19-cu dünya
çempionatının yekunu
Mundial başa çatsa
da, bu futbol bayramı hələ də dünyanın kütləvi
İnformasiya vasitələrinin diqqət mərkəzindədir.
İlk növbədə CAR-da keçirilən mundialın əvvəlki
çempionatlarla müqayisəsi verilir.
Bu mundial dünya çempionatlarının
finalında vurulan ən gec qolla (117-ci dəqiqə İnyesta
- İspaniya) tarixə düşdü. Turnirin keçirildiyi
dövrdə 17 qırmızı vərəqə göstərildi.
Almaniyada bu rəqəm 26 idi. CAR-da 145 qol vuruldu. Bu, 64 komanda
formatında keçirilən çempionatlarda ən
aşağı göstəricidir. 1/8 finala cəmi 6 Avropa
komandası çıxdı ki, bu da futbol tarixində ən
aşağı göstəricidir. CAR-da keçirilən 64
oyunu 3,18 milyon fanat izlədi ki, bu ABŞ mundialı ilə
müqayisədə 41 milyon azdır. İspaniya
çempionatda cəmi 8 top vurdu və bu qollar 3 oyunçunun
aktivinə yazıldı. Bu da çempionlar arasında ən
aşağı göstərici sayılır. 19-cu mundialda ən
tez qolu (2,39-cu dəqiqə) Argentina-Almaniya oyununda Tomas
Müller vurdu. Yalnız Yeni Zelandiya komandası
çempionatı məğlubiyyətsiz başa çatdırdı,
özü də ki pley-off mərhələsinə vəsiqə
qazanmadan. Hollandlar isə bu statistikanı finalda keçirdikləri
14-cü oyunu uduzmaqla korladılar.
Çempionatın
"Qızıl topu" Uruqvay yığmasının
hücumçusu Dieqo Forlana verildi. "Qızıl əlcək"-
Lev Yaşin adına priz isə İspaniya
yığmasının qapıçısı İker
Kasilyasa, "Ən yaxşı gənc oyunçu" və
"Qızıl buts" mükafatları isə Tomas
Müllerə qismət oldu.
1-ci yerə
çıxdığına görə İspaniya
yığması 23,7 milyon avro, gümüş
mükafatçı hollandlar 19 milyon avro, digər
yarımfinalçılar Almaniya və Uruqvay hərəyə
16 milyon avro, 1/4 finala çıxan Qana, Paraqvay, Argentina və
Braziliya milliləri isə hərəyə 14,2 milyon avro
mükafat alacaqlar.
Yalnız 3 yığma
komanda - İngiltərə, Almaniya və İtaliya öz milli
çempionatlarında çıxış edən futbolçularla
mundialda təmsil olundular. Ən böyük hesab Portuqaliya-KXDR
oyununda qeydə alındı 7-0. Bu həm də Portuqaliya
üçün dünya çempionatları tarixində ən
böyük hesablı qələbə, Koreya
üçün isə ən böyük hesablı məğlubiyyət
sayıldı.
Sürəti yüksək
olan qollar üzrə rekordu isə Avstraliya ilə oyunda Lukas
Podolski təzələdi - 201 km/saat. Buna qədər rekord
Roberto Karlosa məxsus idi (198 km/saat)
1978-ci ildən bəri
finalda əvvəllər çempion olmayan komandalar
yarışdı.
İspaniyanın qələbəsi
həm də 1962-ci ildən Cənubi Amerika ilə Avropa
arasında olan və bir növ qanunauyğunluğa çevrilən
"çempionataşırı" qaydanı pozdu.
Növbəti
çempionat isə 2014-cü ildə Braziliyada keçiriləcək.
Mahir QABİLOĞLU
Xalq qəzeti.- 2010.- 15 iyul.- S. 6.