Ekoloji tarazlıq xalqların, dövlətlərin
və bəşəriyyətin
sağlam gələcəyini
təmin edəcək
Azərbaycan dövlətinin
bu sahədəki fəaliyyəti bütün dünyada
müsbət qarşılanır
Mən şübhə
etmirəm ki, görülən və görüləcək tədbirlər
nəticəsində bir neçə ildən sonra görəcəyik
ki, Azərbaycan vətəndaşlarının
sağlamlığı daha da möhkəmlənib. Çünki
insan sağlamlığına ən ciddi zərbə vuran amil
ekoloji vəziyyətin lazımi səviyyədə
olmamasıdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Dünya alimləri sübut edirlər ki, bu gün
beynəlxalq elm məkanında 250-yə qədər
elm sahəsi bilavasitə insanın öyrənilməsinə xidmət
edir. Son vaxtlar ən azı ildə bir yeni elm
sahəsi yaranır ki, onun da
tədqiqat sahəsi bilavasitə insanla bağlı olur. Bu elm sahələrinin əksəriyyətinin görkəmli
mütəxəssisləri isə öz tədqiqatlarının son
nəticəsində belə
qərara gəlirlər
ki, bütövlükdə
bəşəriyyətin və
ayrılıqda hər
bir fərdin həyatındakı əksər
fəsadlar bilavasitə
ekoloji tarazlığın
pozulması ilə bağlıdır. Bir məqamı
da qeyd edək
ki, 250-yə qədər
elm sahəsi insanın öyrənilməsinə
xidmət edirsə, bütövlükdə bəşər
elminin özü məhz insana xidmət edir (Təbii ki, kütləvi qırğın
silahlarını yaradan
elm sahələrindən
başqa). İnsana xidmət edən ən yeni elmlərdən biri də məhz
ekologiyadır. Ekoloqlar
israr edirlər ki, insanın təbiətə vurduğu
ziyanların törətdiyi
təbii fəsadlar nə zamansa, hansısa şəkildə
bərpa olunur. Ancaq həmin fəsadların bəşəriyyətdəki
əks-sədaları ya
heç zaman bərpa olunmur, ya da buna
çoxlu vaxt və vəsait gərək olur. Bir sözlə, ekoloji tarazlığın
qorunması məsələsi
dünya alimlərindən
daha çox dünya siyasətçilərini,
xüsusən, dövlət
başçılarını narahat edir.
Azərbaycan dövləti
bu sahədə həyata keçirdiyi tədbirlərlə nəinki
postsovet məkanında, hətta bütün dünyada
özünəməxsus nümunə yaradır. Hələ
70-ci illərdə boz çöllüklərdən ibarət
olan Abşeronda yüz hektarlarla yaşıllıq, meşə
sahələri salınmasına nail olan ulu öndər Heydər
Əliyevin həmin siyasəti bu gün böyük uğurla
davam etdirilir. Xaricdəki bəzi bədxah insanlar
gözügötürməzliklə yazırlar ki, Azərbaycan
dövlətinin ekoloji tədbirlərə bu qədər vəsait
ayırması neft kapitalının gündən-günə
artması ilə bağlıdır. Guya neft amili olmasaydı
Azərbaycan ölkə ərazisində bu qədər ekoloji
tədbirlər həyata keçirmək barədə
düşünməzdi.
Əvvəla, bu fikir həqiqət olsa belə, xoş həqiqətdir. Çünki ulu öndər Heydər Əliyev deyirdi ki, neft və qaz bütün azərbaycanlıların təbii sərvəti olduğuna görə biz onu ədalətli bölüşdürməli, gələcək nəsillər üçün səmərəli istifadə etməliyik. Budur, gələcək nəsillər üçün ekoloji cəhətdən səliqə-sahmana salınmış ölkə yaratmaq istəyi məhz həmin mərama xidmət edir və dövlət haqlı olaraq neft sektorundan əldə edilən gəlirin bir hissəsini bu istiqamətə yönəldir. İkinci, Azərbaycan Prezidenti İlham Əliyev hələ iki il əvvəl “biz neft sektorundan əldə edilən kapitalın insan kapitalına, intellektual kapitala çevrilməsinə nail olacağıq” – deyəndə öz fikirlərini əhatəli şəkildə əsaslandırırdı. Dövlət başçımız demişdi ki, gələcək nəsillərin təminatlı və sağlam böyüməsi üçün yüksək ixtisaslı, peşəkar kadrlar ordusu yaratmalıyıq. Həmin peşəkarlar gələcəkdə – neft amili olmadıqda belə ölkənin mükəmməl həyatını təmin edəcəklər. Mükəmməl həyatın ən mühüm cəhətlərindən birinin ekoloji tarazlıq olduğu isə tamamilə şəksizdir.
