Laçınlılar dövlət qayğısına əməli işlərlə cavab verirlər

 

Laçın Rayon İcra Hakimiyyətində keçirilən 2009-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağının iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoydular, ulu öndərin xatirəsinə ehtiramlarını bildirdilər.

 

Yığıncaq iştirakçıları Taxtakörpü qəsəbəsində yeni salınan “Gənclər parkı”na gələrək rayon gəncləri ilə birlikdə 200-dək ağac əkdilər, rayon icra hakimiyyətinin foyesində 2009-cu ildə görülmüş işlər və rayonun göstəricilərini əks etdirən fotostendlərə baxdılar.

Yığıncaqda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılovun 2009-cu ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş məruzəsi dinlənildi. Hesabatda qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasını bu gün Prezident İlham Əliyevin uğurla və böyük əzmkarlıqla davam etdirməsi sayəsində Azərbaycan 2009-cu ildə də dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında olmuşdur.

Respublikanın müxtəlif bölgələrində məskunlaşmış qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirən rayon rəhbəri əlavə etdi ki, Azərbaycan bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkələrdən hesab olunur. Məhz bunun nəticəsidir ki, təkcə 2009-cu ildə dövlət başçısının tapşırığı ilə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 309,9 milyon manat vəsait sərf edilmiş, 5710 nəfərdən ibarət 1142 ailə yeni tikilmiş evlərə köçürülmüşdür. Məruzədə daha sonra rayonda görülən işlər barədə ətraflı məlumat verildi. Bildirildi ki, 2009-cu il ərzində sakinlərin sosial-iqtisadi problemlərinin həll olunması istiqamətində bir sıra zəruri tədbirlər görülmüşdür. 2009-cu ildə rayonda ümumi daxili məhsulun həcmi 16 milyon 823 min manat təşkil etmişdir. Ötən il Taxtakörpü ərazisində və məcburi köçkünlərin sıx məskunlaşdığı digər ərazilərdə ümumilikdə 3 milyon 145 min manat həcmində tikinti-quraşdırma və abadlıq işləri görülmüşdür.

Taxtakörpü qəsəbəsində Əhalinin Sosial Müdafiəsi və Məşğulluq mərkəzləri üçün bütün şəraitə malik yeni inzibati bina tikilib istifadəyə verilmişdir. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi üçün yeni binanın tikintisi başa çatmışdır. Polis şöbəsi hər bir şəraitə malik yeni inzibati binaya köçürülmüşdür. Eyni zamanda, ərazidə sahibkarlığın inkişafı üçün yaradılmış şəraitin nəticəsi olaraq Taxtakörpü qəsəbəsində 7 istehsal və emal müəssisəsi istifadəyə verilmiş, burada 29 nəfər məcburi köçkün işlə təmin olunmuşdur. Ümumilikdə, 2003-cü ildən ötən dövr ərzində rayonda 517 daimi iş yeri yaradılmışdır.

Məruzədə kənd təsərrüfatının inkişafı məsələsinə də diqqət yetirilərək qeyd edildi ki, məcburi köçkünlərin təsərrüfat suyuna olan tələbatlarının ödənilməsi məqsədilə nasos stansiyalarında təmir işləri aparılmış, kanallar lildən təmizlənmiş, ərazidə meliorasiya işləri davam etdirilmişdir. Taxtakörpü ərazisində 5 yeni transformator quraşdırılmış, 11 min metr elektrik naqili yenisi ilə əvəz olunmuşdur. 33 müxtəlif güclü transformatorda, 25 kilometr elektrik hava xətlərində əsaslı və cari təmir işləri aparılmışdır.

Telefon rabitəsindən və internet xidmətlərindən istifadənin yaxşılaşdırılması məqsədilə Ağcabədi — Taxtakörpü arası 9,2 kilometr uzunluğunda fiber-optik kabel çəkilişi həyata keçirilmişdir.

2009-cu ildə rayonda iri malın sayı artaraq 29342 başa, davarlar isə 196147 başa çatmışdır. 1189 ton ət, 11391 ton süd, 328 ton yun, 1 milyon 141 min ədəd yumurta istehsal olunmuşdur. Hesabat dövründə Taxtakörpü ərazisində payız dənliləri səpilmiş 3026 hektar sahədən 9532,6 ton məhsul əldə edilmişdir.

