I Beynəlxalq İstanbul
Opera Festivalı "Koroğlu"
operası ilə yekunlaşmışdır
İstanbulun Halic Konqress
Mərkəzinin səhnəsində "İstanbul - Avropa Mədəniyyətinin
Paytaxtı-2010" mədəniyyət ili çərçivəsində
iyulun 2-dən başlanmış Birinci Beynəlxalq İstanbul
Opera Festivalına TÜRKSOY-un təşəbbüsü ilə
hazırlanmış "Koroğlu" operasının
nümayişi ilə yekun vurulmuşdur. Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəz Qarayev, Türkiyənin mədəniyyət
və turizm naziri Ərtoğrul Günay, TÜRKSOY-un baş
katibi Düsen Kaseinov, ölkəmizin İstanbuldakı baş
konsulu Həsən Zeynalov, türkdilli ölkələrin
diplomatik nümayəndəliklərinin rəhbərləri
tamaşaya baxmışlar.
Azərbaycanın dahi bəstəkarı
Üzeyir Hacıbəylinin bu ölməz əsərinə
ötən il professor Əflatun Nemətzadə quruluş vermişdir.
TÜRKSOY-un bu layihəsinə Azərbaycan, Türkiyə,
Qazaxıstan, Qırğızıstan, Rusiya
Federasiyasının Tatarıstan və Başqırdıstan
respublikalarından 250 opera sənətçisi rol
alımış və tamaşa Bişkek, Almatı, Ankara və
Bakı şəhərlərində böyük uğurla
qarşılanmışdır.
İstanbul
tamaşasında Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və
baş dirijoru, xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə
Dövlət Akademik Opera və Balet Teatrının orkestri,
Dövlət Xor Kapellasının artistləri iştirak
etmişlər. Koroğlu rolunu tatarıstanlı opera sənətçisi
Əhməd Aqadi, Nigar rolunu Qazaxıstanın məşhur
opera müğənnisi Guizat Daurbayeva ifa etmişlər.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2010.- 25 iyul.- S. 6.