"Qarapapaqlar"
Gürcüstanla Azərbaycan
arasında mətbu körpüdür
Müsahibimiz
Tbilisidə nəşr olunan "Qarapapaqlar" jurnalının baş
redaktoru Akif
Xansultanlıdır. O, 1974-cü ildə Gürcüstanın
Sadaxlı kəndində anadan olub. Azərbaycan Mədəniyyət və
İncəsənət Universitetinin kulturologiya fakültəsini bitirib.
AMEA-nın Beynəlxalq Münasibətlər İnstitutunun
əyani aspiranturasında təhsilini davam
etdirib. Bir müddət
Bakıda Mədəniyyət və Turizm
Nazirliyində çalışıb. Bu
yaxınlarda redaksiyamızın qonağı olmuş
gənc redaktorla söhbətimiz
jurnalın yaranma zərurəti, onun Gürcüstanda yaşayan soydaşlarımızın ictimai-mədəni
həyatında oynadığı rol barədə
oldu.
- Akif bəy, artıq bir neçə ildir ki, Gürcüstanda, Borçalı bölgəsində yaşayan soydaşlarımız üçün nəzərdə tutulmuş "Qarapapaqlar" jurnalına rəhbərlik edirsiniz. İllər öncə cəmi dörd sayı çıxıb nəşri dayanmış bu dərginin sizin redaktorluğunuzla üç ildir ki, davamlı olaraq işıq üzü görməsi milli mətbuatımızda xoş hadisədir. Bu haqda bir qədər məlumat verməyiniz maraqlı olardı.
- Bakıda yaşadığım müddətdə Gürcüstana mütəmadi səfərlərim nəticəsində oradakı mətbuatda bir boşluq görmüşdüm. Açığı, etiraf edim ki, orada bir dərgi nəşr etmək fikrim çoxdan yaranmışdı. AMEA-da Nizami adına Ədəbiyyat İnstitutunda işimi dayandırıb həmin layihəni gerçəkləşdirmək arzusu ilə Bakıdan Gürcüstana qayıtmışdım. Əvvəlcə ictimai-siyasi istiqamətdə bir jurnal çıxarmağı düşünürdüm. Bununla bağlı bölgənin bir qrup ziyalısı ilə məsləhətləşmələr apardım, onların da fikirlərini öyrəndim. Məlum oldu ki, bölgədə "Qarapapaqlar" adlı jurnal fəaliyyət göstərib. Cəmi 4 sayı işıq üzü gördükdən sonra, fəaliyyətini dayandırıb. Ziyalılar məsləhət gördülər ki, "Qarapapaqlar"ın nəşrini bərpa edim. "Qarapapaqlar" oradakı ədəbi mühitə, sanki, yeni nəfəs gətirdi. İlk saylarımızdan başlayaraq, biz bölgədəki yaradıcı insanlarla əlaqələr qurmağa nail ola bildik.
- Bəs jurnalın adının mənası və qarşısına qoyduğu məqsəd nədir?
- Borçalı tarixən Qarapapaq türk tayfalarının əsas məskəni kimi tanınıb. Qarapapaq türklərinin coğrafi məskunlaşma arealı bu gün böyük bir ərazini əhatə edir. Cənubi Azərbaycanın Sulduz mahalından tutmuş, Türkiyənin Qars-Ərdahan-Çıldır boyunca, Qərbi Azərbaycanın Pənbək, Ağbaba və Loru bölgəsi də daxil olmaqla yanaşı, Qazax, Şəmşəddil və Dərbənd yörələrinə kimi gedib çıxır.
Jurnalımız Gürcüstanda dövlət qeydiyyatından keçib, elmi jurnaldır. Ədəbiyyat, tarix, etnoqrafiya və kulturologiya istiqamətinə aid mövzulara daha çox yer veririk. Çalışırıq ki, Gürcüstanda yaşayan soydaşlarımızın ictimai-mədəni həyatını işıqlandıraq, onların ürəyincə olan bir jurnal ortaya qoyaq. Əlaqələrimizin genişlənməsi, jurnalın daha geniş oxucu kütləsinə, xüsusilə, beynəlxalq aləmə çatdırılması üçün internet saytımız bizə daha çox yardımçı olur (qarapapaqlar.borchali.net). Məqsədimiz Azərbaycanla Gürcüstan arasındakı mehriban əlaqələrin inkişafında yaxından iştirak etməkdir.
