Qaxda Mətbuat Günü qeyd edilib

 

Rayon icra hakimiyyətinin akt zalında Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdən əvvəl rayon rəhbərliyi ictimaiyyətin nümayəndələri mərkəzi meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad etmişlər.

Tədbiri giriş sözü ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq yubiley münasibətilə jurnalistləri təbrik etmiş, 135 illik tarixə malik Azərbaycan mətbuatının bu gün üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəldiyini bildirmişdir.

Natiq son illər Azərbaycanın bütün sahələr üzrə dinamik inkişaf etdiyini, Azərbaycan dövlətinin kütləvi informasiya vasitələrinin inkişafına xüsusi diqqət göstərdiyini vurğulamışdır.

Sonra rayon icra hakimiyyəti ictimai təşkilatlar siyasi partiyalarla şöbəsinin müdiri Məhərrəm Məhərrəmovun "Milli mətbuat xalqımızın milli xəzinəsidir" mövzusunda məruzəsi dinlənilmişdir,

Məruzədə çıxışlarda milli mətbuatımızın zəngin şərəfli yoluna nəzər salınmış, ulu öndər Heydər Əliyevin jurnalistlərə göstərdiyi diqqət qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açılmışdır.

Sonda mətbuat nümayəndələrinə qiymətli hədiyyələr təqdim olunmuşdur.

 

 

Gülçin ƏLİYEVA

 

Xalq qəzeti.- 2010.- 22 iyul.- S. 8.