Rayonun 1098 nəfər kənd təsərrüfatı istehsalçılarının istifadə etdikləri yanacaq motor yağlarına görə kompensasiyaların plastik kartlar vasitəsi ilə ödənişi vaxtında təmin edilmişdir. “Kapital Bank”ın rayon filialı il ərzində 14313 ədəd əmək haqqı, yemək xərci müavinəti, pensiya üzrə plastik kartlar gətirilərək sahiblərinə paylanmışdır. Yeni bankomat gətirilmiş, əvvəlki bankomat isə təmir edilmişdir. Eyni zamanda, filial 2009-ci il ərzində 62 nəfərə 56000 manat məbləğində gündəlik tələbat krediti vermişdir.

Laçınlı məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə, xüsusilə Taxtakörpü ərazisində ötən il 10 min ədəd ağac gül kolları əkilmişdir. Prezident İlham Əliyevin 2010-cu ili AzərbaycandaEkologiya ilielan etməsi ilə bağlı təşəbbüsə ürəkdən qoşulan laçınlılar bu il 20 minədək ağac əkilməsini nəzərdə tutmuşlar.

Hesabat dövründə rayonun maddi cəhətdən imkansız ailələrinə diqqət daha da artırılmışdır. Bayram əlamətdar günlər ərəfəsində rayonun məcburi köçkünlərinə ərzaq bağlamaları digər yardımlar verilməsi mütəmadi xarakter almışdır. Qurban bayramı ərəfəsində rayon icra hakimiyyətinin təşəbbüsü ilə ərazidə heyvandarlıqla məşğul olan fermerlər imkanlı şəxslər 200 başdan yuxarı xırda, 2 baş iri heyvan kəsmişlər. Respublikanın 30 rayon şəhərində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan 1650 şəhid, Qarabağ müharibəsi əlili, Böyük Vətən müharibəsi iştirakçısı aztəminatlı ailələrə ərzaq bağlaması ilə birlikdə qurban payı göndərilmişdir. Fermerlərin imkanlı şəxslərin verdikləri 36 ton taxıl isə 17 rayonda məskunlaşmış 700-dən artıq imkansız şəhid ailələrinə paylanılmışdır.

Prezident İlham Əliyev 2 nəfər Böyük Vətən müharibəsi iştirakçısına, 1 nəfər Qarabağ müharibəsi əlilinə avtomobil vermiş, 1 şəhid ailəsi isə mənzillə təmin edilmişdir. Ötən il 3676 nəfərə əmək pensiyası, 1629 nəfərə sosial müavinət, ailə üzvüləri 1043 nəfərdən ibarət 237 ailəyə isə orta aylıq məbləği 86 manat olmaqla ünvanlı sosial yardım ödənilmişdir.

2009-cu ildə rayonun ümumtəhsil məktəblərini bitirən şagirdlərdən 187 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Yüksək bal toplayan 16 abituriyenti rayon rəhbərliyi qiymətli hədiyyələrlə mükafatlandırmışdır. Beynəlxalq Müəllimlər Günü münasibəti ilə rayonun bir nəfər təhsil işçisiTərəqqimedalı ilə təltif olunmuşdur.

İcra hakimiyyətinin keçirdiyi ümumrayon tədbirləri rayon sakinləri ilə məskunlaşdıqları ərazilərdə görüşlər adamların ata-baba yurdlarına tezliklə dönəcəklərinə inamlarını artırmışdır. 2009-cu il fevral ayının 21-də Bakı şəhərində Laçın şəhərinin 85 illik yubileyinin təntənəli şəkildə qeyd olunması xüsusi əhəmiyyət kəsb etmişdir. Yubileylə bağlı Laçın şəhəri haqqında sənədli film çəkilmiş, fotoalbom hazırlanmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə rayonun inkişafında xidmətləri olmuş 11 nəfərin fəxri ad medallarla təltif olunması laçınlılara olan diqqət qayğının nəticəsi kimi dəyərləndirilmişdir.

