Dövlət İdarəçilik
Akademiyasında Milli Qurtuluş Günü qeyd edilmişdir
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında 15 İyun
Milli Qurtuluş Gününə həsr olunmuş yığıncaq
ulu öndərin büstünün önünə
gül dəstələri
qoymaqla başlanmışdır.
Sonra qüdrətli şəxsiyyət Heydər
Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Dövlət himni səsləndirildikdən
sonra akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin
Qəndilov tariximizə mühüm bir hadisə kimi daxil
olmuş bu günün əhəmiyyətindən
danışmış, Milli Qurtuluş Gününün
qaynaqlandığı hadisələr barədə təfsilatı
ilə məlumat vermişdir. Natiq ölkənin və
xalqın xaos, anarxiya şəraitində
yaşadığı o günlərdə baş verən
hadisələrin separatçı qüvvələrin fəallığı
ilə daha da gərginləşdiyini, Azərbaycanın
parçalanmaq, məhv olmaq təhlükəsi
qarşısında qaldığını bildirmişdir. Xalqımızın
bu çətin şəraitdən çıxması
üçün öz xilaskarı kimi Heydər Əliyevə
üz tutmasının düzgün seçim olduğunu qeyd
etmişdir.
Rektor bildirmişdir ki, məhz bu
seçim xalqın qurtuluş, nicat yolu olmuş, bu
böyük şəxsiyyətin vətənin ağır
günlərində öz xalqının yanında olması
insanların itmiş ümidlərini özlərinə
qaytarmışdır. Heydər Əliyevin respublika rəhbərliyinə
vaxtında və yenidən qayıdışı ölkəmizi
məhv olmaqdan xilas etdi və ulu öndəri xalqına
bağlı olan bir rəhbər kimi bir daha tanıtdı.
Ümummilli lider Heydər Əliyev
yenidən siyasi hakimiyyətə qayıtmaqla müstəqil Azərbaycana
yeni dövlət idarəçiliyi fəlsəfəsi, mədəniyyəti
gətirmişdir. Bu o deməkdir ki, Heydər Əliyev
bugünkü Azərbaycanın yox, sabahkı Azərbaycanın
da memarıdır. Əsası ulu öndər tərəfindən
qoyulmuş xarici siyasət kursu bu gün Azərbaycanı
dünya birliyinin fəal üzvünə çevirib. Natiq həmçinin,
ulu öndərin varisi möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin respublikamızın tərəqqisi naminə
gördüyü işlərdən danışmış, bu
illər ərzində əldə etdiyimiz nailiyyətlərin
qazanılması istiqamətində cənab Prezidentin
apardığı daxili və xarici siyasət nəticəsində
ölkəmizin nüfuzunun günbəgün
artdığını qeyd etmişdir.
S.Qəndilov diqqətə
çatdırmışdır ki, möhtərəm
Prezidentimizin düşünülmüş daxili və xarici
siyasəti Azərbaycanın beynəlxalq aləmdəki
nüfuzunu xeyli artırıb. Son günlər ABŞ Prezidenti
Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə iki məktub
göndərib. Həmin məktublarda Azərbaycanla ABŞ
arasındakı münasibətlərin getdikcə
yaxşılaşması və Ağ ev rəhbərliyinin iki
ölkə arasında əməkdaşlığından məmnun
olduğu ifadə olunub. Dünyanın ən qüdrətli
dövlətinin başçısı tərəfindən Azərbaycan
Prezidentinə belə bir məktub göndərilməsi
dövlət başçımızın siyasi kursunun
dünya birliyi tərəfindən bəyənilməsi və
qəbul edilməsindən xəbər verir. Bütün bunlar
ümummilli lider Heydər Əliyev siyasətinin nəticəsidir.
Heydər Əliyevin ideyaları Azərbaycanı daha yüksəkliyə
aparacaq.
Ümummilli lider Heydər Əliyevin
Bakıya dönüşü ilə əlaqədar sənədli
filmin nümayişindən sonra respublikanın
tanınmış incəsənət ustalarının və
akademiya tələbələrinin ifasında ulu öndərə
həsr olunmuş şeirlər və mahnılar səsləndirilmişdir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 17 iyun.- S. 3.