Bu gün Azərbaycan
qadını cəmiyyətdəki böyük nüfuzuna
görə Heydər Əliyev dühasına minnətdardır
Heydər
Əliyev dövlətçilik prinsiplərinin mühüm tərkib
hissələrindən olan dövlət qadın siyasəti
bugünkü Azərbaycan həqiqətləri arasında ən
çox təqdir olunan məsələlərdən biridir.
Ulu öndər bu məsələni böyük siyasi
uzaqgörənlik və müdrik öndər təfəkkürü
ilə daim diqqət mərkəzində saxlamışdır.
Hələ ölkəyə birinci dəfə rəhbərlik
etdiyi dövrdə Azərbaycan qadınının savadı,
biliyi, yaradıcılığı, rəhbərlik
bacarığı, idarəetmə məharəti,
döyüş qabiliyyəti, ailə sədaqəti, ən
başlıcası ana məhəbbəti barədə
mövcud olan bütün məlumatların
SSRİ miqyasında geniş təbliğinə nail olan
ümummilli lider bu qadının cəmiyyətdəki fəallığına
da böyük zəmin yaratmışdı. "Azərbaycan
qadını cəmiyyətin bütün sahələrində
fəal olmalı, öndə olmalı, öz məharətini
göstərməlidir" - deyən ulu öndər
qadının təkcə həyat yoldaşı, ana deyil,
nazir, deputat, rayon rəhbəri, ali məktəb rektoru, alim, həkim,
hətta, hərbçi kimi fəaliyyət göstərməsinə
şərait yaradılmasını tələb edirdi.
Böyük qurtuluşun
ildönümləri ərəfəsində ümummilli
liderimizin həyat və fəaliyyəti barədə söz
açan ziyalıların və qələm sahiblərinin
yaratdıqları bir ənənə var. Həmin ənənəyə
görə məqalə, veriliş, kitab müəllifləri
öz fikirlərini əsaslandırmaq üçün
mütləq tarixi faktlara istinad edir, bir məsələni isə
xüsusilə qabardırlar. Biz də həmin ənənəyə
sədaqətlə yanaşırıq. Yada salmaq istədiyimiz
fakt isə 1974-cü ilə, ulu öndərin ölkəyə
birinci dəfə rəhbərlik etdiyi dövrə aiddir. Şərqdə
ilk qadın mətbuatı olan "Azərbaycan
qadını" jurnalının 50 illik yubileyi Heydər Əliyevin
şəxsi təşəbbüsü ilə dövlət səviyyəsində
qeyd edilirdi. Elə dünyanın ilk qadın kosmonavtı olan
Sovet İttifaqı Qəhrəmanı Valentina
Tereşkovanın rəhbərliyi ilə yüzdən artıq
qonağın dəvət edilməsi və tədbirdə
iştirakı da Heydər Əliyevin təşəbbüsü
idi. Bir jurnalın 50 illik yubileyinə bu qədər nüfuzlu
qonağın dəvət edilməsində isə əsas məqsəd
Azərbaycan qadınının cəmiyyətdəki
nüfuzunu bütün dünyaya car etmək idi. Təbii ki, həmin
nüfuz barədə istənilən natiq çoxsaylı
faktlarla, uğurlu bir çıxış edə bilərdi. Ancaq
ən uğurlu çıxış ölkə rəhbərinin
çıxışı oldu.
