Tarix erməni satqınlığı və saxtakarlığına dair faktlarla zəngindir

 

Sumqayıt hadisələrini də ermənilərin özləri təşkil etmişdilər

 

Professor V.L.Veliçkonun kitabında (V.L.Veliçko. Kavkaz. Russkoe delo i mejplemennıe voprosı. 1904. S.-Peterburq, str. 71) yazıldığı kimi, ermənilər “tarix uyduranlardır”. Özləri üçün saxta qədim tarix, milli qəhrəman, maddi-mədəniyyət nümunələri “yaratmaqda” ustadırlar.

 

1930-cu illərdə erməni alimi Kanonyan professor Vəli Xulufludan iki dəfə xahiş edir ki, sizdə “Koroğlu” dastanlarının bütün variantları və tarixi haqqında geniş məlumat var. Ermənilər üçün də qəhrəmanlıq rəmzi “Koroğlu” dastanları yaradılmalıdır, Azərbaycanda hakimiyyət ermənilərdədir, bu dastanı yaratmaqda kömək elə, əks-təqdirdə... sizə xətər yetişər. Erməni qorxaqlığını yaxşı bilən V.Xuluflu açıqca Kanonyana deyir ki, tarixçi alim Veliçko kitabında (səh.67) yazır: “Təmiz qanlı ermənilər dovşandan da qorxurlar”. Bundan əlavə şair A.S.Puşkin qoca dağlının dilindən deyir: “Tı trus, tı rab, tı armenin”. Belə qorxaq xalq Koroğlu yetişdirə bilərmi? Az da olsa milli qəhrəmanınız varsa — məsələn Sasunlu Davud — o da təmiz qanlı erməni deyildir.

Vəli Xuluflu bu əhvalatı dostlarına çatdırır ki, Kanonyan mənə belə dedi. Bu hadisədən 4 gün sonra professor Xuluflu tutuldu və xalq düşməni elan edildi. Zəngin arxivini isə Dövlət Təhlükəsizlik Komitəsinin işçiləri apardılar. Bundan sonra ermənilər zəif də olsa, “Koroğlu” dastanını yaratdılar.

1893-cü ildə erməni yazıçısı K.Qostanyans yazmışdır: “Bizim aşıqların erməni dilində şeirlə müşayət olunan dastanları yoxdur, hamısı yalnız türk dilindədir (K.İmanov, İ.Abbasov. “Bir balaca boyu var”, səh. 12, Bakı, 2008).

1937-ci ildə Q.Tarıverdiyan yazır “Erməni aşıqlarından topladığım şeirlərin xeyli hissəsi Azərbaycan dilində idi”. Yazılanlardan görünur ki, ermənilər başqa xalqların mənəvi sərvətlərini oğurlayıb özlərinə dastan yaratmaq arzusunda olublar.

XIX əsrdə yaşayan məşhur fransız tarixçi alimi baron de-Bayı katolikosun paytaxtı Ecmiədzinə dəvət edirlər ki, burada ermənilərin yaratdığı çox qədim maddi-mədəniyyət nümunələri var. De-Bay qızıl kasalara, taclara və toxuma materiallara baxıb açıqca deyib ki, bunlar XVIII əsr rokoko stilinə aid bəzək üslubudur, qədim mədəniyyət abidəsi deyildir. Bundan sonra qədimliyi ilə öyünən və rusca çap olunan erməni qəzetləri nüfuzdan düşürlər.

Ermənilər qədim gürcü daşlarının üzərindəki yazıları qoparıb yerinə erməni heroqlifləri yapışdırıb fransa tarixçisi Kutulini dəvət edirlər ki, burada qədim erməni maddi-mədəniyyət abidələri var. Alim də daşların şəklini çəkib Fransada məqalə çap etdirir ki, ermənilər qədim mədəniyyətə, tarixə malik xalqdır. Məqalədən 6 ay sonra xəbər tutan gürcülər Kutulidən soruşurlar ki, sən bu faktları haradan götürmüsən? O da etiraf edir ki, onu aldadan, özünü gürcü kimi təqdim edən erməni “Mşak” qəzetinin redaktoru Arsrunidir.

