Neftçala: uğurlar
artdıqca həyat gözəlləşir
Respublikamızın hər yerində olduğu kimi,
Neftçala rayonunda da 2009-cu il tarixə sosial-iqtisadi
inkişafla səciyyələnən il kimi daxil olub. Rayonda
aparılan davamlı abadlıq-quruculuq işləri, əhalinin
həyat səviyyəsinin daha da yaxşılaşmasına
yönəldilən tədbirlər müsbət nəticələr
verib və gələcək uğurların etibarlı təməlinə
çevrilib. İllik hesabat yığıncağında bu
barədə ətraflı danışılıb, eyni zamanda
cari ildə qarşıda duran vəzifələrə diqqət
cəlb edilib.
Rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov hesabat məruzəsinin əvvəlində ölkə üzrə əsas makroiqtisadi göstəricilərin dinamikasını konkret faktlarla nəzərə çatdıraraq xüsusi vurğuladı ki, ümumi inkişaf tendensiyası regionların da tərəqqisinə çox güclü təkan vermişdir. Sonra o, Neftçalanın timsalında bu dinamikanı əsaslandırdı.
Məruzədə misal gətirilən çoxsaylı rəqəmlər özlüyündə quru statistikanı ehtiva eləsə də, inkişaf, tərəqqi, artım göstəriciləri və real müqayisə vasitəsi olması baxımından diqqətəlayiq idi. Fikir verin: ötən il Neftçalada 105,3 milyon manatlıq ümumi məhsul istehsal edilib ki, bu da əvvəlki ildəkindən çoxdur. İstehsalda özəl bölmənin payı 95,6 faizə çatıb. İl ərzində rayonda 11 yeni istehsalat sahəsi yaradılıb, 247 fiziki şəxs fəaliyyətə başlayıb. Yeni müəssisələrin hesabına 30, fiziki şəxslər üzrə 247, mövcud idarə və təşkilatlarda isə 85 yeni və daimi iş yeri açılıb. Kənd təsərrüfatında mövsümi işlərə 904 nəfər cəlb edilib.
Adambaşına düşən pul gəlirləri 1,4 faiz yüksələrək 353 manat olub. Rayon üzrə hər işçinin orta aylıq əməkhaqqı 180 manat təşkil edir ki, bu da 2008-ci ildəkindən 2,9 faiz çoxdur. Əhaliyə faktiki qiymətlərlə 507,5 min manatlıq rabitə xidməti göstərilib. Rayonda telekommunikasiya üzrə elektronlaşmanın səviyyəsi 100 faiz təşkil edir. Əvvəlki ilə nisbətən nəqliyyat sahəsində yük və sərnişin daşımaları müvafiq olaraq 7,3 və 6,9 faiz çoxalıb. Bu sahədə görülən işlərin üçdə-iki hissəsi qeyri-dövlət nəqliyyat bölməsi tərəfindən həyata keçirilib.
Rayonda vətəndaşların işsizlik müavinəti alması, peşə hazırlığı kurslarına göndərilməsi və haqqı ödənilən ictimai işlərə cəlb edilməsi sahəsində də irəliləyiş olub. Rayon üzrə 143 kimsəsiz ahıl və əlil vətəndaşa məişət xidməti göstərilib, 1320 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib. Sahibkarlığın inkişafına dəstək olaraq rayonda fəaliyyət göstərən üç bank filialı və bir kredit təşkilatı tərəfindən vətəndaşlara ümumilikdə 2 milyon 58,2 min manat kredit verilib. Göründüyü kimi,rəqəmlər, necə deyərlər, üzə gülür, rayonda həyat səviyyəsinin faktiki vəziyyəti barədə aydın təsəvvür yaradır.
Neftçalanın üç nərəbalıqartırma zavodu tərəfindən 6,7 milyon balıq körpəsi yetişdirilərək Kür çayı vasitəsi ilə dənizə axıdılıb. Bu, proqnoz tapşırığın 42,9 faizi həddindədir. Geriliyin səbəbi törədici balıqlarla təchizatın azlığı ilə izah olunur.
Rayonun işıq təminatında
problem yoxdur. Məcburi açılmalar istisna olmaqla, təchizat fasiləsizdir.
Paylayıcı Elektrik Şəbəkəsi
tərəfindən satılan
elektrik enerjisinin haqqı 84 faizdən çox ödənilib.
Əvvəlki ilə nisbətən ümumi ödəmə 18,4 faiz, əhali üzrə isə 24,6 faiz artıb. Buna izahat işlərinin səmərəli aparılması
sayəsində nail olunub.
Abonentlərin 98,5 faizi sayğaclaşdırılıb.
Rayonun qaz təchizatı da xeyli yaxşılaşıb.
Əhali
abonenti yüz faiz sayğaclaşdırılıb.
Amma bu sahədə ödəmənin vəziyyəti
ürəkaçan deyil.
Məruzəçi dedi ki, hesabat dövründə
rayonun aqrar sahəsi inkişaf etmişdir. Belə ki, kənd təsərrüfatının
ümumi məhsulu əvvəlki ildəkindən
15,2 faiz çox olub. İl ərzində diri çəkidə 3954
ton ət, 20 min ton süd,
180 ton yun, 3 milyon 176
min ədəd yumurta istehsal olunub. Taxıl əkini sahələri xeyli genişləndirilərək
42 min hektarı keçib,
sahələrdən 104081 ton (əvvəlki ildəkindən
16123 ton artıq) məhsul
toplanıb.
