Soyadlarımız necə olmuşdur?

 

    Son üçəsrlik tariximizə bir baxış

 

    Erkən orta əsrlərdən başlayaraq Şeyx, Molla, Seyid, Hacı, Kərbalayi, Məşədi kimi dini titullar, habelə şəxslərin anadan olduqları yerlərin adları - Gəncəvi, Təbrizi, Urməvi, Tusi, Ərdəbili, Nişapuri, Naxçivani, Qarabaği, Ordubadi, Marağayi, Xoylu, Bakuvi, Şirvani s. kimi yer adları artıq soyadların göstəriciləri sırasında daha geniş yer alır.

 

    XVIII əsrin əvvəllərində Güney Qafqaz Osmanlı imperiyası tərəfindən tutulduqdan sonra imperiya nümayəndələri tərəfindən bu ərazidə vergi toplamaq məqsədilə tərtib olunmuş müfəssəl icmal dəftərlərində ("Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri", "İrəvan əyalətinin icmal dəftəri", "Naxçıvan sancağının müfəssəl dəftərləri" və s.) həmin ərazilərdə olan yaşayış məntəqələrində (şəhər və kəndlərdə) yaşayan əhalinin kişi cinsindən olanlarının hamısı siyahıya adlı, atasının adı və "oğlu" sonluğu ilə daxil edilmişdi. Məsələn: Kazım Qasım oğlu, Həsənxan İlyas oğlu, Şahverdi Qasım oğlu və s.

    Habelə bir ailədə əgər ailə başçısının ondan kiçik qardaşları yaşayırdısa onda qardaşlar da göstərilirdi. Məsələn: Əli İmamqulu oğlu, Əlinin qardaşı Səfi; Məmmədəli Niyaz oğlu, Məmmədəlinin qardaşı Aşur; Əliverdi Əli oğlu, Əliverdinin qardaşı Mirzəbəy; Əsgər Maqsud oğlu, Əsgərin qardaşı Murad, ikinci qardaşı Tağı və s. ("Naxçıvan dəftəri"-səh.44-45).

    Görünür ki, sonralar XVIII əsrdə Azərbaycanda xanlıqlar yarandığı dövrlərdə də həmin ərazilərdə Osmanlı dövləti tərəfindən tətbiq olunmuş icmal dəftərləri olduğu kimi, soyad göstəriciləri ad və ata adı, axırı isə "oğlu" sonluğu ilə qurtarmışdır. XIX əsrin əvvəllərində Rus-İran müharibələri nəticəsində bağlanmış 1813 (Gülüstan) və 1828 (Türkmənçay) müqavilələri əsasında Güney Qafqaz Çar Rusiyası tərəfindən işğal olunduqdan sonra ruslaşdırma siyasəti yeridən çar məmurları həmin ərazilərdə kameral siyahıya almalar keçirmişlər. Dövlət Tarix Arxivində saxlanılan bu siyahılar arasında "Nuxa şəhəri və Şəki əyalətində 1824-cü ildə aparılmış kameral siyahıya alma kitabı" (ARDTA: f.24, siy.1, iş 162, 762 vər.), 1831-ci ildə yenidən Şəki əyalətində həyata keçirilmiş kameral siyahıyaalma kitabında (ARDTA: f.24, siy.1, iş 363, 348 vər.), 1831-ci ildə Quba əyalətində kameral siyahıyaalma kitabında (ARDTA: f.24, siy.1, iş 342, 408 vər.), habelə 1817-ci ildə Yelizavetpol (Gəncə) şəhəri və onun qəzasında keçirilən kameral siyahıyaalma kitabında (ARDTA: f.24, siy.1, iş 60, 270 vər.) yenə də Osmanlı imperiyası məmurları tərəfindən tərtib olunmuş vergi dəftərlərində olduğu kimi siyahıda ailə başçısı olan kişilər, onların qardaşları və oğlan uşaqlarının adı göstərilirdi. Məsələn: Molla Hüseyn Əli Kalba Əli oğlu, arvadları və qızları (müsəlmanlar üçün arvadın və qızların adının yeri boş buraxılır, xristianlar üçün isə arvadların və qızların da adı göstərilirdi), oğlu Həsən, qardaşı Allahverdi, onun arvadı və qızı (adlar göstərilmir), Sadıx İbrahim oğlu, arvadı, oğlu Məmməd və s. (ARDTA: bax: f.24, siy.1, iş 60, vər.221-222).

