Mingəçevirin sosial-iqtisadi inkişafının yekunları
müzakirə edilmişdir
Mingəçevir Şəhər
İcra Hakimiyyəti başçısı yanında
Şuranın "2010-cu ilin birinci yarısında Mingəçevir
şəhərinin sosial-iqtisadi inkişafının
yekunları"na həsr edilmiş geniş iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan şəhər
icra hakimiyyətinin başçısı Mübariz Ağayev
iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2010-cu ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında cənab Prezidentin söylədiyi fikirlərə
istinad edərək Azərbaycanda iqtisadi inkişafın
artımını qeyd etdi və bu inkişafın içərisində
Mingəçevir şəhərinin də
uğurlarının olması barədə danışdı.
Sonra "2010-cu ilin
birinci yarısında Mingəçevir şəhərinin
sosial-iqtisadi inkişafının yekunları" barədə
arayışla icra hakimiyyəti başçısının
I müavini İlham İsmayılov məlumat verdi.
Cari ilin yanvar-iyun
aylarında Mingəçevir şəhərinin istehsal müəssisələrində
55 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş, tikinti
quraşdırma işlərinə 20 milyon manat vəsait xərclənmiş,
əsas kapitala 22 milyon manat investisiya yönəlmiş,
istehlak bazarında 73 milyon manatlıq mal satılmış və
xidmətlər göstərilmişdir.
"Günəşli"
və Bağlar" yaşayış massivində 8 kilometr
uzunluğunda magistral xəttin və 63 kilometr uzunluğunda
küçə xətlərinin çəkilişi başa
çatdırılmış, şəhərin "Qələbə"
meydanı, H.Əliyev və Teatr meydanlarında yenidənqurma
işləri yekunlaşdırılmış, Teatr meydanı ətrafındakı
binaların üstü mansard tipli dam örtükləri ilə
əvəz edilmiş, binaların fasadlarına
"alkopon" üzlük vurulması davam etdirilir. İlin əvvəlindən
binaların fasadlarında aparılan rəngləmə işləri,
küçələrin işıqlandırılması,
balkonlara lambrin üzlüyün vurulması, küçələrə
və məhəllədaxili yollara asfalt örtüyü
çəkilməsi davam etdirilmişdir.
Görülmüş
işlərə 2 milyon manatdan çox vəsait xərclənmişdir.
Cari ilin ilk 6 ayında
istehsal olunmuş sənaye məhsulunun 83 faizi elektrik enerjisi
istehsal edən "Azərbaycan İES" və Mingəçevir
SES Silsiləsi" MMC-lərin payına düşür.
İstilik elektrik stansiyasında ilin birinci yarısında 2,5
milyard kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur. "Mingəçevir
SES Silsiləsi" MMC-də isə 1 milyard kilovat-saatdan
çox elektrik enerjisi istehsal olunub.
2010-cu ilin birinci
yarısında şəhərin kommunal təsərrüfatı
müəssisələri şəhərdə aparılan
quruçuluq və abadlıq işlərində yaxından
iştirak etməklə yanaşı, əhaliyə, müəssisə
və təşkilatlara mövcud imkanları daxilində
kommunal xidmətləri göstərmişlər.
İclasda maliyyə idarəsi
rəisinin müavini Soltan Əsədov, Dövlət Sosial
Müdafiə Fondu şəhər şöbəsinin
müdiri Cəlil Hətəmov, Yüksək gərginlikli
şəbəkə rayonunun rəisi Firqət Yusifov, 8
nömrəli Mingəçevir Regional Ekologiya və Təbii
Sərvətlər Şöbəsinin müdiri Asif
Şirinov, şəhər təhsil şöbəsinin
müdiri Nazir Sultanov çıxış edərək 6 ayda
gördükləri işlərdən və üzərlərinə
düşən vəzifələrdən
danışdılar.
Çıxışlardan
sonra şəhər icra hakimiyyətinin
başçısı Mübariz Ağayev iclasa yekun
vurmuşdur.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2010.- 18 iyul.- S. 5.