Azərbaycan nümayəndə heyəti Serbiyada olmuşdur

 

İqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə iyulun 12-dən 14-dək Serbiya Respublikasında səfərdə olmuşdur.

Ölkəmizin Serbiyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Rabitə İnformasiya Texnologiyaları, Müdafiə Sənayesi nazirlikləri, Dövlət Neft Fondu, ARDNŞ, "Azərbaycan Dəmir Yolları" QSC, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondu nümayəndələrinin daxil olduğu nümayəndə heyəti Serbiyanın Baş naziri Mirko Tsvetkoviçlə, iqtisadiyyat regional inkişaf naziri Mlacan Dinkiçlə görüşmüşdür.

Mirko Tsvetkoviçlə görüşdə hökumət başçısı Kosovo məsələsində Serbiyanı dəstəklədiyinə görə Azərbaycana təşəkkürünü bildirmişdir.

Ş.Mustafayev görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hərtərəfli dəstəklədiyinə görə Serbiya tərəfinə təşəkkür etmişdir.

Qonaqlar Telekommunikasiya İnformasiya, Müdafiə nazirliklərində, Özəlləşdirmə üzrə Agentlikdə, İxrac Xarici Sərmayələrin təşviqi Agentliyində olmuş, adamları ilə görüşmüşlər. Onlar bu ölkənin ən iri neft-kimya müəssisəsi olan "Petroximiya", vaqonqayırma, "Qoşa-Smederevska Palanka", "Kralyevo" zavodlarını, əczaçılıq müəssisəsini - "Qalenika" fabrikini, Müdafiə Nazirliyinin müvafiq qurumlarını digər müəssisələri ziyarət etmiş, danışıqlar aparmışlar.

Serbiyalı tərəfdaşlar Azərbaycanın geostrateji mövqeyini, dinamik inkişafını xüsusi vurğulamış, Prezident Boris Tadiçin Bakıya səfəri zamanı Serbiya nümayəndə heyətinə göstərilmiş qayğı qonaqpərvərliyə görə təşəkkürlərini bildirmişlər. Eyni zamanda, Azərbaycanla Serbiya arasında bütün sahələrdə əməkdaşlığı genişləndirmək üçün qarşılıqlı istək, bir çox sahədə uzunmüddətli əməkdaşlıq üçün səmərəli imkanlar olduğu qeyd edilmişdir.

 

 

Xalq qəzeti.- 2010.- 17 iyul.- S. 6.