    Sonralar 1860-cı illərdə Güney Qafqazda quberniya və qəza inzibati-ərazi sistemi tətbiq edildikdən sonra Bakı, Yelizavetpol və İrəvan quberniyalarında kameral siyahıyaalmalar yenidən aparılmışdır. Məsələn, Bakı şəhəri və Bakı quberniyası əhalisi yenidən kameral siyahya alınmışdır. (ARDTA; f. 10, siy.1, iş 80, 691 vər.)

    Bakı şəhəri və quberniyası ərazisindəki vergi verən silkə mənsub olan əhalinin yenidən siyahıya alınmasında yenə də ailə başçısının adı və atasının adı "oğlu" sonluğu ilə göstərilirdi. Məsələn; Əli Pənah Məşədi İmam oğlu, oğlanları - Əbdürrəhman, Əbdül Xaliq, Əbdül Pənah; Xudaverdi Məşədi İman oğlu, onun qardaşı Məcnun; Məşədi Əbdül Rəzaq Hacı ağa oğlu, onun oğlu Səlim və s. (ARDTA; f. 10, siy.1, iş 80, 1-3 vər). Burada bütün Bakı ətrafındakı ayrı-ayrı kəndlərin əhalisi barədə də məlumat verilir. Maraqlıdır ki, elə həmin işə tikilmiş və 1860-cı ilin dekabrında tərtib edilmiş kameral siyahıyaalınmaya "Vergi verən silkə mənsub olmayan çinovniklər, bəylər, nəslən fəxri vətəndaşlar, erməni-qriqoryan və müsəlman din xadimlərinin siyahıları" da daxil edilmişdir. Burada çinovniklər barədə artıq bilavasitə ruslara məxsus familiya sonluqları işlədilmişdir. Məsələn; "çinovniklər: mayor İsgəndər bəy Hacınski, onun oğlu Məmməd Kərim bəy; ştabs-rotmister Hacı Hüseynəli bəy Xanlarov, onun oğlanları - Hüseynqulu bəy və Xanqulu bəy, ştabs kapitan İsgəndər bəy Novruzov, praporşik Hacı Aslan bəy Səlimxanov - oğlanları quberniya katibi Cəfərqulu bəy, Abbasqulu bəy, Ağa bəy; ştabs kapitan-Molla Abdulla Axundov, poruçik Aslan bəy Ağakərimbəyov və b. (ARDTA; f. 10, siy.1, iş 80, 502-504 vər.)

    Bəylər - Ağa Cəfər bəy Ağa Əli Məmmədbəy oğlu - oğlanları Paşa bəy, Abdulla bəy; Hacı Əsgər bəy Səlimxanov - oğlanları Hacı Əli bəy, Məmmədqulu bəy, Hacı bəy Məmməd Bağır bəy oğlu - oğlanları 1.Abasqulu - Abasqulunun oğlu Ağa bəy, 2. Hüseyn Əli, 3.Ağakişi - onun oğlu Əsədulla bəy, 4.Cəfərqulu, 5.Mehdiqulu, 6.Rzaqulu, 7.Həmid bəy; Hacı Heybətqulu bəy Səlimxanov - oğlu Mehdiqulu bəy, Rəcəb bəy Mirzəsəlimbəyov-oğlanları: - Məmməd Nağı, Məmməd Rza, Məmməd Rəsul, Məmməd Rzanın oğlu - Abutalıb; Mirzə Əsgər bəy Mirzə Səlimbəyov, Ağa Məmməd bəy Mirzə Səlimbəyov - oğlanları Abdulla, Hüseyn, Məmməd, Abasqulu, Mirzə Məmməd; Zeynalabdin bəy Xanlarov - oğlanları Məmməd bəy, İsgəndər bəy; Məlik Məmməd bəy Hacı bəy oğlu Hacınski; Cabbar bəy Xanlarov, Hacı Məmmədqulu bəy Hacı Mirzə Məmməd bəy oğlu Hacınski; Məmməd bəy Xanlarov, Mehdi bəy Ağa bəy oğlu Səlimxanov, Şahbaz bəy Bakıxanov - oğlu Məlik Məmməd bəy; Lütfəli bəy Hacı Məmməd Əlibekoviç Ağalarov, Hacı Məmməd Vəli bəy Hacı Məmməd Əlibəyov - Xanlarov və s. (ARDTA; f. 10, siy.1, iş 80, vər. 505-513) .