Böyük natiqlik məharətinə
malik olan Heydər Əliyev SSRİ-nin hər yerindən gəlmiş
qonaqlara Azərbaycan qadınının böyüklüyü
barədə yığcam, fəqət geniş məlumatları
əhatə edən məlumat vermişdi: "Biz fəxr
edirik ki, Azərbaycanın cəsur qızları - partizan Aliyyə
Rüstəmbəyova, təyyarəçi Züleyxa Seyidməmmədova,
sərrast atıcı Ziba Qəniyeva, topçu Suğra
Paşayeva, baş leytenant Rəhimə Babayeva və bir
çox başqaları Vətənimizin layiqli müdafiəçiləri
arasında olmuşlar... Biz fəxr edirik ki, 198 nəfər azərbaycanlı
qadın Sosialist Əməyi Qəhrəmanı kimi yüksək
ada daşıyır. Azərbaycan xalqı, Azərbaycanın
bütün zəhmətkeşləri alim, ədəbiyyat və
incəsənət xadimi olan qadınların şanlı dəstəsi
ilə haqlı olaraq fəxr edirlər. SSRİ Tibb Elmləri
Akademiyasının müxbir üzvü Ədilə
Namazovanın, Azərbaycan Elmlər Akademiyasının həqiqi
və müxbir üzvləri İzzət Orucovanın, Validə
Tutayukun, Ümnisə Musabəyovanın, Püstə Əzizbəyovanın,
SSRİ xalq artistləri Şövkət Məmmədovanın,
Qəmər Almaszadənin, Hökümə Qurbanovanın,
şairlərdən Mirvarid Dilbazinin və Nigar Rəfibəylinin,
rəssam Maral Rəhmanzadənin, bəstəkar Ağabacı
Rzayevanın və başqalarının yaradıcılıq əməyi
ölkəmizdə və onun hüdudlarından uzaqlarda
çox məşhurdur. Onlar bütün istedadları ilə
xalqa xidmət edirlər". Bütün bunlar ulu öndərin
ölkəyə birinci dəfə rəhbərlik ktdiyi
dövrdə Azərbaycan qadınının adının uca
tutulması üçün atılan addımların cüzi
bir hissəsi idi.
1993-cü ilin yayından -
Böyük Qayıdışdan sonra isə Heydər Əliyev
Azərbaycan qadınının cəmiyyətdəki fəallığının
artırılması üçün daha mükəmməl,
daha möhtəşəm addımlar atdı. Çünki
indi o artıq müstəqil dövlətin rəhbəri idi və
xalqı, dövləti üçün istənilən xidməti
göstərməkdə tam sərbəst idi. Ona görə də
bu istiqamətdə atılan addımlar daha əhatəli, daha
səmərəli olurdu.
Müstəqilliyin ilk illərində
Azərbaycana rəhbərlik edən şəxslər
1993-cü ilin iyun ayına qədər faktiki olaraq gender bərabərliyi
istiqamətində heç bir addım atmamışdılar. Ona
görə də gənc müstəqil Azərbaycanın beynəlxalq
aləmdəki ilk addımları dövlətə nüfuz gətirilməsi
ilə deyil, nüfuz itirilməsi ilə nəticələnmişdi.
Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışından sonra isə cəmiyyət həyatının
digər sahələrində olduğu kimi gender siyasətində
də böyük dəyişikliklər, irəliləyiş,
tərəqqi əldə edildi. Ulu öndərin titanik siyasi fəaliyyəti
gender problemlərinin həllinə böyük təkan verdi. Qadınlarımızın
ictimai-siyasi həyata qayıdışı, yəni onların
dövlət idarəçiliyində təmsil olunması,
bütün sahələrdə kişilərlə bərabər
hüquqa malik olması dövlət idarəetmə kursunun
prioritet istiqamətinə çevrildi.
1995-ci il noyabrın 12-də qəbul
edilmiş ilk Konstitusiyamızda gender məsələləri
öz geniş əksini tapırdı. Ulu öndərin şəxsən
iştirakı ilə işlənib hazırlanmış Əsas
Qanunumuzun "Əsas hüquqlar, azadlıqlar və vəzifələr"
adlanan ikinci bölməsinin müvafiq maddəsində
yazılır ki, ölkədə kişi ilə
qadının eyni hüquq və azadlıqları vardır. Həmin
ildən başlayaraq respublikamızda qadın problemləri
yeni bir təşkilatlanma xarakteri almağa başladı. 1995-ci
il Azərbaycan qadınları üçün başqa bir cəhətdən
də əlamətdar oldu. Belə ki, ölkəmiz Prezident
Heydər Əliyevin təşəbbüsü ilə BMT-nin
"Qadınlara münasibətdə ayrı-seçkiliyin
bütün formalarının ləğv olunması
haqqında" Konvensiyasına qoşuldu. Avqustda isə
dövlət başçısı beynəlxalq səviyyədə
keçirilən müvafiq konfranslarda azərbaycanlı
qadınların yüksək səviyyədə təmsil
edilməsinə zəmin yaradan Milli Hazırlıq Komitəsinin
formalaşdırılması üçün sərəncam
imzaladı. 1998-ci ilin yanvarında Qadın Problemləri
üzrə Dövlət Komitəsi yaradılarkən də məhz
Milli Hazırlıq Komitəsinin bazası əsas
götürülmüşdü.
