"Natəvan"ın növbəti qonağı
Hacı Cabir Xəlifəzadə idi
... Biz heç vaxt şair sarıdan korluq çəkməmişik, amma
mərifət sahiblərinə
hər zaman ehtiyac duymuşuq. Bu gün 75 illik yubileyi və yenicə çapdan çıxmış "Mənim
nəğməkar ürəyim"
şeirlər kitabının
təqdimatı münasibətilə
"Natəvan" klubunda
görüşünə toplaşdığımız
ağsaqqal ziyalımız,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü Hacı Cabir Xəlifəzadə belə
mərifət, kamal və ürfan sahiblərindəndir...
Azərbaycan Yazıçılar
Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca "Natəvan"
klubuna görüşə gələnlərə Hacı
Cabiri belə təqdim etdi.
Görüşdə Vaqif Yusifli,
Nazim Tapdıqoğlu, Ədalət Əsgəroğlu,
Südabə Süsən, Oqtay Rza və başqaları
çıxış edərək Hacı Cabir Xəlifəzadənin
həyat və yaradıcılığından, Azərbaycan mədəniyyətinin
çox mühüm tərkib hissəsi olan milli mətbəx
mədəniyyətimizin qorunub saxlanması, inkişaf və təbliğ
edilməsi sahəsindəki misilsiz xidmətlərindən,
xeyriyyəçilik fəaliyyətindən söhbət
açdılar. Qeyd olundu ki, Hacı Cabir zəngin Azərbaycan
mətbəxinin tarixi, inkişaf mərhələləri və
müasir durumu barədə fundamental tədqiqatların müəllifidir.
O, 40 ildən çoxdur ki, dünyanı ölkə-ölkə,
diyar-diyar gəzib dolaşaraq, xalqımızın qiymətli
milli sərvəti olan mətbəx mədəniyyətimizi
yorulmadan təbliğ edir. Lakin onun çoxsahəli fəaliyyətini
təkcə kulinariya ilə məhdudlaşdırmaq olmaz.
Hacı Cabir Xəlifəzadə qələmini poeziya və
publisistika sahəsində də sınamış,
yazdığı əsərlər oxucular tərəfindən
maraqla qarşılanmışdır. İndiyədək onun
13 kitabı işıq üzü görmüşdür.
Hacı Cabirin xidmətləri
"Xalqlar Dostluğu", "Qırmızı Əmək
Bayrağı" ordenlərinə, onlarca medala, fəxri fərmanlara,
diplomlara və digər mükafatlara layiq
görülmüşdür.
Görüşdə Azərbaycan
Yazıçılar Birliyinin Hacı Cabir Xəlifəzadəyə
ünvanladığı təbrik oxundu.
Qüdrət
PİRİYEV
Xalq qəzeti.- 2010.- 3
iyun.- S. 6.