"Qurtuluş"la başlanan uğurlu yol

 

    Hər il iyun ayı gələndə, istər-istəməz, 1993-cü ilin ağrılı-acılı, kədərli-ümidli yayı yada düşür. O vaxt iyunun ilk günlərində ölkədə yaranmış siyasi böhran, vətəndaş qarşıdurması yayın istisini, sanki bir az da bürkülü, cansıxıcı etmişdi. O fəlakətli günlərdə xalq yeganə çıxış yolu kimi ümummilli lider Heydər Əliyevə, ulu öndərin artıq xilaskarlıq misiyasına başlamış olduğu Naxçıvana üz tutdu.

 

    Böyük siyasətçi qüdrətli dövlət xadiminin respublikada hakimiyyətə qayıdışı tariximizə Azərbaycanın qurtuluşu, müstəqilliyimizin xilası kimi daxil oldu. Millət atasının o isti günlərdə aylarda həyata keçirdiyi taleyüklü tədbirlər siyasi mühitə bir sərinlik gətirdi, baxışlarda ümid işığı yandırdı. Ötən 17 ildə "Qurtuluş"la başlanan nurlu yol xalqımızı əmin-amanlığa, ölkəmizi tərəqqiyə qovuşdurub. Ulu öndərin zəkasının, yorulmaz fəaliyyətinin bəhrəsi olan hərtərəfli islahatlar məhv olmaq təhlükəsi ilə üzləşmiş Azərbaycanda sabitlik yaradıb, hərtərəfli inkişafa yüksəlişə meydan açıb.

    "Qurtuluş"dan sonrakı illərdə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi sosial- iqtisadi kursu Prezident İlham Əliyev 2003-cü ildən uğurla davam etdirmiş, Azərbaycan yalnız regionun deyil, həm Avropanın siyasi cəhətdən ən stabil ölkəsinə çevrilmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmış, iqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olmuşdur. Təhsil sahəsində əhəmiyyətli nailiyyətlərin əldə olunması da təhsilin idarə olunması sisteminin təkmilləşdirilməsi ilə bilavasitə bağlıdır.

    Təhsil xərclərinin ilbəil artması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. Təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərkən Prezident vurğulayır ki, "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik", "Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır". Bu mənada "təhsil əsri" elan edilən XXI əsrdə yüksək intellektli insan kapitalının formalaşmasında güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır.

    Son illərdə təhsil xərclərinin artmasının əsasında da həmin konseptual müddəalar dayanır. Təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard manata çatmış, 2009-cu ildə isə 1,3 milyard manat təşkil etmişdir.

    Dövlət başçısı təhsilin inkişafı ilə əlaqədar son illərdə 150-dən çox sərəncam imzalamışdır. Təhsil tariximizdə ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidenti "Ən yaxşı ümumtəhsil məktəbi ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli sərəncam imzalamışdır. 2008 2009-cu illərdə "Ən yaxşı ümumtəhsil məktəbi" "Ən yaxşı müəllim" müsabiqələri keçirilmişdir. Son illərdə elm təhsilin inkişafındakı xidmətlərinə görə 1000-dən çox təhsil işçisi yüksək dövlət təltiflərinə, fəxri adlara fərdi təqaüdlərə layiq görülmüşdür. Yalnız 2009-cu ildə 312 nəfər təhsil işçisi ölkə Prezidentinin sərəncamları ilə müxtəlif fəxri adlarla, orden, medal fərdi təqaüdlərlə təlftif olunmuşdur.

    Əvvəlki 20 ildə heç bir məktəbəqədər təhsil müəssisəsi tikilmədiyi halda, son 2 ildə ilk dəfə olaraq ölkə üzrə 28 yeni uşaq bağçası istifadəyə verilmiş, 31 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur. Azərbaycanda son dövrdə bir növbədə 550 min şagird yerlik 2000-dək yeni məktəb binasının tikilməsi əsaslı təmiri, məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri, 708 məktəbin müasir avadanlıqlarla, o cümlədən 119 məktəbin müasir kimya fizika laboratoriyaları ilə təmin edilməsi, 700 məktəbin istilik sisteminin təmir bərpa olunması təhsil tariximizdə ən əlamətdar hadisələrdəndir.

