Dövlət
büdcəsinə dəyişikliklər
edilməsi bu ilin də davamlı
inkişaf və tərəqqi ili
olacağından xəbər
verir
Ulu öndər Heydər Əliyevin dövlətçiliyin,
demokratik cəmiyyətin
və yeni iqtisadi sistemin yaranmasını şərtləndirən
siyasi kursunun Prezident İlham Əliyev tərəfindən
qətiyyətlə davam
etdirilməsinin məntiqi
nəticəsi olaraq hazırda Azərbaycan iqtisadi sahədə qazandığı uğurlarla
dünya ölkələri
arasında mövqeyini
daha da möhkəmləndirmişdir.
Bu, eyni zamanda,
ümummilli liderimiz tərəfindən əsası
qoyulan iqtisadi siyasətin Azərbaycan modelinin mövcud iqtisadi münasibətlər
müstəvisində alternativsizliyini
təsdiqləyir.
Məhz bunun nəticəsidir
ki, son illər Azərbaycan sosial-iqtisadi sahələrdə bir sıra uğurlar əldə etmiş, neft sahəsinin, qeyri-neft sektorunun davamlı inkişafına
nail olunmuşdur. Birinci
və ikinci regional inkişaf proqramlarının,
habelə digər mühüm sənədlərdə
nəzərdə tutulmuş
tədbirlərin yüksək
səviyyədə reallaşdırılması
nəticəsində yeni
iş yerlərinin və müəssisələrin
yaradılması, sosial
infrastruktur təminatının
keyfiyyətinin yüksəldilməsi,
sahibkarlıq mühitinin
daha da yaxşılaşdırılması,
iqtisadiyyata investisiya qoyuluşlarının artırılması,
yoxsulluğun azaldılması
və s. məsələlər
öz müsbət həllini tapmışdır.
Azərbaycanda uğurla
davam etdirilən siyasət nəticəsində
makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sahələrinin,
regionların inkişafı,
strateji valyuta ehtiyatlarının səmərəli
istifadəsi və s. beynəlxalq reytinq agentliklərinin məlumatlarında
da öz ifadəsini tapıb. Məsələn, dünyanın ən
nüfuzlu reytinq agentliklərindən biri olan "Fitch Ratings" təşkilatı
Azərbaycanın reytinqini
yüksəldib. Agentlik respublikamızla
bağlı təyin etdiyi uzunmüddətli
"BB+" reytinqini yüksəldərək
"BBB-" səviyyəsində müəyyən edib.
"Fitch Ratings" agentliyi
yeni reytinqin müəyyənləşməsində ölkəmizin iqtisadi, investisiya, maliyyə sabitliyinin dözümlü
olmasını, iqtisadiyyatın
inkişaf dinamikasının
stabil artım templəri ilə davam etməsini başlıca elementlər
kimi qəbul edib. Eyni zamanda, qurum
yeni reytinq təyin olunarkən neft gəlirlərinin sürətlə artmasını
və həmin vəsaitlərin güclü
daxili və xarici netto-kreditor mövqeyinin formalaşması
məqsədilə səmərəli
idarə olunmasını
əsas amillər kimi nəzərə alıb.
"Fitch Ratings"in iqtisadçılarının fikrincə,
bir çox ölkələr dünyada
baş verən böhran meyillərinin təsirinə məruz qalsa da, Azərbaycanda
antiböhran siyasətinin
çevik və effektli şəkildə həyata keçirilməsi
iqtisadi seqmentlər üzrə fəallığın
azalmasının qarşısını
alıb. Azərbaycan hökumətinin böhrana qarşı mükəmməl iqtisadi konsepsiya hazırlayaraq həyata keçirməsi
makroiqtisadi sabitliyin davamlı şəkildə
qorunmasına və
real sektorda iqtisadi dinamizmin artmasına imkan yaradıb. Eyni zamanda, respublikamızın
maliyyə sektorunun həddindən artıq dözümlü olması,
valyuta-bank sisteminin sağlamlığı, real sektorun
bütün bölmələrində
artım tempinin davam etməsi həyata keçirilən
makroiqtisadi siyasətin
səmərəliliyini yüksəldib
və böhranın növbəti fazasının
ölkəmizə mənfi
təsirlərinin qarşısını
almış olub.
İqtisadiyyatın əsas bölmələrində,
xüsusilə də,
özəl sektorda dinamizm meyilləri güclənib. 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsulun artım tempi 6 faizdən artıq olub ki, bu
da ümumilikdə Avropa iqtisadiyyatının
inkişaf göstəricisindən
2-3 dəfə artıq
deməkdir.
"Fitch Ratings" yeni
reytinqi müəyyənləşdirərkən
ölkəmizdəki investisiya
mühitini də ciddi şəkildə təhlil edib. Respublikamızdakı şəffaf biznes
mühitini və xarici sərmayədarların
fəaliyyəti üçün
təmin edilmiş cəlbedici sərmayə atmosferlərini dəyərləndirən
agentlik bu faktorun investisiya fəallığına əlverişli
zəmin yaratdığını
bildirir.
