Dahi rus
şairinə ehtiram
Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 211-ci ildönümü
ilə əlaqədar
Səbail Rayon İcra
Hakimiyyəti, Rusiya Federasiyasının
ölkəmizdəki səfirliyi və
"Sodrujestvo" cəmiyyətinin
birgə təşkilatçılığı
ilə anım mərasimi keçirildi. Şairin Bakıdakı
abidəsi önünə toplaşanlar onun həyat və
yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında
əbədi iz qoymasından söhbət
açdılar.
Öncə şəhərimizin məsrkəzində
A.S.Puşkinin ümummilli
lider Heydər Əliyevin iştirakı ilə
2001-ci ildə açılmış heykəli önunə tədbir
iştirakçıları adından gül
dəstələri və
tər çiçəklər qoyuldu.
Səbail rayon ictimaiyyətinin, müxtəlif
xalqların mədəni mərkəzlərinin, ali və orta
məktəblərin nümayəndələrinin,
tanınmış mədəniyyət və incəsənət
xadimlərinin iştirakı ilə keçirilən
toplantını giriş sözü
ilə "Sodrujestvo"
cəmiyyətinin sədri Tatyana
Kərimova açaraq
belə bir tədbirin
keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələri
gücləndirildiyini vurğuladı.
Rusiya Federasiyasının Azərbaycandakı
səfiri Vladimir Doroxin,
Səbail Rayon İcra
Hakimiyyəti
başçısının birinci müavini Xalidə Bayramova, xalq yazıçısı Çingiz
Abdullayev iki ölkə
arasında mədəni əlaqələrin möhkəmləndirilməsində
ədəbi-bədii, mədəni-kütləvi tədbirlərin
rolunun əvəzsiz olduğunu bildirdilər.
Çıxışlarda qeyd edildi ki, rus
ədəbiyyatının formalaşması
və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkini təkcə rus xalqı deyil, dünyanın bütün
xalqları sevir. Onun çoxsaylı əsərləri bir çox xalqların dillərinə tərcümə olunmuş, yaradıcılığında
rus xalqının arzuları, zəkası
və yaradıcılıq qüdrəti öz
parlaq ifadəsini
tapmışdır.
Puşkinin əsərlərini
görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid
Ordubadi, S.Vurğun, Məmməd
Rahim, Mikayıl Müşfiq, Nigar Rəfibəyli,
Süleyman Rustəm və başqaları
dilimizə tərcümə etmişlər. Puşkinin
Azərbaycanda sevilməsində
bu tərcümələrin
böyük rolu olmuşdur.
Tədbirdə Səbail məktəblərinin
şagirdləri ölməz şairin şerlərini Azərbaycan
və rus dillərində
səsləndirdilər.
R.Tahir
Xalq qəzeti.- 2010.- 6 iyun.- S. 7.