Gədəbəyin İvanovka kəndində alban kilsəsi var. Ruslar bura Mecetka (məscid yeri) deyirlər. 1960-cı ildə bu alban kilsəsinin üstündəki xaça baxmışdım. 1986-cı ildə xaça yenidən baxarkən gördüm ki, ermənilər xaçın ucunu əyib daş baltası və turşu ilə işləyiblər, sanki qədim erməni xaçıdır. Ermənilərdən soruşanda buralarda nə gəzirsiniz, deyirdilər ki, akademik Viktor Ambarsumyanın göstərişi ilə Zaqafqaziyanın tarixini öyrənirik.

1967-ci ildə Praqada keçirilən beynəlxalq simpoziumda professor Ayvazyan və Mkrtiçyan azərbaycanlılar yaşayan Zəngibasarın (indiki Masis) Zeyvə kəndindən tapdıqları metal pulların yazılarının bəzi yerlərini qoparıb erməni heroqlifinə oxşadaraq bəyan etmişlər ki, pul üzərindəki yazılar ermənilərin 2 min il əvvəldən burada yaşadıqlarını sübut edir. Həmin sikkələrə baxan professor Boris Borisoviç Piotrovski görür ki, puldakı yazılara toxunulub, qədim erməni hərflərinə oxşadılıb. Zaqafqaziya xalqlarının tarixini, mədəniyyətini yaxşı bilən, bu sahədə onlarla məqalə və kitab yazan B.Piotrovski Ayvazyanı ciddi tənqid edir ki, faktları təhrif edirsiniz, alimlərə səhv informasiya verirsiniz. Bu pulları Leninqrad və Yerevanda, numizmatika idarəsində düzgün oxutdurduqdan sonra məqalə yazacağam. Professor Ayvazyan Yerevana qayıdan kimi əhvalatı Ermənistan EA-nın prezidenti V.H.Ambarsumyana danışır ki, tarixi yalanı B.Piotrovski alt-üst etdi, yeni məqalələrlə çıxış edəcək, hansı yolla olursa-olsun, qarşısını almaq lazımdır. Bundan sonra Ambarsumyan professor Piatrovskiyə zəng edərək məzmunlu elmi çıxışlarına görə təşəkkür edir və bildirir ki, sizi akademiyamıza akademik seçəcəyik. Beləliklə, 6 aydan sonra 1968-ci ildə ermənilər ilk qeyri-erməni B.Piotrovskini akademik seçdilər. Pullar isə akademik B.Piotrovskinin dediyinə və yazdıqlarına görə, Atabəylər dövlətinin XI əsr pulları idi. Böyük alim dedi ki, bundan sonra bir qədər susdum, çünki bu seçim SSRİ Elmlər Akademiyasının həqiqi üzvlüyünə böyük təkan idi. Nəhayət, 1970-ci ildə mən SSRİ EA-ya akademik seçildim. Erməni alimlərinin açıq saxtakarlığı azalmadığı üçün yenidən 1971-ci ildə böyük tənqidi məqalə ilə (Dokladı Akademii Nauk Arm. SSR (obşestv. nauki) ¹3, s. 4-6, 1971) saxta erməni alimlərini ciddi tənqid etdim, günahkar olduqları üçün cavab da vermədilər.