"BBB-" ölkəmiz
üçün həddindən
artıq mühüm əhəmiyyət daşıyan
kredit reytinqi və ölkəmizin investisiya qabiliyyətinin yüksək göstəricisi
kimi səciyyələndirilə
bilər. Yeni reytinq
Azərbaycan üçün
beynəlxalq səviyyəli
investisiya reytinqi sayıla bilər. Bu, respublikamızın beynəlxalq statusa malik potensial investor və dünyada sərmayəçi ölkə
kimi imicinin möhkəmlənməsinə də dərin əsaslar yaratmış olur. "BBB-" kredit
reytinqinin təyin edilməsi beynəlxalq maliyyə institutlarının
və investorların respublikamıza etimadının
daha da yüksəlməsinə,
ölkəmizin borclanma
qabiliyyətinin artırılmasına,
iri şirkətlər
tərəfindən borclanma
məqsədilə qiymətli
kağızların emissiyası
üçün zəruri
şəraitin yaradılmasına
və Azərbaycanın
dünyanın ən böyük kapital bazarlarına çıxışının
asanlaşdırılmasına münbit şərait yaradacaq.
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı büdcənin artımında da özünü göstərir. Xatırladaq ki, iqtisadiyyatın aynası, davamlı inkişafın barometri sayılan büdcənin real göstəricələri və artım səviyyəsi ölkəmizdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Etiraf edək ki, fəaliyyətində sosial məsuliyyət prinsipini, məqsədyönlülüyü rəhbər tutan Azərbaycan hökuməti bir qayda olaraq dövlət büdcəsinin mədaxil və məxaric hissəsini vətəndaşların mənafeyi baxımından qurmağa və yüksək sosial rifaha nail olmağa çalışır. Büdcə dövlətin hərtərəfli inkişafı baxımından zəruri olan sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadiyyatın şaxələndirilməsi üçün əsas maliyyə mənbəyi rolunu oynayır. Bu maliyyə sənədində həmçinin, dövlətin perspektiv inkişafına hesablanan mühüm dövlət proqramlarının,f ərman və sərəncamların realizəsi üçün zəruri maliyyə vəsaitləri əksini tapır.
Milli Məclisin bir neçə gün bundan əvvəl keçirilən iclasında 2010-cu ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə edilib. Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev qanunvericilik təşəbbüsü ilə 2010-cu ilin dövlət büdcəsində əlavə və dəyişikliklər aparılması haqqında qanun layihəsini parlamentə təqdim edib. Onun sözlərinə görə, ölkədə reallaşdırılan iqtisadi islahatlar dərinləşməkdədir. Nəticədə bütün sahələr inkişaf edir. Komitə sədri bildirib ki, Azərbaycanın iqtisadi qüdrəti artdıqca yeni layihələrin həyata keçirilməsi imkanları da artır. O, həmçinin, vurğulayıb ki, baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasını da dövlət öz gücü ilə həyata keçirir. Ümumilikdə, cari ilin əvvəlindən dünyada və ölkədə baş verən proseslər, eləcə də, dünya bazarlarında neftin qiymətinin artması büdcəyə əlavə və dəyişikliklər etmək zərurətini yaradıb. Komitə sədri onu da göstərib ki, Hesablama Palatası da büdcə ilə bağlı rəyini təqdim edib. Z.Səmədzadə, eyni zamanda, bildirib ki, bu gün dünya bazarında neftin orta qiyməti faktiki 75,5 dollardır və bu, əlavə vəsaitlərin daxil olmasına şərait yaradıb. Dəyişikliklərlə büdcə kəsiri 2,3 faiz olacaq.
Milli Məclisdə göstərilib ki, cari ilin yanvar-aprel aylarında vergi ayırmaları üzrə daxilolmalar artıqlaması ilə yerinə yetirilib. Azərbaycan Dövlət Neft Fondunun əlavə gəlirləri isə 1,9 milyard manat təşkil edib. Büdcənin mədaxil hissəsinin 1,5 milyard manat artırılması nəzərdə tutulur. Gəlirlərin belə artımı şəraitində ölkə üçün zəruri olan bir sıra xərclərin artırılmasına da zərurət yaranıb. Ayrılan vəsaitin böyük bir hissəsi müdafiə xərclərinin artırılmasına yönəldiləcək.