Bəs, Azərbaycan dövləti bu sahədə hansı tədbirləri həyata keçirib? Əvvəla, ölkədə Ekologiya Və Təbii Sərvətlər Nazirliyinin yaradılması region ölkələrində ilk dəfə məhz Azərbaycanda bu sahəyə böyük önəm verildiyinin nümunəsi idi. İkinci, adı çəkilən nazirlik SSRİ-nin çökməsindən sonra iti sürətlə davam edən meşələrin məhv olması prosesinin qarşısını aldı. Bu gün ölkənin istənilən rayonunda hətta bir ağacın belə kəsilməsi böyük əks-səda ilə qarşılanır. İstənilən meşəçilik təsərrüfatı ildə yüz hektara yaxın yeni meşə sahəsi yaradır. Üçüncü, bədnam ermənilərin ildən-ilə daha böyük həyasızlıqla çirkləndirdiyi Araz və region ölkələrində təbii tərkibi korlana-korlana gələn Kür çaylarında dövri olaraq monitorinqlər keçirilir və həmin monitorinqlərin nəticəsi beynəlxalq təşkilatlara ünvanlanır. Dünya ictimaiyyəti xəbər tutur ki, ermənilər beş ölkənin sahil sularını təmin edən Xəzərə hər il yüz tonlarla zəhər göndərirlər. Dördüncü, hələ SSRİ kimi qüdrətli dövlətin 70 illik mövcudluğu dövründə Azərbaycanın aran rayonlarında içməli su problemi həll edilməmişdi. Daha doğrusu, Moskva rəhbərliyi bu məqsədlə vəsait ayırmaq istəmirdi. Ancaq Prezident İlham Əliyev ölkənin aran rayonlarının içməli su probleminin həll edilməsi üçün heç nəyi əsirgəmədi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bütün aran rayonlarında yeni sutəmizləyici qurğular quraşdırmaqla həmin problemin həlli istiqamətində çox kəsərli addımlar atmış oldu. Üstəlik, həmin tədbirlər davam etdirilir.
Ölkədə ekoloji tarazlığın təmin edilməsi istiqamətində son beş ayda atılan iki möhtəşəm addım isə dünya ekspertləri tərəfindən daha maraqla qarşılanır. BMT təmsilçiləri Prezident İlham Əliyevin 2010-cu ili “Ekologiya ili” elan etməsini yüksək qiymətləndirirlər. Nazirlər Kabinetinin 2009-cu ilin 9 ayının yekunlarına həsr edilmiş geniş toplantısında bu barədə məlumat verən dövlət başçımız bütün icra orqanları qarşısında konkret vəzifələr qoymuşdu. Bu gün 2009-cu ilin yekunları barədə hesabat verən bütün dövlət qurumları adı çəkilən qərarın icrası ilə bağlı silsilə tədbirlərin həyata keçirildiyini bildirirlər. Dövlət başçımız fevralın 18-də ölkənin ekoloji problemlərinə həsr olunmuş müşavirə keçirəndə isə Azərbaycanda marağı olan bütün beynəlxalq təşkilatlar və ölkə ictimaiyyəti həmin tədbiri çox böyük məmnunluqla qarşıladı. Prezident İlham Əliyev həmin müşavirədəki giriş nitqində bu məsələyə verdiyi önəmin böyüklüyünü bir daha dilə gətirdi: “Mən hesab edirəm ki, ekologiya tədbirlərinin görülməsi ancaq 2010-cu illə məhdudlaşmamalıdır. Biz bundan sonrakı illərdə də bu məsələlərə ciddi diqqət göstərməliyik. Həllini gözləyən məsələlər aydındır”. Dövlət başçımız müşavirədəki yekun nitqində isə bu il ölkənin ekoloji tarazlığının bərpasından ötrü böyük işlər görüləcəyinə əminliyini söylədi: “2010-cu il Azərbaycan tarixində nəinki “Ekologiya ili” kimi qalacaq və Azərbaycan tarixinə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dönüş ili kimi yazılacaqdır”.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 21 fevral.- S. 1.