    Məktəb kitabxanaları uşaq ensiklopediyaları, Azərbaycan xarici ölkə yazıçılarının əsərləri ilə təmin edilmişdir. Heydər Əliyev Fondunun yaxından köməyi ilə ayrı-ayrı fənlər üzrə 140 adda, 1,4 milyon nüsxə tədris-əyani vəsait hazırlanaraq məktəblərə verilmişdir. Məktəblər 19 adda 351 min nüsxə xəritə ilə təmin edilmişdir.

    Dünya təcrübəsinə uyğun olaraq ölkəmizdə məktəbdaxili, milli beynəlxalq qiymətləndirməni əhatə edən yeni sistem keçirilmişdir. Dünya beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri 11 qızıl, 28 gümüş, 60 bürünc olmaqla, ümumilikdə, 99 medal qazanmışdır. Əhalisinin sayının az olmasına baxmayaraq, medalların sayına görə Azərbaycan dünya ölkələri arasında ilk onluqda yerini qoruyub saxlamışdır. 2009-cu ildə uşaq-gənclər idman məktəblərinin yetirmələri respublika birinciliyi, çempionat digər yarışlarda 287 qızıl, 194 gümüş, 1181 bürünc olmaqla ümumilikdə 1662 medal, Avropa, dünya birinciliyi çempionatlarında digər beynəlxalq yarışlarda 57 qızıl, 51 gümüş, 60 bürünc olmaqla, ümumilikdə, 168 medal qazanmışlar.

    Ali təhsil müəssisələrinin infrastrukturunun inkişafı sahəsində əhəmiyyətli işlər görülmüş, 5 universitet üçün əlavə korpuslar inşa edilmiş, 21 universitet əsaslı təmir olunmuş, 3 ali məktəb üçün yeni binalar tikilməkdədir. Hazırda dünyanın aparıcı universitetlərində müxtəlif mənbələr hesabına təhsil alan Azərbaycan gənclərinin sayı 10 mini ötmüşdür. "2007-2015"-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın 23 ölkəsinə 498 nəfər təhsil almağa göndərilmişdir. Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayı 7 minə çatmışdır.

    Dünya Bankı ilə son 10 ildə təhsil sahəsində səmərəli əməkdaşlıq həyata keçirilən uğurlu islahatlar nəzərə alınaraq, Azərbaycan pilot ölkə kimi müəyyənləşdirilmiş, Dünya Bankı tərəfindən digər ölkələr üçün nümunə kimi qəbul edilmiş, bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsi tövsiyə olunmuşdur. Əgər əvvəllər təhsil islahatları sahəsində təcrübə öyrənmək üçün xarici ölkələrə təlim səfərləri edirdiksə, indi Dünya Bankının tövsiyəsinə əsasən xarici ölkələrdən Azərbaycana təlim səfərləri nəzərdə tutulmuşdur.

    Son illərin ən mühüm hadisələrindən biri, əlbəttə "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi olmuşdur. Bu qanun ölkəmizdə təhsil siyasəti strategiyasının əsas istiqamətlərini əks etdirməklə yanaşı, ilk növbədə, xalqımıza, Azərbaycanda təhsilin inkişafına xidmət edəcək, milli təhsil sisteminin dünya, Avropa təhsil sisteminə inteqrasiyasını təmin edəcəkdir.

 

 

    Məmməd QƏNBƏROV,

    Bakı şəhər M. Hüseynzadə adına

    19 saylı orta məktəbin direktoru,

    respublikanın qabaqcıl maarif işçisi

 

    Xalq qəzeti.- 2010.- 13 iyun.- S. 6.