Sumqayıtda
"Elm, təhsil, informasiya
texnologiyaları" festivalı
keçirilib
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev informasiya və kommunikasiya texnologiyalarını
qeyri-neft sektorunun inkişafında prioritet sahə elan etmişdir. İqtisadi və sənaye
potensialına görə
ölkəmizin ikinci böyük şəhəri
olan Sumqayıtda da İKT sahəsinin inkişafı üzrə
mühüm layihələr
həyata keçirilir.
Vaxtaşırı müsabiqələr,
konfranslar və seminarlar təşkil olunur.
Təhsilin informasiyalaşdırılması
sahəsində qarşıya
qoyulan vəzifələrin
həlli məqsədilə
Sumqayıt şəhər
rəhbərliyi 2008-ci ildə
məktəblilərin iştirakı
ilə İKT üzrə
müsabiqə keçirmək
təşəbbüsü ilə çıxış
etmişdir. Şəhər
məktəblərinin yuxarı
sinif şagirdləri arasında keçirilən
"Gənc informatiklər"
müsabiqəsi ildən-ilə
öz coğrafiyasını
və iştirakçı
qruplarının sıralarını
genişləndirərək bu il artıq regional müsabiqə
səviyyəsinə yüksəlmişdir.
Bu bilik yarışı
cari ildə Quba, Qusar, Xaçmaz,
Şabran, Siyəzən,
Xızı və Abşeron rayonları da daxil olmaqla
ölkənin bütün
şimal regionunu əhatə edir. İbtidai sinif şagirdlərindən tutmuş
ali məktəb tələbələrinədək bütün yaş qruplarının müvafiq
sahədəki bacarıqları
məhz bu müsabiqədə sınağa
çəkilir.
Məlumat üçün
deyək ki, inişil "Gənc informatiklər" müsabiqəsində
136, ötən il 376 şagird iştirak etmişdi. Bu il isə müsabiqəyə
600-dən çox şagird
və tələbə
qatılıb. Onlardan
242 nəfəri internet səhifələrin,
226-sı təqdimat işlərinin,
67-si bloqların hazırlanması,
72 nəfər ibtidai sinif şagirdi isə mətn yığıcılığı üzrə mübarizə
aparıblar. Qafqaz Universitetində təşkil
olunan final mərhələsinə
131 məktəbli vəsiqə
qazanıb.
"2008-2012-ci illərdə Azərbaycan Respublikasının
təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində
keçirilən builki
müsabiqədə işlər
"Ekologiya ili" ilə əlaqədar ətraf mühitin mühafizəsi məsələlərinə
həsr olunub.
Yarışmanın yekunu
Sumqayıtda "Təhsil,
elm, informasiya texnologiyaları"
Festivalı ilə müşayiət edildi. Uşaq və Yeniyetmələrin Yaradıcılıq
Mərkəzində festivalın
açılış mərasimi
keçirildi. Şəhər
icra hakimiyyəti və təhsil şöbəsinin təşkil
etdikləri tədbir çərçivəsində təşkil olunan seminarda "İKT Azərbaycanın
sosial-iqtisadi inkişafının
prioritet istiqaməti kimi", "Xalq kompyuterləri" layihəsi,
"İKT peşəsinə artan maraq və
İKT üzrə ixtisaslaşmaq
imkanları", "Azərbaycanın
təhsil sektorunda həyata keçirilən
İKT layihələri", "Azərbaycan təhsilinin informasiyalaşdırılması", "İnternetləşmə və
Azərbaycan gənclərinin
sosial şəbəkələşməsində
rolu" mövzuları
geniş müzakirə
olundu.
Festivalın
açılışında Sumqayıt Şəhər
İcra Hakimiyyətinin
başçısı Vaqif
Əliyev "Elm, təhsil,
informasiya texnologiyaları
Sumqayıtın inkişafının
aparıcı sahələri
kimi", Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
şöbə müdiri
Rüfət Gülməmmədov
"Dövlət idarəçiliyi
yeni mərhələdə
- Elektron hökumət",
Təhsil Nazirliyinin idarə rəisi Samir Məmmədov "Azərbaycanda təhsilin informasiyalaşdırılması", BDU-nun professoru Ramin Mahmudzadə "Gənclərin
İKT-yə marağının
artırılmasında müsabiqələrin
rolu" mövzularında
çıxışlar etdilər.
