Xətai rayonunda uşaq bayramı
1
İyun Uşaqları
Beynəlxalq Müdafiə
Günü hər il olduğu kimi bu il
də Xətai rayonunda böyük təntənə ilə qeyd olundu. Rəsmi
hissə başlanmazdan
əvvəl ulu öndər Heydər Əliyevin parkdakı əzəmətli abidəsi
önünə tər
gül-çiçək dəstələri
qoyuldu. Sonra Xətai Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev adına parkında düzənlənən bayram
şənliyinin açılışı
oldu. Tədbirin aparıcısı məlumat verdi ki, 50 ildən artıq bir müddətdə bütün
yer üzündə qeyd olunan bu
gün, Azərbaycan müstəqilliyinin Heydər
Əliyev mərhələsindən
başlayaraq həmişə
böyük təntənə
ilə keçirilmişdir.
Çıxışlarında "Azərbaycan uşaqları Azərbaycanın
milli sərvətidir"
- deyən ulu öndər Heydər Əliyev müstəqillik
illərində bu milli sərvətin daim qayğısına qalmış və onların sağlam, sosial rifah içində
böyüməsi üçün
bir çox mühüm dövlət tədbirləri həyata
keçirmiş, fərman
və sərəncamlar
imzalamışdır.
Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri
Hicran Hüseynova tədbirdə çıxış edərək
bildirdi ki, 1993-cü ildən başlayaraq ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə uşaqların müdafiəsi
məqsədilə həyata keçirilən tədbirlər
2003-cü ildən, onun layiqli varisi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Uşaqlara göstərilən dövlət
qayğısının nəticəsidir ki, 2009-cu il Azərbaycan
Prezidentinin sərəncamı ilə ölkəmizdə
"Uşaq ili" elan edilmişdi. Məhz bu sərəncam
Azərbaycan hökumətinə uşaq siyasəti istiqamətində
əlavə tədbirlərin həyata keçirilməsinə
geniş imkanlar açmış, qeyri-hökumət təşkilatlarının
və vətəndaş cəmiyyətinin diqqətini bir daha
uşaqların problemlərinin həllinə yönəltmişdir.
H.Hüseynova
çıxışında bildirdi ki, uşaqların keyfiyyətli
təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə
təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə
olunması, yüksək mənəvi və sosial mühitdə
böyüməsi üçün zəruri şəraitin
yaradılması, şəxsiyyət və layiqli vətəndaş
kimi formalaşması bu gün Azərbaycan
Respublikasının dövlət uşaq siyasətinin
başlıca prinsipləridir. Ümummilli lider Heydər Əliyevin
əsasını qoyduğu və bu gün möhtərəm
Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət
uşaq siyasəti artıq milli strategiyaya çevrilmişdir.
Çıxışının
sonunda bayram şənliyinə toplaşan uşaqların
simasında bütün Azərbaycan uşaqlarını bu əlamətdar
gün münasibətilə təbrik edən Hicran
Hüseynova bu böyük bayram təntənəsini yüksək
səviyyədə təşkil etdiyinə görə Xətai
Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü
bildirdi və bu rayonda son illər uşaqların sosial
rifahının yaxşılaşdırılması istiqamətində
görülən işləri yüksək qiymətləndirdi.
Uşaqları təbrik
üçün söz alan Xətai Rayon İcra Hakimiyyətinin
başçısı Razim Məmmədov dövlət
uşaq siyasətinin son illərdəki uğurlarından və
həyata keçirilən tədbirlərdən
danışaraq dedi:
- Xalqımızın milli mənəvi
dəyərlərinə əsaslanan dövlət uşaq siyasəti
çərçivəsində, cəmiyyətimizin əsas
özəyi olan ailələrin sosial müdafiəsinin
gücləndirilməsi, təhsilin və səhiyyə xidmətinin
səviyyəsinin qaldırılması, xüsusi
qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli,
yetkinlik yaşına çatmayanların
baxımsızlığının qarşısının
alınması və bir çox digər dövlət
proqramlarının qəbul edilməsi və
reallaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər bir daha onu göstərir ki,
Azərbaycan dövləti və onun Prezidenti cənab İlham
Əliyev milli genefondumuzun sağlam böyüyüb
formalaşmasını öz fəaliyyətinin əsas
prioritetlərindən hesab edir.
Natiq məlumat üçün
bildirdi ki, bu gün Xətai rayonunda yaşayan 300 minə
yaxın əhalinin 105 min nəfəri uşaqlardır. Rayonun
orta ümumtəhsil məktəblərində 41 mindən
çox uşaq təhsil alır. 3 saylı uşaq evində
106 uşağa, SOS uşaq kəndində 95 uşağa
yüksək səviyyədə qayğı göstərilir.
Biz bu uşaqların hüquqlarının təmin edilməsində,
onların qayğı ilə əhatə olunmasında,
yüksək mənəvi və sosial mühitdə
böyümələri üçün zəruri şəraitin
yaradılmasında gördüyü saysız-hesabsız
işlərə görə Azərbaycan dövlətinə və
onun Prezidenti cənab İlham Əliyevə minnətdarlığımızı
bildiririk.
R.Məmmədov Heydər Əliyev
Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın Azərbaycanın gələcəyi
olan uşaqların mənafeyi naminə gördüyü misilsiz
işləri də yüksək qiymətləndirdi və
bütün rayon sakinləri adından ona minnətdarlığını
bildirdi.
Natiq sözünü bütün
Azərbaycan uşaqalarına ən xoş arzularını
bildirməklə bitirdi. Sonra Azərbaycanın
tanınmış incəsənət ustalarının
iştirakı ilə böyük konsert proqramı
başladı və axşama qədər davam etdi.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2010.- 2 iyun.- S. 9.