    Bakı şəhərinin nəslən fəxri vətəndaşları sırasında bəylərdən Hacı Hacıbaba Ağahüseynov - onun oğlanları və nəvələri; Ağa Hüseynqulu Səfərəliyev, onun oğlanları, Məmməd Həsən Zeynalabdinov, onun oğlanları, Məmməd Rəsul bəy Əmir Aslan bəy oğlu və b. var. (ARDTA; f. 10, siy.1, iş 80, vər 513-515).

    İslam din xadimlərinin siyahılarında isə soyadları oğlu sonluğu ilə qurtarır. Məsələn, Axund İmamqulu Murad oğlu - oğlanları və nəvələri; Axund Ramazan Molla Əli Əsğər oğlu - oğlanları və qardaşları; Axund Molla Məmməd Şıx Nəcəf oğlu, Molla Məmməd Qasım Molla Musa oğlu, Ağa Mir Cəfər Seyid Məmməd oğlu və b. (ARDTA; f. 10, siy.1, iş 80, vər. 516-520).

    XIX əsrin ikinci yarısında indiki Azərbaycan ərazisində açılmış rus və rus -tatar (azərbaycanlı) məktəblərindəki jurnallarda və imtahan cədvəllərində azərbaycanlı şagirdlərin familiyaları və adları rus soyadlarında olduğu kimi göstərilirdi. Məsələn, Bakı Realnı Məktəbinin" 1882/83-cü tədris ili üçün 6-cı və 7-ci sinif şagirdlərinin siyahılarında və imtahan cədvəllərində azərbaycanlıların soyadları aşağıdakı kimi göstərilirdi: Axundov Əşrəf, Axundov İsgəndər, Cavanşirov Hüseyn, Hadıyev Şıxəli, Əhmədbəyov Abdulla və s. (ARDTA; f.315, siy.31, iş 53).

    1854-cü ildə Şamaxıda ali dördsinifli məktəbin şagirdlərinin imtahan cədvəlində azərbaycanlı uşaqları Ağayev Mirzə Əli, Qurbanbəyov Nəcəf kimi göstərilmişdi (ARDTA; f.313, siy.2, 3a). 1858-ci il üçün Şamaxı ali dördsinifli məktəbin şagirdlərinin siyahısında azərbaycanlılar - İsmayılbəyov Nəsrulla bəy, Hüseynbəyov Nuhbəy, Mirzəbəyov Nəsrulla bəy, Rzabəyov Rzabəy, Cəbrayılbəyov Firidun bəy, Axundbəyov Sədrəddin bəy, Ağabəyov Qasımbəy s. göstərilmişdir (ARDTA; f.313, siy.2, 140). 1915-1917-ci illərdə Yelizavetpol kişi gimnaziyasında imtahan vermiş 8-ci sinif şagirdlərinin siyahısında azərbaycanlı şagirdlər Ağasıbəyov Səlim bəy, Ağasıbəyov Yusif bəy, Atayev Əli Rza, Ağayev Cahangir, Adgözəlov Ələkbər, Adgözəlov Qəhrəman, Əliyev Şövkət, Hacıyev Mirzə, İsmayılov Nəsib kimi göstərilmişlər (ARDTA; f.319, siy.2, 4). Göründüyü kimi, rus məktəblərində oxuyan azərbaycanlı uşaqların soyadları məcburən ruslara məxsus "ov", "yev" sonluqları ilə bitirdi.

