Milli Məclis sədrinin müavini Bahar Muradova Polşanın ölkəmizdəki səfiri
Kşiştof Krayevski
ilə görüşmüşdür
İyulun 21-də Milli Məclis
sədrinin müavini Bahar Muradova Azərbaycanda səlahiyyət
müddətinin başa çatması ilə əlaqədar
Polşanın ölkəmizdəki səfiri Kşiştof
Krayevski ilə görüşmüşdür.
Azərbaycan və
Polşa arasındakı münasibətlərin
qarşılıqlı faydalı əməkdaşlıq
prinsiplərinə əsaslandığını və hər
iki xalqın mənafeyinə xidmət etdiyini vurğulayan Bahar
Muradova qeyd etmişdir ki, ATƏT çərçivəsində
iki ölkə arasında dostluq münasibətləri
mövcuddur. Bahar Muradova Azərbaycanla Polşa arasında ikitərəfli
münasibətlərin səviyyəsini yüksək qiymətləndirərək
diplomata gələcək fəaliyyətində uğurlar
arzulamışdır.
Səfir Kşiştof
Krayevski fəaliyyət göstərdiyi dövrdə Azərbaycan-Polşa
əlaqələrinin bütün sahələrdə, o
cümlədən siyasi, iqtisadi və mədəni sahədə
sürətlə inkişaf etdiyini bildirmiş, iki ölkə
arasında əməkdaşlığın inkişafında
dövlət başçılarının xüsusi rolunu
vurğulamışdır.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi
aparılmışdır.
Xalq qəzeti.- 2010.- 22 iyul.- S. 2.