Fasilədən sonra seminarda bir sıra
maraqlı məruzələr
dinlənildi. Burada əsasən festivalın baş sponsoru - HP şirkətinin, sponsorlar
- Mikrosoft korporasiyası,
"Bestcomp" şirkəti
və Aztelekom İB təmsilçiləri təcrübə
mübadiləsi apardılar.
Sonra Sumqayıtın yüksək texnologiyalı
sənaye müəssisələri
ilə tanışlıq
üçün ekskursiyalar
təşkil edildi. Qonaqlar Sumqayıt Elektrik Stansiyasında, Azkompozit MMC-də,
BİSMAK Qida-Sənaye Kompleksində
oldular. Sumqayıtın
Tarixi Muzeyi, 3 saylı Şahmat-Dama Uşaq-Gənclər İdman
məktəbi, Dövlət
Rəsm Qalereyası ilə tanışlıq da festival iştirakçılarında
xoş təəssürat
yaratdı.
Festivalın ikinci
günü "Kimyaçı"
Mədəniyyət Sarayında
sərgi ilə açıldı. Şəhər
rəhbərliyi, müvafiq
dövlət qurumlarının
təmsilçiləri, sponsorların
və tərəfdaşların
nümayəndələri, iştirakçı məktəbli
və müəllimlər,
valideynlər İKT satış-sərgisi
ilə yaxından
Mükafatlandırma mərasimi
iştirakçılara festivalın
ən həyəcanlı
anlarını yaşatdı.
Ən müxtəlif nominasiyalarda qaliblər elan edildi. Onlara
baş sponsorun mükafatları, müsabiqənin
rəmzi heykəlciyi və sertifikatlar təqdim olundu. Mərasimin gedişi səhnədə quraşdırılmış
ekran vasitəsilə canlı yayımlanır, musiqi kollektivlərinin çıxışları ilə
daha da təntənəli
təsir bağışlayırdı.
Səhnənin tərtibatı,
qeyri-adi işıq effektləri, xüsusi reklam çarxlarının
təqdimatı tədbirə
böyük maraq doğururdu.
Mərasimdə Sumqayıt
məktəbliləri daha
çox nominasiyada qalib elan edildilər.
Şəhər 3, 12, 19, 21, 24 saylı məktəbləri,
gimnaziyaları, musiqi kollecini təmsil edən gənclər layiqli qiymətlərini aldılar. Bu da təsadüfi deyildi. Gənclik şəhərində
İKT-nin tətbiqi təcrübəsi daha böyükdür, təhsil
ocaqlarının internetlə
ünsiyyəti genişdir.
Ötən ildən şəhərdə məktəbliləri
İKT sahəsində davamlı
təlimlərə cəlb
etmək və peşəkar mütəxəssislərin
köməyi ilə onların bilik və bacarıqlarının
təkmilləşdirilməsinə dəstək məqsədilə
hər cür təminatı olan İnformasiya Texnologiyaları
Akademiyası yaradılıb.
Ən müxtəlif
İKT layihələri uğurla
reallaşdırılır. Təhsil şöbəsi,
gənclər və idman baş idarəsi, Tələbələr
İttifaqı, şəhər
telekommunikasiya qovşağı
bu sahənin inkişafı, gənclərin
İKT-yə cəlbi
yönümündə yorulmaz
fəaliyyətləri ilə
seçilirlər.
Festivalda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının, Xırdalan
şəhərinin gənc
informatikləri də
müxtəlif nominasiyalarda
qalib elan edildilər. Həmçinin,
belə bir inam ifadə olundu ki, bu
uğurlu layihə gələcəkdə beynəlxalq
müsabiqə səviyyəsinə
yüksələcək, daha
çox iştirakçı
qruplarını əhatə
edəcəkdir.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2010.- 1 iyul.- S. 7.