Azərbaycan muğamı Kaliforniyada yüksək qiymətləndirildi
Amerikalı jurnalist
Tomas Qoltsun 2007-ci ildə
çəkdiyi “Montanada muğam”
adlı 15 dəqiqəlik sənədli filmi
Kaliforniyada keçirilən beynəlxalq kinofestivalda növbəti mükafata
layiq görülüb.
Qeyd edək ki,
mükafat “Syear Nevada Avard” qısametrajlı filmlər
nominasiyası üzrə nəzərdə tutulub. Bu barədə
Lent.az-a xanəndə Qocaq Əsgərov məlumat verib.
Xatırladaq ki, sənədli
film 2009-cu ildə Səmərqənddə keçirilən
“Şərq Təranələri” beynəlxalq muğam
festivalının qalibi Qoçaq Əsgərovun 2007-ci ildə
Montanada verdiyi muğam proqramını əhatə edir. Onu
konsertdə “Qədim Şərq” qrupu müşayiət edib.
Qeyd edək ki, bu konsert Azərbaycan Mədəniyyəti
Dostları Fondunun təşkilatçılığı və
YUNESKO-nun eksperti, musiqişünas Sənubər
Bağırovanın layihəsi əsasında keçirilib.
Xanəndə Qoçaq
Əsgərovun məlumatına görə, bu nominasiyada
müxtəlif ölkələr üzrə 15 film mübarizə
aparıb və “Montanada muğam” filmi münsiflər heyətinin
rəğbətini qazanıb. Xanəndənin
xatırlatmasına görə, filmlərin mükafatlandırılma
mərasimi fevralın 26-da Kaliforniyanın Mamont Leyks şəhərciyinin
“Vestin Monache Resor” otelində keçiriləcək. Mükafat
filmin rejissoruna təqdim ediləcək.
Məlumat
üçün bildirək ki, Tomas Qoltsun sözügedən
filmi bundan öncə hər il keçirilən Beynəlxalq
“Yosemite” kinofestivalında qısametrajlı filmlər
nominasiyasında “El Caritan” mükafatına layiq
görülüb.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 17 fevral.- S. 8.