Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ölkəmizdə diplomatik fəaliyyət müddəti başa çatan Polşa səfiri Kşiştof Krayevski ilə görüşmüşdür.

Qonağı səmimiyyətlə salamlayan Ali Məclisin sədri Kşiştof Krayevskinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan Polşa arasındakı qarşılıqlı əməkdaşlığın ikitərəfli münasibətlərin bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulamış, əlaqələrin inkişafında səfirliyin rolunu yüksək qiymətləndirmişdir.

Ali Məclisin sədri Polşa səfirinin Azərbaycanın dostu kimi tanındığını bildirmiş, onu "Dostluq" ordeni ilə təltif edilməsi münasibətilə təbrik etmiş gələcək diplomatik fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır.

Səfir Kşiştof Krayevski diplomatik fəaliyyəti dövründə ölkəsi ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında da qarşılıqlı əlaqələrin qurulduğundan məmnunluğunu ifadə etmişdir. Səfirliyin işinə Azərbaycan Prezidentinin böyük dəstək verdiyini qeyd edən diplomat, "Dostluq" ordeninə layiq görülməsindən böyük şərəf duyduğunu vurğulamışdır.

Səfir ötən dövrdə Naxçıvan Muxtar Respublikasına bir neçə dəfə səfər etdiyini, hər gəlişində yüksək qonaqpərvərliklə qarşılandığını bildirmiş, bunu ölkəsinə göstərilən hörmət ehtiramın ifadəsi kimi dəyərləndirmişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Azərbaycanın tarixi ərazisi, çox mühüm regionudur. Ötən müddət ərzində muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri onda xoş təəssüratlar oyatmışdır. Bölgədəki sabitlik iqtisadiyyatın inkişafına stimul yaradır. Odur ki, Polşa Respublikası Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə maraq göstərir.

Səfir Kşiştof Krayevski ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə inkişafına inamını ifadə etmiş, səmimi görüşə görə minnətdarlığını bildirmişdir.

 

 

Xalq qəzeti.- 2010.- 17 iyul.- S. 6.