    Bu dövrdə Güney Qafqazda şiələr üçün Qafqaz şeyxülislamının, sünnülər üçün Qafqaz müftisinin rəhbərliyi altında dini idarələr dini məktəblər fəaliyyət göstərirdi. Onlarda isə doğum haqqında dini məktəblərdə oxumaq bitirmək haqqında verilmiş şəhadətnamələrdə siyahılarda soyadları əsasən oğlu, yaxud zadə ilə qurtarırdı. Əgər atanın soyadı rus transkripsiyası ilə bitirdisə onda onlar uşağın adını atanın soyadı ilə uyğunlaşdırırdılar. Məsələn, Salyanlı Mirzə ağa Rəşidbəy Balabəyova oğlu haqqında verilmiş şəhadətnamədə yazılırdı: onun Yüzbaşı bəy Balabəyov adlı oğlu 1860-cı il martın 6-da anadan olmuşdur (ARDTA; f.290, siy.1, 39). Yaxud Lənkəran şəhər sakini İbrahim Mirzə Abasqulu oğlu özünün qanuni atası Mirzə Abasqulu Həbubullayevdən, anası Məşədi Xanım Seyidəli qızından 1892-ci ildə doğulmuşdur (ayı günü məlum deyil) (ARDTA; f. 316, siy.1, 1, vər.14).

    Qafqaz müftisinin siyahılarında isə mollaların, onların oğlanları nəvələrinin siyahılarında soyadları oğlu ilə qurtarırdı. Məsələn, Molla Məmməd Məmmədəli oğlu, Molla Cahangir Lətif oğlu, Molla İbrahim Molla Hüseyn oğlu, Molla Pirməmməd Molla Əli oğlu s.(ARDTA;f.289, siy.1, 30, vər.51-56 s).

    Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində soyadları ilə bağlı rəsmi bir sənəd qəbul edilməsə , cümhuriyyət xadimlərinin bəziləri soyadlarında "bəyov" ya "ov", "yev" şəkilçilərini "", "li" şəkilçiləri ilə əvəz edirlər. Məsələn, hökumətin sədri Nəsib bəy Yusifbəyov "Yusifbəyov" soyadı əvəzinə "Yusifbəyli", Üzeyir Hacıbəyov "Hacıbəyov" əvəzinə "Hacıbəyli", Heybətqulu bəy Məmmədbəyov "Məmmədbəyov" əvəzinə "Məmmədli", Qarabəy Qarabəyov "Qarabəyov" əvəzinə "Qarabəyli", Niyazi Kiçikxanov "Kiçikxanov" əvəzinə "Kiçikli" s. yazırdılar. Şair Səməd Mənsur bu illərdə soyadı dəyişikliklərinə işarə edərək şeirlərinin birində yazmışdı:

 

    İskilər, oflar əcəb liləndilər,

    Növcavanlar həpsi milliləndilər.

 

    Azərbaycanda "yev", "ov" sonluğu ilə bitən soyadları sovet hakimiyyəti illərində daha da sabitləşərək, demək olar ki, Azərbaycan qrammatikasına uyğunlaşdırılır otuzuncu illərin axırlarında xüsusilə Azərbaycanda latın əlifbasından kiril əlifbasına keçildikdən sonra tam stabil şəkil alır. Yalnız əhalinin çox cüzi bir hissəsi öz soyadlarında "zadə" ya doğulduqları yerin adı göstərilən soyadlarında qalır. Məsələn, Bənənyarlı, Biləndərli, Göyçaylı, Lənbəranski, Şəkinski s.