Müstəqil Dövlətlər
Birliyinə üzv olan ölkələrin mütəxəssisləri
etiraf edirlər ki, qadın problemlərinin müvəffəqiyyətlə
və ardıcıllıqla həll edilməsi məsələsi
Azərbaycanda yüksək səviyyədə təşkil
edilmişdir. Azərbaycan dövlətinin bu istiqamətdə
həyata keçirdiyi siyasətin 6 əsas qolu hamı tərəfindən
yüksək qiymətləndirilir: 1. qadınlara münasibətdə
dövlət siyasətinin icrası üçün
müvafiq proqramların hazırlanması, 2. qadınların
dövlət orqanlarının fəaliyyətində, ölkənin
ictimai-siyasi həyatında iştirakı, sahibkarlıq fəaliyyəti
ilə məşğul olması, yeni ixtisaslara yiyələnməsi,
3. qaçqın və məcburi köçkün
qadınların sosial müdafiəsinin gücləndirilməsi,
4. qadınların əmək hüquqlarının təminatı,
5. qadın əməyinin, onların həyatının və
sağlamlığının qorunması, 6. beynəlxalq
qadın təşkilatları və respublikada fəaliyyət
göstərən qeyri-hökumət qadın təşkilatları
ilə dövlət strukturlarının
qarşılıqlı əlaqələrinin inkişaf
eitdirilməsi. Bu 6 əsas istiqaməti gender siyasətinin Heydər
Əliyev nümunəsi kimi qiymətləndirənlər
tamamilə haqlıdırlar.
Ulu öndərin yeritdiyi gender
siyasətinin əsas nəticələrindən biri də
1998-ci ildə Azərbaycanda keçirilmiş Qadınların
I qurultayı idi. Heydər Əliyev qurultaydakı tarixi nitqində
söylədi ki, bu qurultay başa çatmaqda olan əsrdə
Azərbaycanın tarixində ən böyük hadisələrdən
biridir. Azərbaycan qadınları bu qurultayla müstəqil
Azərbaycanda demokratik cəmiyyətin, qadın hərəkatının
əsasını qoyurlar.
Qurultaydan keçən qısa
dövr sübut etdi ki, ölkədə qadın siyasətinin
daha yetkin və daha gerçək şəkildə təşkil
edilməsi üçün tələbat
yaranmışdır. Məhz həmin tələbatı əsas
götürən ulu öndər 2000-ci il mart ayının
6-da "Azərbaycan Respublikasında dövlət qadın
siyasətinin həyata keçirilməsi haqqında" Fərman
imzaladı. Fərmanın birinci bəndində göstərilir
ki, Azərbaycan Respublikasının bütün dövlət
qurumlarında fəaliyyət növü nəzərə
alınmaqla qadınların rəhbərlik səviyyəsində
kişilərlə bərabər təmsil olunması təmin
edilsin". Bu, XX əsrin son ilində imzalanmış fərman
idi. Yeni əsrdə isə Prezident İlham Əliyev dövlət
qadın siyasətinin daha böyük nailiyyətlərlə
icrasını təmin etdi. Bu sahədə Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
xidmətləri də böyük və danılmazdır.
