Milli Məclis sədrinin müavini ABŞ Milli Demokratiya İnstitutunun
nümayəndəsi ilə görüşmüşdür
İyulun 21-də Milli Məclis
sədrinin müavini Bahar Muradova ABŞ Milli Demokratiya
İnstitutunun Avrasiya üzrə direktoru Laura Cuitin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə
görüşmüşdür.
Azərbaycan-ABŞ
münasibətlərini yüksək qiymətləndirən
Milli Məclis sədrinin müavini Bahar Muradova ölkələrimiz
arasındakı əlaqələri genişləndirmək
üçün daha yaxşı imkanların olduğunu qeyd
etmişdir. Belə səfərlərin, aparılan müzakirələrin
xüsusi əhəmiyyətini vurğulayan sədr müavini
Milli Demokratiya İnstitutu ilə əməkdaşlıqdan da
razılığını bildirmişdir.
Səmimi
görüşə görə təşəkkürünü
bildirən Laura Cuit son 15 ildə Azərbaycanda baş verən
müsbət dəyişiklikləri müşahidə etməyin
olduqca xoş olduğunu vurğulamışdır.
Azərbaycana səfərinin məqsədindən
danışan qonaq bildirmişdir
ki, ölkəmizdə olduqları müddətdə
müvafiq dövlət strukturları,
qeyri-hökumət təşkilatları və siyasi
qurumlarla müxtəlif görüşlər
keçirəcək, institut tərəfindən
hazırlanan və 2010-cu ildə reallaşdırılması
nəzərdə tutulan proqramlara
dair fikir mübadiləsi
aparacaqlar.
Xalq qəzeti.- 2010.- 22 iyul.- S. 2.