Deyv HARTNETT:Azərbaycanda modern bir
vergi sistemi mövcuddur
Bu günlərdə Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının
Gəlirlər və Gömrük İdarəsi
İdarəetmə Şurasının
üzvü, vergilər
üzrə daimi katib Deyv Hartnettin
rəhbərlik etdiyi nümayəndə heyəti
Azərbaycanda səfərdə
olmuşdur. Qonaqlar ölkəmizin vergi sistemi ilə yaxından tanış
olmuş, azərbaycanlı
həmkarları ilə
təcrübə mübadiləsi
aparmışlar. D.Hartnett səfərinin
yekunları ilə bağlı AzərTAc-a müsahibə vermişdir.
-Cənab Hartnett, Azərbaycan
ilə Birləşmiş
Krallıq arasında bütün müstəvilərdə
çox yaxşı siyasi-iqtisadi əməkdaşlıq
əlaqələri mövcuddur.
Hər iki dövlətin rəsmi qurumları arasında əlaqələrin
genişlənməsi bu
əməkdaşlığın daha da dərinləşdirilməsinə
və möhkəmləndirilməsinə
xidmət edir. Bu gün iki
dövlətin vergi administrasiyaları arasında
əməkdaşlıq səviyyəsini
necə qiymətləndirərdiniz?
-Hesab edirəm ki, Azərbaycan ilə Birləşmiş Krallığın
vergi administrasiyaları
arasında hazırkı
əlaqələrin səviyyəsi
kifayət qədər
yüksəkdir. Lakin bu əməkdaşlığı daha da genişləndirmək
üçün zəngin
potensial vardır, birgə görə biləcəyimiz işlər
çoxdur. Burada
olduğumuz müddətdə
gördüklərimiz belə
deməyə əsas verir ki, bir-birimizdən
öyrənməli olduğumuz
məsələlər də
az deyildir.
Biz vergi administrasiyanızın
fəaliyyətinə Azərbaycan
rəhbərliyi tərəfindən
böyük dəstək
verildiyinin şahidi olduq. Azərbaycanda bu gün
modern bir vergi sistemi mövcuddur. Düşünürəm ki, mənim
ölkəm kimi böyük dövlətlərin
də sizinlə əməkdaşlıqdan öyrənə
biləcəkləri vardır.
Eyni zamanda, ümid edirəm ki, bizim də Azərbaycan
ilə bölüşəcəyimiz
təcrübə kifayət
qədər böyükdür.
-Səfəriniz çərçivəsində
Azərbaycanın vergi
xidmətinin rəhbərliyi
ilə görüşlər
keçirmiş və
əlaqələrin daha
da genişləndirilməsi
perspektivlərini müzakirə
etmisiniz. Bu görüşlərin
gələcək əməkdaşlığın
inkişafına təsirini
necə qiymətləndirirsiniz?
-Mən həmişə digər ölkələrdə vergi
administrasiyalarının rəsmiləri
ilə görüşməkdən
məmnunluq duymuşam.
Bakıda biz vergi xidməti
rəhbərlərinın öz
işlərinə yaradıcı
yanaşması ilə
rastlaşdıq. Onlar vergi
ödəmələrinin artımına
vergi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması
yolu ilə çalışır və
bu işi yüksək səviyyədə
görmək istəyirlər.
Şübhə etmirəm ki,
hazırkı və gələcək görüşlərimiz,
qarşılıqlı surətdə
faydalı əməkdaşlığımız
hər iki ölkənin vergi sisteminə öz müsbət təsirini göstərəcəkdir.
-Azərbaycan ilə
Birləşmiş Krallıq
arasında vergi sahəsində ikiqat vergitutmanın aradan qaldırılması haqqında
ikitərəfli saziş
mövcuddur. Gələcək əməkdaşlığın
hüquqi bazasının
yaradılması haqqında
sizin fikirlərinizi bilmək istərdik.
-Əlbəttə, ikiqat vergitutmanın aradan qaldırılması kimi sazişlər ölkələr
arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə
xidmət edir. Bu, təkcə dövlətlər,
vergi administrasiyaları
üçün deyil,
biznes cəmiyyəti üçün də vacibdir. Ölkələrimiz arasında belə
bir sazişin mövcud olmasından çox məmnunam. Belə sazişlər dinamik olmalıdır. Əminəm ki, hər iki
tərəf həmin sazişin daha da təkmilləşdirilməsində
maraqlıdır.