Sonda bir məsələni də qeyd
edim. Belə ki, politologiyanın əsas müddəalarından
biri də haqqında söz açılan məsələnin
konkret faktlarla, daha yaxşı olar ki, şəxsi nümunələrlə
təsdiq edilməsidir. Bu məqamda mən
konkret fakta, üstəlik şəxsi təcrübəmə
müraciət edə bilərəm. Təmsil etdiyim Azərbaycan
Müəllimlər İnstitutuna (yeri gəlmişkən, bu ali təhsil müəssisəsi də bilavasitə
ulu öndərin təşəbbüsü ilə
yaradılmışdır) ölkənin xanım
professorlarından biri - Aqiyə Naxçıvanlı rəhbərlik
edir. İnstitutun mövcud olan bütün məlumatların
SSRİ miqyasında geniş təbliğinə nail olan
ümummilli lider bu qadının cəmiyyətdəki fəallığına
da böyük zəmin yaratmışdı. "Azərbaycan
qadını cəmiyyətin bütün sahələrində
fəal olmalı, öndə olmalı, öz məharətini
göstərməlidir" - deyən ulu öndər
qadının təkcə həyat yoldaşı, ana deyil,
nazir, deputat, rayon rəhbəri, ali məktəb
rektoru, alim, həkim, hətta, hərbçi kimi fəaliyyət
göstərməsinə şərait yaradılmasını
tələb edirdi.
Böyük qurtuluşun ildönümləri ərəfəsində
ümummilli liderimizin həyat və fəaliyyəti barədə
söz açan ziyalıların və qələm sahiblərinin
yaratdıqları bir ənənə var. Həmin ənənəyə
görə məqalə, veriliş, kitab müəllifləri
öz fikirlərini əsaslandırmaq üçün
mütləq tarixi faktlara istinad edir, bir məsələni isə
xüsusilə qabardırlar. Biz də həmin ənənəyə
sədaqətlə yanaşırıq. Yada
salmaq istədiyimiz fakt isə 1974-cü ilə, ulu öndərin
ölkəyə birinci dəfə rəhbərlik etdiyi
dövrə aiddir. Şərqdə ilk
qadın mətbuatı olan "Azərbaycan qadını"
jurnalının 50 illik yubileyi Heydər Əliyevin şəxsi
təşəbbüsü ilə dövlət səviyyəsində
qeyd edilirdi. Elə dünyanın ilk
qadın kosmonavtı olan Sovet İttifaqı Qəhrəmanı
Valentina Tereşkovanın rəhbərliyi ilə yüzdən
artıq qonağın dəvət edilməsi və tədbirdə
iştirakı da Heydər Əliyevin təşəbbüsü
idi. Bir jurnalın 50 illik yubileyinə bu qədər
nüfuzlu qonağın dəvət edilməsində isə əsas
məqsəd Azərbaycan qadınının cəmiyyətdəki
nüfuzunu bütün dünyaya car etmək idi. Təbii ki, həmin nüfuz barədə istənilən
natiq çoxsaylı faktlarla, uğurlu bir
çıxış edə bilərdi. Ancaq
ən uğurlu çıxış ölkə rəhbərinin
çıxışı oldu.
Böyük natiqlik məharətinə malik olan Heydər
Əliyev SSRİ-nin hər yerindən gəlmiş qonaqlara Azərbaycan
qadınının böyüklüyü barədə
yığcam, fəqət geniş məlumatları əhatə
edən məlumat vermişdi: "Biz fəxr edirik ki, Azərbaycanın
cəsur qızları - partizan Aliyyə Rüstəmbəyova,
təyyarəçi Züleyxa Seyidməmmədova, sərrast
atıcı Ziba Qəniyeva, topçu Suğra Paşayeva,
baş leytenant Rəhimə Babayeva və bir çox
başqaları Vətənimizin layiqli müdafiəçiləri
arasında olmuşlar... Biz fəxr edirik ki, 198 nəfər
azərbaycanlı qadın Sosialist Əməyi Qəhrəmanı
kimi yüksək ada daşıyır. Azərbaycan
xalqı, Azərbaycanın bütün zəhmətkeşləri
alim, ədəbiyyat və incəsənət xadimi olan
qadınların şanlı dəstəsi ilə haqlı
olaraq fəxr edirlər. SSRİ Tibb Elmləri
Akademiyasının müxbir üzvü Ədilə
Namazovanın, Azərbaycan Elmlər Akademiyasının həqiqi
və müxbir üzvləri İzzət Orucovanın, Validə
Tutayukun, Ümnisə Musabəyovanın, Püstə Əzizbəyovanın,
SSRİ xalq artistləri Şövkət Məmmədovanın,
Qəmər Almaszadənin, Hökümə Qurbanovanın,
şairlərdən Mirvarid Dilbazinin və Nigar Rəfibəylinin,
rəssam Maral Rəhmanzadənin, bəstəkar Ağabacı
Rzayevanın və başqalarının yaradıcılıq əməyi
ölkəmizdə və onun hüdudlarından uzaqlarda
çox məşhurdur. Onlar bütün
istedadları ilə xalqa xidmət edirlər". Bütün bunlar ulu öndərin ölkəyə
birinci dəfə rəhbərlik ktdiyi dövrdə Azərbaycan
qadınının adının uca tutulması
üçün atılan addımların cüzi bir hissəsi
idi.