Göründüyü kimi, erməni saxtakarlığının sayı-hesabı yoxdur. Məşhur alman səyyahı Alfred Kertenin 120 il bundan qabaq yazdığı “Anadolu eskizləri” əsəri bu gün üçün necə də müasirdir. Türkiyəni qarış-qarış gəzən bu səyyah yazır: “Kim bu yerlərdə olubsa, türklə təmas qurub işbirliyi yaradıbsa türkə hörmət və sevgi bəsləyəcək, yunanları bir qədər aşağı səviyyədə tutacaq, ermənilərə isə nifrət edəcək və bu atalar sözünə inanacaqdır ki, ”bir yunan iki yəhudini aldadar, bir erməni isə iki yunanı aldadar. Anadoluda sizi aldadıblarsa, deməli siz erməni ilə rastlaşıbsınız”. Yazıçı-səyyah orada olan xarici biznesmenin sözünü xatırladır: “Türklə işbirliyi yaratmaq istəyirsənsə, verdiyi söz kifayətdir, müqavilə bağlamağa ehtiyac yoxdur. Yunanla müqavilə lazımdır və faydalıdır, ermənilərlə yazılı müqavilənin də faydası yoxdur. Yalanla qarşılaşacaqsan, münaqişəyə düşəcəksən və əsəbiləşəcəksən”.

İndi iki ay bundan qabaq türklərlə ermənilər İsveçrənin Sürix şəhərində ABŞ-ın, Rusiyanın, İsveçrənin xarici işlər nazirlərinin şahidliyi ilə Edvard Nalbandyanla Əhməd Davudoğlu müqavilə bağladılar ki, bir-birinə ərazi iddiaları yoxdur, yollar açılacaq, iki ölkə arasında Qarabağdan erməni qoşunları çıxdıqdan sonra qarşılıqlı əlaqə genişlənəcəkdir. İndi ermənilər protokola özlərinə sərf edən bir bənd də əlavə ediblər. Halbuki imzalanmış sənəddə elə şey yoxdur. Protokolun surəti Sürixdədir. Alfred Kerte necə də düzgün yazıb “erməni ilə müqavilə bağlasan, yalana rast gələcəksən, intriqaya düşəcəksən”.

Rus yazıçısı Olqa Sturova kitabında (O.B.Sturova. Novı semeynı sonnik. Moskva, 2000, s.48) yazır: “Əgər yuxuda erməni görübsünüzsə çox ehtiyatlı olun, sizi ya aldadacaqlar, ya da sizə xəyanət edəcəklər” Aydın olur ki, nəinki həyatda qarşılaşmaq, hətta bu rəzil xalqı yuxuda görmək də təhlükəlidir.

Ermənilərin saxta, xəyanətkar olduğunu yaxşı bilən öz şairləri Yegişe Çarens demişdir: “Mənim xalqımın övladları ana bətnində ikən saxtakarlıq və xəyanət öyrənirlər”.

Şair bu həqiqətləri tez-tez təkrarladığı üçün ermənilər onu 1937-ci ildə 40 yaşında öldürdülər. Adını da qoydular ki, mürtəce simvolizm ədəbi cərəyanına qoşulubdur. Daha bir erməni şairi Xaçatur Abovyan “Ermənistanın yaraları” əsərinin ilkin variantında yazırdı ki, ermənilərin başına gələn fəlakətlər onların ziyalılarının satqınlığının və səhv hərəkətlərinin nəticəsidir. 1848-ci ildə onu 43 yaşında öldürüb, meyitini naməlum yerə tulladılar. Geniş tarixi məlumatlara malik olan şairə aşağıdakı erməni satqınlıqları yəqinki məlum idi:

1701-ci il iyunun 30-da erməni din xadimləri və tacirləri əvvəlcə Avstriya imperatoruna, sonra isə rus çarı I Pyotra müraciət etdilər ki, gəlin xristianlara düşmən mövqedə olan müsəlman Persiyanı (İranı) bələdçiliyimizlə, köməyimizlə dağıdaq, yerində həmişəlik sizə sadiq olan erməni xristian dövləti yaradaq. Yazılı məlumatlara əsasən (V.L.Veliçko, səh. 70) naməlum cənab Ezov soyadlı bir nəfər “Böyük Pyotrun erməni xalqına münasibəti” kitabında yazıb ki, erməni İzrael Ori (yaxud Orio) onunla əlaqəyə girərək Persiyanı dağıtmaq planı haqqında danışır, çar planı bəyənir və qərara alır ki, isveçlərlə müharibə qurtardıqdan sonra Xəzər dənizi ətrafında ermənilər üçün dövlət yaradılsın. 1724-cü ildən başlayaraq I Pyotrun əmri ilə Rusiya ərazisinə və Azərbaycana az-az ermənilər köçürülməyə başlandı.

