Ümummilli lider Heydər
Əliyev ənənəsinə sədaqət ruhunda
Müstəqil, suveren,
demokratik Azərbaycanın qurucusu və banisi, unudulmaz Heydər
Əliyev demişdir: "Jurnalistika çətin sənətdir.
Bunu etiraf etmək lazımdır, asan sənət deyildir.
Başqa bir yerdə, başqa bir peşə sahibi gəlib
öz işində oturub işləyir, müəyyən saat
qurtarandan sonra evinə gedir... Amma jurnalistin iş yeri yoxdur.
Qəzetin redaksiyası
da jurnalistin iş yeri deyildir.
Çünki o, redaksiyada otursa,
elə ancaq yuxarıya baxsa, bir şey yaza
bilməyəcək, fəaliyyət
də göstərə
bilməyəcək. Demək, jurnalist
gərək daim cəmiyyətlə əlaqədə
olsun, insanlarla əlaqədə olsun və müxtəlif yerlərlə təmasda olsun ki, istədiyi
məlumatları ala bilsin
və onların əsasında istədiyi sahədə öz məqalələrini, öz
əsərlərini yaza
bilsin. Bu, asan iş deyildir. Mən bunu bilirəm və öz fikrimi başqalarına da bildirmək istəyirəm. Ona görə
də biz gərək
jurnalistlərə kömək
edək".
Azərbaycana rəhbərliyi dövründə
ulu öndərimiz Heydər Əliyev heç vaxt mətbuata, jurnalistlərə
biganə qalmayıb, həmişə onlara qayğı göstərib. Bu gün də həmin ənənə davam edir. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev milli mətbuatımızın 135 illik
yubileyi ilə əlaqədar verdiyi sərəncamla Heydər Əliyev tövsiyələrinin
əbədi olduğunu
sübuta yetirdi.
Yubileylə bağlı hörmətli
Prezidentimizin imzaladığı
sərəncamlarla mətbuat
orqanlarına maddi yardım göstərildi,
jurnalistlərin böyük
bir qrupuna müxtəlif mükafatlar
verildi, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində maliyyə
dəstəyini əsirgəmədi.
Mətbuat Şurasının
üzvləri ilə görüşdə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev söz azadlığından
danışarkən dedi
ki, söz azadlığı hər bir ölkə üçün, ölkənin
inkişafı üçün
ən vacib olan məsələlərdən
biridir. Söz azadlığı demokratiyanın inkişafı,
hüquqi dövlətin
qurulması, Azərbaycanda
çox vacib olan məsələlərdir.
Bunu təsdiq edən çoxsaylı faktlar da mövcuddur".
Srağagün "Gülüstan" Sarayında
milli mətbuatımızın
135 illik yubileyi şərəfinə keçirilən
təntənəli mərasim
də belə faktlardan birinə çevrildi.
Şamil MƏCİDOV
Xalq qəzeti.- 2010.- 24 iyul.- S. 3.