamilə aradan qaldırılmışdır. Bunu statistika da təsdiq edir: 2003-cü ildən respublikada 9 elektrik stansiyası tikilmişdir və bunun da 7-si regionlarda fəaliyyət göstərir. Astara, Şəki, Xaçmaz rayonlarında modul tipli elektrik stansiyalarının, Naxçıvan MP-də 3 elektrik stansiyasının, Sumqayıtda yeni istilik elektrik stansiyasının tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir.

 

Ölkədə alternativ və bərpa olunan enerji mənbələrindən də səmərəli istifadə məqsədilə vahid əlaqələndirmə şurası yaradılmışdır. Hazırda kiçik güclü külək elektrik stansiyalarının və digər alternativ və bərpa olunan enerji istehsalı qurğularının quraşdırılması üçün əlverişli ərazilərin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.

Onu da qeyd edək ki, bu gün ölkədə elektrik enerjisi hasilatının artırılması məqsədilə yeni elektrik stansiyalarının tikintisi diqqət mərkəzində saxlanılır. “Azərbaycan JES” MMC-nin 3-cü enerji blokunda yenidənqurma işləri aparılır. Gücü 780 MVt olan “Cənub” elektrik stansiyasının tikintisinə hazırlıq işləri aparılır, avadanlıqların gətirilməsi davam etdirilir...

Respublikanın magistral qaz kəmərləri yenidən qurulur. Regionların yeni salınmış yaşayış məntəqələrinin qaz təminatı getdikcə yaxşılaşdırılır.

Paytaxt əhalisinin elektrik enerjisinə tələbatını tam təmin etmək məqsədilə 110 MVt-lıq 300 MVt-lıq modul tipli elektrik stansiyaları istifadəyə verilmişdir. Eyni zamandaBakıelektrikşəbəkə”nin müstəqil fəaliyyəti tam bərpa edilmiş, onun maddi-texniki bazası gücləndirilmişdir. Dövlət başçısının 2007-ci ildə Bakı şəhərində elektrikötürücü xətlərin yeniləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 15 milyon manatın ayrılması da deyilənləri təsdiqləyir.

Amma bu gün görülən işlərlə yanaşı, mövcud sahəninelektroenergetika sisteminin normal fəaliyyətini əngəlləyən amillər az deyil. Məsələn, son günlər mətbuatda geniş yer alan bir mövzuyüksək gərginlikli elektrik xətlərin, həmçinin neft qaz kəmərlərinin keçdiyi ərazilərdə qanunsuz tikililərin aparılması hazırda ciddi narahatlıq doğurur.

Qəribə bir vəziyyət yaranıb. Qaz su kəmərlərinin üstündə tikilən evlərin çoxunda yaşayan sakinlərin heç çoxu təhlükəli vəziyyətdən xəbərdar deyil. Yəni onlar bu evləri hazır şəkildə dəllallardan (“maklerlərdən”) almışlar qarşıda onları hansı bəlalar gözlədiyini bilmirlər. Bu fikri Binəqədi qəsəbəsinin 1 mədənində ötən ilin fevralında baş verən faciə təsdiqləyir. Həmin yaşayış sahəsində qışın qarlı-şaxtalı günündə evin altından keçən qaz xəttindən sızma nəticəsində bir ailənin mənzili dağılmışdı. Bu hadisə iki nəfərin ölümü, birinin ömürlük şikəst olması ilə nəticələnmişdi. Yaxud, başqa bir fakt. Keçən yay paytaxt rayonlarının birində su kəməri üzərində qanunsuz ev tikintisi aparan şəxslərin məsuliyyətsizliyi üzündən xətt dağılmış, yaşayış sahəsinin xeyli hissəsinə ciddi ziyan dəymişdi...

Belə hallar haqqında çox danışmaq olar. Lakin burada qarşıya belə bir sual çıxır: həmin yaşayış evləri mühafizə zolaqlarında tikilərkən, obyektlər salınarkən əraziyə nəzarət edən müvafiq strukturlar niyə laqeydlik göstərirlər?..

