Xalqını
milli-mənəvi yüksəliş yoluna
çıxarmış rəhbər
Tarixi
reallıqlar təsdiqləyir ki,
xalqları dünya miqyasında
tanıdaraq məşhurlaşdıran təkcə onların
zəngin təbii sərvətləri və maddi
mədəniyyət incıləri deyil, həm
də dünya siyasətində mühüm rol
oynamış fenomen şəxsiyyətləridir.
Məhz belə fenomen şəxsiyyətlərin
müəyyənləşdirdiyi mütərəqqi yol hər bir millətin strateji inkişaf
konsepsiyasına çevrilməklə, onun
dünya arenasında özünəlayiq yer tutmasını təmin edir.
Bu mənada,
indi siyasi
baxışlarından asılı olmayaraq
mütləq əksəriyyət etiraf edir ki, ötən əsrin
ortalarında - 1969-cu ilin 14 iyulunda ulu öndər Heydər
Əliyevin Azərbaycanda siyasi hakimiyyətə
irəli çəkilməsi xalqı milli
müstəqilliyə doğru aparan işıqlı yolun
başlanğıcına çevrilmişdir. Ümummilli liderlik ucalığına qovuşmuş
Heydər Əlıyev dövrünün dahi və yaradıcı şəxsiyyətlərindən
biri olaraq, bizlərə
Azərbaycan boyda qüdrətli bir əsər bəxş etmişdir.
Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü respublika tarixinə siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi daxil olmuş, xalqın milli mənlik şüurunun oyanışına, özünüdərk hissinin güclənməsınə ciddi təkan vermişdir. Bu böyük şəxsiyyət sovet ideologiyasının bütün maneələrini adlayaraq Azərbaycan xalqında milli ruhu, özünüdərki gücləndirən kompleks tədbirlər həyata keçirmiş, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmış, idarəçilikdə daim haqqa-ədalətə tapınmışdır. İlk gündən "Qoy, ədalət zəfər çalsın!" devizindən çıxış edən böyük strateq Heydər Əliyev respublikada məmur özbaşınalığına, korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə aparmış, qanunçuluğu bütün səviyyələrdə təmin etmişdir. Bu günün zirvəsindən baxdıqda, ulu öndər Heydər Əliyevin o zamankı sərt ideoloji buxovlar şəraitində xalqının hüquqları uğrunda keçmiş imperiya rəhbərliyi ilə mübarizə aparan, haqqı nahaqqa verməyən, milliləşdirmə siyasəti aparmaqla mütərəqqi fikirli ziyalıları amansız təqiblərdən qoruyan şəxsiyyət olduğu daha qabarıq görünür.
Orta və nisbətən yaşlı nəslin nümayəndələri respublikanı böyük uğurlara aparan müstəqillik yolunun məhz ötən əsrin 70-ci illərindən başlandığını çox yaxşı bilir. Həmin dövrdə keçmiş SSRİ-nin ən geridə qalmış respublikalardan biri kimi tanınan, iqtisadi, mənəvi-ideoloji böhran keçirən Azərbaycan sanki taleyin ümidinə buraxılmış kimi görünürdü. Bu nihılizm və tənəzzül şəraitində müstəqil həyata yeni qədəm qoyan gənclərin gələcək barədə təsəvvürləri də "bədbin notlar" üzərində köklənmişdi. Cəmiyyətdəki mənəvi-əxlaqi aşınmalar, sosial-mənəvi sarsıntılar fonunda haqq-ədalətə inam belə, itmişdi. İmtiyazlı partıya nomenklaturasının yaratdığı sərt maneələr şəraitində hansısa imkansız azərbaycanlı gəncinin yalnız öz biliyi sayəsində ali məktəbə daxil olması, cəmiyyətdə layiqli yerini tutması nəinki çətin, hətta əlçatmaz görünürdü. Həmin dövrdə ən nüfuzlu institutların qapıları zəhmətkeş ailələrin övladlarının üzünə bağlanmışdı. Ulu öndər Heydər Əliyevin respublikanın ağır iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi belə bir dövrdə - 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın I katibi seçilməsi respublikanı işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrildi. İyulun 14-də keçirilən plenumda ana dilində nitq söyləyən yeni rəhbər elə ilk gündən köhnə stereotipləri dağıdaraq milli ideallara bağlı lider olduğunu ən yüksək kürsüdən nümayiş etdirdi.
