Azərbaycan Gözdən Əlillər
Cəmiyyəti fəaliyyətini genişləndirir
Son illər ölkəmizdə əlil insanlara
qayğı xeyli artmış, möhtərəm Prezidentimz
İlham Əliyevin bu sahədə imzaladığı sərəncamlar
əlillərin həyat şəraitinin
yaxşılaşmasında və onların cəmiyyətə
inteqrasiyasında əhəmiyyətli rol oynamışdır.
Eyni zamanda, ölkədə ictimai təşkilatların da fəaliyyətləri
üçün geniş imkanlar yaradılmışdır.
Belə təşkilatlardan
biri də öz genişmiqyaslı fəaliyyəti ilə fərqlənən
Azərbaycan Gözdən Əlillər Cəmiyyətidir. Bu cəmiyyət
yarandığı az vaxt içərisində öz üzvlərinin
həyat şəraitinin yaxşılaşdırılması
istiqamətində mühüm tədbirlər həyata
keçirmiş, uğurlu layihələri
reallaşdırmışdır. Ötən il isə cəmiyyət
öz fəaliyətini daha da genişləndirmişdir.
Cəmiyyət üzvlərinin
yığıncağında 2009-cu ilin yekunları ilə
bağlı geniş hesabat məruzəsi ilə
çıxış edən cəmiyyətin prezidenti Səmyar
Abdullayev qazanılmış nailiyyətləri ölkədə
həyata keçirilən quruculuq ışlərinin tərkib
hissəsi kimi qiymətləndirmişdir. O bildirmişdir ki,
regionlarda əlillərin sosial vəziyyətinin
yaxşılaşdırılmasını təmin etmək məqsədilə
2010-2014-cü illəri əhatə edən dövlət
proqramının hazırlanmasında cəmiyyət Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yüksək
səviyyədə əməkdaşlıq etmişdir. Ümid
edirik ki, yaxın vaxtlarda qəbul ediləcək bu proqram
gözdən əlillərin bütün regionlarda, o cümlədən
Bakı şəhərində mənzil, məşğulluq,
təhsil, səhiyyə, idman, istirahət və sair həyati əhəmiyyəti
olan məsələləri öz həllini tapacaqdır.
Səmyar müəllim
bildirmişdir ki, dünyada baş verən maliyyə
böhranı bütün ölkələrin iqtisadiyyatına
mənfi təsir etmişdir. Möhtərəm Prezidentimiz
İlham Əliyevin çevik siyasəti nəticəsində
isə ölkə iqtisadiyyatı gün-gündən
inkişaf etmişdir. Daim yeniləşən Azərbaycanımızda
gözdən əlil vətəndaşların və digər
sosial qrupların bərabər imkanlar əldə etmələri
üçün tədbirlərin həyata keçirilməsi
davam etdiriləcək.
O qeyd etmişdir ki,
maliyyə vəsaitləri üzrə daxilolmalar layihələr
üzrə donorlardan, əməkhaqqları üzrə GƏC-in
müəssisələri tərəfindən həyata keçirilən
ayırmalardan, maddi yardım və kənar mənbələrdən
daxil olan ianələrdən formalaşmışdır. Belə ki, 2009-cu ildə GƏC-ə
ümumi daxilmolmalar 91 min 932 manat olmuşdur.
2009-cu ildə GƏC üzvlərinə
humanitar yardım məqsədilə 9 min 354 manat,
masajçı və rabitəçi kurslarının təşkili
və inkişafı üzrə ümumilikdə 37 min 341
manat, xarici səfərlərin qarşılıqlı maliyyələşdirilməsi
üçün 7 min 731 manat, mərkəzi idarə
işçilərinə, müəllimlərə və rayon
təşkilatlarının işçilərinə əməkhaqqı
20 min 741 manat vəsait xərclənmişdir.
Son illər gözdən əlil
insanların cəmiyyətə üzv olmaq marağı xeyli
artmışdır. Onlar yaxşı bilir ki, bu insanların
maraq və mənafeləri təmin edilir. Cəmiyyət
regionlarda görmə üzrə əlil insanlar icması ilə
görüşlər, onların aktivliyinin və intellektual səviyyələrinin
artırılması üçün reabilitasiya tədbirləri
həyata keçirir, yeni iş yerlərinin yaradılması
üçün yollar müəyyənləşdirir. Kor və
zəif görən insanların təhsil, səhiyyə və
mədəniyyət sahələri üzrə xidmətlərdən
maksimum yararlanmalarının təmin edilməsi, onlar
arasında idman yarışlarının kütləviləşdirilməsi,
eyni zamanda görmə üzrə əlil insanların sosial
rifahının yaxşılaşdırılmasına nail
olmaq məqsədilə müxtəlif dövlət
qurumları ilə əlaqə yaradılır.
Üzvlərinin sosial
rifahının yaxşılaşdırılmsına dəstək
vermək, eyni zamanda cəmiyyətin infrastrukturunu yeniləşdirmək,
habelə islahatlar yolu ilə cəmiyyətin fəaliyyətlərinin
QHT haqqında qanunun tələblərinə
uyğunlaşdırmaq məqsədilə islahat komissiyası
yaradılmışdır. İslahat komissiyası cəmiyyətin
respublika üzrə müəssisələrində və
rayon, şəhər, rayonlararası və ilk təşkilatlarında
yoxlamalar aparmış və islahatlara dair bir sıra təkliflər
hazırlamışdır. Ciddi nöqsanlara yol vermiş
müəssisələrin fəaliyyətləri qiymətləndirilmiş,
lazımi tədbirlər görülmüşdür.
Son illər Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
gözdən əlillərin həyat şəraitinin
yaxşılaşdırılması, onların informasiya
texnologiyalarına yiyələnmələri üçün
bizə yaxından köməklik göstərmişdir.
Artıq bir neçə layihənin reallaşması nəticəsində
gözdən əlil insanlar təhsil ala bilir, iş yerləri
ilə təmin olunurlar.
Tədbirdə bildirildi ki, cəmiyyət
gözdən əlil insanların sosial vəziyyətinin
yaxşılaşdırılması və onların cəmiyyətə
inteqrasiyası üçün gələcəkdə də əhəmiyyətli
layihələrin reallaşmasını təmin edəcək,
bu insanların yeni iş yerləri ilə təmin olunması
üçün əhəmiyyətli tədbirlər
reallaşdıracaqdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 25 fevral.- S. 7.