Opera və Balet
Teatrı yeni musiqi alətləri
ilə təchiz edilmişdir
Azərbaycan Dövlət Opera və Balet
Teatrının mətbuat xidmətindən
aldığımız məlumata görə, bu günlərdə
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
teatrın simfonik orkestrinin musiqiçiləri
üçün Avropanın ən məşhur musiqi
firmalarının istehsalı olan musiqi alətləri –
valtorna, trombon, klarnet, bas-klarnet, fleyta, qoboy və sair
alınmışdır.
Almaniyanın “Mönnig”
və “Shreiber” və Fransanın “Selmer” firmalarından
xüsusi sifarişlə əldə edilən bu qiymətli alətlər
yüksək səslənmə qabiliyyətinə malikdir.
Orkestrin musiqiçiləri alətləri böyük sevinc və
minnətdarlıq hissi ilə qəbul etmişlər.
Teatrın simfonik orkestri
tamaşalarda yüksək profesionallıqla
çıxış etdiyi kimi, ölkəmizin musiqi mədəniyyətini
xaricdə də çox böyük uğurla təmsil edir.
Buna görə də orkestrin yeni alətlərlə təchiz
edilməsi şübhəsiz, ən peşəkar
musiqiçilərin çalışdığı bu
kollektivin daha yüksək səviyyədə
çıxış etməsinə səbəb olacaqdır.
A.ÜLVİ
Xalq qəzeti.- 2010.-17
fevral.- S. 8.