Böyük strateq yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlıni məhz onun iqtisadi azadlığı şərtləndirir. Bu baxımdan Heydər Əliyev qısa müddətdə ölkədə mədəni və mənəvi intibahı təmin etməklə, bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirir, yəni paralel şəkildə həyata keçirirdi. Təsadufi deyil ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyışikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Müstəqil Azərbaycanın MDB-də iqtisadi sahədə keçid dövrünü tam başa vuraraq dünya iqtısadiyyatına sürətlə inteqrasiya edən dayanıqlı dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də məhz Heydər Əliyevin respublıkaya bırinci rəhbərliyi dövründə formalaşdırdığı möhkəm iqtısadi təmələ söykənir.
Müdrik xalqımız hələ ötən əsrin 70-80-ci illərində böyük liderinin rəhbərliyi altında yüksək iradə sərgiləməklə milli yaddaşını, mənəvi-əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumaq əzmini toparlaya bilmiş, dövlət müstəqilliyi üçün zəruri potensial formalaşdırmışdır. Böyük şəxsiyyət bütün maneələri adlayaraq Azərbaycanın dayanıqlı inkişaf konsepsiyasını irəli sürmüş, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Bir sıra müttəfiq respublikalardan fərqli olaraq o illərdə Azərbaycanda nəinki dissident yazarlar olmamış, əksinə, tanınmış ziyalı və şairlər xalqda özünüdərk hissinə ciddi impulslar verən əsərlər yaratmış, ulu öndərin milliliyi, xalqına bağlılığı onları həbs olunaraq zindana atılmaq təhlükəsindən hifz etmişdir.
Ümummilli lider yaxşı başa düşürdü ki, xalqın milli düşüncə tərzinin formalaşmasında mühüm rolu olmuş tarixi şəxsiyyətləri qorumadan, onları xalqın yaddaşında yaşatmadan, müasir ziyalıları, ictimai xadimləri də müdafiə etmək mümkün deyildir. 60-cı illərdə milli düşüncə sahibi olduqlarına görə təqib edilən Azərbaycan yazıçı və şairləri - Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, məşhur tarixçi-alim Ziya Bünyadov və "qara siyahıya" düşən digərlərini ən çətin məqamlarda müdafiə etməyi yalnız qanı, canı, bütöv ruhu ilə milli köklərə bağlı bir şəxsiyyət üzərinə götürə bilərdi! 1937-ci ildə repressiyaya məruz qalaraq Sibirə sürgün olunmuş görkəmli dramaturq Hüseyn Cavidin nəşini Uzaq Sibirdən Azərbaycana gətirmək üçün apardığı mübarizədə ulu öndərin milli irsə nə qədər sayğı və ehtiramla yanaşan, heç bir siyasi riskdən çəkinməyən şəxsiyyət olduğunu bir daha təsdiqləyir.
60-cı illərin sonuna doğru mərhum akademik Ziya Bünyadov və onun ətrafına yığışmış bir neçə gənc vətənpərvər alim böyük siyasi cəsarətlə Azərbaycanın Rusıyaya könüllü birləşməsi fikrini təkzib edən mülahizələr irəli sürmüş, bu hadısənin yubıleyinin qeyd edilməsinin əleyhinə çıxmışdılar. Buna görə onları böyük fəlakət gözləsə də, Heydər Əliyev bu vətənpərvər tarixçilərin təhlükəsizlik orqanlarının sərt təqibləri, repressiyaları ilə üzləşməsinə imkan verməmişdir. Ümummilli lider sonralar bu hadisəni xatırlayarkən demişdir: "Universitetdə bir neçə adam Azərbaycan tarixini araşdırarkən Azərbaycanın Rusiyaya birləşməsi haqqında mübahisə aparmışdı ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü girmişdi, yaxud məcburi girmişdi. Bunu o vaxtlar şişirtdılər. Bu böyük bir iğtişaş yaratdı. Başladılar araşdırmağa ki, bunlar millətçıdirlər, yaxud başqa fikirləri var, dövlət mövqeyindən kənarda yaşayırlar. Mən bu məsələnin çox şişirdilməsinə imkan vermədim".
