Mətbuatın sivil
inkişafı naminə böyük
addımlar atılır
Nəsir ƏHMƏDLİ, BDU jurnalistika fakültəsinin professoru,
əməkdar jurnalist:
- Bu il milli mətbuatımızın
135 illik yubileyi təntənə ilə qeyd edildi və
bir sıra əlamətdar hadisələrlə
yadda qaldı. Cənab Prezidentin milli mətbuatın bayramı ərəfəsində
bir sıra əhəmiyytəli sərəncamlara
imza atması Azərbaycan mətbuatı
üçün əhəmiyyət
kəsb edir. Onun sərəncamı ilə jurnalistlərin mükafatlandırılması, fəxri adlara layiq görülməsi ilə bağlı onu deyə bilərəm
ki, siyasi mənsubiyyətindən asılı
olmayaraq, xalqına xidmət edən jurnalistlərin əməyinə
qiymət verilib. Bu həm də milli həmrəylik baxımından jurnalistlərin
vahid ideya və dövlətçilik
ətrafında birləşməsindən
xəbər verir.
Jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması
və onların mənzillə təminatı
üçün 5 milyon
manat vəsait ayrılması da mühüm addımdır.
Düşünürəm ki, yaradıcı peşə sahibləri olan jurnalistlərin hər birinin ürəyincədir. Çünki
mənzil, sosial şəraiti yaxşı
olan jurnalist bütün potensialını
yaradıcılığına daha rahat və
ürəklə sərf
edəcək. Mətbuat
Şurasının yeni
binasının açılışında
cənab Prezident mətbuatla bağlı bir sıra əhəmiyyətli
fikirlər səsləndirdi.
Dövlət başçısı
ilə görüşdə
Mətbuat Şurasının
rəhbəri Əflatun
Amaşov jurnalistikanın
yaradıcı bir peşə olduğunu vurğuladı və gələcəkdə jurnalistika
fakültəsinə qabiliyyət
imtahanının vacibliyini
diqqətə çatdırdı.
Biz inanırıq ki, bu təklif nəzərə alınacaq.
Çünki Sovet dövründə jurnalistika
fakültəsində oxumaq
istəyən gənclər
üç mərhələdə
imtahandan keçirdilər.
İlkin şərt ondan ibarət idi ki, onlar
mətbuatda çıxış
etməli, yazıları
dərc edilməli idi, biz həmin yazılara əsasən onların yaradıcılıq
qabiliyyətinə rəy
verirdik.
Daha sonra onlar yazı imtahanına buraxılırdı,
sonda isə şifahi söhbət zamanı gənclərin dünyagörüşü yoxlanılırdı.
Bu isə gələcəkdə
daha peşəkar, istedadlı jurnalistlərin
yetişməsində öz
təsirini göstərirdi.
Bəzən ali təhsil almaq xətrinə, eləcə
də müəyyən
bal nəticəsində jurnalistika
fakültəsində oxuyan,
bu peşəyə həvəsi və qabiliyyəti olmayan tələbələrə də
rast gəlirik. Odur ki, yaradıcılıq
imtahanı bərpa olarsa, bu peşəni
sevən və istedadlı gənclərin
üzə çıxarılmasına
kömək edə bilər.
Sevinirəm ki, bir çox məsələlərdə, xüsusilə
də Dağlıq Qarabağ məsələsi
ilə bağlı mətbuatın yekdil və vahid ictimai
mövqeyi var. Mətbuatın
və jurnalistlərin
üzərinə daha
böyük məsuliyyət
və vəzifələr
düşür. Jurnalistlər
çalışdığı mətbu orqandan asılı olmayaraq, həmişə milli mövqe nümayiş etdirməli, yazılarında
buna daha çox fikir verməlidirlər. Jurnalistlərin
mənəvi borcu bundan sonra da
Həsən bəy Zərdabinin və digər ziyalılarımızın
qoyub getdiyi xalqın maarifləndirilməsi,
millətin inkişafı
və onun gələcəyi, dövlətçiliyimizin
inkişafı prinsiplərinə
sadiq olması və hər bir qələm sahibinin ona xidmət
etməsidir.
Bu gün
aktual məsələlərdən
biri də peşə etikası ilə bağlıdır.
Təəsssüflər olsun
ki, bəzən mətbuat səhifələrində
jurnalist etikasına yaraşmayan materiallara da rast gəlirik.
Çox istərdim ki, jurnalistlər, bu sahədə təzəcə addım atan qələm sahibləri peşə etikasını gözləsinlər,
tənqidlə təhqiri
səhv salmasınlar.
