İlin birinci yarısı Yevlax rayonu üçün uğurlu olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulan vəzifələr Yevlax Şəhər İcra Hakimiyyətində keçirilən
yığıncaqda geniş
müzakirə olunmuşdur.
Şəhər icra hakimiyyətinin başçısı
Elmar Vəliyev 2010-cu ilin birinci yarısında
rayonda görülmüş
işlər barədə
hesabat məruzəsi ilə çıxış
etmişdir.
Cari ilin birinci yarısının
Yevlax rayonu üçün uğurlu
olduğunu deyən məruzəçi bildirmişdir
ki, geniş tikinti, quruculuq, abadlıq işləri davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılmasına,
əhalini narahat edən problemlərin həllinə xüsusi diqqət yetirilmişdir.
Hesabat dövründə ümumdaxili məhsulun həcmi 211 milyon manat olmuşdur. Bu, 2009-cu ilin birinci yarısının
göstəricisinə nisbətən
61,4 milyon manat və yaxud 41 faiz çoxdur. Ümumdaxili məhsulun 5,4
milyon manatını sənaye, 34,2 milyon manatını kənd təsərrüfatı, 74 milyon
manatını tikinti,
77,5 milyon manatını
ticarət, 2,1 milyon manatını nəqliyyat,
0,4 milyon manatını
rabitə, 17,5 milyon manatını digər xidmətlər təşkil
etmişdir. İstehsal
edilmiş sənaye məhsulunun 1 milyon 978 min manatlığı ixrac olunmuşdur.
İlin ilk altı
ayında adambaşına
1771,8 manatlıq və
ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,6 faiz
çox ümumdaxili məhsul istehsal edilmişdir. Pərakəndə
əmtəə dövriyyəsi
və pullu xidmətlərin ümumi həcmi 77,5 milyon manat təşkil etmişdir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə
12,7 faiz çoxdur.
Ötən altı ayda bütün maliyyə mənbələri
hesabına kapital qoyuluşunun həcmi 183,4
milyon manat olmuşdur. Bu, əvvəlki ilin müvafiq dövrünə
nisbətən 85,6 milyon
manat və yaxud 187,5 faiz çoxdur. Kapital qoyuluşunun 161,9 milyon manatı əsas kapitala yönəldilmişdir.
Ötən ilin müvafiq dövrünə
nisbətən əsas
kapitala 90,1 milyon manat və yaxud
2,2 dəfə çox
investisiya qoyulmuşdur.
Birinci yarımildə şəhərdə
Milli Təhlükəsizlik
Nazirliyinin Yevlax şöbəsi və rayon baytarlıq idarəsinin binaları tikilərək istifadəyə
verilmiş, 235 çarpayılıq
regional klinik xəstəxananın, "Lalə
tekstil" MMC-nin ikinci növbəsinin, dekorativ plitə istehsal edən sexin, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin, Azərbaycan
Beynəlxalq Bankının və
"Bank of Baku"nun filiallarının,
Mərkəzi Bankın
Yevlax ərazi idarəsi və ehtiyatların idarəetmə
mərkəzinin binalarının,
laminat-parket zavodunun,
"Azərtoxum" MMC-nin
toxumçuluq müəssisəsinin,
ayaqqabı fabrikinin, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Miqrasiya Xidməti regional idarələrinin, yeni
avtovağzalın, 5 ulduzlu
mehmanxana kompleksinin, şəhər 1 nömrəli
orta məktəbinin, Cırdaxan və Xaldan kənd əsas məktəblərinin,
Könüllü Hərbi
Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin birləşmiş
avtomobil məktəbinin,
Kür çayının
sağ sahilində bulvar kompleksinin, 6 mərtəbəli yaşayış binasının,
Cırdaxan kəndində
feldşer-mama məntəqəsinin,
rayon ərazisində məcburi köçkünlər
üçün yaşayış
kompleksinin, Qala kompleksinin və açıq havada muzeyin, K-11 kollektorunda nasos stansiyasının tikintisi və təzyiqli xətlərin çəkilişi, dəmir
yol vağzalında
və dəmir-beton zavodunda yenidənqurma işləri davam etdirilmişdir.
Yığıncaqda çıxış
edənlər görülmüş
işlərdən və
qarşıda duran vəzifələrdən danışmışlar.
Xalq qəzeti.- 2010.- 30 iyul.- S. 6.