Prezident İlham ƏLİYEV: Biz dünya birliyinə inteqrasiya edirik, eyni zamanda, öz siyasətimizi milli maraqlar üzərində qururuq

 

    XX əsrin görkəmli ingilis dövlət xadimi Uinston Çörçilin siyasətdəki yeniləşməni xarakterizə edərkən söylədiyi bir fikir dövri olaraq müxtəlif ekspertlər tərəfindən gündəliyə gətirilir: "Siyasətdə köhnəlik yox, ənənəyə sədaqət məsələsi vardır. Eləcə də yenilik deyil, ənənəviliyin davam etdirilməsi üçün yolların axtarılması mövcuddur". Bu baxımdan Azərbaycanın bugünkü xarici siyasətində xalqımızın tarixi sülhsevərlik, mehriban qonşuluq və qarşılıqlı anlaşma ənənəsinin bütün cizgilərini görürük. Eləcə də həmin ənənənin davam etdirilməsi üçün daim yeni yollar, yeni variantlar axtarılır. Bir rus ekspertinin Bakıda söylədiyi ifadələr heç birimizin yadından uzun müddət çıxmayacaq: "İlham Əliyev Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyi təqdirdə Ermənistanla bütün əməkdaşlıqların bərpa ediləcəyini bildirdi. Bu, azərbaycanlıların sülhsevərliyinin təzahürüdür". Bəli, bu, böyük dövlətçilik tarixi olan azərbaycanlıların min illərdən bəri formalaşmış mehriban qonşuluq münasibətləri yaratmaq ənənəsinin davamıdır. Üstəlik, bütün azərbaycanlıların ümummilli lideri olan Heydər Əliyev də öz siyasi fəaliyyəti dövründə barışa və əməkdaşlığa daim böyük önəm vermişdir.

 

    Bu gün Azərbaycan cəmiyyətinin bütün sahələrində olduğu kimi xarici siyasətdə də Heydər Əliyev siyasi kursunun prinsipləri uğurla reallaşdırılır. Əlbəttə, zamanın tələblərinə uyğun olaraq yeni yolların aranması və tapılması şərtiylə. Ən böyük prioritet məsələmizin Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə nail olunması, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılması, Dağlıq Qarabağdakı Azərbaycan və erməni icmalarının sivil normalar əsasında birgə yaşayışının təmin edilməsidir. İlk baxışda, bu nəticə Azərbaycan üçün vacib olan amil kimi görünə bilər. Ancaq beynəlxalq aləmdəki konfliktloloqlarqafqazşünaslar münaqişənin məhz yuxarıda qeyd etdiyimiz şəkildə həllinin bütün region ölkələri və eləcə də bütün dünya üçün səmərəli olacağını söyləyirlər.

    Yeri gəlmişkən, Prezident İlham Əliyevin iyunun 17-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri zamanı müzakirə edilən əsas məsələlərdən biri də məhz Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsi olmuşdur. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşündə, eləcə də Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrlərini və qurumun hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul edərkən aparılan müzakirələrdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsi zərurətindən söz açmışlar.

    Azərbaycan dövləti Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra öz xarici siyasətini işğalçı qonşumuz istisna olmaqla bütün ölkələrlə bərabər səviyyəli əməkdaşlıq və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri əsasında quraraq davam etdirir. Bu sahədə ən böyük marağımız qonşu ölkələrlə münasibətlərin nizamlanması və Azərbaycanda marağı olan dövlətlərlə əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Türkiyə, Rusiya, İranGürcüstanla münasibətlərimiz bir çox regionlar üçün nümunə olacaq səviyyədədir. Bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaranmış Minsk qrupunun digər iki həmsədri - ABŞ və Fransa ilə əməkdaşlıq və tərəfdaşlığımız isə mümkün olan bütün səviyyələrdə inkişaf etdirilmişdir. Yəni ənənəvi xarici siyasət sahəsində Azərbaycanın heç bir problemi, çətinliyi yoxdur. Üstəlik Prezident İlham Əliyevin dünyadakı şəxsi nüfuzu da Azərbaycan üçün əlavə dividendlər yaradır. Odur ki, bu gün rəsmi Bakı öz xarici siyasətində zamanın tələb etdiyi yeni variantları axtarır və tapır.