Azərbaycan xalqının mənəvi həyatında ən əlamətdar hadisələrdən sayılan on cildlik Azərbaycan Sovet Ensiklopediyasının ərsəyə gəlməsi də bilavasitə ümummilli liderin adı ilə bağlıdır. O zaman ölkədə milli oyanışın əsas mərkəzlərindən biri də məhz böyük mütəfəkir Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Ensiklopediyası olmuşdur. Ensiklopediyanın Baş Redaksiyası, redaksiya ətrafında toplanmış alimlərin böyük əksəriyyəti çox cəsarətli çıxışlar edirdilər. Xalqın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Şimali Azərbaycanın Rusıya tərəfindən işğalı, Azərbaycan Xalq Cumhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, 1920-ci ilin aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırırdılar. O dövrdə sapı özümüzdən olan baltalar bütün bu məsələləri Moskvaya çatdırırdılar. Azərbaycan ziyalılarına "millətçi", "burjua məfkurəçiləri", "sovet hökumətinin və Rusiyanın düşmənləri" damğasını vurmaqdan ötrü 1918-ci ilin martında Azərbaycan xalqına qarşı dəhşətli qırğınlar törətmiş Stepan Şaumyanın oğlu L.S.Şaumyanı Bakıya gətirdilər. O zaman "Böyük Sovet Ensiklopediyası" baş redaktorunun birinci müavini, həm də sovet ideologiyasının başında dayananlardan olan Şaumyan əlinə düşmüş fürsətdən yararlanaraq Azərbaycan ziyalılarını məhv etməkdən ötrü çox çalışsa da, Heydər Əlıyevin prinsıpiallığı sayəsində mənfur məqsədinə çata bilməmişdi. Məhz Heydər Əliyevin müdrikliyi və cəsarəti sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalıların böyük bir dəstəsi nəinki KQB-nin təqiblərindən kənarda qalmış, hətta partiya cəzasından da yaxa qurtara bilmişlər.
Bu və digər faktlar həm də Heydər Əliyevin hələ keçmiş sovetlər dövründə, insan hüquqlarına hörmətindən, yüksək demokratizmə söykənən idarəçiliyindən xəbər verir. Düzgünlük, haqqı nahaqqa qurban verməmək, zəifləri, məzlumları müdafiə etmək, hər bir fərdin mənafeyini önə çəkmək Heydər Əliyevin idarəçilik fəlsəfəsinin başlıca mahiyyətini təşkil etmişdir. Ulu öndərin ötən əsrin 70-80-ci illərində kasıb və imkansız ailələrin övladlarının respublikada və onun hüdudlarından kənarda ali təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də məhz bu xeyirxahlığın ifadəsidir. Yalnız bir faktı xatırlatmaq yerinə düşər ki, Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə Azərbaycan Dövlət Unıversitetinin hüquq fakültəsinə kasıb, imkansız və "adamsız" ailələrin övladlarının daxil olmasına yol açan xüsusi qərar imzalamış, beləliklə, bu sahədə ədalət və şəffaflıq prinsipini təmin etmişdir.