1794-cü ildə milliyyətcə erməni olan gürcü məlikləri Məcnun və Abo İran şahı Ağa Məhəmməd xana casusluq və bələdçilik edərək Tiflisi müharibəyə cəlb edirlər. Bu faktı öz gündəliyində yazan və deyən türk generalı milliyyətcə erməni olan V.Kişmişov olmuşdur. 1796-cı ildə ermənilərin satqınlığı və bələdçiliyi ilə general Valerian Zubov hücumla Azərbaycan torpağı Dəmirqapı Dərbəndi ələ keçirir. Dərhal erməni keşişi İosif bütün Zaqafqaziyadakı ermənilərə, xüsusilə Qarabağ ermənilərinə yazılı şəkildə müraciət edir ki, rus ordusu Persiyaya daxil oldu, onlara hər cür kömək edin, sizi müsəlman zülmündən xilas edəcəklər.

1803-cü ilin yanvarında mayor A.Lazarev general Pavel Sisianova raportunda deyir ki, rus əsgərləri (kazaklar) iki Gəncə ermənisi tutmuşdular, onlar dedilər ki, Gəncə erməniləri sizin gəlişinizi səbirsizliklə gözləyirlər, sizə hər cür kömək edəcəklər. Bir il sonra P.Sisianov ermənilərin bələdçiliyi ilə Gəncəni işğal etdi. Bu müharibədə 1560 azərbaycanlı həlak oldu, 17224 nəfər isə əsir düşdü. Qeyri-bərabər döyüşdə Cavad xan və oğlu Hüseynqulu həlak oldular. Gəncənin adı P.Sisianovun təklifi ilə I Aleksandrın arvadı Yelizavetanın şərəfinə Yelizavetpol adlandırıldı.

I Dünya müharibəsi dövründə Andranik Uzunyan Türkiyənin ciddi hərbi sirlərini ingilis kəşfiyyatına şəxsən verərkən tutuldu. Bu böyük satqınlığa görə türk hərbçisi onun qulağının birini kəsdi. Yazılanlardan göründüyü kimi, satqınlıq bu xalqın qanındadır.

V.L.Veliçko kitabında (s. 64) yazır ki, ermənilər təkcə qonşu xalqlara qarşı deyil, öz xalqına qarşı da çox qəddardırlar. Belə olmasaydı istedadlı Y.Çarensi (40 yaş), X.Abovyanı (43 yaş) cavan öldürərdilərmi, 1999-cu ildə 7 siyasi rəhbəri (K.Dəmirçiyan, A.Sarkisyan və s.) gülləbaran edərdilərmi, qəssab E.Qriqoryan balta ilə 6 ermənini doğrayıb öldürərdimi?

1915-ci il mayın 6-8-də Türkiyənin Van şəhərində və ətraf kəndlərində “Daşnaksütyun”un başçılarından Aram və Varelin rəhbərliyi ilə 4 gündə ermənilər 3400 nəfər müsəlmanı qətlə yetirmişlər. Məqsədləri Vanda etnik təmiz erməni şəhəri (və ya dövləti) yaratmaq idi. Dərhal ermənilər dünyaya informasiya yaydılar ki, Vanda türklər tərəfindən kütləvi erməni qırğını oldu. Bu hadisələri gözü ilə görən rus diplomatı general Q.Mayevski yazırdı: “Mən Vanda yalandan yayılan erməni qırğınının (faciəsinin) əksini, türklərin kütləvi qırğınını gördüm” (Prestupleniye armyanskix terroristiçeskix i banditskix formirovaniy protiv çeloveçestva. Baku, 2002, s. 48). Ermənilər satqınlıqda, xüsusilə hiyləgərlikdə bütün xalqlardan fərqlənirlər.