Maliyyə naziri Samir Şərifov vurğulayıb ki, layihədə Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirlərinin 1 490 milyon manat, xərclərinin isə 1 011,3 milyon manat artırılması təklif olunur. Bu artımla dövlət büdcəsinin gəlirləri 11 505 milyon manat, xərcləri isə 12 275,3 milyon manat təşkil edəcək. Gəlirlərin artımının 490 milyon manatı Vergilər Nazirliyi, 1 milyard manatı isə Dövlət Neft Fondundan transfertlər hesabına formalaşacaq. Bununla da Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxil olması planlaşdırılan vəsaitlərin həcmi 4 470 milyon manata çatacaq. Proqnozlaşdırılan büdcə kəsirinin məbləği 478,7 milyon manat azaldılacaq. Yeri gəlmişkən, xərclərin artırılmasına bir sıra amillər əsas verir. Maliyyə nazirinin sözlərinə görə, Kür və Araz çaylarının yaratdığı sel fəlakətinin fəsadlarının aradan qaldırılması və gələcəkdə anoloji halların baş verməməsi üçün tədbirlərin maliyyələşdirilməsinə 300 milyon manat ayrılır: Eyni zamanda, müdafiə xərclərinə 400 milyon manat əlavə ediləcək. Bu, geosiyasi vəziyyət nəzərə alınaraq ölkənin müdafiə potensialının yüksəldilməsi məqsədi daşıyır. Naxçıvanda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsinə 17 milyon manat, yol layihələrinin başa çatdırılması, Bakı şəhərində tarixi əhəmiyyətli binaların bərpası, rayonlarda su və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına 129 milyon manat, elmə 3 milyon manat, səhiyyəyə 10 milyon manat ayrılır. Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin dotasiyası 2,7 milyon manat artırılacaq. Dövlət büdcəsinin kəsiri ÜDM-in 2,3 faizini təşkil edəcək.
Yeri gəlmişkən, büdcənin artım səviyyəsi ilə bağlı bir məqama da diqqət yetirək. Azərbaycanın dövlət büdcəsinin sosial yönümlü olması ölkə Prezidentinin sosial-iqtisadi siyasəti ilə bağlıdır. Bunu faktlar da aydın göstərir. Belə ki, 2009-cu ilin dövlət büdcəsindən əhalinin sosial müdafiəsinə yönəldilmiş xərclərin məbləği 2003-cü illə müqayisədə 6 dəfə çox olmuşdur. 2008-ci ildə bu və ya digər sosial məqsədlər üçün ayrılmış vəsaitlər 2 milyard 312 milyon manat təşkil etmiş, bu da 2007-ci illə müqayisədə 38,4 faiz (642 milyon manat) olmuşdur. 2009-cu ildə isə büdcədə sosialyönümlü xərclərin xüsusi çəkisi 33 faiz, yaxud 4 milyard 24 milyon manat təşkil etmişdir. Bu ilin dövlət büdcəsində isə həmin məqsəd üçün - yalnız sosial müdafiə və sosial iəminat xərcdərinə 1 milyard 192,3 milyon manat həcmində vəsait nəzərdə tutulmuşdur.
S.Şərifovun məlumatına görə, ölkədə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yaradılmış Dövlət Komissiyası ilk növbədə təxirəsalınmaz tədbirlər həyata keçirib. Hazırda isə dövlət başçısının sərəncamına uyğun olaraq təbii fəlakətdən ziyan çəkmiş rayonların iqtisadiyyatına, nəqliyyat, enerji, rabitə, sosial və digər infrastrukturlarına dəymiş ziyanın qiymətləndirilməsi prosesi başlanıb. Həmin bölgələrdə əhaliyə maddi köməklik məsələləri də nəzərdən keçirilir. Bu prosesin həyata keçirilməsi üçün əlavə vəsaitə ehtiyac olduğunu deyən maliyyə naziri qeyd edib ki, bu səbəbdən də, 2010-cu ilin dövlət büdcəsinin gəlir və xərc hissəsinə əlavələr olunur.
"Təhlillər nəticəsində müəyyən olunub ki, neft sektoru üzrə hasilat proqnozlarını dəyişdirilmədən 2010-cu il dövlət və icmal büdcələri hesablanarkən neftin 1 barelinin 45 dollardan 60 dollara çatdırılması, 2010-cu il dövlət büdcəsinin gəlirlərinin əlavə olaraq 490 milyon manat, Dövlət Neft Fondunun gəlirlərinin isə 2 milyard 700 milyon manat artmasına əsas verir. Buna görə də, büdcədə neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsi təklif olunur", - deyə maliyyə naziri Milli Məclisin iclasında vurğulayıb.
Milli Məclisin iclasında müzakirə zamanı ölkə iqtisadiyyatının dinamik inkişafına toxunulub və bildirilib ki, dövlət büdcəsi iqtisadiyyatın güzgüsüdür. Bütün iqtisadi göstəricilər büdcədə rəqəmlərlə əks olunur. Bu, qeyri-neft sektorunun inkişafında da özünü büruzə verir. Əsas məqamlardan biri ölkəmizin müdafiə xərclərinin artırılmasıdır. Eyni zamanda, büdcə kəsirinin ÜDM-nin 2,3 faizini təşkil etməsi diqqəti cəlb edir. Amma digər ölkələrdə vəziyyəti təhlil etsək görərik ki, Azərbaycan daha üstün mövqedədir. Əlbəttə, bu ölkəmizdə həyata keçirilən düzgün iqtisadi siyasətin nəticəsidir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 9
iyul.- S. 6.