Cənab Prezidentin
mətbuatın maddi-texniki
bazasının möhkəmləndirilməsi
ilə bağlı sərəncamı da çox aktualdır. İnanıram ki, mətbu orqanların maddi-texniki bazasının
daha da yaxşılaşdırılması
onların fəaliyyətinə
və keyfiyyətinə
müsbət təsir
edəcək. Dövlətin
mətbuata qayğısı
və onun problemlərinin gündəmdə
saxlanılması, düşünürəm
ki, jurnalistikanın daha da inkişafına,
jurnalistlərin rahat fəaliyyəti üçün
şəraitin yaradılmasına
xidmət edir. Arzu edərdim ki, dövlətin mətbuata qayğısı
və Prezident İlham Əliyevin bu tip sərəncamları
davamlı olsun.
Ölkənin müxtəlif
bölgələrində fəaliyyət
göstərən mətbu
oraqanlar da fəaliyyət göstərir.
Bu gün bölgələrdə
fəaliyyət göstərən
qəzetlər bölgədə
baş verən ictimai, sosial prosesləri işıqlandırırlar.
Lakin onların bölgə xəbərlərini
daha yaxşı və peşəkar işıqlandıra bilməsi
üçün maddi-texniki
bazanın gücləndirilməsinə
ehtiyac var. Bölgə
mətbuatının daha
da inkişafı üçün bir sıra rayon qəzetlərinin
bərpası, onların
maddi texniki bazasının möhkəmləndirilməsi
vacibdir. İnanıram
ki, bunlar gələcəkdə öz
həllini tapacaq.
Sonda Prezident
İlham Əliyevə
mənə "əməkdar
jurnalist" adı verdiyinə görə təşəkkür edirəm.
Afət MƏMMƏDOV,
"Respublika" qəzetinin
əməkdaşı, əməkdar
mədəniyyət işçisi:
- Milli mətbuatımızın 135 illiyi
ölkəmizdə təntənəli
şəraitdə qeyd
edildi. Yubiley mərasimləri zamanı
möhtərəm Prezidentimiz
İlham Əliyev Mətbuat Şurasının
yeni binasının açılışında çıxış
edərkən mətbuatımızın
keçdiyi şanlı
yol, medianın bugünkü vəziyyəti
haqqında söz açdı, qarşıda
duran aktual məsələləri xatırladı,
jurnalist kadrlarının
hazırlanması, onların
məsuliyyəti və
hüquqlarının qorunması,
kütləvi informasiya
vasitələrində vətənpərvərlik
mövzusunun genişləndirilməsi,
Azərbaycan xalqında
vətənpərvərlik ruhunun və duyğularının gücləndirilməsində
mətbuatın rolu barədə fikir və düşüncələrini
bildirdi.
"Gülüstan"
sarayında keçirilən
yubiley mərasimində
hörmətli Prezidentimiz
İlham Əliyevin Azərbaycan milli mətbuatının 135 illiyi
ilə əlaqədar
tədbirlərin maliyyələşdirilməsi,
kütləvi informasiya
vasitələrinə birdəfəlik
maliyyə yardımının
göstərilməsi, mətbuat
işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi
tədbirləri, mətbuat
işçilərinə "Tərəqqi" medalı
və fəxri adların verilməsi haqqında sərəncamları
elan olundu.
Respublikamızda mətbuatın inkişafı
üçün belə
sərəncamların həyata
vəsiqə almasını
kütləvi informasiya
vasitələri işçiləri
böyük razılıqla,
sevinclə qarşıladılar. Mən də
təltif edilənlər
sırasında öz
adımı eşidəndə
böyük sevinc və iftixar hissi keçirdim. Fəxri ad almağımı ölkəmizdə
azad sözə, mətbuatın inkişafına
böyük dövlət
qayğısı kimi
qiymətləndirirəm. 35 il mətbuata
çalışan təcrübəli
bir jurnalist kimi bundan sonra
da bütün biliyimi və bacarığımı doğma
Azərbaycanımızın inkişafı, tərəqqisi,
dünyaya tanıdılması
naminə aparılan təbliğata həsr edəcəyəm.
Sadə əməyimə verilən
yüksək mükafata
görə möhtərəm
Prezidentimizə öz
təşəkkürümü və minnətdarlığımı
bildirirəm. Və ölkə başçısı
tərəfindən imzalanan
bu sərəncamları
mətbuatın sivil formada inkişafı yolunda atılan böyük addım kimi dəyərləndirirəm.
Tam əminəm ki, Prezidentimizin jurnalistlərin əməyinə
verdiyi bu yüksək qiymət mətbuatın daha da inkişaf etməsinə səbəb
olacaq, ölkəmizdə
azad, demokratik mətbuatın formalaşması
üçün jurnalistlər
məsuliyyətlərini artıracaq,
vətənpərvər bir
cəmiyyətin yaranmasına
yeni-yeni töhfələr
verəcəklər.
Xalq qəzeti.- 2010.- 29 iyul.- S. 4.