Fransız yazıçısı Aleksandr Düma “Qafqaz səfəri” kitabında yazır ki, ləzgilər Şilda kəndinin başçısı Dodayevin evinə hücum edirlər. Bu adamın Yefrem Sukyazov adlı bir erməni katibi varmış. Döyüşün şiddətli vaxtında erməni özünü ölülüyə vurur. Ləzgilərdən biri ona ilişir, əvvəlcə onun sol qolunu kəsib götürür, sonra sağ qolunu da kəsir. Sonralar məlum olur ki, erməni sağmış, belə hiyləgərliklə sağ qalır.

ABŞ tarixçisi İ.Makkarti kitabında (Turki i Armyani, 1996, s. 87) yazır ki, XX əsrin əvvəllərində ermənilərlə türklər arasında gedən müharibələrdə 2,5 milyon müsəlman həlak oldu. İndi ermənilər saxtakarlıqla türklərdən olmayan soyqırımı tanımağı tələb edirlər, arxasınca isə ərazi və təzminat tələb edəcəklər.

1905-ci il noyabrın 21-də erməni daşnakları hücum edərək Tiflisdə minlərlə gürcünü məhv edib şəhərin 4 məhəlləsini boşaltdılar ki, burada ermənilər yaşayacaqlar. Bu hadisədən 1 gün sonra rusca-fransızca “Tiflisdə erməni qırğını” məqalələri çap olundu. Bu vəhşiliyi, vandalizmi və saxtakarlığı görən, eşidən gürcü ziyalıları, xüsusilə İlya Çavçavadze yazırdı: “Erməni cəlladları bizim fiziki və mənəvi varlığımızı məhv edərək, yerimizdə öz xoşbəxt həyatlarını qurmaq istəyirlər. Bizə isə qazılmış qəbir yeri göstərirlər. Dəqiq bilməliyik başımıza haradan daş tökülür, qara qarğa harada qarıldayır. Bu zalım, daşqəlbli cəlladları, təlxəkləri, hoqqabazları yerinə oturtmalıyıq, artıq ayağa qalxıb ciddi şəkildə əks-tədbir görməliyik” (İ.Çavçavadze. Armyanskie mudretsı i vopiyuşie kameni. Tiflis, 1902, s.14).

Rus naziri A.Pleve 1903-cü il iyunun 12-də erməni Qriqoryan kilsəsində silah tapıldığı üçün əmr verdi ki, kilsənin əmlakı müsadirə olunsun. Bu əmr erməni millətçiləri arasında ictimai-siyasi partlayışa səbəb oldu. İndiyədək Türkiyə ərazisində terrorçuluqla məşğul olan erməni kilsəsi və bütün siyasi patiyalar: “Hnçaq”, “Droşak”, “Armenakan”, “Daşnaksütyun” öz terror fəaliyyət dairələrini bütövlükdə Rusiyaya yönəltdilər. Erməni terroru bütün Rusiyanı bürüdü, yüksək rütbəli rus zabitləri, nazirləri, dövlət məmurları həlak oldular. Onların törətdikləri dəhşətlər çar hakimiyyətini vahiməyə salmışdı. Bu hadisələrdən dəhşətə gələn Qafqaz canişini Qriqori Qolitsin yazırdı: “Məndən olsa Qafqazda cəmi bir kişi və bir qadın olmaqla iki erməni saxlardım. Onlardan müqəvva düzəldib Qafqaz muzeyinə qoyardım ki, gələcək nəsillər vaxtilə Qafqazda yaşayan ermənilərin necə xalq olduğunu bilsinlər” (“Baku”, 19 fevral, ¹38, 1906).

