Əliqismət LALAYEV: "Uşaqlar dəyişərsə, dünya dəyişər!"

 

Yəqin razılaşarsınız ki, biz hamımız incəsənətin bu ya digər növü ilə məşğul olmağa can atırıq. Yeniyetməlik dövründə hansı birimiz ekranda, səhnədə gördüyümüz aktyorlara bənzəmək, onlar kimi tamaşaçıların sevimlisi olmaq istəməmişik ki...

Ancaq illər ötüb, tale hərəmizə bir ömür yolu bəxş edib, hərəmiz bir sənətin, bir peşənin sahibi olmuşuq, lakin o sirli-sehirli dünyaya kinoyateatra məhəbbətimiz isə ilk sevgi həyəcanı kimi qəlbimizinşahənə bir köşəsində özünə taxt qurub...

Söhbətimizi məhz teatr kinoya marağımızla başlamağımız təsadüfi deyil. Müsahibim, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, fəlsəfə doktoru Əliqismət Lalayevlə birgə teatrdan uşaqlardan danışacağıq. Üç nəvə sahibi olan Əliqismət müəllimin uşaqlara sevgisi uzun illərin dostları kimi deyə bilərəm ki, bir çoxlarına örnək ola bilər:

- Əliqismət müəllim, il boyu "Bizim 100 yaşımız var" devizi ilə müxtəlif tədbirlər keçirən bu qocaman sənət məbədinin bugünkü tarixini yazan gənclər olduğundan onlar barədə mətbuat daha çox yazdı, yeni tamaşalar barədə xoş sözlər söylənildibütün bunlar ilk növbədə gənc istedadların zəhmətinə verilən qiymət idi.

- Haqlısınız. Bu gün gənclərimiz 100 yaşlı qocaman sənət məbədinin gələcək tarixini yazmaqda israrlıdırlar. Yubiley ilində biz məhz gənc yaradıcı qüvvələrin gücü ilə dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərini müasir tələblər səviyyəsində tamaşaya qoyduq. Rejissor Elvin Mirzəyevin quruluşunda hazırlanan bu məşhur səhnə əsərinin bütün yaradıcıları gənclər idi. Onu da qeyd edim ki, "Arşın mal alan" tamaşası ölkəmizin teatr mühitində ən uğurlu səhnə əsəri kimi mükafata layiq görüldü. Tamaşa həm Azərbaycan, həm də rus bölmələrində oynanılır. İmri Kalmanın "İddialı qaraçı" əsəri də uğurlu tamaşalarımız sırasındadır.

Biz bu il bir neçə il əvvəl repertuarda olmuş tamaşaların bir neçəsini yenidən bərpa etdik. Bu əsərlər arasında Emin Sabitoğlunun "Bankir adaxlı" (libretto müəllifi Tamara Vəliyeva), SSRİ-nin Azərbaycanın xalq artisti Arif Məlikovun "Ləpələr" (libretto müəllifi Əliağa Kürçaylı) əsərləri də var.

Xalq artisti Ramiz Mirişlinin "Amerikalı kürəkən" əsəri də artıq tamaşaçıların mühakiməsinə verilib.

- Oxucularımıza bir daha xatırladaq ki, bu il sizin teatr Arif Məlikov kimi böyük sənətkarla, Ramiz Mirişli kimi tanınmış bir bəstəkarla, Yaşar Nuri kimi komediya ustası ilə əməkdaşlıq etdi. Bəs haqqında qürurla danışdığımız tamaşaların yaradıcıları kimlərdir?

- Xalq artisti Valeh Kərimov, əməkdar artistlər Naibə Allahverdiyeva, Anar Şuşalı, istedadlı dirijor Yalçın Adıgözəlov, rejissorlar Bəhram Osmanov, Elvin Mirzəyev, Namiq Ağayev, rəssamlar Elçin Aslanov, Nüşabə Hüseynova kimi gənclər bizimlə işləməkdən məmnunluq duydular.

- Əliqismət müəllim, bu il sizin teatrın nəzdində Uşaq Yaradıcılıq Studiyası fəaliyyətə başladı. Onun açılışında iştirak edən böyük bəstəkarımız Arif Məlikovun "Mən inanıram ki, bu uşaqların hər birinin qəlbində dünyayainsanlara böyük məhəbbət məhz bu illərdə formalaşmağa başlayacaq".

