Qondarma
"erməni soyqırımı" və tarixi
həqiqət
Ermənilər hələ qədim dövrdən özlərinə
milli qurum yaratmaq məqsədi ilə başqa
xalqların ərazilərində torpaq
"ovuna" çıxıblar. Bu cəhd uzun zaman onlara heç
bir uğur gətirməmişdir.
Erməni müəlliflərin özləri bu
etnosun hələ eramızdan əvvəl
Mesopotamiyada müxtəlif etnosların
hibridindən törənmiş bir toplum olduğunu söyləyirlər.
Sonra ermənilər tədricən Kiçik Asiya
yarımadasında görünməyə
başlamışlar. Özlərini "ev
sahibi" kimi göstərməyə
çalışan bu məxluqlar Balkan yarmadasına üz tutmuşlar. Lakin orada da özlərini nalayiq aparmış, yaramazlıqlarına
görə oradan
sıxışdırılmışlar. Ürəyiyumşaq
türk-müsəlman xalqı dağda-daşda
olsa da onlara
mümkün olan
sığınacaq vermişdir. Bundan sonra ermənilərin
tədricən, zaman-zaman Cənubi Qafqaza miqrasiyası başlanır.
XVII əsrdə müstəmləkəçi
dövlət olan Böyük Britaniya ermənilərdən bir
alət kimi istifadə etmişdir. İngilis təbliğatı
onları istiqamətləndirirdi ki, ərazi əldə etmək
üçün harada türk-müsəlman əhalisi
gördünüz onları qırın, məhv edin ki, istədiyinizə
nail olasınız. Daha sonra isə həmin vasitədən
Rusiya imperiyası gen-bol istfadə etməyə başladı.
Çar Rusiyası zamanında Van, Qars və Ərzurumda rus
konsulu olmuş Mayevski öz xatirələrində göstərir
ki, bütün doğu Anadolunu başdan-başa gəzib
dolaşmışdır. O qeyd edir ki, harada erməni
ölürdüsə, günah ancaq onun özündə idi.
Belə bir fakt da diqqəti özünə çəkir ki, 1893-1896-cı illərdə ingilislərin öyrətməsi ilə ermənilər minlərlə dinc türk əhalisini məhv etmişlər. Əlbəttə, bu proses ermənilərin iddiasında olduqları yalançı 1915-ci il "soyqrımı"ndan çox-çox əvvəl baş vermişdi. Elə götürək ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri 1905-06-cı illərdəki qırğın kompaniyasını. Bu barədə Azərbaycan yazarları M.S.Ordubadinin "Qanlı sənələr", Mir Mövsüm Nəvvabın "Erməni - müsəlman davası" əsərləri o dövr hadisələrinin real mənzərəsini əks etdirən etibarlı qaynaq kimi qiymətləndirilə bilər.
Erməni tarixçisi S.Kirakosyan yazır: "Cənubi Qafqaz və Azərbaycan tatarlarını (azərbaycan türkləri) Kiçik Asiya türklərindən ayıran erməni xalqı türk millətinin bədəninə çaxılmış bir pazdır... Biz bu pazın aradan götürülməsinə və onun yerində bizə yağı kimi baxan bütöv müsəlman toplumunun ortaya çıxmasına yol verə bilmərik".
Birinci Dünya müharibəsi başlayan zaman səfərbərliyin elan olunması ilə Osmanlı dövləti ərazisində yaşayan ermənilərin böyük bir qismi Çar Rusiyasının və bir qismi də İngiltərə və Fransanın tərəfinə keçdilər. Erməni millətçiləri bütün imkanları ilə osmanlılara qarşı savaşa qoşuldular. Ermənilər Osmanlı dövlətinin siyasi və hərbi durumu barədə casusluq edir, Osmanlı ordusuna səfərbər olanlar isə fərarilik edərək əldə silah rus ordusuna qoşuldular. Odur ki, Osmanlı ordusuna qarşı vuruşan yeni bir cəbhə - "erməni cəbhəsi" yaranmışdı.
Lalayan yazırdı: "Daşnaksütyun rus hərbi-feodal imperializminin nökəri idi. Zəhmətkeşləri "Türkiyədə yaşayan qardaşlarının azad edilməsi" və s. demaqoq şüarlarla aldadaraq 1914-1918-ci illər müharibəsi dövründə ermənilərdən "könüllü" dəstələr təşkil edir və Qafqazda çar ordusunun sırasını doldururdu".
Onu da deməliyik ki, təkcə Türkiyə və Rusiyadakı ermənilər deyil, eyni zamanda İran, Rumıniya, İtaliya, İngiltərə və Amerikadakı ermənilər də könüllü alaylar təşkil edərək Qafqaz cəbhəsinə gəlmişdilər.
1914-cü ilin avqustunda ermənilər ingilislərin İsgəndəruna çıxacağı halda, Adana, Maraş işğal olunana qədər üsyanlar qaldırmaqla səfərbərliyə maneçilik törədilməsi, ingilislərin əməliyyatlarının müdafiə olunması yolunu tutmuşdular.
Amerika müəllifi Semyuilin yazdığına görə, "ermənilər Van, Bitlis, Qarahisar, Sivas, Kayseri və Diyarbəkir ərazilərinə silah gətirir və onları öz kilsə və məktəblərində gizlədirlər".