Onu da qeyd etmək yerinə düşər ki, yüksək gərginlikli elektrik xətlərinin altında qədər decən yaşayış evlərinə, istehsalat obyektlərinə rast gəlmək mümkündür. Həmin xətlərdə qəza halları yarandıqda orada bərpa işləri aparmaq çətinləşir. Çünki təmir işlərinin aparılması, yaxud qəzanın nəticələrinin aradan qaldırılması üçün ağır texnika, digər maşın mexanizmlər həmin əraziyə daxil ola bilmir. Bu da təbiidir ki, bir sıra əlavə problemlərin meydana çıxmasına, bərpa işlərinin görülməsinə öz mənfi təsirini göstərir.

Onu da xatırladaq ki, yüksək gərginlikli elektrik xətlərinin altında tikilən evlərdə yaşayan sakinlər üçün başqa bir təhlükə mənbəyi mövcuddur: mütəxəssislərin fikrincə, həmin ərazilərdə yaranan elektromaqnit dalğaları insanların sağlamlığına mənfi təsir göstərir, ağır fəsadlar yaradır.

Bu gün ölkəmizin hər yerində tikinti-quruculuq işləri geniş vüsət almışdır. Yollar, küçə meydanlar yenidən qurulur, xidmət infrastrukturları yeniləşdirilir. Bu sırada yüksək gərginlikli elektrik ötürücüləri var. Həmin ötürücülər ötən əsrin 60-70-ci illərində quraşdırılmış bu gün yeniləşdirilməsinə ciddi ehtiyac duyulur. Düzdür, bu istiqamətdə son illər müəyyən tədbirlər həyata keçirilmişdir. Lakin mövcud sahədə yenidənqurmanın dinamik xarakter almasına yüksək gərginlikli elektrik xətlərinin altında tikilən evlər digər istehsalat obyektləri əngəl törədir.

Ümumiyyətlə, elektrik enerjisi xətlərinin altında, həmçinin neft qaz kəmərlərinin üzərində qeyri-qanuni tikilmiş evlər, obyektlər vaxtlı-vaxtında təmir işlərinin aparılmasına, profilaktik tədbirlərin görülməsinə maneə törədirlər. Xüsusilə, qəza baş verən zaman həmin ərazilərdə operativ təmir işlərinin aparılması ciddi problemə çevrilir.

Xatırladaq ki, fevralın 9-da baş vermiş qəza bir daha göstərdi ki, yüksək gərginlikli elektrik xətlərinin altında yaxınlığında tikilmiş evlər digər obyektlər 60-70-ci illərdə quraşdırılmış ötürücülərin vaxtlı-vaxtında dəyişdirilməsinə ciddi maneəyə çevrilmişdir. Azərenerji” ASC-nin ağır texnikası, əməkdaşları elektrik dirəklərinə yaxınlaşmaqda, müvafiq təmir işləri görməkdə çətinlik çəkirlər. Hətta qəza zamanı operativ tədbirlərin görülməsi çətinləşir. Digər tərəfdən, məlumdur ki, yüksək gərginliyə malik elektrik xətlərinin altında yaxınlığında, təbii qaz neft kəmərləri üzərində yaşayan insanların həyatı daim təhlükədir...

Bu il fevralın 9-da Azərbaycanın enerji sistemində baş vermiş qəza zamanı bərpa işlərinin aparılmasında qanunsuz tikintilərlə bağlı qarşıya çıxan çətinliklərdən sonra hökumət şübhəsiz ki, təcili tədbirlər həyata keçirəcəkdir. Başqa sözlə, yəqin ki, indən belə yüksək gərginlikli xətlərin altında yaxın ətrafında, neft qaz kəmərlərinin üzərində, habelə yaxınlığında insanların təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzində saxlanılacaq, bu cür şəraitin aradan qaldırılması istiqamətində müvafiq qurumlara tapşırıqlar veriləcəkdir...

Bəli, qədər ki, gec deyil, ölkənin, əhalinin enerji təhlükəsizliyinin təmin olunması üçün enerji daşıyıcılarının mühafizəsi təşkil olunmalı, onların toxunulmazlığına, həmçinin təmir işlərinin aparılması qəzaların aradan qaldırılmasına maneə yaradan problemlər həll edilməlidir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 13 fevral.- S. 6.