Xocalı soyqırımı–XX əsrin ən dəhşətli faciəsi

 

Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır—vəhşiliyin görünməmiş bir təzahürüdür.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Bunun nəticəsində soydaşlarımız öz ata-baba torpaqlarından, yurd-yuvalarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər. Bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.

 

1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni şovinistlərinin “Böyük Ermənistan” dövləti yaratmaq kimi sərsəm ideyasını reallaşdırmaq cəhdi azərbaycanlılar yaşayan kənd, qəsəbə və rayonların viran qoyulması, çoxlu sayda günahsız insanların ölümü, ömürlük şikəst edilməsi, bir milyondan artıq soydaşımızın öz tarixi və əzəli torpaqlarından didərgin salınması ilə nəticələndi. XX əsrin ən dəhşətli faciələrindən hesab edilən Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin vandal aktlarındandır. XX əsrin sonunda ermənilərin törətdikləri bu faciə təkcə xalqımıza deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı faciəsi tarixin yaddaşına əbədi həkk olunmuş Xatın, Xirosima, Naqasaki kimi dəhşətli faciələrlə bir sırada dayanır.

Dünya tarixində bənzəri çox az olan Xocalı soyqırımını törətməkdə erməni işğalçılarının məqsədləri nə idi? Niyə məhz Xocalı hədəfə alınmışdı? Hər şeydən əvvəl Xocalı Dağlıq Qarabağda azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli mövqe, həm də maneə idi. Erməni şovinistləri nəyin bahasına olursa-olsun, bu maneəni aradan qaldırmağa çalışırdılar. Digər məqsədləri isə ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi! Bu da səbəbsiz deyildi. Xocalı elə bir yaşayış məskəni idi ki, burada Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələri əks olunurdu. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir. Burada qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV -VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Erməniləri narahat edən məsələlərdən biri də Xocalının Xankəndindən 10 kilometr Cənub-Şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməsi idi. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Xocalının bu cür strateji mövqeyə malik olması erməni şovinistlərinin maraq dairəsində idi. Erməni silahlı dəstələrinin qarşısına qoyulmuş əsas vəzifələrdən biri Xocalıdan keçən Əsgəran—Xankəndi yolunun boşaldılması və aeroportun ələ keçirilməsi idi.

1991-ci ilin oktyabrından Xocalı blokadaya alınmışdı. Oktyabrın 30-dan etibarən şəhərə gedən bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Bakıda isə daxili didişmə, hakimiyyət davası getdikcə qızışır, sərhəd bölgələri tamamilə unudulurdu. Bir tərəfdən Ayaz Mütəllibovun hakimiyyəti uzun müddət əlində saxlaması, digər tərəfdən isə Xalq Cəbhəsi üzvlərinin hakimiyyəti ələ keçirmələri üçün ən iyrənc vasitələrə əl atmaları ermənilərin torpaqlarımızı asanlıqla işğal etmək imkanlarını daha da artırmışdı. Xocalı da vəzifə, hakimiyyət hərislərinin qurbanına çevrilirdi. Şəhərin müdafiəsi, əhalinin qorunması yaddan çıxmışdı. Vəziyyətin getdikcə ağırlaşdığı, böyük bir fəlakətin baş verəcəyi günün yaxınlaşdığı barədə ölkə rəhbərliyinə dəfələrlə məlumat verilsə , cavab eyni idi :Gözləyin, sizə kömək göndəriləcək”. Ancaq heç bir kömək, əməli tədbir yox idi. Hakimiyyət davası verilən vədləri dərhal yaddan çıxarırdı.

Nəhayət, Xocalı ilə vertolyot əlaqəsi kəsildi. Sonuncu vertolyot 1992-ci il yanvarın 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içərisindəki 40 nəfər azərbaycanlının həlak olması ilə şəhərlə hava əlaqəsi kəsildi. Yanvarın 2-dən Xocalıya elektrik enerjisi verilmirdi. Azərbaycanın hakimiyyət rəhbərləri, müdafiə naziri sanki Xocalıda azərbaycanlıların yaşadıqlarının fərqinə varmırdılar. Xocalılar ancaq öz qəhrəmanlıqları şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat ov tüfəngləri ilə silahlanmış yerli özünü müdafiə dəstəsi yerli milis qüvvələrindən təşkil olunmuşdu. Lakin onlar təpədən dırnağadək silahlanmış erməni quldurlarının qarşısında duruş gətirə bilmirdilər.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardanAlazantipli zenit toplarından 2 saatlıq atəşdən sonra başlandı. Üç istiqamətdən hücum təşkil olunduğundan əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Sən demə, əhalinin bu istiqamətə yönəldilməsi ermənilərin məkrli hiylələri imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək onlar vəhşicəsinə qətlə yetirilmişlər. Qarlı aşırımlarda meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.