Bəs bu 24 aprel tarixi - qondarma "erməni soyqrımı" günü haradan qaynaqlanır? Bunu erməni müəllifi Akop Keşişyan belə qiymətləndirir: "Yunanlıların qızışdırması ilə 24 aprel tarixinin erməni qətliam günü olaraq Beyrutdakı Ortodoks kilsəsi tərəfindən elan edilməsi hamımızı üzüntüyə qərq etdi. Hələ dünən deyiləcək qədər yaxın bir tarixdə Türkiyənin xarici işlər naziri Qabril Noradukyan deyildimi? İmperatorluq zamanında maliyyə və xəzinə naziri Akop Paşa deyilmi? İctimai işlər naziri Hallacyan deyildimi?" və s. Bir sözlə, erməni xəyanətkarlığı dünya savaşı zamanı yaşadıqları ölkəni - Türkiyəni məğlub etməyə uğursuz bir cəhd kimi qiymətləndirilməlidir.
Onu da deyək ki, ermənipərəst qüvvələr həmin hadisələrdən bir vasitə kimi bu gün də faydalanmağa çalışırlar. Əslində isə o vaxt Türkiyədə öldürüldüyü iddia edilən qədər erməni yaşamırdı. Bu rəqəmin erməni tarixçilərinin bir qismi 600 min, bir qismi isə 1 milyon olduğunu desələr də, rus mənbələri bunun yalan olduğunu bilə-bilə bu rəqəmin 2 milyon olduğunu yazırlar. Bəs 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Salyanda və Lənkəranda on minlərlə azərbaycanlının soyqrımına məruz qaldığı barədə tarixi faktları nə üçün görmürlər? Elə erməni və rus yazarlarının 1915-ci il "erməni soyqrımı" ilə əlaqədar gətirdikləri rəqəmlərin müxtəlifliyi bu hadisənin uydurma olduğuna əyani sübutdur.
Elə götürək, 1918-ci ilin martında Bakıda azərbaycanlıların qırğını nəticəsində 15 min dinc əhalinin məhv edilməsini. Yaxud Quba qəzasında ermənilərin 172 kəndi yandırıb külə çevirmələri, həmin qətliamın nəticəsi olaraq 300 nəfərdən çox insanın cəsədlərinin aşkar edilməsi erməni vəhşiliyinə sübut deyilmi? Şamaxı qəzasında 72 kəndi də viran qoyan ermənilər deyildirmi? Həmin vaxt Zəngəzur mahalında 165 kənd viran edilərək əhalisi qılıncdan keçirilmişdi. Ən dəhşətlisi o idi ki, ermənilər S.Şaumyanın dediyi kimi, Azərbaycan türkünə qarşı bütün cəbhə boyu hücuma keçmişdilər. Erməni qaniçənləri elə həmin vaxt Cənubi Azərbaycanın Urmiya, Xoy, Maku, Salmas və digər bölgələrində 150 min dinc əhalini qılıncdan keçirmişdilər.
Onu da demək lazımdır ki, saxta "erməni soyqırımı" barədə ermənilərin dünyada qopardığı hay-həşirlərin tamamilə cəfəng bir xülya olduğuna vicdanlı insanlarda heç bir şübhə yeri qalmır.
Birinci Cahan savaşı dövründə Qafqaz cəbhəsində rus ordusunun hərbi hissə komandiri general Prijevalski və qərargah rəisi, polkovnik Şilidzenin başçılıq etdiyi qoşun bölmələrinin xatirə sənədləri türklərin əlinə keçmişdir. Həmin sənəddə rus zabitləri dinc türk əhalisinə qarşı erməni vəhşiliklərindən bəhs edirlər. Belə ki, dinc əhaliyə, türklərə qarşı erməni cəlladlarının əməlləri onları çaşqınlıq dərəcəsinə gətirmişdi. Ona görə də onlar dinc əhalini erməni qaniçənlərindən qorumağa çalışdıqlarını qeyd edirlər.
Bir sözlə, erməni məsələsi, "erməni soyqırımı" ayrı-ayrı vaxtlarda iri dünya dövlətlərinin ermənilərdən Türkiyəyə və digər müsəlman xalqlarına qarşı bir vasitə, alət kimi istifadə etmələrindən törəyən cılız bir siyasətin təzahürüdür. Hazırda Türkiyə dövlətinin dünyada durmadan artan iqtisadi qüdrəti, türk dövlətlərinin yüksələn nüfuzu bəzi dövlətləri narahat edir və ona görə də oyuncaq erməni "dövləti"nin onların əlində sözün həqiqi mənasında oyuncağa çevrilməsi başa düşüləndir.
Fikrimizi alman tarixçi- şərqşünas Erix Fayqlın sözləri ilə davam etdirmək olar. O, "Soyqırımı haqqında əfsanə" adlı əsərində haqlı olaraq belə bir nəticəyə gəlir ki, "Özünün bütün tarixi boyu Şərqi Anadolu ərazilərindəki erməni icmaları heç vaxt satraplıqdan və yarımmüstəqil knyazlıqdan yuxarı qalxa bilməmişlər".
Əgər Qərbin hakim dairələrini bu gün və sabah "erməni məsələsi" belə narahat edirsə, onlar ermənilərin daha çox kampakt yaşadığı Kaliforniya Ştatında, Rusiya Federasiyasının Şimali Qafqaz vilayətlərində ermənilərin yaşadıqları ərazilərdə onların öz müqəddəratını təyin etmələri qayğısına qalmağı düşünürlərmi?
Qeyd etdiklərimizdən nəticə çıxararaq deyə bilərik ki, Türkiyədə 1915-ci ildə "erməni soyqırımı" deyilən hadisə heç vaxt olmayıb. Bu, türk dünyasının artan iqtisadi qüdrəti və beynəlxalq nüfuzuna, türk soyuna iri dünya dövlətlərinin qısqanc münasibətinin, qərəzli yanaşmasının təzahüründən, erməni uydurmasından başqa bir şey deyildir!
Əli
MƏMMƏDOV,
tarix elmləri doktoru, professor
Xalq qəzeti.- 2010.- 19 iyun.- S.
5.