Azərbaycan-Belarus əməkdaşlığı dinamik şəkildə inkişaf edir

 

Dost ölkə rəhbərinin Bakıya növbəti səfəri bu inkişafı daha da sürətləndirəcəkdir

 

Biz bir sıra müştərək layihələr üzərində işləyirik, özü uğurla işləyirik. Nəzərdə tutduqlarımızın hamısını qısa müddətdə keyfiyyətlə yerinə yetiririk.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Mən İlham Heydər oğluna dedim ki, əgər ölkədə insanlar haqqında düşünən öz xalqını sevən Prezident varsa, deməli, bu dövlətin perspektivləri çox böyükdür.

 

Aleksandr LUKAŞENKO,

Belarus Prezidenti

 

 

İkitərəfli beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli, səmərəli əməkdaşlıq etdiyimiz ölkələrdən birinin - Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko son üç ildə ikinci dəfə Azərbaycana rəsmi səfərə gəldi. Səfərin əhəmiyyətini keçirilən görüşlər aparılan danışıqlarla yanaşı, dövlət başçılarının imzaladığı "Birgə bəyannamə" cəmiyyət həyatının müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsinə xidmət edən 7 sazişin imzalanması da təsdiq edir. Bu səfər təkcə Azərbaycan-Belarus əməkdaşlığının tərəfdaşlığının genişlənməsinə deyil, eləcə regional əməkdaşlığın inkişafına yeni töhfələr verilməsi baxımından səmərəli olacaqdır. Bunu bakılı minskli ekspertlərlə yanaşı, MDB çərçivəsindəki əməkdaşlığın tarixini perspektivlərini araşdıran bütün ekspertlər söyləyirlər.

 

Azərbaycan-Belarus əməkdaşlığının kökləri çox qədimlərə getsə də, bu sahədə ən uğurlu addımlar ulu öndər Heydər Əliyevin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə atılmışdır. O illərdə SSRİ tərkibində olan bu respublikalar arasındakı iqtisadi və mədəni əlaqələr digər respublikalara nisbətən daha sürətlə inkişaf edirdi. Ümummilli liderimizin ölkəyə ikinci dəfə rəhbərlik etdiyi dövrdə isə söhbət sırf müstəqil dövlətlərin əməkdaşlığından getdiyinə görə münasibətlər daha intensiv və daha genişmiqyaslı şəkildə inkişaf müstəvisinə gətirildi. 2003-cü ilin payızından sonra isə Azərbaycan-Belarus əməkdaşlığının tamamilə yeni mərhələsinə start verildi. O vaxta qədər dövlət başçılarımız müxtəlif tədbirlər çərçivəsində Yaltada, Moskvada, Minskdə, Davosda görüşmüşdülər. Ancaq rəsmi dövlət səfərləri məhz 2003-cü ildən sonra reallaşdırıldı. Elə Azərbaycanın Belarusdakı səfirliyi də 2004-cü ilin aprelində fəaliyyətə başlamışdır. Həmin hadisədən sonra daha intensiv xarakter alan görüş danışıqlar, hökumətlərarası komissiyanın fəaliyyətinin daha səmərəli şəkildə qurulması Azərbaycan-Belarus münasibətlərini müasir dünya siyasətinin tələb etdiyi səviyyəyə qaldırmışdır. Bir məsələni qeyd edək ki, Azərbaycan-Belarus əməkdaşlığı daha çox sosial-iqtisadi elmi-mədəni sahələri əhatə edir.

Dost ölkə Prezidentinin respublikamıza sonuncu səfəri çərçivəsində imzalanan sazişləri xarakterizə edərkən əməkdaşlığımızın əhatə dairəsi barədə təəssürat yaranır. Əlbəttə, prezidentlərin imzaladığı "Birgə bəyannamə" sırf siyasi xarakterli sənəddir. İmzalanan sazişlərə gəlincə isə onlar bu şəkildə sıralanır: əmək sosial müdafiə qurumları arasında əməkdaşlıq haqqında saziş, statistika sahəsində - əməkdaşlıq haqqında saziş, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş, hesablama qurumları arasında əməkdaşlıq haqqında saziş, elm texnologiya sahəsində əməkdaşlıq haqqında saziş, informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş nəhayət, sərmayələrin təşviqi qarşılıqlı qorunması haqqında saziş. Yəni bu dövlətlər sadəcə öz iqtisadi elmi-texniki qüdrətlərini artırmaq, qloballaşan dünyada daha böyük uğurlar əldə etmək üçün bir-birinin imkanlarından qarşılıqlı şəkildə, maksimum bəhrələnmək üçün yollar, variantlar axtarırlar. Bu yollar tapılır tərəflərin hər ikisi üçün səmərəli olan nəticələr əldə edilir.

Yeri gəlmişkən, Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda keçirilən geniş tərkibdə görüşdə ölkələrarası münasibətlərin indiki səviyyəsindən məmnun olduğunu dilə gətirdi: "Xalqlarımız arasında çoxillik sıx mehriban əməkdaşlıq, qarşılıqlı yardım ənənələri indiki mürəkkəb şəraitdə, xüsusən, son dövrlərdə nəinki davam edir, həm getdikcə geniş vüsət alır. Bu gün ölkələrimiz dövlətçiliyin möhkəmləndirilməsi, öz qüdrətli dövlətinin yaradılması yolu ilə irəliləyirlər. Mən buraya son səfərimdən üç il sonra, burada, Bakıda onun hüdudlarından kənarda baş verənləri gördükdə keçirdiyim hisslər barədə fikirlərimi, həsədimi gizlətmədən İlham Heydər oğluna demişəm. Hər yerdə tikinti gedir, kranlar işləyir. Xüsusən, axşamlar, binalar işıqlandrılanda onların gözəlliyi diqqəti cəlb edir".

Ölkələrarası münasibətlərin yüksək səviyyədə olduğu barədə fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi vurğuladı. Ancaq Azərbaycan dövlət başçısı bu əməkdaşlıqda daha böyük perspektivlərin olacağını da söylədi: "Düşünürəm ki, biz əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni yollar, yeni, çox perspektivli sahələr - energetika, kənd təsərrüfatı, tikinti, turizm, yüksək texnologiyalar sahələrində əməkdaşlıq üçün yollar müəyyən edəcəyik. Əminəm ki, nəticələr çox yaxşı olacaqdır".

Dost ölkə Prezidentinin Azərbaycan səfəri çərçivəsində ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etməsi, dövlət müstəqilliyimizin qazanılması ölkəmizin ərazi bütövlüyünün qorunması üçün gedən mübarizələrdə şəhid olmuş soydaşlarımızın xatirəsinə ehtiram göstərməsi, xüsusən, paytaxtımızın gündən-günə gözəlləşməsini bir neçə dəfə, açıq şəkildə etiraf etməsi - bütün bunların hamısı dost səmimiyyətinin nümunəsi idi. Ancaq Aleksandr Lukaşenkonun söylədiyi "bu dövlətin perspektivləri çox böyükdür" - ifadəsi mətbuat təmsilçilərinin diqqətindən yayınmadı. Qonaq bəyan etdi ki, Azərbaycanın çoxsaylı sosial-iqtisadi siyasi uğurlarının əsasını ölkənin peşəkarcasına, yüksək səviyyədə idarə olunması təşkil edir.

Belarus Prezidentinin Bakı səfərindən sonra "Səfər uğurlu oldu" - deyənlər öz həmsöhbətlərindən başqa bir arqument eşitdilər: "Azərbaycanın xarici siyasətindəki uğurlar silsiləsinə daha bir uğur da əlavə edildi".

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 5 iyun.- S. 3.