Polşa
səfiri Bakı Slavyan Universitetində
Bakı Slavyan Universitetinin
"Səfir saatı" klubunun növbəti
qonağı Polşa Respublikasının
Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri
Kşiştof Krayevski
olmuşdur.
Azərbaycan Respublikasında beş illik diplomatik fəaliyyətini
başa vuran K.Krayevskinin bu illər ərzində
Azərbaycanla Polşa arasında iqtisadi, siyasi və mədəni
əlaqələrin inkişafında böyük
xidmətləri olmuşdur.
K.Krayevski
Bakı Slavyan Universitetində "Polyak dili və mədəniyyəti
mərkəzi"nin səmərəli fəaliyyətinə
daim kömək etmişdir.
Tədbiri giriş sözü ilə
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal
Abdullayev açaraq səfir Kşiştof Krayevskinin ötən
illər ərzində peşəkar diplomat kimi yüksək səviyyədə
fəaliyyət göstərdiyini diqqətə
çatdırdı. Azərbaycan Respublikası ilə
Polşa Respublikası arasında bütün sahələrdə
əlaqələrin inkişafında sizin əməyiniz
danılmazdır. Bizim universitet sizin simanızda özünə
sadiq dost qazanıb".
Səmimi və xoş münasibətə
görə BSU kollektivinə təşəkkür edən
K.Krayevski diplomatik fəaliyyəti dövründə
görülən işlər haqqında danışdı:
"Bu gün Polşa ilə Azərbaycan arasında
bütün sahələrdə əlaqələr çox
yüksək səviyyədədir və bu bizi çox
sevindirir. Azərbaycan bizim çox ciddi və böyük
strateji müttəfiqimizdir. İnanıram ki, ölkələrimiz
arasındakı əlaqələr bundan sonra da yüksələn
xətt üzrə davam edəcək. Mərhum Prezident Lex
Kaçinskinin Azərbaycana beş dəfə səfər etməsi
ölkələrimiz arasında əlaqələrin ən
parlaq göstəricisidir. BSU-da "Polyak dili və mədəniyyəti
mərkəzi"nin açılması da bizim dostluq və əməkdaşlığımızın
ən bariz nümunəsidir".
Tədbirin sonunda BSU-nun tələbə
və müəllim heyəti adından səfir Kşiştof
Krayevskiyə təşəkkür elan olundu, ona gələcək
fəaliyyətində uğurlar arzulandı. Sonda K.Krayevski
universitetin xatirə kitabına öz ürək sözlərini
yazdı.
Namiq QƏDİMOĞLU
Xalq qəzeti.- 2010.- 19
iyun.- S. 7.