Ulu öndər həmin illərdə xalqın mədəni-mənəvi irsinə, adət-ənənələrinə, milli dəyərlərinə də diqqət və qayğı ilə yanaşmışdır. Heydər Əliyev dini abıdələrə, məscidlərə ehtiyatla, böyük məharətlə qayğı göstərir, əsl funksiyalarını daşıtdırmaq çətin olduğundan, onları tarixi-mədəniyyət abidələri kimi bərpa etdırərək xalqın ixtıyarına verirdi. Ötən əsrin 70-80-ci illərində məscidlərin bərpa olunaraq dindarların istifadəsinə verilməsi məlum səbəblərdən mümkün olmadığından, dağılmaqda olan məbədgahlar tarixi abidələr adı altında bərpa edilərək muzey kimi xalqın istifadəsinə verılirdi. Bununla da bir tərəfdən həmin abidələrin dağıdılmasının qarşısı alınır, digər tərəfdənsə xalqın dini inanclarının qapalı şəkildə də olsa, qorunub saxlanılmasına şərait yaradılırdı. Heydər Əliyevin hakımiyyəti illərində Qurban və Ramazan bayramlarının keçirilməsinə heç bir əngəl yaradılmırdı. Dindarlar bu bayramları sovet rejimi şəraitində qeyri-rəsmi səviyyədə keçirir, eyni zamanda dini ayinləri rahatlıqla icra edə bilirdilər. Xalqımızın qədim milli bayramı olan Novruz bayramı məhz ulu öndərin xeyir-duası ilə keçırilir, Azərbaycan televiziyası ilə yayımlanırdı. Bütün sovet tarixi ərzində bu bayramın rəsmən keçirilməsi və televiziya ilə yayımlanması da məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır, milli özünüdərki gücləndirirdi. Məhz müdrik rəhbərımizin qayğısı ilə o illərdə qorunub saxlanılan milli-mənəvi dəyərlər sonralar Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasında müstəsna rol oynamışdır.
Ümumiyyətlə, bu gün tarixçilər Heydər Əliyev fenomeni ilə milli müstəqillik ideyaları arasındakı bağlılığın 30-35 il əvvələ təsadüf etdiyini bildırirlər. Ümummilli lider Azərbaycana birinci rəhbərliyi dövründə görülən işlərin - elm, təhsil, səhiyyə, kadr hazırlığı, sosial-iqtisadi sahələr üzrə həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu nəticələri bir neçə on ildən sonra Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna etibarlı zəmin formalaşdırmışdır.
Tarix sübut edir ki, hər bir xalqın vahid məqsədlər uğrunda toparlanması üçün zəruri olan milli ideologiya da böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında real əsaslarını tapır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemınin qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. Çağdaş tariximizə öz möhürünü vurmuş Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birlıyinə nail olmuşdur.
Ulu öndər müdrik siyasi addımları ilə sübuta yetirmişdir ki, demokratiya əsla hərc-mərclik olmayıb qanunların aliliyinə, qarşılıqlı məsuliyyət hissinə əsaslanan idarəetmə forması və böyük siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda, demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır. Heydər Əlıyevin böyük müdrikliklə yaratdığı milli dövlətçilik modeli spesifikliyi və unikallığı ilə fərqlənməklə, xalqın gələcək yaşam fəlsəfəsini, milli inkişaf priorıtetlərini müəyyənləşdirmiş, demokratik dəyərləri özündə maksimum dərəcədə ehtiva etmişdir.
Ulu öndər Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanın müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdısa, ikinci mərhələdə bu möhkəm zəmin üzərində onun dayanıqlı inkişaf stregiyasını irəli sürmüşdür. Bu inkişaf kursunu son 7 ildə inamla davam etdirən dövlət başçısı İlham Əliyevin fəaliyyətində də xalqa layiqli xidmət məramı daim ön plandadır. Son illərdə ölkədə milli maraqlara əsaslanmaqla həyata keçirilən siyasət respublikamızın hərtərəfli inkişafına yeni mərhələ açmaqla yanaşı, qısa müddətdə reallaşdırılması inanılmaz görünən böyük uğurlara da yaxşı imkan yaratmışdır.
Ülvi QULİYEV,
Milli
Məclisin deputatı
Xalq qəzeti.- 2010.-
14 iyul.- S. 6.