    Məsələn, siyasi böhraniqtisadi tənəzzül içərisində boğulan Ermənistanı çətin vəziyyətdən çıxarmağa çalışan qüvvələr Türkiyə - Ermənistan sərhədlərinin açlımasına nail olmaqla İrəvana süni nəfəs verməyə çalışırdılar. Atatürk Türkiyəsi öz mövcudluğu dövründə həmişə olduğu kimi bu məsələdə də açıq və konkret mövqe nümayiş etdirdi: "Sərhədlər Azərbaycanın ərazi bütövlüyünün pozulması səbəbilə bağlanmışdır. Deməli, bu səbəb aradan qaldırılmayınca sərhədlərin açılması real deyil". O zaman, Ankaranın qətiyyətini görən ermənipərəst qüvvələr Türkiyə Cümhuriyyətinə müəyyən təzyiqlər göstərməyə çalışdılar və bu təzyiqlər dünya siyasətçiləri qarşısında Türkiyə - Azərbaycan siyasi birliyinin daha mütəşəkkil şəkildə görünməsi ilə nəticələndi. Bu, zamanın tələb etdiyi yeni variantlardan biri idi. Azərbaycan Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısında (Türkiyə) iştirak edərkən Azərbaycan - Türkiyə əməkdaşlığının bugünkü vəziyyətini yüksək qiymətləndirərək demişdir: "Biz bütün məsələlərdə Türkiyəyə dəstəyimizi əsirgəməmişik və bu günbu dəstəyi veririk. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə həmişə bizim yanımızda olub. Bəzən Türkiyə - Azərbaycan münasibətlərinə müdaxilə etmək istəyən qüvvələr görüntü yarada bilərlər, amma, işin mahiyyətinə təsir edə bilməzlər. Əfsuslar olsun ki, Türkiyə mətbuatında və bəzi hallarda Azərbaycan mətbuatında son bir il ərzindəki vəziyyətlə bağlı çox nalayiqçirkin yazılar dərc edilmişdir. Bizi istəməyən qüvvələrə süni məsələləri qabartmaqla Türkiyə - Azərbaycan münasibətlərinə zərbə vurmağa imkan verilməməlidir".

    Dövlət başçımızın işlətdiyi "son bir il ərzindəki vəziyyət" ifadəsi barədə söz açarkən digər dostumuz və müttəfiqimiz olan ölkənin - Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Barak Obamanın Azərbaycan Prezidentinə ünvanladığı sonuncu məktubu yada salmaq zərurəti yaranır. Dost ölkənin Prezidenti yazır: "Mənə münasibətlərimizdə ciddi məsələlərin olması məlumdur, lakin əminəm ki, biz onları həll edə bilərik". Yəni Azərbaycan Prezidenti "son bir ildəki vəziyyət" (ABŞ rəsmilərinin Türkiyə - Ermənistan sərhədlərinin açılması üçün canfəşanlıq göstərməsindən sonra yaranmış problemlər), ABŞ Prezidenti isə "münasibətlərimizdə ciddi məsələlərin olması" ifadəsini işlədir. Bəs sadə insanların və ya mütəxəssislərin bu prosesə münasibəti necədir? ABŞ-dakı Con Hopkins Universitetinin Mərkəzi Asiya - Qafqaz İnstitutunun direktoru Svante Kornell həmin suala aydın cavab verir: "ABŞ Administrasiyası düşünürdü ki, Türkiyə - Ermənistan münasibətlərində normallaşdırma prosesi Azərbaycanın razılığı olmadan həll oluna bilər. Amma indi başa düşüblər ki, Azərbaycansız Qafqazda inkişafa nail olmaq çətindir. Dağlıq Qarabağ münaqişəsinin həllində inkişaf olmasa, Ermənistan - Türkiyə münasibətlərində də inkişaf olmayacaq".

    Budur, zamanın diqtəsi ilə atılmış addımların nəticəsi. Ənənəvi dostumuz və tərəfdaşımız olan ABŞ-ın siyasətində qarşılıqlı maraqları nəzərə almayan addımlar atılanda qarşı tərəfdən də yeni yollar axtarılır və tapılır. Bir sözlə, Prezident İlham Əliyevin dediyi kimi Azərbaycan regional əməkdaşlıq məsələlərində mühüm rol oynayır. Bu regionda hansısa uğura imza atmaq istəyənlər isə mütləq Azərbaycanın mövqeyini nəzərə almalıdırlar.

 

 

    İttifaq MİRZƏBƏYLİ

 

    Xalq qəzeti.- 2010.- 19 iyun.- S. 1.