Eyni sözləri vaxtilə Əmir Teymur da demişdir: “Bu xəyanətkar, saxtakar, satqın xalqı məhv etmək yaxşı olardı, amma gələcək nəsil deyər ki, Topal Teymur gözəl bir xalqı məhv etdi”.

1919-cu ildə ingilis jurnalisti A.Liddel Zaqafqaziyanı gəzib tanış olduqdan sonra “Daşnaksütyun” haqqında yazırdı: “Bu terrorçu təşkilat on illərdir ki, erməniləri qızışdırıb müsəlmanların üzərinə qaldırmaqla məşğuldur. Bunun əvəzində layiqli cəza aldıqdan sonra, dərhal bu hadisəni bütün dünyaya yayırdılar ki, qoymayın vəhşi müsəlman yazıq xristian ermənini öldürdü”. O yazırdı: “Hər öldürülən erməni daşnak üçün çox qiymətli materialdır. Bu hadisədən lazımi qaydada istifadə etmək yalan daşnak təbliğatına çox xeyir gətirirdi”.

Daşnaklar belə fəaliyyətlərini 70 il sonra Sumqayıtda davam etdirdilər. Onlar Eduard Robertoviç Qriqoryana (onunla bərabər cinayətdə iki erməninin də adı çəkilirdi, onlar gizlədilib) külli miqdarda pul və “Krunk”a (Dağlıq Qarabağa erməni yardım təşkilatı) pul köçürməyən ermənilərin adlarını və ünvanını verərək onu xüsusi hazırladılar. İstintaq zamanı müəyyən oldu ki, Eduard 6 ermənini balta ilə öldürüb, 8 ermənini isə ağır yaralayıbdır. 16 yaşlı E.Meclumyanı zorlayıbdır (qız onu zorlayan Eduardı şəkildə göstərir). Digər şəkildə Eduardın baltaladığı Petrosyan ağır xəstə halında Eduardı göstərir. Görəsən, Eduarda pulu və “Krunk”a pul keçirməyən ermənilərin adlarını, ünvanını kim vermişdir? Niyə rus müstəntiqləri bu suala cavab vermədilər?

Hələ 1961-ci ilin may ayında N.S.Xruşov Yerevanda olanda Ermənistanın EA-nın prezidenti V.Ambarsumyan “Dağlıq Qarabağın Ermənistana birləşməsinə icazə versəniz sizin adınız Ermənistanın tarixinə şərəflə yazılacaqdır” — deyəndə Xruşov narazılıqla bildirdi ki, sarsaqlama, bu, mümkün deyildir. Sonra V.Ambarsumyan dedi ki, qədim erməni torpağı Ərdəhan və Qarsı Türkiyədən alıb Ermənistana versəniz, biz SSRİ-yə daha çox xeyir verərik (“Göyçənin Tərlanı” kitabı. Bakı, 2005 s. 215).

Nəhayət, 1963-cü ildə SSRİ Ali Sovetinin sədri A.Mikoyan N.Xruşova dedi ki, sizin əmrinizlə Krımın Ukraynaya verilməsi bu vilayətin intensiv inkişafına səbəb oldu. Buna bənzər əmrlə Ermənistanın balası olan Dağlıq Qarabağı Ermənistana birləşdirsək, bu, onun inkişafına səbəb olar.

N.Xruşov problemlə tanış olduğu üçün dərhal deyib “Mən 12 min hərbi yük maşını ayıraram, bir günə balası anası ilə görüşər, bununla da söz-söhbətə son qoyular. Bundan sonra hiyləgər Mikoyan Qarabağ haqqında ölənədək söhbət açmadı. (Yuri Pompeev Krovavıy omut Karabaxa, 1992, s.19).

