Bəstəkarlar İttifaqında Qara Qarayevin xatirəsi yad edildi

 

Yaşasaydı 92 yaşı olacaqdı... Kim bilir, Azərbaycan xalqının musiqi tarixi hansı gözəl əsərlərlə zənginləşəcək, haralarda səslənəcək, sayəsində yetişən istedadlı bəstəkarların sıralarına daha kimlərin adı düşəcəkdi. Ömür vəfa etsə idi... daha nələr, nələr ola bilərdi... Bu gün isə onun anadan olmasının 92-ci ildönümü onsuz qeyd olunur. Lakin dahi Azərbaycan bəstəkarı, görkəmli-alim pedaqoq, ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin xatirəsi ürəklərdə, millətin yaddaşında, Azərbaycan musiqi tarixində, tələbələrinin hafizəsində əbədi olaraq yaşayır və yaşayacaq...

 

Böyük bəstəkar və dirijor Niyazi Qara Qarayev haqqında demişdir: “Qara Qarayevin musiqisi əyləncə və sakitliyə çağırmır, əksinə, sözün həqiqi mənasında ürəkdən od qoparır, canlı fəaliyyətə sövq edir. Taleyimə minnətdaram ki, musiqi ilə mən də təmasda olmuşam. Xoşbəxtəm ki, yaratdıqlarının əksəriyyəti ilə tanış olmadığı Qara Qarayev ilk dəfə mənə etibar edib”.

Azərbaycan musiqisinə ümumdünya şöhrəti gətirən sənətkarlar arasında Qara Qarayev xüsusi yer tutur. Böyük bəstəkar, pedaqoq və ictimai xadim Q.Qarayev sənətdə daim yeni axtarışlar sorağında olmuşdur. Onun Nizaminin “Yeddi gözəl” poemasından bəhrələnərək yazdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilmişdir. Onun birinci simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında görkəmli yer tutur. Kamera orkestri üçün yazdığı üçüncü simfoniya isə Azərbaycan musiqisinə dodekfoniya yazı üsulunun gətirilməsi ilə əlamətdardır. “Don Kixot” simfonik qravürləri (ispan yazıçısı Servantesin əsəri əsasında), “Leyli və Məcnun” (Nizaminin poeması əsasında), “Vyetnam süitası” əsərləri Q.Qarayevin yaradıcılığının dəyərli səhifələridir. “Don Kixot” və “Vyetnam süitası” əsərləri Qarayevin eyni adlı filmlərə bəstələdiyi musiqi əsasında yaradılmışdır.

Bundan əlavə, Q.Qarayev “Dənizi fəth edənlər”. “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest”, “Uzaq sahillərdə” və digər filmərə də musiqi bəstələmişdır.

Q.Qarayev opera janrında da özünü sınamışdır. O, “Vətən” operasının (C. Hacıyevlə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının müəllifidir. Bəstəkar həmçinin Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına müraciət edərək fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yaratmışdır.

Qara Qarayev kamera instrumental janrları ilə maraqlanmışdır. 24 prelüd silsiləsi, skripka fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Q.Qarayevin A.Puşkinin şeirləri əsasında yaratdığıMən sizi sevirdimGürcüstan təpələrindəromansları, “Könül mahnısı”, “Səadət mahnısıkantataları Azərbaycan musiqisinin gözəl nümunələridir. Qara Qarayev həmçinin gözəl müəllim olmuş, neçə-neçə gözəl bəstəkarlar yetişdirmişdir. O, Azərbaycan musiqisinin tədqiqinə dair məqalələr dərc etdirmiş, Elmlər Akademiyasının akademiki fəxri adına layiq görülmüşdür.

Dahi sənətkarın adı daim sonsuz hörmət ehtiram hissi ilə anılır, həyatımızın ritmini onun musiqisi olmadan təsəvvür etmirik, qədirini bilə-bilə, sevə-sevə, yaratdıqlarını göz bəbəyi kimi qorumaq məqsədilə bir çox işlər görülür... Belə ki, Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Qara Qarayevə həsr olunmuşQara Qarayev tələbələrinin xatirəsindəkitab fotoalbomu işıq üzü görüb. Kitabda bəstəkarın yaradıcılıq fəaliyyəti xronoloji ardıcıllıqla yerləşdirilib. Kitabın əsas məzmunu görkəmli bəstəkarın 40 ilə yaxın pedaqoji fəaliyyəti ilə bağlı müxtəlif dövrlərdə onun sinfini bitirmiş tələbələrinin xatirələri təşkil edir. Tərtibçi-redaktor Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, bəstəkar-musiqişünas Nərgiz Şəfiyevadır.

Bəstəkarlar İttifaqında Qara Qarayevin xatirəsi yad edildi Qara Qarayev tələbələrinin xatirəsindəkitabının təqdimatı oldu. Çıxış edənlərMədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, kitabın tərtibatçı müəllifi Nərgiz Şəfiyeva, kinorejissor Oqtay Mirqasımov bəstəkarın yaradıcılığından, həyat yolundan danışdılar.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti 2010.- 14 fevral.- S. 6.