"Vergi uşaqların
gözü ilə"
rəsm müsabiqəsi
İyunun 1-i
- Uşaqları Beynəlxalq
Müdafiə Günü
münasibətilə Vergilər
Nazirliyinin təşəbbüsü
və Tofiq ismayılov adına Uşaq-Gənclər Yaradıcılıq
Sarayının dəstəyi
ilə "Uşaq dünyası" qalereyasında
"Vergilər uşaqların
gözü ilə"
adlı səkkizinci rəsm müsabiqəsi keçirilmişdir.
Tədbiri T.İsmayılov
adına Uşaq-Gənclər Yaradıcılıq
Sarayının direktoru Bədayə Ramazanova
açmışdır.
Sonra Vergilər Nazirliyinin Vergi
ödəyicilərinə xidmət idarəsinin rəisi
Elçin Məmmədov rəsm işlərinin sayının
getdikcə artmasından, ildən-ilə daha maraqlı işlərin
təqdim edilməsindən məmnunluğunu bildirmişdir. O
demişdir ki, belə rəsm müsabiqələri
uşaqların dövlətçilik haqqında
anlayışlarının genişlənməsinə,
büdcə və vergilər haqqında biliklərinin
artmasına imkan yaradır. Bu əsərlərdə
formalaşan kiçik təsəvvürlər gələcək
üçün böyük təməl yaradır və cəmiyyətin
mühüm bir zümrəsi olan gənc nəsildə vergi mədəniyyətinin
və vergi biliklərinin formalaşmasına xidmət edir.
E.Məmmədovun sözlərinə
görə, müsabiqələrdə iştirak etmiş rəsm
əsərləri nəfis albom şəklində nəşr
olunur və Vergilər Nazirliyinin qatıldığı sərgi
və tədbirlərdə nümayiş etdirilir. Bununla
yanaşı, bu rəsm əsərlərinin bir çoxu
hazırda Vergilər Nazirliyinin inzibati binasının divarlarını
bəzəyir və bu müsabiqənin də əsərlərindən
eyni şəkildə istifadə ediləcəkdir.
Xatırladaq ki, builki müsabiqədə
200-dən artıq rəsm nümayiş etdirilmişdir.
Sonda müsabiqədə qalib gələn
rəsm əsərləri və balaca rəssamlar
mükafatlandırılmışdır. Münsiflər heyəti
tərəfindən həmçinin asfalt üzərində
çəkilən rəsmlərin qaliblərinə və
hekayə müəlliflərinə də diplomlar təqdim
olunmuşdur.
Vergilər Nazirliyindən
bildirilmişdir ki, gənc nəslin vergi haqqında
anlayış və biliklərini artırmaq, gələcəyin
potensial vergi ödəyicilərinə vergi mədəniyyəti
aşılamaq istiqamətində belə tədbirlər bundan
sonra da davam etdiriləcəkdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 2 iyun.- S. 9.