"Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar" mövzusunda beynəlxalq tədbirdə müxtəlif ölkələrin dövlət qurumlarında din məsələləri ilə məşğul olan rəhbər işçilərin iştirakı nəzərdə tutulur

 

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, bəzi kütləvi informasiya vasitələrində bu il dekabrın əvvəllərində Bakıda "Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar" mövzusunda dünya dini liderlərinin növbəti sammitinin keçiriləcəyi barədə məlumat yayılmışdır.

"Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar" mövzusundakı beynəlxalq tədbirdə müxtəlif ölkələrin dövlət qurumlarında din məsələləri ilə məşğul olan rəhbər işçilərin iştirakı nəzərdə tutulmuşdur. Politoloqlar, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatların nümayəndələrinin də qatılacağı həmin konfransa bəzi region ölkələrinin din xadimlərinin də qoşulmaları üçün dəvət göndərilmişdir.

Beynəlxalq konfrans dövlət-din münasibətlərinin dünyəvilik baxımından öyrənilməsi problemlərinə həsr olunacaqdır. Tədbirin "dünya dini liderlərinin növbəti sammiti" kimi təqdim edilməsi onun formatına uyğun deyildir.

 

 

Xalq qəzeti.- 2010.- 29 iyul.- S. 3.