Bu qanlı hadisələr İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə o vaxt regiona səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırılırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1- dək üç günlük atəşkəs elan edilmişdi. Ermənilər bu razılığa məhəl qoymadılar vədlərinə xilaf çıxdılar. Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiyanın Yerevana Bakıya səfərləri planlaşdırıldığı bir vaxtdaməhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli Quşçular kəndləri qarət edilmiş yandırılmışdı. Təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, çoxlu sayda insan yaralanmış əsir götürülmüşdü.

Fevralın 25-dən 26-na keçən gecə isə Ermənistan silahlı qüvvələri SSRİ-dən qalma 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini darmadağın edərək etnik azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törətdilər. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.

Mühasirədə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Təəssüf ki, onların hamısı erməni vəhşiliyindən xilas ola bilmədi. Xocalı sakinlərindən 613-ü düşmən gülləsinin qurbanı oldu. 63 uşaq, 106 qadın, 70 qoca qarı amansızcasına güllələndi, 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 nəfər isə itkin düşdü. 1 aprel 1992-ci il tarixinə olan qiymətlərə görə dövlətin əhalinin əmlakına 5 milyard rubl dəyərində ziyan vuruldu.

Xocalı soyqırımının epizodları barədə eşidəndə adam dəhşətə gəlir. Hadisənin şahidlərindən biri deyir ki, Əntiqə adlı Xocalı sakini erməni hərbçilərinin tələb etdiyibu yerlər böyük Ermənistanın bir hissəsidirsözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova deyib ki, 4 mesxeti türkü 3 azərbaycanlının erməni qəbrinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar. Hətta ermənilərin özləri həmkarlarının törətdikləri bənzərsiz vəhşiliyi etiraf etmişdilər. Məsələn, Xocalı qətliamını icra edənlərdən biri David Xeyriyan Beyrutda nəşr etdirdiyiXaç naminəkitabında faciə ilə əlaqədar xatirəsində yazır: “Fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakı bataqlığa tökdülər cəsədlərdən keçid-körpü düzəltdilər. Mən ölülərin üstündən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi: ”Qorxma, ürəkli keç! Bu hal müharibənin qanunlarından biridir". Mən qana bulaşmış 9-11 yaşlı uşağın digər meyitlərin üstündən adlayıb bataqlığa keçdim... Ayaqlarım fotokameram qana batmışdı..."

Həmin kitabın başqa səhifəsində erməni vəhşiliyi, qəddarlığı özünü daha açıq şəkildə göstərirdi. Orada yazılıb: “...Martın 2-də meyitlərin yandırılması işini həyata keçirənQaflanadlı erməni qrupu yüzdən çox azərbaycanlı meyiti toplamışdı. Həmin meyitləri Xocalıdan təxminən 1 kilometr aralıda yandırdılar... Meyitləri gətirən axırıncı maşında alnından güllə yarası almış, qolları qırılmış, təxminən 10 yaşlarında bir qız gördüm. Aclığa, şaxtaya, göyərmiş sifətinə, yaralarına baxmayaraq, qızcığazda hələ həyat rəmzi vardı, o nəfəs alırdı... Bir anda Tiqranyan familiyalı erməni qızı götürüb digər meyitlərin üstünə atdı. Sonra meyitləri yandırdılar. Bir anlıq yanan meyitlərin içindən birinin çığırdığını eşidən kimi oldum, sanki biri yardım mərhəmət diləyirdi... Mən bunlardan sonra daha irəli gedə bilmədim geri döndüm. Digərləri isə xaç naminə savaşlarına davam etdilər..."

Belə faktlar saysız-hesabsızdır. Bir faktı da qeyd edim ki, erməni silahlı qüvvələri Xocalıya hücum zamanı istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan kimyəvi silahlardan istifadə etmişdilər. Bu da Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozduğunu, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım törətdiklərini təsdiqləyən faktdır.

Azərbaycanın da qoşulduğu dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi dəhşətli soyqırımları pisləyir, bunu insanlığa qarşı təcavüz hesab edirlər. Artıq bütün dünyaya bəllidir ki Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri bu qanlı cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir. Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan, indiki Prezident Serj Sarkisyan, müdafiə naziri digər dövlət rəsmiləri törətdikləri bu soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Belə ağır cinayətlər cəzasız qalmamalı, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Bundan ötrü kifayət qədər əsaslar, tutarlı faktlar var.

 

 

Əliqismət BƏDƏLOV,

Məqalə Azərbaycan Respublikasının

Prezidenti yanında Kütləvi İnformasiya

Vasitələrinin İnkişafına Dövlət Dəstəyi

Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 

Xalq qəzeti.- 2010.- 20 fevral.- S. 4.