Bitkiçilik sahəsində yüksək məhsul götürülməsi meliorativ tədbirlərdən çox asılıdır. Hesabat ilində Neftçalada 237 kilometr suvarma kanalı, 81 kilometr kollektor-dren sistemi lildən təmizlənib, suvarma kanallarında 83 ədəd, kollektor-drenlərdə 104 ədəd hidrotexniki qurğu və nasos təmir edilib. Təsərrüfatlar bol suvarma suyu ilə təmin edilib.
Rayonda heyvandarlığın
da inkişafına
nail olunub. İribuynuzlu mal-qaranın sayı
39665 başa, qoyun və keçilərin sayı 115170 başa, quşların sayı isə 292050 başa çatdırılıb. Əhali özünü ət və süd məhsulları ilə tam
təmin edir. Fermer və sahibkarların texnika ilə, mineral gübrələrlə
təchizatını yaxşılaşdırmaq
məqsədilə “Aqrolizinq”
ASC-nin Neftçala “Aqroservis” filialının fəaliyəti genişləndirilib:
artıq burada müxtəlif növ texnikanın sayı 74-ə
çatdırılıb, fermerlərin
mineral gübrələrlə təminatında problem olmayıb.
Sonra icra hakimiyyətinin başçısı T.Qaraşov
tikinti-təmir, yol istismarı, xidmət sahələrinin fəaliyyətindən
danışdı. O qeyd etdi ki, hesabat
dövründə bütün
maliyyə mənbələri
hesabına 1 milyon 396
min manatlıq əsas
fondlar istifadəyə
verilib, rayon iqtisadiyyatının
inkişafına xeyli vəsait yönəldilib.
Əhalinin şəxsi vəsaiti
hesabına ümumi sahəsi 7500 kvadratmetr olan fərdi yaşayış evləri
tikilib. Neftçala Şəhər İstehsalat
Təmir İstismar Sahəsi əhaliyə 80
min manatlıq xidmət
göstərib, sahənin
balansında olan yaşayış binalarının
dam örtüyü, su
və kanalizasiya xətləri təmir edilib.
Su-kanal, istilik təsərrüfatı
idarələri, təmir-tikinti,
“Kəndtikinti” müəssisələri,
kommunal istehsalat
sahələri tərəfindən
də rayonda xeyli iş görülüb.
İnşasına ötən
il başlanmış
“Dizayn qlas” MMC-də, “Azərpamservis”
MMC-də quraşdırma
işləri artıq
başa çatıb.
Bankə
qəsəbəsində suötürücü
qurğunun tikintisi davam etdirilir. Neftçala şəhərində Qarabağ
əlilləri və şəhid ailələri
üçün 16 mənzilli
yaşayış binası
inşa olunur. Şəhərin küçələrinə və “Pir” ziyarətgahına
on minlərlə kvadratmetr
asfalt döşənib,
hasarlar təmir edilib. Sahibkarlar tərəfindən onlarca yeni ticarət
obyekti tikilərək
istifadəyə verilib.
Yaşıllaşdırma ilə əlaqədar rayon ərazisində
beş mindən
artıq ağac və dörd min gül kolu əkilib,
parkların işıqlandırma
sistemləri yenidən
qurulub. Əkilmiş ağacların idarə,
müəssisə və
təşkilatlar tərəfindən
qorunmasına və onlara qulluq edilməsinə
ciddi fikir verilir.
İcra hakimiyyətinin
başçısı dedi
ki, cari ilin “Ekologiya ili” elan olunması
ilə bağlı Prezidentin göstərişinə
əsasən sanballı
işlər görülməsi
məqsədilə rayonda
xüsusi komissiya yaradılıb, parklarda, yolboyu ərazilərdə,
idarə və müəssisələrdə müntəzəm
yaşıllaşdırma işlərinin
aparılmasına başlanılıb.
Sonra məruzəçi
təhsil, səhiyyə,
mədəniyyət, gənclərlə
iş və idman sahələrində görülmüş işləri
dəyərləndirdi. Təhsil sahəsinin
daha böyük uğurlar qazandığına
diqqəti cəlb elədi.
Sosial sahələrdə maddi-texniki
bazanın möhkəmləndirilməsi,
əsaslı təmir
işlərinin görülməsi
və xidmətin səviyyəsinin yüksəldilməsi
məqsədilə addımlar
atıldığını vurğuladı. Neftçalada yerli icra orqanları
ilə iş, qanunçuluğun qorunması, asayişin mühafizəsi, vətəndaş
müraciətləri ilə
bağlı fəaliyyət
günün tələbləri
səviyyəsindədir. Hesabatda bu
məsələlər də
geniş əksini tapmışdı.
T.Qaraşov uğurları
göstərməklə bərabər,
dövlət idarəçiliyində
müasir və mütərəqqi iş metodlarından daha səmərəli istifadə
edilməsi zərurətini
nəzərə çatdırdı,
bu il
qarşıya qoyulan vəzifələrdən ətraflı
bəhs etdi. Yığıncaqda çıxış
edən digər natiqlər də əldə olunmuş nailiyyətlərlə yanaşı,
həlli vacib məsələlərə toxundular,
maraqlı təkliflər
verdilər və
2010-cu ilin də Neftçala üçün
inkişaf, tərəqqi
ili olacağına
möhkəm inamlarını
ifadə etdilər.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2010.- 17 fevral.- S. 5.