Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
səhiyyə sahəsində proqramları çox
uğurludur
Heydər Əliyev
Fondunun talassemiya xəstəliyi ilə bağlı eksperti,
Türkiyə Talassemiya Federasiyasının və Ağ dəniz
qan xəstəlikləri Fondunun rəhbəri Duran Canatan
Anadolu agentliyinə müsahibəsində bildirmişdir ki, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın səhiyyə sahəsində həyata
keçirdiyi proqramlar çox uğurludur.
Duran Canatan demişdir
ki, talassemiya xəstəliyinə qarşı mübarizədə
Heydər Əliyev Fondu ilə əməkdaşlıq edəcəkdir.
Bu məqsədlə "Azərbaycanda talassemiyasız həyat"
kampaniyası çərçivəsində lazımi
hüquqi tədbirlər görüləcək və sentyabr
ayından təlim proqramlarına başlanacaqdır. Həyata
keçiriləcək tədbirlər nəticəsində 3
il müddətində Azərbaycanda talassemiyalı xəstə
uşaqların doğulmasının qarşısı tamamilə
alınacaq və beləliklə, ölkə büdcəsinə
13 milyon manat qənaət olunacaqdır.
Türkiyəli həkim
onu da qeyd etmişdir ki, Mehriban xanım Əliyevanın
tapşırığına əsasən Azərbaycanda
mütəxəssislərin yetişdirilməsi
üçün könüllü həkimlər Bakıya səfər
edəcəklər. Noyabr ayında isə Azərbaycanda qan
bankı ilə bağlı simpozium keçiriləcəkdir.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2010.- 22 iyul.- S. 2.