- Arif müəllim haqlıdır! Təbii ki, biz bu uşaqların heç hamısının gələcəkdə aktyor olacağına, yeri kimi teatrı seçəcəyinə iddia etmirik. Lakin onlarla uşaq asudə vaxtlarını bu studiyada keçirirsə, teatrın ab-havasını yaşayırsa, sözün sehrini duyursa, Azərbaycan dilində gözəl danışmağı öyrənirsə, məntiqli düşünməyi öyrənirsə, bədii ədəbiyyata maraq göstərirsə, ən başlıcası sağlam bir mühitdə, mədəni bir ortamda sağlam bir həyat tərzi keçirirsə buna ancaq sevinmək lazımdır. Studiyamızın yeniyetmələrdən ibarət qrupu bu günlərdə rejissor Namiq Ağayevin rəhbərliyi ilə yazıçı-dramaturq Əmir Pəhləvanın "Xanım, toyun mübarək!" əsərini tamaşaya qoydu. Bu tamaşada bütün rolları gənclər ifa etdilər, səhnənin tərtibatı da, rəqslərin quruluşu da, musiqi tərtibatı da onlara həvalə edilmişdi.

Studiyamızın "Təbəssüm" rəqs ansamblı isə bu il özünün 10 yaşını qeyd edəcək. Burada Milli rəqslərimizlə yanaşı dünya xalqlarının rəqslərini böyük şövqlə oynayan uşaqlarımız aprelin 24-də Türkiyə Cümhuriyyətində keçirilən ənənəvi Cocuq Festivalına dəvət olundu bu ansamblın solisti Vaqif Əsədov Ankarada qardaş ölkənin dövlət rəsmiləri ilə görüşlərdə iştirak etdi. Yeri gəlmişkən deyim ki, Türkiyədəki uğurlu çıxışlarından sonra TRT kanalı bizim balacalar barədə film çəkmək üçün Bakıya gəldi. Bu kollektiv dünyanın bir çox ölkələrində keçirilən sənət bəhsləşmələrində müvəffəqiyyətli çıxışlarına görə yüksək mükafatlara layiq görülüb. İyun ayının 9-da teatrımızda keçiriləcək yubiley konsertinə bütün oxucularımızı dəvət etmək istəyirəm. İnanıram ki, onlar keçirdikləri vaxt üçün təəssüflənməyəcəklər. 3-15 yaşlı balaca rəqqaslarımızın bir-birindən şux, bir-birindən zərifşaqraq rəqsləri hər kəsin xoşuna gələcək. Həmin gün musiqili Komediya Teatrı bütölükdə uşaqlarımızın ixtiyarına veriləcək. Dostlarımız gənc rejissor Elvin Mirzəyevin "Teatr dərsləri"ndə iştirak edəcək, bizim yaradıcı heyətlə görüşəcək, tanınmış sənətkarlarla ünsiyyətdə olacaqlar. Studiyamızın "Günay" qrupunda məşğul olan uşaqlar müxtəlif tamaşalar üçün hazırladıqları kostyumları nümayiş etdirəcəklər. Sonra "Günay" teatrı öz yeni tamaşasını sənətsevərlərə təqdim edəcək. "Təbəssüm" isə yenə rəngarəng rəqsləri ilə hamını heyran qoyacaq.

Mən valideynlərimizə bildirmək istəyirəm ki, övladlarının bədii-estetik tərbiyəsi qayğısına qalırlarsa, onların gələcəkdə mədəni, savadlı, ünsiyyətçil görmək istəyirlərsə bizim Yaradıcılıq Studiyamıza müraciət etsinlər. Bizim studiyada 3 yaşlı körpədən 15 yaşlı yeniyetməyədək hər kəsi maraqlandıran bir məşğuliyyət növü tapmaq mümkündür.

- Əliqismət müəllim, teatrımızın 100 illik yubileyi təntənə ilə qeyd ediləcəkmi?

- Məsələ 100 illiyin təntənə ilə qeyd edilməsində yox, bizim bu yubileyə necə hazırlaşmağımızdadır. Bilirsiniz ki, iki ildən bəridir ki, bu yubileylə bağlı tədbirlər keçirilir. "Bizim 100 yaşımız var" devizi ilə təşkil olunan görüşlərdə, yaradıcılıq hesabatlarında (respublikamızın xalq artistləri Afaq Bəşirqızının, İlham Namiq Kamalın, Arif Quliyevin başqalarının solo çıxışlarını nəzərdə tuturam), vokalçılarımızın bir sıra xarici ölkələrdəki konsertlərində, yeni hazırladığımız tamaşalardas. tədbirlərdə biz zəngin ənənəsi olan teatrımızın bugünkü tarixində əbədi yaşaya biləcək işlər görməyə çalışırıq.

 

 

Telli PƏNAHQIZI

 

Xalq qəzeti.- 2010.- 6 iyun.- S. 7.