- Maraqlıdır, bir belə mətbuat bolluğu içində dərginizin yayımını necə təşkil edirsiniz, oxucularınız kimlərdir?
- "Qarapapaqlar"
Gürcüstanda, demək
olar ki, populyar dərgidir. Əsasən soydaşlarımızın yaşadığı
bölgələrə, məktəblərə,
kitabxanalara, nəşrimizlə
maraqlananlara pulsuz olaraq paylanır. İnternet ünvanımıza gələn
məktublara əsasən
deyə bilərəm
ki, Türkiyədə,
eləcə də İranda dərgini maraqla oxuyur, hər sayımızı izləyirlər. Bunun da maraqlı bir səbəbi var. Vaxtilə
öz tarixi vətənləri olan Borçalıdan ayırılmaq
məcburiyyətində qalmış
qarapapaq türklərinin
bir qismi İrana, xüsusilə, Sulduz vilayətinə, Anadolunun şərq bölgələrinə üz
tutmuşlar.
- Gürcüstanda azərbaycandilli
mətbuatın vəziyyəti
necədir?
- Gürcüstanda Azərbaycan dilində bir neçə mətbuat orqanı fəaliyyətdədir. Onlar
da çalışır
ki, Gürcüstanda yaşayan soydaşlarımızın
informasiya
- Gürcü ədəbi
mühiti ilə azərbaycanlı ziyalıların
əlaqələri hansı
səviyyədədir?
- Gürcü alimləri
ilə dostluq əlaqələrimiz var. Ədəbi
mühitlə əlaqələrimiz
yavaş-yavaş daha da genişlənir. Azərbaycanlı yaradıcı ziyalıların
əlamətdar günlərində,
ədəbi tədbirlərimizdə
Gürcüstanın Yazıçılar
İttifaqının sədri,
eləcə də digər tanınmış
gürcü ziyalıları
fəal iştirak edirlər. Gürcüstanda Azərbaycan Yazıçılar
Birliyinin bölməsi
təşkil edilib, bölmənin sədri, yazıçı Rafiq Hümmət azərbaycanlı
qələm sahiblərinin
kitablarının nəşr
edilməsi işinin təşkilinə yaxından
kömək göstərir.
Vaxtilə bizə də
diaspor adı verə bilərdilər.
Ancaq ümummilli lider Heydər Əliyev Gürcüstan azərbaycanlıları
ilə görüşündə
xüsusi olaraq qeyd etdi ki,
onlar bu bölgənin aborigen xalqıdır, burada onların fəaliyyəti
diaspor səviyyəsində
deyil. Ümummilli lider Heydər
Əliyev tarixi çıxışlarından birində bildirdi ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
çəkilişində ölkəyə
yatırılan investisiya
zamanı bu məqam xüsusilə nəzərə alınıb.
Ümummilli lider o zaman gürcü hökumətinə
56 milyon dollarlıq güzəşti də məhz borçalılılara
görə etdiyini vurğulamışdır. Bu, onun soydaşlarımıza
qayğısının daha
bir göstəricisidir.
Onun qoyduğu bu təməllər üzərində
inkişaf edən gürcü-azərbaycanlı dostluğu
bu gün elmi-ədəbi mühiti də əhatə edə bilmişdir.
- Gələcək planlarınız
barədə nə deyə bilərdiniz?
- Arzular, istəklər
çoxdur. İstərdik ki, gələcəkdə
jurnalımız digər
dillərdə də oxuculara təqdim olunsun. Gürcü və Azərbaycan
xalqları arasında
dostluq münasibətlərində
elmi əlaqələrin
qurulması və möhkəmlənməsi yolunda
bundan sonra da körpü missiyamızı davam etdirmək arzusundayıq.
- Biz də sizə
uğurlar arzulayırıq.
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2010.- 3 iyul.- S. 8.