1993-cü ilin yayından - Böyük
Qayıdışdan sonra isə Heydər Əliyev Azərbaycan
qadınının cəmiyyətdəki fəallığının
artırılması üçün daha mükəmməl,
daha möhtəşəm addımlar atdı. Çünki indi o artıq müstəqil dövlətin
rəhbəri idi və xalqı, dövləti
üçün istənilən xidməti göstərməkdə
tam sərbəst idi. Ona görə də
bu istiqamətdə atılan addımlar daha əhatəli, daha
səmərəli olurdu.
Müstəqilliyin ilk illərində Azərbaycana
rəhbərlik edən şəxslər 1993-cü ilin iyun
ayına qədər faktiki olaraq gender bərabərliyi istiqamətində
heç bir addım atmamışdılar. Ona görə də gənc müstəqil Azərbaycanın
beynəlxalq aləmdəki ilk addımları dövlətə
nüfuz gətirilməsi ilə deyil, nüfuz itirilməsi ilə
nəticələnmişdi. Heydər Əliyevin siyasi
hakimiyyətə qayıdışından sonra isə cəmiyyət
həyatının digər sahələrində olduğu kimi
gender siyasətində də böyük dəyişikliklər,
irəliləyiş, tərəqqi əldə edildi. Ulu
öndərin titanik siyasi fəaliyyəti gender problemlərinin
həllinə böyük təkan verdi. Qadınlarımızın ictimai-siyasi həyata
qayıdışı, yəni onların dövlət idarəçiliyində
təmsil olunması, bütün sahələrdə kişilərlə
bərabər hüquqa malik olması dövlət idarəetmə
kursunun prioritet istiqamətinə çevrildi.
1995-ci il noyabrın 12-də qəbul
edilmiş ilk Konstitusiyamızda gender məsələləri
öz geniş əksini tapırdı. Ulu öndərin şəxsən
iştirakı ilə işlənib hazırlanmış Əsas
Qanunumuzun "Əsas hüquqlar, azadlıqlar və vəzifələr"
adlanan ikinci bölməsinin müvafiq maddəsində yazılır
ki, ölkədə kişi ilə
qadının eyni hüquq və azadlıqları vardır. Həmin ildən başlayaraq respublikamızda
qadın problemləri yeni bir təşkilatlanma xarakteri
almağa başladı. 1995-ci il Azərbaycan
qadınları üçün başqa bir cəhətdən
də əlamətdar oldu. Belə ki, ölkəmiz
Prezident Heydər Əliyevin təşəbbüsü ilə
BMT-nin "Qadınlara münasibətdə
ayrı-seçkiliyin bütün formalarının ləğv
olunması haqqında" Konvensiyasına qoşuldu. Avqustda isə dövlət başçısı
beynəlxalq səviyyədə keçirilən müvafiq
konfranslarda azərbaycanlı qadınların yüksək səviyyədə
təmsil edilməsinə zəmin yaradan Milli Hazırlıq
Komitəsinin formalaşdırılması üçün sərəncam
imzaladı. 1998-ci ilin yanvarında Qadın
Problemləri üzrə Dövlət Komitəsi yaradılarkən
də məhz Milli Hazırlıq Komitəsinin bazası əsas
götürülmüşdü.