    Sovet hakimiyyəti illərində ilk dəfə olaraq 1920-ci il dekabrın 17-də Azərbaycan İnqilab Komitəsi "Vətəndaşların öz familiya ləqəblərini dəyişdirmək hüququ haqqında" dekret verir. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi tərəfindən 1924-cü il oktyabrın 25-də qəbul olunmuş qərarla bu dekretdəki bəzi müddəalara dəyişikliklər edilərək yenidən təsdiqlənir. Göstərilən dekret qərarla 18 yaşına çatmış Azərbaycan SSR-in hər bir vətəndaşına onun arzusu ilə öz familiyasını ləqəbini dəyişdirmək hüququ verilirdi.

    SSRİ-də vahid pasport sisteminə keçilməsi ilə əlaqədar olaraq 1933-cü ildə Azərbaycan SSR MİK XKS-in qəbul etdiyi "Bakı şəhəri, onun mədən-zavod sənayesi rayonları ona birləşmiş yaşayış ərazilərində vahid pasport sisteminin tətbiqi haqqında" qərarla Bakı şəhəri onun ətrafındakı məntəqələrdə pasportlaşdırma işinin təşkili Xalq Komissarları Soveti yanında Baş Fəhlə Kəndli milis idarəsinə tapşırılırdı.

    1940-cı il mayın 17-də Azərbaycan SSR Ali Sovetinin birinci çağırış 3-cü sessiyasında "Azərbaycan SSR vətəndaşlarının ad familiyalarını dəyişdirmək qaydaları haqqında" Qanun qəbul edilmişdir. (ARDA: f. 2941, siy. 7, 40, səh. 200-203, "Kommunist" qəz., 22 may 1940).

    1920-ci ildən 1940-cı ilə qədər olan müddətdə Azərbaycan SSR-də azərbaycanlıların soyadlarında, ruslarda olduğu kimi, soyadı "ov", "yev" keçirilməsi, adı atasının adının tam göstərilməsi prosesi dinamikasını əyani şəkildə müəyyənləşdirmək üçün Azərbaycan Respublikası Dövlət Arxivində (ARDA) mühafizə olunan Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi (MİK), Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS), ayrı-ayrı xalq komissarlarının, xüsusilə Azərbaycan SSR Xalq Maarif komissarlığının həmin dövrə aid sənədləri arasında mühafizə olunan siyahılar diqqətlə araşdırılmışdır. Məsələn, Azərbaycan SSR MİK-in fondunda onun əməkdaşları MİK-ə seçilmiş deputatların, Azərbaycan SSR-dən SSRİ Zaqafqaziya MİK-ə seçilmiş deputatların siyahıları, Azərbaycan SSR XKS əməkdaşlarının siyahıları, habelə Azərbaycan SSR Xalq Maarif Komissarlığında ölkənin ali orta məktəblərinin, texnikumlarının müəllim, tələbə şagirdlərinin, savadsızlığın ləğvi kurslarına yazılanların siyahıları, respublikanın ayrı-ayrı qəza rayon icraiyyə komitələri sədr katiblərinin siyahıları diqqətlə nəzərdən keçirilmişdir. Bütün bu siyahılarla tanışlıqdan sonra belə bir ümumi nəticəyə gəlmək olar ki, 1920-1940-cı illər arasında əgər ilk illərdə Bakı, Gəncə digər iri şəhərlər istisna olmaqla qalan başqa qəzalarda xüsusilə kəndlərdə müxtəlif məqsədlər üçün tərtib olunmuş siyahılardakı göstərilən kişilərin qadınların adı yalnız adı atasının adı göstərilməklə oğlu qızı sonluğu ilə bitirdisə, sonralar onlar getdikcə stabilləşərək, demək olar ki, tam "ov", "yev" sonluğu ilə bitən familiya, ad ata adı ilə əvəz olunur (Bax: ARDA: f. 379, siy. 3, iş-1677, 2527, 2571, 2607, 4655; f. 57, siy. 1, - 63, 638, 774, 912, 1094, 1137 s.).

 

 

     Ataxan PAŞAYEV,

     Azərbaycan Respublikası Milli

    Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru

 

    Xalq qəzeti.- 2010.- 2 iyun.- S. 8.