1987-88-ci illərdə Dağlıq Qarabağla əlaqədar söz-söhbət gəzirdi ki, Moskva Qarabağı Azərbaycandan qoparıb ermənilərə vermək istəyir. 1988-ci ilin fevralın 19-da saat 9.30-da metronun “Bakı soveti” stansiyasının yaxınlığında idim. Gördüm ki, 500-1000 nəfər tələbə “Qarabağ, Qarabağ” - deyərək qışqıra-qışqıra gedirlər. Onda çox narahat oldum ki, Qarabağı Azərbaycandan Göyçə və Zəngəzur kimi qoparmaq istəyirlər. Bu hadisədən bir həftə sonra fevralın 27-də saat 19.00 radələrində gördüm Sumqayıtda 17-ci mikrorayon tərəfdən 150-200 nəfərlik dəstə “Qarabağ bizimdir! Ermənilərə ölüm!” deyə-deyə gəlir, tez qabaqlarına yüyürüb, soruşdum ki, məqsədiniz nədir, sizi istiqamətləndirən rəhbəriniz, başçınız varmı? Bura rus əsgəri ilə doludur, ehtiyatlı olun, sizi öldürərlər. Onlardan biri dedi ki, 3 aydır Ermənistandan qovulmuşuq, ehtiyac içində dolanırıq. Sağ olsun başçımız Paşa (Eduard Qriqoryan özünü Paşa kimi tanıtmışdı) hərəmizə 50 manat verdi, yenə də verəcək, özü o qabaqda gedən oğlandır. Tez qabağa gedib Paşaya salam verib soruşdum ki, nə etmək istəyirsiniz, planınız necədir. O dedi: “Qarabağ bizimdir! Ermənilərə ölüm!”, tez də üzünü göstərmədən məndən aralandı.

O vaxtlar Sumqayıtda 12000 rus əsgəri var idi, görəsən gözlərinin qabağında baş verən bu qırğına niyə müdaxilə etmədilər? Böyük vətənpərvər ziyalımız Anar Rzayev Moskvada müşavirədə bu sualı M.S.Qorbaçova verdi. O dedi ki, doğrudan da Sumqayıtda 11600 əsgər var idi, onlar niyə iğtişaşın qarşısını almadılar? Suala sualla cavab verdi. Deməli, daşnakların bu planından onun xəbəri var imiş. Ermənilər əvvəlcə Sumqayıt hadisələrindən çox sevindilər ki, indi dünyada azərbaycanlıların adamyeyən vəhşi obrazını asan yaradıb, Qarabağı rahat qoparacağıq. Amma E.Qriqoryanı hadisələrdən ayıra bilmədikləri üçün sonralar planlarının boşa çıxdığını hiss etdilər. Onların planı üzrə fevralın 29-da saat 13.00-da müəyyən olunmuş yerdən Qriqoryan götürülüb Yerevana aparılmalı idi. Sumqayıt hadisələrində bir erməni öldürən Əhməd Əhmədova güllələnmə, 6 erməni öldürən, 8-ni ağır yaralayan, 2 azyaşlı erməni qızını zorlayan Eduard Qriqoryana isə 12 il iş verib, özünü də Yerevana göndərdilər (yəqin ki, Milli Qəhrəman elədilər).

Azərbaycanlıların adamyeyən vəhşi obrazını İsveç fotoreportyoru Artaşes Qabrielyan yaydı. O, Sumqayıt hadisələrindən 3 gün qabaq fevralın 25-dən Sumqayıtda idi (görəsən o haradan bilirdi ki, Sumqayıtda erməni qırğını olacaq?). Yazıçı Maqsud İbrahimbəyov (Yuriy Pompeev “Krovavıy omut Karabaxa”, 1992, s. 63) deyir ki, İsveçdə televizora baxırdım. Gördüm ki, Qabrielyan dəhşətli kadrlar göstərdi: Sumqayıtda erməni Mişanın dostları onun və arvadının başını kəsdilər. Sonra 20-30 azərbaycanlı onun qızını zorlayıb, daha sonra qızın başını kəsib kabab bişirdilər, yedilər. Şok halına düşdüm, bu nə səhnə idi, məgər mənim xalqım belədir, bu nə saxta yalan idi. Dərhal tanıdığım isveçlərin münasibəti dəyişdi, mənə düşmən kimi baxdılar.