Müstəqil Dövlətlər Birliyinə
üzv olan ölkələrin mütəxəssisləri
etiraf edirlər ki, qadın problemlərinin müvəffəqiyyətlə
və ardıcıllıqla həll edilməsi məsələsi
Azərbaycanda yüksək səviyyədə təşkil
edilmişdir. Azərbaycan dövlətinin bu istiqamətdə
həyata keçirdiyi siyasətin 6 əsas qolu hamı tərəfindən
yüksək qiymətləndirilir: 1. qadınlara münasibətdə
dövlət siyasətinin icrası üçün
müvafiq proqramların hazırlanması, 2. qadınların
dövlət orqanlarının fəaliyyətində, ölkənin
ictimai-siyasi həyatında iştirakı, sahibkarlıq fəaliyyəti
ilə məşğul olması, yeni ixtisaslara yiyələnməsi,
3. qaçqın və məcburi köçkün
qadınların sosial müdafiəsinin gücləndirilməsi,
4. qadınların əmək hüquqlarının təminatı,
5. qadın əməyinin, onların həyatının və
sağlamlığının qorunması, 6. beynəlxalq
qadın təşkilatları və respublikada fəaliyyət
göstərən qeyri-hökumət qadın təşkilatları
ilə dövlət strukturlarının
qarşılıqlı əlaqələrinin inkişaf
eitdirilməsi. Bu 6 əsas istiqaməti gender
siyasətinin Heydər Əliyev nümunəsi kimi qiymətləndirənlər
tamamilə haqlıdırlar.
Ulu öndərin yeritdiyi gender siyasətinin
əsas nəticələrindən biri də 1998-ci ildə Azərbaycanda
keçirilmiş Qadınların I qurultayı idi. Heydər Əliyev qurultaydakı tarixi nitqində
söylədi ki, bu qurultay başa çatmaqda olan əsrdə
Azərbaycanın tarixində ən böyük hadisələrdən
biridir. Azərbaycan qadınları bu
qurultayla müstəqil Azərbaycanda demokratik cəmiyyətin,
qadın hərəkatının əsasını qoyurlar.
Qurultaydan keçən qısa dövr
sübut etdi ki, ölkədə qadın siyasətinin daha
yetkin və daha gerçək şəkildə təşkil
edilməsi üçün tələbat
yaranmışdır. Məhz həmin tələbatı
əsas götürən ulu öndər 2000-ci il
mart ayının 6-da "Azərbaycan Respublikasında dövlət
qadın siyasətinin həyata keçirilməsi
haqqında" Fərman imzaladı. Fərmanın
birinci bəndində göstərilir ki, Azərbaycan
Respublikasının bütün dövlət qurumlarında fəaliyyət
növü nəzərə alınmaqla qadınların rəhbərlik
səviyyəsində kişilərlə bərabər təmsil
olunması təmin edilsin". Bu, XX əsrin
son ilində imzalanmış fərman idi. Yeni
əsrdə isə Prezident İlham Əliyev dövlət
qadın siyasətinin daha böyük nailiyyətlərlə
icrasını təmin etdi. Bu sahədə
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın xidmətləri də
böyük və danılmazdır.
Sonda bir məsələni də qeyd edim.
Belə ki, politologiyanın əsas müddəalarından
biri də haqqında söz açılan məsələnin
konkret faktlarla, daha yaxşı olar ki, şəxsi nümunələrlə
təsdiq edilməsidir. Bu məqamda mən
konkret fakta, üstəlik şəxsi təcrübəmə
müraciət edə bilərəm. Təmsil etdiyim Azərbaycan
Müəllimlər İnstitutuna (yeri gəlmişkən, bu ali təhsil müəssisəsi də bilavasitə
ulu öndərin təşəbbüsü ilə
yaradılmışdır) ölkənin xanım
professorlarından biri - Aqiyə Naxçıvanlı rəhbərlik
edir. İnstitutun və onun filiallarının rəhbərliyində
çoxlu sayda qadınlar təmsil olunurlar. Müəllimlərimizin və tələbələrimizin
də böyük əksəriyyəti qadınlar,
qızlardır. Bu isə Azərbaycandakı gender siyasətinin
məhz ulu öndər Heydər Əliyevin arzu etdiyi şəkildə
icrasının nəticəsidir.
Tovuz EMİNLİ,
Azərbaycan Müəllimlər
İnstitutu
Zaqatala filialının
direktoru
Xalq qəzeti.- 2010.-
13 iyun.- S. 7.