Hesab edirəm ki, yaxşı zəmində
başlanmış əməkdaşlığımız
gələcəkdə daha
da genişlənəcəkdir. Mən nazir
Fazil Məmmədovla gələcək əməkdaşlığımızın
bir sıra sahələrini geniş müzakirə etmişəm.
Biz böyük məmnuniyyətlə bu müzakirələrin hüquqi
müstəviyə keçirilməsi
imkanlarını tədqiq
edəcəyik. Şəxsi fikrim
isə bundan ibarətdir ki, iki ölkə arasında iqtisadi-siyasi əlaqələr dərinləşdikcə
vergi administrasiyalarının
əməkdaşlıq imkanları
da genişlənəcəkdir.
-Ölkəmiz və
Azərbaycanın vergi
sistemi ilə tanışlıqdan sonra təəssüratlarınız bizim üçün maraqlı olardı.
-Ölkəniz
haqqında təəssüratlarım
hələlik yalnız
Bakı şəhəri
ilə məhdudlaşsa
da, deyə bilərəm ki, şəhərinizdə məni
daha çox yaşıllıq məftun
etdi. Bakı hətta Londonun
bəzi gözəl yerlərindən belə, daha yaşıldır.
Bakıda gecə gəzintisinə
çıxmışdım. Bakı gecələri məftunedicidir.
Paytaxtınızda insanların üzündə
qonaqpərvərlik, gülüş
və mehribanlıq gördüm. Azərbaycanın vergilər naziri mənimlə görüşündə
demişdi ki, Bakıda yaxşı qarşılanacağımıza ümid edir. Mən əminliklə deyə bilərəm ki, burada olduqca yüksək səviyyədə
qarşılandıq. Maraqlıdır ki, bizim insanlarımız da, düşüncələrimiz də
oxşardır, mən
fərqli bir şey görmədim.
Bir ölkəyə səfər
edərkən səni
nə gözlədiyini
bilmirsən. Azərbaycanda biz məmnunluqla ölkələrimiz
arasında oxşarlıqların
bu qədər çox olmasının şahidi olduq.
Eyni zamanda, vergi sistemlərimiz arasında da oxşarlıqlar vardır. Vergi xidməti ilə
bağlı təəssüratlarımı
qruplaşdıraraq üç
əsas məsələni
qeyd etmək istərdim. Birincisi, Azərbaycanın vergi sistemini idarə edən insanları, onların öz məqsədlərinə
sadiqliyini gördüm.
Əlbəttə, mənim ölkəmdə
də liderlər belə məqsədyönlüdürlər,
lakin Azərbaycanda vergi sisteminə məsul olan şəxslərin məqsədlərinə
yaxşı mənada
can atmaları alqışlanandır.
İkinci təəssüratım ölkənizdə
tətbiq olunan ƏDV
sistemi ilə bağlıdır. Buradakı ƏDV inzibatçılığı
bizim ölkədəkindən
daha sadədir və işləkdir.
Bəlkə bu onunla bağlıdır ki, bizim ƏDV sistemimiz bütün Avropa ölkələrində tətbiq
olunur və buradakı hər bir kiçik dəyişiklik belə digər Avropa ölkələri ilə razılaşdırılmalıdır. Bu, kifayət qədər
çətin və çox vaxt tələb edən bir prosesdir. Sizin isə vahid bir sistemi bir
ölkədə tətbiq
etmək kimi yaxşı imkanınız
vardır.
Düşünürəm ki, biz sizin ƏDV sistemi ilə bağlı təcrübənizin
bəzi məqamlarından
faydalana bilərik. Üçüncü məqam isə ölkənizdə tətbiq
olunan "bir pəncərə" sistemi
ilə bağlıdır.
Vergi ödəyicilərinin eyniləşdirmə
nömrəsinın qeydiyyat
prosedurlarında və
dıgər bir çox məsələlərin
həllində istifadə
edilməsi bir əldən idarəetmənin
yaxşı göstəricisidir.
Digər
tərəfdən, bu,
Azərbaycan hökumətinin
vergi administrasiyasına
etimadını göstərir.
Bu, əlbəttə, sevindiricidir.
Deyv Harnett
Xalq qəzeti.- 2010.- 29 iyul.- S. 3.