1988-ci ilin dekabrında Yelena Alixanyanın əri akademik A.D.Saxarov yalandan radio ilə dünyaya yaydı ki, yenə azərbaycanlılar yazıq erməniləri qırırlar. İndi də Kirovabadda 193 erməni öldürdülər. 187-sini isə ağır yaraladılar halbuki, cəmi 8 adam öldürülmüşdü: 3 azərbaycanlı, 2 erməni, 3 əsgər (1-i rus, 1-i ukraynalı, 1-i belarus). M.İbrahimbəyov soruşdu ki, Andrey Dmitriyeviç, sizdə dəqiq məlumat var ki, Kirovabadda cəmi 8 adam öldürülüb, niyə azərbaycanlılar haqqında dünyaya yalan yaydınız? O dedi ki, səhv etdim, rəqəmlərlə çox ehtiyatlı olmaq lazım idi. Sizə bu məlumatı kim verdi, sualıma akademik cavab vermədi. Əlbəttə ki, bu məlumatı cavan arvadı Yelena Alixanyan vermişdi.

İsrail jurnalisti Robert David milliyyətcə yəhudi olan A.D.Saxarovun Dağlıq Qarabağ separatçılarını haqsız dəstəkləməsini onun “qanlı səhvi” adlandırdı. Onu nüfuzdan salan, yalan danışmağa məcbur edən, onun üzərində ağalıq edən, onu idarə edən arvadı Yelena Boner — Alixanyan idi (Y.Pompeev, 1992, s. 82).

1916-cı ildə erməni A.İşxanyan (Narodnosti Kavkaza. S.-Peterburq, 1916, s. 83) yazır ki, ermənilərin həqiqi vətəni Rusiya sərhədlərindən çox uzaqda, Mesapotomiyada olmuşdur. Oradan erməniləri narazılığa görə Türkiyəyə və İrana köçürüblər. Bir neçə əsrdən sonra erməniləri satqınlıqlarına görə Şimali Azərbaycana, Gürcüstana köçürdülər. Azərbaycan xalqı öz torpaqlarını ermənilərə verərək onları təqibdən və ölümdən xilas etdi. Onun yazdığına görə, Dağlıq Qarabağ ermənilərinin bir hissəsi azərbaycanlılar kimi, albanların törəməsidir, bir hissəsi isə İrandan köçüb gəlmədir. 1978-ci ildə İrandan köçüb gələnlərin 150 illiyinə həsr olunmuş böyük abidə də var idi. Professor V.Veliçko yazır ki, müxtəlif əsrlərdə müxtəlif xalqlar ermənilər haqqında pis fikirdədirlər. Bu da onların öz əməllərinin nəticəsidir.

Ruslar onları Azərbaycana köçürərkən bizə qonşu etdilər, daha başqa əlacımız da yoxdur. Sakitcə qonşuluq etməliyik, amma hər an yadda saxlamalıyıq ki, çox təhlükəli gürzə ilə qonşuyuq, nə qədər siçan tutub versən də səni sancacaq. Ona görə, çox ehtiyatlı və tədbirli olmalıyıq. Biz əlbir, gözüaçıq olsaq, onlar burada da bənd olmayacaqlar, ola bilsin ki, köçüb özlərinə başqa yerdə Vətən axtardılar.

Dünyanın aparıcı dövlətləri (ABŞ, Rusiya, Fransa və s.) isə gözləri qarşısında baş verən Xocalı soyqırımını nə gördülər, nə də xatırlayırlar. Amma, 1915-ci ildə olmayan “erməni soyqırımı”nı Türkiyənin boynuna qoymaqla erməniləri gücləndirmək istəyirlər. Erməniləri qudurdan da budur.

 

 

Həsən HƏSƏNOV,

Sumqayıt Dövlət Universitetinin dosenti

 

Xalq qəzeti.- 2010.- 28 fevral.- S. 5.