2009-cu il ərzində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsinə diqqətin daha da artırıldığı, hərbi xidmətə gedənlərin təntənəli yola salınması xidmətdən qayıdan gənclərlə görüşlərin təşkil edildiyi bildirildi. 2009-cu il ərzində 437 nəfər cağırış yaşlı gənc həqiqi hərbi xidmətə göndərilmişdir. İcra hakimiyyətinin təşəbbüsü ilə 2009-cu ildə Qurban bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il bayramları ərəfələrində rayon fəallarının ön cəbhədə xidmət göstərən əsgər zabitlərlə görüşləri keçirilmişdir. Onlara bayram sovqatları aparılmış, xidmətdə fərqlənən əsgərlərə qiymətli hədiyyələr verilmişdir. Tanınmış mügənnilərin iştirakı ilə geniş bayram tədbirinin keçirilməsini əsgər zabitlər rəğbətlə qarşılamışlar.

Rayon icra hakimiyyətinin başçısı səyyar qəbula üstünlük vermiş, respublikanın 38 rayon şəhərində — 149 yaşayış məntəqəsində keçirilmiş belə görüşlər zamanı 1529 nəfər məcburi köçkün qəbul edilmiş, onların qaldırdıqları problemlər dərindən təhlil edilərək 70 faizi həll olunmuşdur. Vətəndaşların qəbul edilməsi, onların ərizə, şikayət müraciətlərinə baxılması sahəsində aparılan məqsədyönlü işlər, səyyar qəbullara üstünlük verilməsi, bir çox problemlərin elə yerindəcə həll edilməsi nəticəsində 2009-cu ildə rayon icra hakimiyyəti başçısı aparatına daxil olmuş müraciətlərin sayı 241 ədəd ya 25 faiz azalmışdır.

Toplantıda 2009-cu ilin yekunları ilə yanaşı, 2010-cu ildə qarşıda duran vəzifələr, sosial-iqtisadi problemlərin həllinin nəzarətdə saxlanılacağı da vurğulanmışdır. Əldə olunmuş uğurlarla yanaşı, bəzi idarə müəssisələrin işlərindəki gerilik çatışmazlıqlar da təhlil edilmiş, qeyd olunan geriliklərin qısa müddətdə aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmişdir.

Məruzə ətrafında müzakirələrdə maliyyə şöbəsinin rəisi Ramiz İsayev 2009-cu ildə əldə olunmuş nailiyyətlərdən danışdı, mövcud problemləri qeyd etdi. Təhsil şöbəsinin müdiri Şahlar Xəlilov vətənpərvərlik mövzusunda işlərin gücləndirilməsindən, məktəblərin ixtisaslı kadrlarla tam təminatından, təlimin keyfiyyətinin daha da yaxşılaşdırlmasından danışdı. Mərkəzi Xəstəxananın təcili-tibbi yardım şöbəsinin müdiri Orxan Cəbrayılov isə transformator verilməsi, əlavə yardımçı otaqlar tikilməsi barədə təklif verdi.

Yığıncaqda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət səmərəli fəaliyyət nəticəsində Dağlıq Qarabağ probleminin Azərbaycanın milli mənafeyinə uyğun həll olunacağına, doğma torpaqlarımızın tezliklə erməni işğalından azad ediləcəyinə əminlik ifadə olundu.

Milli Məclisin deputatı Sevindik Hətəmov, Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev çıxış edərək, 2010-cu ildə qarşıda duran vəzifələrdən, onların yerinə yetirilməsi yollarından danışdılar. Tədbirdə ölkə Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş 2 nəfərəDövlət qulluğunda fərqlənməyə görəmedalı, 1 nəfərə isəAzərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisifəxri adı vəsiqəsi təqdim olundu. Rayonun sosial-iqtisadi inkişafında fəal rol oynayan, imkansız ailələrə daim kömək göstərən 2 sahibkara, gənclərin bacarıq istedadlarının üzə çıxarılmasında xüsusi xidməti olan 1 təhsil işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanı qiymətli hədiyyələr təqdim olundu.

 

 

Ziyəddin SULTANOV,

Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 27 fevral.- S. 5.